Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-741/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X2 və X8 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: məhdud məsuliyyətli cəmiyyətin, onun əmlakının naturada, mənfəətin və digər gəlirlərinin bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçılar X2 və X8 Cavabdeh MMC-yə qarşı “mənfəətin bölünməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)-637/2022 saylı qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 2013-cü il 19 fevral tarixli **********865500 nömrəli çıxarışa əsasən, "xxxx" MMC-nin hazırkı təsisçiləri və nizamnamə kapitalında mayalarının miqdarı aşağıdakı kimidir: X3 (İran İslam Respublikası) - 18,5 pay; X16 (İran İslam Respublikası) - 5 pay; X5 (İran İslam Respublikası) - 8,5 pay; X9 (İran İslam Respublikası) - 2 pay; X10 (İran İslam Respublikası) - 3 pay; X6 (İran İslam Respublikası) - 63 pay
2. Cavabdeh MMC-nin 2016-cı il 20 dekabr tarixdə dövlət qeydiyyatına alınmış 2-ci redaksiyada nizamnaməsinin: 1.2-ci bəndinə görə Bu nizamnamə xx.xx.2011-ci il tarixdə ********** (VÖEN) qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adının dəyişməsi ilə əlaqədar nizamnamənin 2-ci redaksiyasıdır. Nizamnamənin 2.1-ci bəndinə görə cəmiyyətin nizamnamə kapitalı 100 manat həcmindədir və hər biri 1 (bir) manat olmaqla 100 (yüz) paydan ibarətdir.
3. Nizamnamənin 2.2-ci bəndinə əsasən cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalında payları aşağıdakı kimidir: - X14 (Azərbaycan Respublikası vətəndaşı) - 50%, - X3 (İran İslam Respublikası vətəndaşı) - 18,5%, - X15 (İran İslam Respublikası vətəndaşı) - 5%, - X11 (İran İslam Respublikası vətəndaşı) - 2%, - X5 (İran İslam Respublikası vətəndaşı) - 8%, - X7 (İran İslam Respublikası vətəndaşı) - 13%, - X12 (İran İslam Respublikası vətənd aşı) - 3 %;
4. Nizamnamənin 2.5-ci bəndinə görə Ümumi Yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür.
5. Nizamnamənin 4.1-ci bəndinə əsasən, cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o ümumi yığıncağın səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirir.
6. Nizamnamənin 4.2-ci bəndinə görə Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şə xsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır.
7. Nizamnamənin 4.3-cü bəndinə görə cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarın qəbul edilməsi cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir.
8. X1 Cavabdeh MMC-nin direktoruna ünvanladığı 2021-ci il 27 sentyabr tarixli ərizə ilə sonuncu, MMC-nin ümumi yüğıncağının növbədənkənar iclasının keçirilməsinin təmin edilməsi, iclasın gündəliyində cəmiyyətin bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə edilmiş mən fəətin və digər gəlirlərinin bölünməsi və 2017-ci il tarixdən hazırkı dövrədək cəmiyyətin fəaliyyəti ilə bağlı bütün sənədlərinin təsdiq edilmiş surətlərinin onlara verilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçılar X2 (bundan sonra – “iddiaçı S.Moeinfard” və X13 (bundan sonra – “iddiaçı N.Cavidfar”) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə olunmuş mənfəətin və digər gəlirlərin bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər.
10. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra – “MMC”) 2011-ci il 4 oktyabr tarixdə Vergilər Nazirliyi yanın da Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlər qeydiyyat idarəsində dövlət qeydiyyatından (dövlət qeydiyyatı № (VÖEN) **********) keçərək dövlət reyestrindən çıxarış almışdır. İran İslam Respublikasının vətəndaşı iddiaçı S.Moeinfardın MMC-nin nizamnamə kapitalında payı 100 pay, 100% pul şəklindədir. 2016-cı il 20 dekabr tarixdə MMC-nin adı dəyişilərək Cavabdeh MMC olmuş (bundan sonra – “cavabdeh”) və həmin tarixdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlər qeydiyyat idarəsində dövlət qeydiyyatından (dövlət qeydiyyatı № (VÖEN) **********) keçərək Dövlət reyestrindən çıxarış almışdır. Qeyd olunan çıxarışda cəmiyyət təsisçiləri və onların nizamnamə kapitalında payı aşağıdakı kimi göstərilmişdir. S.Moeinfard - 18,5%, N.Cavid far - 5%, X5 - 8%, X11 - 2%, X12 - 3%, X7 - 13% və X14 - 50%. Cəmiyyətin yarandığı ilk gündən onun inkişafında onların müstəsna rolu olmuşdur. Bələ ki, cəmiyyətin normal fəaliyyət göstərməsi üçün tərəflərindən cəmiyyətə pul vəsaiti qoyulmuşdur. Buna baxmayaraq, iş üzrə cavabdeh uzun müddətdir ki, cəmiyyət tərəfindən göstərilmiş xidmətlərdən, görülmüş işlərdən, məhsul satışından və təsərrüfat fəaliyyətinin digər növlərindən əldə olunan gəlirləri təsisçilər arasında nizamnamədə göstərilən paylarına uyğun bölməmişdir. Belə olduğu halda onlar cəmiyyətə daxil olan mənfəətin bölünməsi ilə əlaqədar cavabdehə bir neçə dəfə rəsmi müraciət etmələrinə baxmayaraq, cəmiyyət hazırkı dövrədək bu məsələnin həlli ilə əlaqədar heç bir iş görməmişdir.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Re spublikası Konstitusiyasının 59, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 95, 96.1, 55.2, 220.1-ci, “Məhdud məsuliyyətli müəssisələr haqqında” Azərbaycan Respublikası Qanunun 8, 27.1, 27.2-ci maddələrinə istinad olunmuşdur.
12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 mart tarixli, e-2-2(113)-278/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – L.Əliyeva).
14. Məhkəmənin mövqeyi belə olmuşdur ki, həm qanunvericilik, həm də MMC-nin nizamnaməsi hüquqi şəxsin yenidən təşkili (bölünməsi) qaydasını və əsaslarını müəyyən etmişdir. Belə ki, qanunvericiliyə görə yenidən təşkil (bölünmə) cəmiyyətin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanın ın qərarı ilə həyata keçirilir, cəmiyyətin yenidən təşkil edilməsinin məhkəmə qərarı əsasında həyata keçirilməsinə isə yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir. Cavabdeh MMC-nin nizamnaməsinə əsasən isə cəmiyyətin yenidən təşkili (bölünməsi) barədə qərar qəbul etmək səlahiyyətinə malik orqan müəyyənləşdirilərək yenidən təşkil məsələləri cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir.
15. Məhkəmə MMC-nin bölünməsi və əmlakının naturada bölünməsi hissəsində iddiaya münasibətdə qeyd etmişdir ki, cavabdehin nizamnaməsinə əsasən cəmiyyətin bölünməsi cəmiyyətin təsisçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, eləcə də iddiaçılar həmin hissədə iddia tələbinin əsası kimi hüquqi şəxsin bölünməsinin məhkəmənin qərarı əsasında həy ata keçirilməsi üçün əsas olan qanunla müəyyənləşdirilmiş hallara istinad etmədiyindən iddia tələbi həmin hissədə əsassız olmuşdur.
16. Mənfəətin və digər gəlirlərin bölüşdürülməsi hissəsində iddia tələbinə münasibətdə isə qeyd olunmuşdur ki, cavabdehin mənfəətinin bölüşdürülməsi qanunvericiliyin tələblərinə eləcə də MMC-nin nizamnaməsinin 4.3-cü bəndinə əsasən cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edildiyindən yalnız ümumi yığıncağın qərarı ilə bölüşdürülməsi qərara alınmış mənfəətin bölünərək iştirakçıya ödənilməsi barədə iddia tələbi əsaslı ola bilərdi. Mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə cavabdehin ümumi yığıncağının qərarı mövcud olmadığı hazırkı halda mənfəətin bölünməsi tələbinə dair iddianın təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən olunmamışdır.
17. Məhkəmə hesab etmişdir ki, MMC-dən pul vəsaitini etibarnamə əsasında G.Eynullayevanın nümayəndəsi Ə.Eynullayev almaqla həmin vəsaiti G.Eynullayevaya çatdırdığından, iddia tələbi vəsaitin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin oluna bilməzdi.
18. Gəldiyi nəticəni məhkəmə MM-in 55.1, 55.2, 90-1.1, 91.1-1, 91.1-2, 91.1-3, 91.3, 91.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)-637/2022 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
21. Məhkəmə kollegiyası bildirmişdir ki, iddaçıların hüquqi şəxsin bölünməsi barədə tələbi ona görə əsaslı sayıla bilməz ki, hüquqi şəxsin bölünməsi qanunvericiliyə əsasən yalnız onun təsisçilərinin qərarı ilə mümkündür. Hüquqi şəxsin məhkəmə qərarı əsasında bölünməsi isə istisna olaraq o halda mümkündür ki, qanunla müəyyənləşdirilmiş hallardan hər hansı biri mövcud olsun. Hazırkı işdə isə iddiaçılar belə bir qanuni əsasa istinad etmir.
22. Hüquqi şəxsin əmlakının naturada bölünməsi, əldə olunmuş mənfəətin və digər gəlirlərin bölünməsi barədə tələbə münasibətdə də qeyd olunmalıdır ki, mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tə rəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada mümkündür. Belə ki, həm qanunvericilik, həm də MMC-nin nizamnaməsi hüquqi şəxsin yenidən təşkili (bölünməsi) qaydasını və əsaslarını müəyyən etmişdir. Qanunvericiliyə görə yenidən təşkil (bölünmə) cəmiyyətin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilir, cəmiyyətin yenidən təşkil edilməsinin məhkəmə qərarı əsasında həyata keçirilməsinə isə yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir. Cavabdeh MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin yenidən təşkili (bölünməsi) barədə qərar qəbul etmək səlahiyyətinə malik orqan müəyyənləşdirilərək yenidən təşkil məsələləri cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərin ə aid edilmişdir.
23. Mənfəətin və digər gəlirlərin bölüşdürülməsi barədə dəlilə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, MMC-nin mənfəətinin bölüşdürülməsi qanunvericiliyin tələblərinə, eləcə də MMC-nin nizamnaməsinin 4.3-cü bəndinə əsasən cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edildiyindən, məhkəmə yalnız ümumi yığıncağın qərarı ilə bölüşdürülməsi artıq qərara alınmış mənfəətin bölünərək iştirakçıya ödənilməsi barədə iddianı təmin etməkdə haqlıdır. Mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə MMC-nin ümumi yığıncağının qərarı mövcud olmadığından mənfəətin bölünməsi tələbinə dair iddia tələbinin təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən olunmamışdır.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 47.1, 47.2, 55.1, 55.2, 89, 90-1.1, 90-1. 2, 91.1, 91.1-1, 91.1-2, 91.1-3, 91.3, 91.3.3-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 11 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 12 iyun tarixli Qərarına, MPM-in 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 2 avqust tarixdə iş üzrə tərəflərə göndərilmiş və həmin tarixdə onların nümayəndələrinə məxsus məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
26. Qətnamədən iddiaçı S.Moeinfard 2022-ci il 30 sentyabr tarixdə kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin yeindən baxıl ması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 91.3.3, 91.3.4-cü maddələrinin tələbləri pozulmuşdur. Hüquqi şəxsin bölünməsi onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmçinin, qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. MMC-nin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak şəxsən iştirak etmək və ya MM ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Cavabdeh 2016-cı il tarixdən, yəni təsis payının 50 faizini əldə etdikdən sonra bir dəfə də olsun iddiaçını cəmiyyətin ümumi yığıncağına çağırmamış, bununla iddiaçının qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən olunan hüquqlarını məhdudlaşdırmışdır. Halbuki, cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır.
28. Məhkəmə qətnaməsində iddia tələbində qeyd olunan tələblərin cəmiyyətin ümum i yığıncağının müstəsna səlahiyyətlərinə aid edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 22 yanvar tarixli Qərarında tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həllinin MMC-nin müstəsna səlahiyyətinə adi olması öz əksini tapmışdır. Tərəflər arasında cəmiyyətin idarə olunmasında, iddiaçının cəmiyyətin fəaliyyətində iştirak etməməsi, iddiaçının cəmiyyətdən ayrılmaq istəməsi və iddiaçı üçün digər əhəmiyyətli olan məsələlərin həllində cavabdehin qərəzli, qanunsuz hərəkət (hətəkətsizlik) etməsi tərəflər arasında mübahisənin olmasına dəlalət etdiyindən məhkəmənin göstərilən məsələlər üzrə tərəflər arasında mübahisə olmasına baxmayaraq, həmin məsələlərin həllinin cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinə aid olmasına dair gəldiyi nəticə düzgün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. IV.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılm asa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
47. Hüquqi şəxsin nizamnaməsi 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tu tulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir....” “Maddə
55. Hüquqi şəxsin yenidən təşkili 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnam ə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir....” “Maddə
89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsi Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində ye kdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.” “Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.... ” “Maddə
91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da s eçilə bilər. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin il də bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır.... 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:... 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək;...”
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 12 iyun tarixli Qərarında da göstərilmişdir: “... Mülki Məcəllənin 90.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mə nafelərinə təminat verən məbləğdən az ola bilməz. Həmin Məcəllənin 90-1.1 və 90-1.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyət in yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.... Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir.”
35. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
36. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
37. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, MMC ilə onun təsisçiləri olan iddiaçılar arasında mübahisə mövcud olduğundan iddia tələbində qeyd olunan tələblər artıq cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olmaqdan çıxmış, səs hüquqlarının olmasına baxmayaraq MMC bir dəfə də olsun iddiaçıları onun ümümi yığıncağına çağıdrmamışdır.
38. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirir.
39. Belə ki, mülki qanunvericiliyin tələblərinə görə, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.
40. Göründüyü kimi qanunvericilik hüquqi şəxsin bölünməsinin onun təsisçilərinin qərarı ilə həyata keçirildiyini müəyyən etmiş, bunun məhkəmə qərarı ilə baş verməsini yalnız qanunla müəyyən olunmuş hallarla şərtləndirmişdir. Hazırkı halda isə, aşağı instansiya məhkəmələri tərəfindən iddiaçıların belə qanuni əsasa istinad etmədiklərini müəyyən etmiş, bu zaman maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişlər.
41. Hüquqi şəxsin əmlakının naturada bölünməsi, əldə olunmuş mənfəətin və digər gəlirlərin bölünməsi barədə tələbə münasibətdə də qeyd olunmalıdır ki, mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada mümkündür. Belə ki, həm qanunvericilik, həm də MMC-nin nizamnaməsi hüquqi şəxsin yenidən təşkili (bölünməsi) qaydasını və əsaslarını müəyyən etmişdir. Qanunvericiliyə görə yenidən təşkil (bölünmə) cəmiyyətin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilir, cəmiyyətin yenidən təşkil edilməsinin məhkəmə qərarı əsasında həyata keçirilməsinə isə yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir. Cavabdeh MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin yenidən təşkili (bölünməsi) barədə qərar qəbul etmək səlahiyyətinə malik orqan müəyyənləşdirilərək yenidən təşkil məsələləri cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir.
42. Mükli qanunvericiliyə uyğun olaraq mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir.
43. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 22(103)-637/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
44. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı S.Moeinfard tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)-637/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.