Məhkəmə qərarları › İş №2-2(102)-74/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-74/2023

19.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-74/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-74/2023 Bakı şəhəri Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-1015/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 1 yanvar - 2022-ci il 1 fevral ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş yük daşıma və stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışda 195.017,07 manat cəmi məbləğ hesablanmışdır.

2. EBAG seriyalı, 379771 nömrəli, 2020-ci il 14 fevral tarixli elektron qaiməyə əsasən 5.956,99 manat, EBAF seriyalı, 183163 nömrəli, 2020-ci il 17 yanvar tarixli elektron qaiməyə əsasən 2.272,17 manat, EBAC seriyalı, 525018 nömrəli, 2019-cu il 15 noyabr tarixli elektron qaiməyə əsasən 3.975 manat, EBAD seriyalı, 830802 nömrəli, 2019-cu il 13 dekabr tarixli elektron qaiməyə əsasən 7.607 manat, EBAK seriyalı, 134692 nömrəli, 2020-ci il 20 may tarixli elektron qaiməyə əsasən 3.767 man at, EBAİ seriyalı, 904584 nömrəli, 2020-ci il 17 aprel tarixli elektron qaiməyə əsasən 7.645,61 manat, EBAH seriyalı, 669669 nömrəli, 2020ci il 13 mart tarixli elektron qaiməyə əsasən 6.483,51 manat, EBAL seriyalı, 413597 nömrəli, 2020-ci il 22 iyun tarixli elektron qaiməyə əsasən 1.350 manat, EBAN seriyalı, 891898 nömrəli, 2020-ci il 21 avqust tarixli elektron qaiməyə əsasən 2.542,10 manat, EBAQ seriyalı, 002767 nömrəli, 2020-ci il 16 sentyabr tarixli elektron qaiməyə əsasən 4.131 manat, EBAR seriyalı, 854896 nömrəli, 2020-ci il 28 oktyabr tarixli elektron qaiməyə əsasən 940,59 manat, EBAV seriyalı, 749907 nömrəli, 2019-cu il 13 iyun tarixli elektron qaiməyə əsasən 2.565 manat, EAAU seriyalı, 254759 nömrəli, 2019-cu il 10 may tarixli elektron qaiməyə əsasən 2.728,88 manat, EAAR seriyalı, 675485 nömrəli, 2019-cu il 14 mart tarixli elektron qaiməyə əsasən 9.164,44 manat, EBAT seriyalı, 483712 nömrəli, 2020-ci il 4 dekabr tarixli elektron qaiməyə əsasən 110.033,8 manat, EAAX seriyalı, 072685 nömrəli, 2019-cu il 12 iyul tarixli elektron qaiməyə əsasən 1.132,7 manat, EAAY seriyalı, 507515 nömrəli, 2019-cu il 15 avqust tarixli elektron qaiməyə əsasən 2.589 manat, EBAB seriyalı, 177604 nömrəli, 2019-cu il 14 oktyabr tarixli elektron qaiməyə əsasən 8.805,52 manat, EBAW seriyalı, 303946 nömrəli, 2021-ci il 19 yanvar tarixli elektron qaiməyə əsasən 37.335,2 manat, EAAN seriyalı, 655505 nömrəli, 2018-ci il 16 noyabr tarixli elektron qaiməyə əsasən 1.196 manat, EAAO seriyalı, 430112 nömrəli, 2018-ci il 17 dekabr tarixli elektron qaiməyə əsasən 1.112 manat "xxxx" QSC tərəfindən Cavabde h MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 3. "xxxx" MMC-nin "xxxx" QSC-yə ünvanladığı 2020-ci il 9 iyul tarixli 78 nömrəli məktubuna əsasən, Astara stansiyasına gələn RF-na məxsus olan qapalı vaqonlar Astara (eksp) stansiyasına (kod 554503), yəni İran Astarasına keçə bilmirlər. Vaqonların Azərbaycan Respublikasının ərazisində, astara stansiyasında və ya digər stansiyalarda yığılıb qalması, vaqonların məxsus olduqları şirkətləri, yüklərin sahiblərini narahat edir. Artıq bir neçə təşkilatdan vaqonların uzun müddət Azərbaycan Respublikasının ərazisində, yanvar ayından qalmaları səbəbindən, boşdayanmaya görə cərimələr barədə iddia ərizələri daxil olmuşdur. Sahibkarlar vaqonların hansı səbəbədən Astara (eksp) stansıyasına keçirilməməsini bilmək istəyirlər. 4. "xxxx" MMC-nin 2020-ci il 9 iyul tarixli 78 nömrəli məktubuna Azərbaycan Dəmir Yolları” QSC tərəfindən verilmiş cavabda bildirilmişdir ki, qapalı vaqonların yüklü halda uzun müddət Astara-Export (İran) terminalına keçə bilməməsi və Astara stansiyasında yığılıb qalmış taxta ilə yüklü qapalı vaqonların uzun müddət boşalma əməliyyatına verilməmə səbəbi Cəmiyyətin aidiyyəti qurumu, Astara və Astara-Export (İran) stansiyalarının operatoru olan "xxxx" MMC yükalanların dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə yüklərini qəbul etməkdən imtina edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 11 aprel tarixində iddia ərizəsi ilə Bakı Kommers iya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən 2019-cu il 1 dekabr tarixindən 2022-ci il 1 fevral tarixə kimi cavabdehə göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış 195.017,07 manat, 486 manat ödənilmiş dövlət rüsumu, cəmi 195.503,07 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2019-cu il 1 dekabr tarixindən 2022-ci il 1 fevral tarixə kimi stansiya və yükdaşıma xidmətləri göstərilmiş, həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının (Astara, Hövsan və Biləcəri) stansiyalarında göstərilmiş xidmətlərə görə (“MDB və Baltikyanı dövlətlərə məxsus vaqon istifadə”, “vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yol undan istifadə”, “boş vaqonun (özəl və icarədə olan) dayanmasına görə”, iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi və s.) cavabdehə stansiya xidmətləri üzrə 194.918,89 manat, yükdaşıma xidməti üzrə isə 98,18 manat məbləğində yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2021-ci il 10 mart tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 3.4-cü yarımbəndinə; Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə istinad edilmişdir.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazda bildirilmişdir ki, cavabdeh Rusiya Federasiyasının Azərbaycan Respublikasında yeganə rəsmi tərəfdaşı və operatorudur. Cavabdeh ilə iddiaçı arasında heç vaxt nə müqavilə, nə də şifahi yaxud yazılı razılaşma olmamışdır. Yəni xidmət göstərmələri üçün heç bir qanuni əsaslar olmamışdır. 2020-ci ildə iddiaçı cavabdehə aid vaqonları qanunsuz olaraq Liman, Salyan və Astara dəmir yolu stansiyalarında saxlamışdır. İddiaçı tərəf vaqonları Astara-Export (İran) dəmir yolu stansiyasına ötürməli idi, lakin vaqonları həmin stansiyalarda aylarla qanunsuz saxlamaqla cəmiyyətə xüsusi lə külli miqdarda ziyan vurmuşdur. İddiaçı tərəfindən tələb olunan məbləğ xidmət haqqı deyil vaqonların qanunsuz saxlanılmasına görə qanunsuz cərimə pullarıdır. Qanunsuz saxlanılan vaqonların buraxılması üçün müraciətlər olmuşdur. İddiaçı tərəf, 2020ci il 9 iyul tarixli, 78 nömrəli müraciətə cavab olaraq bildirmişdir ki, guya yük sahibləri yükü qəbul etməkdən imtina edirlər. Müqavilə əsasında, satıcı Rusiya alıcı İran şirkətləri olmuşdur, 130 vaqon yükün Rusiya ərazisində daşınmasını “Rustexsnab”, Azərbaycan ərazisində daşınmasını cavabdeh icra etmişdir. Alıcı İran şirkətləri yükü yalnız İran ərazisində qəbul edə bilərdilər. Məxfilik qorunduğuna görə iddiaçı alıcıların hansı İran şirkətləri olduğunu bilə bilməzdi. İran şirkətlərinin milyonlarla ABŞ dolları dəyərində yükü qəbul etməmək mümü kün deyildir. İddiaçı tərəf yükü İran ərazisinə buraxmadılar ki, qəbul etməmiş olsunlar. İran ərazisində yükün qəbul edilib-edilməməsinin iddiaçıya heç bir aidiyyəti yoxdur və yalnız vəzifəsi vaqonları operativ şəkildə İran ərazisinə ötürməkdir. Odur ki, müraciətlərə cavab əsassızdır, yalan və cəfəngiyyatdır. Vaqonlar Yalama dəmir yolu stansiyasında yəni Azərbaycan ərazisinə daxil olduqda bütün dövlət rüsumları ödənilir, ödənilməsə Azərbaycan ərazisinə buraxılmır. Gömrüklə bağlı heç vaxt problem olmayıb, həmişə vaqonlar operativ şəkildə yola salmışlar. İddiaçı heç bir səbəb olmadan, əsassız, qanunsuz və qərəzli şəkildə vaqonları Liman, Salyan və Astara dəmir yolu stansiyalarında saxlamışdır. Vaqonların qanunsuz saxlanılan Liman, Salyan və Astara dəmir yolu stansiyalarından Astara-Export (İ ran) dəmir yolu stansiyasına buraxılmasını tələb edən Rusiya Federasiyası “Rustexsnab” tərəfindən 2020-ci il 31 avqust tarixli teleqramla müraciət olmuşdur. Bütün müraciətlərə baxmayaraq iddiaçı vaqonların qanunsuz saxlanılmasını davam etdirmişdir. İddiaçı tərəf qanunsuz hərəkətlərilə cavabdehin işgüzar nüfuzuna zərbə vurmuşdur. Belə ki, iddiaçı tərəfin təqsiri səbəbindən cəmiyyət bağladığı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirə bilməmişdir. Bu səbəbdən cəmiyyətə xüsusilə külli miqdarda ziyan dəymişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 avqust tarixli, e-2-2(113)-2076/2022 saylı qətnaməsi ilə, iddia rədd edilmişdir (hakim – A.Əliyeva).

10. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. İddiaçı tərəf məhkəmə araşdırması zamanı göstərilmiş stansiy a xidmətlərinə görə tələb olunan ödənişin cavabdehin və ya iddiaçı tərəfindən bildirildiyi kimi digər tərəfin malı qəbul etməkdən imtinası nəticəsində saxlanılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan xidmətlər üzrə ödənişləri tələb etməkdə haqlı deyildir.

11. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425.2, 442, 448.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. İddiaçı 2022-ci il 29 avqust tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 avqust tarixli, e-2-2(113)-2076/2022 saylı qətnaməsini – ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasi ya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli e-2-2(103)-1015/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin daşıdığı vaqonların Azərbaycan Respublikası ərazisində iddiaçıya məxsus stansiyada saxlanılması ilə bağlı şifahi müqavilə bağlanmamış, vaqonların saxlanılması əsassız olmuşdur. Belə ki, iddiaçının cavabdehə cavab məktubunda qeyd edilmişdir ki, vaqonların iddiaçıya məxsus stansiyada saxlanılmasının səbəbi stansiyanın operatoru olan "xxxx" MMC tərəfindən yükal anlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə yüklərin qəbulundan imtina edilməsi olmuşdur. Bu yazışmaların məzmunundan aydın olmuşdur ki, tələb olunan borc cavabdehin daşıdığı yük dolu vaqonların iddiaçıya məxsus stansiyada uzun müddət qalması ilə əlaqədar boşdayanmaya görə hesablanmışdır. Eyni zamanda, cavabdehin öz vaqonlarını iddiaçıya məxsus stansiyada saxlanılması ilə bağlı iradə ifadəsi olmamış, əksinə cavabdeh iddiaçıya müraciət edərək vaqonların Astara-İran marşrutu üzrə sərhəddən gediş-gəlişini təmin etmək üçün göstəriş verilməsini xahiş etmişdir.

15. Cavabdehin daşınmasını həyata keçirdiyi yüklər İran İslam Respublikasına daşındığından və yükalanlara İran ərazisində təhvil verilməli olduğundan "xxxx" MMC-nin yükalanları yükləri Azərbaycan Respublikası ə razisində iddiaçıya məxsus stansiyada təhvil almağa dəvət etməsi anlaşılan deyildir. Bundan əlavə məktubun sonuncu cümləsində qeyd edilmişdir ki, iyun-iyul aylarında artıq vaqonlar Astara-Exsport (İran) terminalına ötürülmüş və boşaldılmışdır. İddiaçı tərəf cavabdehin daşıdığı yükləri Astara-Exsport (İran) terminalına vaxtında ötürmək vəzifəsini hansı səbəbdən icra etmədiyinin və vaqonları hansı səbəbdən Azərbaycan Respublikası ərazisində saxlanıldığının səbəbini izah edə bilməmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehə məxsus yüklərin iddiaçıya məxsus stansiyada müəyyən müddət üçün saxlanılmasında cavabdehin iradə ifadəsi, təqsiri və məsuliyyəti olduğu müəyyən olunmadığından, iddiaçı tərəfindən tələb edilən xidmət haqqı olaraq hesablanmış borc cavabdehdən tutula bilməz. 1

7. İddiaçı tərəfindən təsdiq edilmiş elektron qaimələrlə bağlı məhkəmə qeyd etmişdir ki, həmin qaimələrin hansı müqavilə və ya sənəd əsasında tərtib edildiyi qeyd edilmədiyindən (əsas hissəsində “NFDU” qeyd edildiyi nəzərə alınaraq), cavabdehə xidmətin göstərildiyi digər sübutlarla təsdiq olunmadığından, o cümlədən qaimələrə əsasən cavabdeh tərəfindən hər hansı ödəniş edildiyi müəyyən olunmadığından yalnız elektron qaimələr əsasında iddianın əsaslı olduğunu təsdiq edilə bilməz.

18. Belə ki, cavabdehə elektron qaimələrin göndərildiyi dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturaların tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndində qeyd edilmişdir ki, elektron qaimənin əs as hissəsində qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s qeyd edilməlidir. Qaydaların 1.3-cü bəndində qeyd edilmişdir ki, bu qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 405.1, 405.2; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturaların tətbiqi, uçotu və istifadəsi” Qaydalarına; MPM-in 13.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Həmin qətnamə 2022-ci il 3 noyabr tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

21. İddiaçı 2022-ci il 16 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnaməni – ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MPM-in 77.1-ci maddəsinin tələbləri pozulmuşdur – 2020-ci il 26 avqust tarixli 15285 nömrəli cavab məktubunda cavabdehə aydın izah edilmişdir ki, cavabdehə məxsus vaqonlar iddiaçı tərəfindən saxlanılmamışdır, vaqonların yüklü halda Astara-Export terminalına keçə bilməməsi ilə əlaqədar uzun müddət iddiaçıya məxsus dəmiryol stansiyalarında dayanmışdır. Məhkəmə isə cavabdehin irəli sürdüyü bu faktı heç bir sübut olmadan qəbul edərək bildirmişdir ki, iddiaçı tərəf cavabdehin daşıdığı yükləri Astara-Exsport (İran) terminalına vaxtında ötürmək vəzifəsini h ansı səbəbdən icra etmədiyini və vaqonların hansı səbəblə Azərbaycan Respublikası ərazisində saxlandığının səbəbini izah edə bilməmişdir. Məhkəmə burada məhz cavabdeh tərəfindən iddia edilən bir faktın sübut edilməsi yükünü iddiaçının üzərinə qoymuşdur. Mövcud münasibətlərdə ekspeditor xidmətini cavabdeh həyata keçirdiyindən daşıdığı yüklərin hansı səbəbdən qəbul edilmədiyini öyrənmək, eyni zamanda yükləri vaxtında digər tərəfə ötürmək vəzifəsi ona məxsusdur. İddiaçının cavabdehin daşıdığı yüklərin hansı səbəblə qəbul edilmədiyini sübutetmə öhdəliyi yoxdur. Məhkəmənin belə bir öhdəliyinin iddiaçıya məxsus olduğu qənaətinə gəlməsi və bunun əsasında qətnamə qəbul etməsi qanunvericiliyə ziddir.

23. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur – iddiaçı tərəfindən iddia tələbinin əsası kimi g östərilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iddiaçının tələbinin əsaslı olduğunu sübut edən mötəbər sübutların olmadığını qeyd etmişdir. Lakin təqdim edilən yığım vərəqələri, elektron qaimələr və maliyyə arayışı iddiaçı tərəfindən cavabdehə hansı stansiya xidmətlərinin göstərildiyi, göstərilmiş xidmətlərə uyğun olaraq hesablanmış yığımlar və bunun müqabilində ödənilməli olan məbləği təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə mövcud olmamışdır. Tərəflər arasında şifahi razılıq əsasında cavabdehə stansiya xidmətləri göstərilmiş və bu xidmətlər əsasında cavabdehin iştirakı ilə yığım vərəqələri tərtib edilmiş və cavabdehə ünvanlanan elektr on qaimələr hər dəfə cavabdeh tərəfindən təsdiq edilərək qəbul edilmişdir.

24. Bundan başqa, məhkəmə bildirmişdir ki, cavabdehin daşımasını həyata keçirdiyi yüklər İran İslam Respublikasına daşındığından və yükalanlara İran ərazisində təhvil verilməli olduğundan ekspeditor fəaliyyətini həyata keçirən iddiaçının yükalanlara yükləri Azərbaycan Respublikası ərazisində iddiaçıya məxsus stansiyada təhvil almağa dəvət etməsi anlaşılan deyil. Bununla bağlı iddiaçı tərəfindən yükalanlara yükün məhz iddiaçıya məxsus stansiyada təhvil alınması barədə təklifi təsdiq edən heç bir sübut mövcud deyildir. Məhkəmənin mübahisələndirdiyi 2020-ci il 9 iyul tarixli 78 nömrəli cavabdehə ünvanlanmış məktubda isə yükalan tərəfindən cavabdehin daşıdığı yüklərin qəbul edilmədiyi, buna görə də yüklərin dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən iddiaçıya məxsus stansiyada qaldığı bildirilmişdir. Lakin bu məktubda cavabdehə və ya yükalana yüklərin iddiaçıya məxsus stansiyada təhvil alınması ilə bağlı heç bir təklif irəli sürülməmişdir.

25. Məhkəmə qətnaməni qəbul edərkən gəldiyi qənaət cavabdehə məxsus olan yüklərin məhz iddiaçı tərəfindən əsassız olaraq uzun müddət saxlanılması və buna görə cərimə hesablanması ilə bağlıdır. Lakin bu fakt məhkəməyə təqdim edilən heç bir sübutla öz təsdiqini tapmamış, cavabdehin bu iddiasını əsaslandıran hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

26. Bundan əlavə, məhkəmə bildirmişdir ki, elektron qaimələrin hansı sənədlər əsasında tərtib edildiyi qaimələrdə qeyd edilmədiyindən və xidmətin göstərildiyini sübut edən digər sənəd olmadığından iddianın əsaslı olduğ u təsdiq edilmir. Lakin elektron qaimələrin hər biri stansiya xidmətlərinin göstərildiyini təsdiq edən yığım vərəqələri (FDU-92) əsasında tərtib edilmiş və elektron qaimələrdə də bu sənədə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlm əsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.... 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 32. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri

1. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır:... 1.4. Magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri;...” 33. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında aşağıdakılar nəzərdə tutulur: “3. Müəyyən edilsin ki:... 3.4. dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır;...”

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində aşağıdakılar nəzərdə tutulur: “3.2. Cəmiyyət bu məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:... 3.2.29. dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi;...”

35. Azərbaycan Respublikasının da qoşulduğu 1951-ci il 1 noyabr tarixli “X1 Yük Daşımaları haqqında” Sazişin 2-ci maddəsi: Daşıma ödənişlərinin anlayışında nəzərdə tutulmuş normada, həmçinin əlavə yığımlar da müəyyənləşdirilmişdir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarınd a aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

37. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətinin §§ 22-26-da göstərilmiş dəlilləri ilə bağlı iş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

40. Belə ki, həmin məhkəmənin mövqeyinə görə tərəflər arasında nə yazılı nə şifahi müqavilə mövcud olmamışdır.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

42. İş m ateriallarında mövcud olan elektron qaimələrin 21 ədədindən görünür ki, həmin qaimələrdən 2 ədədi 2008-ci il, 8 ədədi 2019-cu il, 10 ədədi 2020-ci il, 1 ədədi isə 2021-ci il üzrə iddiaçı tərəfindən cavabdehə stansiya xidmətlərinin göstərilməsi ilə bağlı tərtib edilmişdir. Bu baxımdan göstərilən illər üzrə müəyyən dövri ardıcıllıqla tərəflər arasında mövcud münasibətlərdən irəli gəlməklə yerinə yetirilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən qanunvericiliyə uyğun hərəkətlər edilmişdir. Lakin cavabdeh tərəfindən mütəmadilik baxımından müəyyən dövri ardıcıllıqla göndərilmiş həmin qaimələrdən hər hansı biri barəsində etiraz edilməsi və ya dəyişdirilməsi ilə bağlı görülmüş tədbirləri təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir.

43. Digər tərəfdən, məh kəmə kollegiyası onu da vurğulayır ki, iş materiallarında birinci instansiya məhkəməsinə təqdim olunmuş (1-ci cild, iş v. 42-72) “əlavə yığımlar üçün yığım vərəqələri” mövcuddur. Astara stansiyasının xx.xx.2022 tarixi göstərilən və möhürü olan “əlavə yığımlar üçün yığım vərəqələr”ində ödəyici kimi cavabdeh qeyd edilir (belə bir vərəqədə Hövsan stansiyasına aiddir). Bundan başqa, iş materiallarında birinci instansiya məhkəməsinə təqdim edilən müxtəlif illərlə bağlı “Dorojnaya vedomost” adlı sənədlərdən də görünür ki, Rusiya Federasiyasından müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən mallar göndərilmiş, həmçinin göndərilən malların alıcısı(qəbul edəni) kimi cavabdeh göstərilmişdir. Habelə iş materiallarında ünvanı Rusiya Federasiyası göstərilən göndərici (yollayıcı) cavabdeh olmaqla müxtəl if illəri əhatə edən “Dorojnaya vedomost” adlı sənədlər də vardır (1-ci cild, iş v. 106-154).

44. Belə vəziyyətdə birmənalı olaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərildiyi kimi, tərəflər arasında yazılı müqavilənin olmaması, həmçinin cavabdehə aidiyyəti olan vaqonların Azərbaycan Respublikası ərazisində iddiaçıya məxsus stansiyada saxlanılması ilə bağlı şifahi müqavilənin bağlanmaması və bununla da vaqonların saxlanılmasının əsassız olması qənaətinə gəlməsi tərəflər arasında olan faktiki münasibətlərin maddi hüquq baxımından tam qiymətləndirilməməsi ilə nəticələnmişdir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinə kimi göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış yığımla əlaqədar pul məbləğinin ö dənilməsini təşkil etmişdir.

45. Lakin apellyasiya instansiyası məhkəməsi iddia tələbinə qarşı etirazda göstərilən, iddiaçının 2020-ci ildə cavabdehə aid vaqonların (yüklərin) Liman, Salyan və Astara dəmiryolu stansiyalarında aylarla qanunsuz saxlamaqla qanunsuz cərimə pullarının hesablaması ilə bağlı dəlilini əsas götürərək tərəflər arasında nə yazılı, nə də şifahi müqavilənin olmamasını, iddiaçının cavabdehə ünvanladığı məktubundakı tam araşdırılmayan halı əsas tutaraq hesab etmişdir ki, cavabdehə məxsus yüklərin iddiaçıya məxsus stansiyada müəyyən müddət üçün saxlanılmasında cavabdehin iradə ifadəsi, təqsiri və məsuliyyəti olduğu müəyyən olunmadığından iddiaçı tərəfindən edilən xidmət haqqı olaraq hesablanmış borc cavabdehdən tutula bilməz. Məhkəmə kollegiyası bununla bağlı vurğulamağı zəruri hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının ərazisində təbii inhisar subyektidir. Belə olan təqdirdə, cavabdehin Azərbaycan Respublikasının ərazisindən yüklərinin keçirilməsi zamanı iddiaçıya məxsus stansiyalarda stansiya xidmətlərindən istifadə etməsi labüd və qaçılmazdır. Belə vəziyyət isə göstərilmiş stansiya xidmətlərinə görə cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsini də ehtiva edir.

46. Bu vəzifə Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Sazişin, Azərbaycan Respublikasının Prezidentinin Fərmanının, Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamənin müvafiq normalarında müəyyənləşdirilmiş qaydaların tələblərindən irəli gəlir (bax yuxarıda - (§§ 33-35). İş materiallarındakı sənədlərdən də aydın olur ki, tərəflər arasında münasibətlər cavabdehin etirazında iddiaç ı tərəfindən pozuntunun törəldiyi kimi göstərilən ildən əvvəlki illəri də əhatə edir. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız iddiaçının stansiyalarında cavabdehə məxsus vaqonların (yüklərin) qanunsuz saxlanılmasının kifayət qədər araşdırılıb qiymətləndirilməmiş halını əsas götürülməklə, həmin ildən əvvəlki və sonrakı illər üzrə iddiaçı tərəfindən göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə xidmət haqqı olaraq hesablanmış yığımlar üzrə borc da daxil olmaqla cavabdehdən tutulmaması qənaətinə gəlməsi anlaşılan deyil.

47. İş materiallarında cavabdehin iddiaçıya ünvanladığı məktubda onun RF-in hüquqi şəxsləri ilə müqavilələr bağladığı, yüklərin RF-in hüqiqi şəxslərinə məxsus olan müxtəlif tipli vaqonlarla cavabdehin ünvanına yollanıldığı göstərilmişdir. Bundan başqa, o da bildirilmişdir ki, Astara stansiyasına gələn RF-na məxsus qapalı vaqonlar Astara (eksp) stansiyasına (kod 554503), yəni İran Astarasına keçə bilmirlər. Onların Astara və digər stansiyalarda yığılıb qalması vaqon və yük sahiblərini narahat edir. Bir neçə təşkilatdan, yükalıcı cavabdeh şirkət olduğundan, cavabdehin ünvanına vaqonların Azərbaycan Respublikası ərazisində yanvar ayından qalmaları səbəbindən və boşdayanmaya görə cərimələr barədə iddia ərizələri daxil olmuşdur. Sahibkarların vaqonların hansı səbəbdən İran ərazisinə keçirilməməsinin səbəblərini cavabdehdən bilmək istədikləri göstərilərək, iddiaçının tabeliyində olan müvafiq qurumlara yaranmış problemlə əlaqədar rəy bildirilmələri barədə göstəriş verilməsi xahiş olunmuşdur. Bu məktub 9 iyul 2020-ci il tarixind ə imzalanmışdır. Məktubun məzmunundan belə aydın olur ki, onun göndərilməsi səbəbi vaqonların yanvar ayından Azərbaycan Respublikasının ərazisində qalmasıdır.

48. Bundan başqa, "xxxx" MMC-nin Kutum, Dərbənd, Yalama, Astara, Salyan, Liman stansiyalarına ünvanlanmış 31 avqust 2020-ci il tarixli, 14 nömrəli teleqramında, 17 avqust 2020-ci il tarixli müqavilə əsasən, Latviya dəmiryolu Sangeyt kompaniyasının mülkiyyətində olan vaqonların "xxxx" MMC-yə icarəyə verdiyi və bu teleqramda sadalanan konteynerlə olan vaqonların Salyan, Liman stansiyalarındakı vaqonların Astara ekspert stansiyasına verilməsinin zəruriliyi göstərilmişdir. Bu teleqramın mətnindən isə aydın olur ki, Salyan və Liman stansiyalarında olduğu qeyd edilən həmin vaqonlar "xxxx" MMC-yə məhz 17 avqust 2020-ci il tarixdə icarəyə ve rilmişdir.

49. Qeyd olunmalıdır ki, teleqramda göstərilən halların iddiaçının hərəkətləri nəticəsində pozuntu kimi qəbul edilməsi, onun səbəblərinin izah olunması və nəticələrinin aradan qaldırılması ilə bağlı cavabdehin iddiaçıya müraciəti ilə bağlı hər hansı sübutedici sənəd iş materiallarında mövcud deyildir. 50. 9 iyul 2020-ci il tarixli məktubla həmin teleqramın mətninin müqayisəsindən belə aydın olur ki, məktubun məzmunu teleqramda göstərilən konteynerlə olan vaqonları əhatə etmir. Faktiki olaraq teleqramda göstərilən vaqonlar isə 17 avqust 2020-ci il tarixli müqaviləyə əsasən icarə münasibətlərinin predmeti olmuşdur.

51. Digər tərəfdən, iddiaçının yükdaşımaları departamentinin cavabdehin 9 iyul 2020-ci il tarixli, 78 nömrəli məktubuna cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixl i məktubda göstərilmişdir ki, taxta ilə yüklü qapalı vaqonların boşalma əməliyyatında verilməməsinin səbəbi cəmiyyətin aidiyyəti qurumu Astara və Astara-Eksport stansiyalarının operatoru olan "xxxx" MMC tərəfindən yükalanların dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə yüklərini qəbul etməkdən imtinasıdır. Həmçinin məktubda qeyd olunmuşdur ki, vaqonların 12 ədədi iyun ayınının, 8 ədədi isə iyul ayının ilk dekadasında Astara-Export (İran) terminalına ötürülmüş və 10-16 iyul tarixləri intervalında boşaldılmışdır. xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktubların məzmununu təhlil etdikdə isə belə qənaətə gəlinir ki, cavabdehin iddiaçıya ünvanlandığı məktubda vaqonların nömrələrinin əlavə olunduğu qeyd edilsə də iş materiallarında onların ümumi sayı göstər ilməmişdir və nə məktubda, nə də iş materiallarında bununla bağlı sənəd mövcud deyil. Belə olan təqdirdə iddiaçının cavabdehə ünvanlandığı məktub əsasında vaqonların ümumi sayının 20 ədəd olduğu qənaətinə gəlinir.

52. O da qeyd edilməlidir ki, iddiaçının xx.xx.2020-ci il tarixli məktubu Astara-Eksport stansiyalarının operatoru olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubu əsasında tərtib edilmişdir. Həmin məktubda da göstərilmişdir ki, vaqonların ümumi sayı 20-yə yaxın olmuşdur.

53. Məhkəmə kollegiyası vurğulayır ki, Astara və Astara-Eksport stansiyalarının operatoru kimi xx.xx.2020-ci il tarixli məktubda "xxxx" MMC qeyd edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilən həmin məktub isə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubu əsasında tərtib edilmişdir. Belə olan təqdirdə göstərilən vaqonların saxlanmasının səbəblərinin aydınlaşdırılması üçün prosessual qanunvericiliyin tələbləri baxımından sonuncunun üçüncü şəxs qismində cəlb olunması prosessual nöqteyi-nəzərdən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. MPM-in 57-ci maddəsində göstərilmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Digər tərəfdən o da qeyd edilməlidir ki, "xxxx" özü müstəqil hüquqi şəxsdir. MM-in 43.1-ci maddəsində isə hüquqi şəxsin anlayışı göstərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, bir hüquqi şəxsin təqsirli hərəkətinə görə başqa hüquqi şəxsin mülki hüquqi məsuliyyətə cəlb olunması qanunvericilik nöqteyi-nəzərdən məqbul hesab edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, "xxxx" MMC-nin statusunun, səlahiyyətlərinin dairəsinin, onun tərəfindən vaqonların İran Astarasına göndərilməməsinin həqiqi səbəblərinin, belə hərəkətlərin iddiaçı ilə bağlılığının mövcud olub-olmamasının araşdırılıb qiymətləndirilməməsi halında onun əməlinin nəticələrinin iddiaçının iddia tələbinin təmin edilməməsinin əsasında dayanması ən azından məqbul sayıla bilməz.

54. Digər tərəfdən, yuxarıda da qeyd olunduğu kimi iddia tələbi nə 2020-ci il üzrə, nə də 20 vaqonla əlaqədar tələb olunan yığım borcu ilə məhdudlaşdırılmamışdır.

55. Bundan başqa iddiaçı tərəfindən cavabdehə 2018-ci il 16 noyabr tarixdən 2020-ci il 21 avqust tarixədək 21 ədəd elektron qaimə-faktura göndərilmiş, həmin qaimələr A zərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na (bundan sonra – “Qaydalar”) uyğun olaraq cavabdeh tərəfindən təsdiq olunmuş və onlara etiraz edilməmişdir.

56. Həmçinin o da vurğulanmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrin əsas hissəsində “NFDu” qeyd edildiyi göstərilmiş, onun məzmunu ilə bağlı hər hansı araşdırılma aparılmamış və cavabdehə xidmətin göstərilməsinin digər sübutlarla təsdiq olunmadığı, o cümlədən həmin qaimələrə əsasən ödəniş edilmədiyi qənaətinə gəlinərək, bu elektron qaimələr əsasında iddianın əsaslı olduğunun təsdiq edilə bilməməsi qeyd olunmuşdur. Bununla bağlı məhkəmə koll egiyası qeyd edir ki, yuxarıda göstərilən və birinci instansiya məhkəməsinə təqdim olunan sənədlərlə qarşılıqlı əlaqəli surətdə həmin qaimələrdəki məlumatlar tədqiq edilmədən belə qənaətə gəlmək ədalətli sayıla bilməz. Halbuki. İddiaçının təbii inhisar subyeki olması faktından çıxış edərə onun digər müştərilərlə münsibətlərində də belə elektron qaimələrin hansı formada və hansı məlumatlar əsasında tərtib edilməsi aydınlaşdırıla bilərdi.

57. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (MM-in 329.2, 329.3-cü maddələri).

58. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surət də müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (MM-in 390.7-ci maddəsi).

59. Belə olan halda, Azərbaycan Respublikası ərazisində dəmir yolu daşımalarında fəaliyyət göstərən yeganə müəssisə olaraq iddiaçı ilə, Rusiya Federasiyası ərazisindən İrana göndərilən vaqonlarla bağlı ekspeditor rolunu həyata keçirən cavabdeh arasında münasibətlərin mövcud olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və anlaşılan deyildir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutl arın rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

62. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

63. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim et məyi tərəflərə təklif edə bilər.

64. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

67. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.

68. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

69. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

70. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qi smən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

71. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)1015/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

72. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-1015/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar