Məhkəmə qərarları › İş №2-2(102)-74/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-74/2025

26.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-74/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Elektrik enerjisindən istifadə ilə bağlı mübahisələr, enerji sərfiyyatına görə artıq ödənilmiş pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin kommersiya Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 2-2(103)825/2024 nömrəli qətnaməsin dən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İcarəyə verən qismində "xxxx" ASC ilə icarəçi qismində İddiaçı MMC arasında 2019-cu il 10 iyul tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1470,5 m2 əmlak kompleksi kimi müəssisə 2029-cu il 10 iyul tarixədək Sumqayıt Avtomatservis” ASC tərəfindən İddiaçı MMC-yə icarəyə verilmişdir. 2. "xxxx" ASC ilə "xxxx" ASC arasında enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı barədə 2020-ci il 30 oktyabr tarixli 077609 saylı müqavilə bağlanmışdır. 3. "xxxx" ASC ilə "xxxx" ASC arasında enerjitəchizatı müəssisəsi ilə dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqısatqısı barədə 2021-ci il 26 mart tarixli 028751 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda, onların əmsalı nəzərə alınmaqla). Abonentin baş transformatoru enerjitǝchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq ikidolaqlı tran sformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1.05 yüksəldici ǝmsala vurulmalıdır. Bu halda balans mənsubiyyəti sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə kVts (hesablaşma dövrü üçün) müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə 0,09 kVts (hesablaşma dövrü üçün) müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektr ik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır). 4. "xxxx" ASC ilə İddiaçı MMC arasında enerjitəchizatı müəssisəsi ilə dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqısatqısı barədə 2022-ci il 17 aprel tarixli 188217 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kvts aktiv elektrik enerjisi 0,11 manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir. 5. "xxxx" ASC ilə İddiaçı MMC arasında enerjitəchizatı müəssisəsi ilə dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqısatqısı barədə 2023-cü il 11 oktyabr tarixli 088551 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kvts aktiv elektrik enerjisi 0,11 manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir.

6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2023-cü il 28 avqust tarixli məktuba əsasən, İddiaçı MMC-nin əsas fəaliyyət növü əmtəələrin qablaşdırılması üçün plastik məmulatların plastik kisə, çanta, qutu, yeşik, çamadan, böyük balon və butulkaların istehsalı, əlavə fəaliyyət növü kağız paketlərin istehsalıdır. 7. "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “Xani“ MMC-yə ünvanlanmış 2023-cü il 2 noy abr tarixli, 50-01/381 nömrəli məktubda qeyd edilmişdir ki, “Xani“ MMC-nin nizamnaməsi və 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş məktub əsas götürülərək regional idarənin kompüter bazasında müəssisənin tarif növü dəyişdirilmişdir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı "xxxx" ASC -nin rəhbərliyinə müraciət ünvanlanmışdır. 8. “Xani“ MMC-nin abunə haqqında məlumatına əsasən, 2021-ci il 30 noyabr tarixindən 2023-cü il 31 avqust tarixinədək 1 kvts elektrik enerjisinin dəyəri 0,11 manat hesablanmışdır.

9. İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışa əsasən, cavabdeh tərəfindən İddiaçı MMC-yə 2021-ci il 4 dekabr – 2023-cü il 5 sentyabr tarixləri aralığında 22 elektron qaimə göndərilmişdir. Qaimələr məhkəməyə təqdim olunmuşdur. Həmçinin həmin qaimələr üzrə ödəniş sə nədləri də təqdim olunmuşdur. Arayışda 2021-2023-cü illər ərzində yanlış tarif tətbiq olunması səbəbi ilə ümumi 58604,16 manat məbləğində artıq ödənişin edildiyi qeyd olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə enerji sərfiyyatına görə artıq ödənilmiş 58603 manat və əldən çıxmış fayda olaraq 2930 manat 15 qəpik, məhkəməyə ödənilmiş 275 manat olmaqla, cəmi 61798,15 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci il 18 aprel tarixində Azərbaycan Res publikası Vergilər Nazirliyi 2 saylı Sumqayıt Vergilər Baş idarəsi tərəfindən qeydiyyata alınmış, nizamnaməyə əsasən qanunvericiliklə qadağan olunmayan bütün kommersiya fəaliyyəti növləri, o cümlədən xüsusi icazə alınmasını tələb edən bütün kommersiya fəaliyyət növləri ilə yalnız müvafiq icazəni aldıqdan sonra məşğul ola bilər. Vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən iddiaçının əsas fəaliyyət növü “Əmtəələrin qablaşdırılması üçün plastik məmulatların, plastik kisə, çanta, qutu, yeşik çamadan, böyük balon butulkaların istehsalı (kod 2222001), əlavə fəaliyyət növü kağız paketlərin istehsalı, yəni istehsal sahəsidir. 2017-ci ildən iddiaçının elektrik enerjisi ilə təmin olunması üçün cavabdehin Sumqayıt satış təhcizat idarəsi ilə birtipli müqavilələr bağlanmış və iddiaçı tərəfindən istehsalat sahəsi kimi qeyri-əhali qrupuna daxil olmaqla respublika tarif şurasının müəyyən etdiyi qaydada 2021-ci ilin dekabrın 1-nə qədər 1 kv.s 9 qəpik olmaqla, enerji sərfiyyatına görə ödənişlər vaxtında ödənilmişdir. Respublika Tarif Şurasının 2016-cı il 1 dekabr qərarına görə elektrik enerjisinin sərfiyyatı üçün 1 kv.s. görə qeyri-əhali qrupu üzrə istehsal sahələri üçün 9 qəpik, 2021-ci il 1 noyabr tarixindən isə 10 qəpik müəyyən edilmişdir. Lakin 2021-ci ilin dekabr ayından başlayaraq cavabdeh iddiaçının xəbəri olmadan sonuncuya enerji sərfiyyatına görə faktura qaimələrində ticarət və xidmət sahəsi kimi qeyd olunmuş və enerji sərfiyyatına görə 1 kv.s.enerji qiyməti 11 qəpikdən hesablanmışdır. Dəfələrlə bu barədə məsələ qaldırılsa da, cavabdeh ASC-nin cavabdeh strukturları buna məhə l qoymayaraq enerjinin qiymətini dəyişməmiş, tarif şurasının müəyyən etdiyi qiymətləri özlərinə sərf edən formada tətbiq etmişlər. Yalnız 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi İdarəsinin müəssisənin vergi uçot məlumatlarında əsas fəaliyyət növü barədə rəsmi məktub təqdim etdikdən sonra və uzun davam edən mübahisələrdən sonra cavabdehin Sumqayıt regional təhcizat və satış idarəsi istifadə edilən enerjinin qiymətlərini respublika tarif şurasının müəyyən etdiyi qaydada 10 qəpikdən hesablanmasına razılıq verdi və özünün kompüter bazasında dəyişiklik etdi. 2021-ci ilin dekabr - 2023-cü il sentyabr ayları ərzində iddiaçı tərəfindən enerji sərfiyyatına görə cavabdehə 58603 manat artıq pul ödənilmişdir ki, bu da müəssisəyə xeyli miqdarda maddi ziyan vurma q deməkdir. Cavabdehin Sumqayıt Regional Enerji Təhcizatı və Satışı idarəsinə həmin məbləğin qaytarılması və ya gələcəkdə istifadə olunan enerjiyə görə silinməsi xahiş edilsə də, cavabdeh cavab məktubunda regional idarənin kompüter bazasında müəssisənin tarif növünün dəyişdirilməsini qeyd edərək, artıq ödənilən vəsaitin geri qaytarılmasını təmin etməmişdir. Cavabdehlə bağlanmış 2021, 2022, 2023-cü il elektrik enerjisinin alqı-satqı müqavilələrinin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablamalar tarif şurasının istehlakçılar qrupu üçün müəyyən edilmiş tarif üzrə aparılır. Lakin cavabdeh özünün imzaladığı müqavilə üzrə vəzifələrini kobud şəkildə pozaraq iddiaçıya ziyan vurmaqla nəticələnən qanunsuz hərəkətlərə yol vermişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 may tarix li, e-2-2(113)-1420/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, hesablanmış əlavə sərfiyyata görə ödənilmiş 58603 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 261,50 manatolmaqla cəmi 58864,50 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).

13. İddia tələbinin iddiaçı tərəfindən cavabdehə enerji sərfiyyatına görə artıq ödənilmiş 58603 manat məbləğində pulun tutulması hissəsinə münasibət də məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmalıdır.

14. Məhkəmə işin hallarına istinadən qeyd etmişdir ki, iddia cavabdehdən elektrik enerjisi sərfiyyatına görə artıq ödənilmiş 58603 manat pul vəsaitinin tutulması hissəsində təmin edilməli və həmin vəsait cavabdehdən tutulara q iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya 2021-ci il 4 dekabr – 2023-cü il 5 sentyabr tarixləri aralığında 22 elektron qaimə göndərilmiş, həmin qaimələr üzrə tarif 11 qəpikdən götürülmüşdür. Həmin qaimələr üzrə ödənişlərin edilməsi iş materialları ilə öz təsdiqini tapır. Qaimələr üzrə ödənilən məbləğ 644645,76 manat, ödənilməli məbləğ 586041,6 manat, tariflə bağlı fərq 58604,16 manat olmuşdur.

15. İddiaçı həmçinin əldən çıxmış fayda olaraq 2930,15 manat pulun cavabdehdən tutulmasını xahiş etmiş, lakin əldən çıxmış faydanın nədə ifadə olunması, həmin məbləği təşkil etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmamalıdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın 8.6, 8.7, 8.11-ci bəndlərinə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisinin ölkədaxili tariflərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 2-2(103)-825/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva, T.Mahmudova).

19. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının fəaliyyət növü onu qeyri-əhali qrupuna aid edir və həmin qrup üzrə elektrik enerjisinin sərfiyyatı üçün 1 kv.s. görə 2021-ci il 1 noyabr tarixindən 10 qəpik müəyyən edilmişdir.

20. Lakin cavabdehin nümayəndəsinin apellyasiya icraatında təqdim etdiyi mülahizəyə əsasən, **********4 nömrəli abunə kodu üzrə Abunə haqqında məlumat vərəqində Avtoservis və ticarət xidməti yazılmışdır. Abunə kodunun qeydiyyatı 2002-ci ildə aparılmışdır. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2016-cı il 28 noyabr tarixli Qərarının 4.2-ci bəndinə əsasən qeyri əhali üzrə xidmət və ya digər fəaliyyət sahələrindən asılı olmayaraq tarif 9,0 qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 16 oktyabr tarixli, 14 nömrəli Qərarının 4.2-ci bəndinə əsasən qeyri əhali üzrə tarif 2 hissəyə bölünmüşdür. Belə ki, Ticarət və xidmət üzrə (4.2.1-ci bənd) 11,0 qəpik, digərləri üzrə (4.2.2-ci bənd) 10,0 qəpik müəyyən olunmuşdur. Respublika üzrə abonentlərin fəaliyyət sahəsinin müəyyən edilməsi cavabdehin məsuliyyətində deyildir. Bu müddət ərzində hər bi r abonentə hesab-faktura təqdim olunur ki, həmin sənəddə də enerji üzrə tarif əks olunub. Bu zaman abonent özü fəaliyyət istiqamətini əks edən sənədi təqdim etməklə müraciət edərək tarif dəyişikliyini xahiş etməli idi. Necə ki, iddiaçı özü 2023-cü il 6 sentyabr tarixində məktub ünvanlamışdır. Həmin məktuba uyğun olaraq 2023-cü il 2 noyabr tarixli məktubla iddiaçıya bildirilmişdir ki, Regional İdarənin komputer məlumat bazasında müəssisənin tarif növü dəyişdirilmişdir.

21. Cavabdehin bu mövqeyi ilə bağlı məhkəmə qeyd etmişdir ki, 2023-cü il 2 noyabr tarixinədək iddiaçının digər müraciətlərinə baxılmamış və tarif dəyişdirilməmişdir. Nəticədə əsassız olaraq 11 qəpikdən hesablaşma aparılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdehin mülahizəsində göstərdikləri əsassızdır.

22. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1, 8.1, 8.2, 7.18, 7.19-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri:

24. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 30 iy ul tarixli Qərarı üzrə Apellyasiya məhkəməsinin istinad etdiyi iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2022-ci il 17 aprel tarixli 188217 saylı və 2023-cü il 11 oktyabr tarixli 088551 saylı müqavilələrin abonent kodu qrafasında **********4 nömrəli kod qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş **********4 nömrəli abonet haqqında məlumat sənədlərinə nəzər saldıqda isə həmin kod üzrə abonentin "xxxx" ASC olduğu məlum olur. Həmçinin iddiaçının cavabdehə ünvanladığı 2023-cü il 6 sentyabr tarixli 122 saylı müraciətində ona məxsus abonent kodu ilə yox, "xxxx" ASC-yə məxsus **********4 saylı abonent kodu ilə rəsmiləşdirilmiş abonentin elektrik enerjisindən istifadə üçün tarifin dəyişdirilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı buna hüquqi ixtiyarı olmadığı halda ona məxsus olmayan v ə digər bir hüquqi şəxsə məxsus abonent kodu üzrə elektrik enerjisinin tarifinin dəyişdirilməli olmasını iddia edərək məhkəmədən cavabdehə artıq ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb etmişdir. Məhz bu yuxarıda göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddiaçının iş üzrə məhkəməyə təqdim etdiyi qeyri-mötəbər sübutlara istinad etməklə cavabdehə qarşı məhkəmədə hazırki tələb üzrə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Lakin apellyasiya məhkəməsi iş üzrə sübutları tam, hərtərəfli araşdırmamış, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması ilə bağlı yuxarıda qeyd edilən xüsusatlara diqqət yetirməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etirazında “Elektrik enerjisindən istifadə” qaydaları haqqında Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarına istinadla bildirmişdir ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində iddiaçı tərəfindən bağlanmış müqavilələrin əsli təqdim edilmişdir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş 2 illik faktura-qaimələr də təqdim edilmişdir. Bu sənədlərdən aydın görünür ki, cavabdehə tarif qiymətindən artıq məbləğdə 58603 manat pul ödənilmişdir. Lakin cavabdeh abonent kodu ilə əlaqədar artıq aldığı pulu qaytarmaqdan yayınmağa çalışır. Elektrik enerjisindən istifadə qaydalarında aydın şəkildə göstərilir ki, əsas abonentin xəttinə subabonentlər də qoşula bilər, abonent kodunun dəyişməsindən asılı olmayaraq tariflər hər istifadəçiyə uyğun tətbiq edilməlidir və burada heç bir anlaşmazlıq ola bilməz

26. Beləliklə, cavabdehin müqavilələrin qeyri-mötəbər olması haqqında iddiaları tamamilə qeyri-ciddi olmaqla bərabər cavabdehin özündə olan nüsxələrin niyə təqdim edilməməsi anlaşılan deyildir. Elektrik enerjisinin sərfiyyatı ilə əlaqədar enerji təhcizatı müəssisəsi ilə abonent arasında müqaviləni cavabdeh özü təqdim edir və qeyd etdiyi müqavilədəki dəyişikliklərlə əlaqədar, nöqsanlar həmin idarənin öz işinə səhlənkar yanaşmasını göstərir və iddiaçının bu məsələdə təqsiri yoxdur. Göstərilən dəyişikliklər isə enerjinin güc əmsalının göstərilməsi ilə əlaqədardır və müqavilənin əsas şərtlərinə heç bir təsiri yoxdur.

27. Hər iki müəssisəyə quraşdırılmış elektrik enerjisinin sərfiyyatının hesablanması üçün elektrik sayğaclarının foto şəkilləri və nömrələri də məhkəməyə təqdim edilmiş və iş materiallarına əl avə edilmişdir. Bu məsələ məhkəmə prosesində kifayət qədər ətraflı araşdırılmış və sənədlər təqdim edilmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi fak tiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar 1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs; abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı...” “7. Elektrik enerji sinin uçot cihazlarının quraşdırılması və istismarı... 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsind ə aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.” “8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə və digər normati v sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur....”

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətində göstərilən dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən doğru hüquqi qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin dəlillərə əlavə münasibət bildirməyi zərurət görmür.

34. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

36. Məhkəmə kollegiyası, həmçinin iddiaçının kassasiya şikayətinə qarşı etirazına münasibətdə qeyd edir ki, həmin məsələlərə bu qərarın yuxarı paraqraflarında mövqe bildirildiyindən əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiya sı məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 22(103)-825/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar