Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-748/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yö nəldilməsi tələbinə dair” iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 29 iyul tarixli 2-2(103)-19/2025 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı1 ASC ilə Cavabdeh1 MMC arasında bağlanan 2014-cü il 6 noyabr tarixli 4 saylı kredit müqaviləsinə əsasən MMC-yə ******* manat məbləğində illik 7%-lə 36 ay müddətinə kredit verilmişdir.
2. İddiaçı1 ASC ilə Cavabdeh1 MMC (borcalan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanan 2014-cü il 21 noyabr tarixli 4/2 saylı ipoteka müqaviləsinə görə ipoteka predmeti Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m. (2630,6 kv.m. əsas, 1,6 kv.m. köməkçi sahədən ibarət) olan əmlak kompleksi kimi müəssisə müəyyən edilmişdir.
3. İddiaçı1 ASC ilə Cavabdeh1 MMC (borcalan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanan 2014-cü il 25 dekabr tarixli 4 saylı ipoteka müqaviləsinə əsasən borcun ödənilməsinin təminatı kimi Cavabdeh1 MMC-nin 2013-cü il 30 dekabr tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% payları, Cavabdeh1 MMC-nin balansında olan bütün Daşınmaz və Daşınar əmlaklar, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 11 iyun tarixində qüvvəyə mindiyi 2-1(81)-2833/2014 nömrəli qərardadla Cavabdeh1 MMC-yə aid edilən Bakı şəhə ri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsi və gələcəkdə onun üzərində inşa ediləcək üç bloklu yaşayış binası müəyyən edilmişdir.
4. ƏMDX-nın 2020-ci il 23 sentyabr tarixli **********63 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsinin və digər hansısa daşınmaz əmlakın Cavabdeh1 MMC-nin adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
5. ƏMDK DƏDRX-nın 2020-ci il 25 dekabr tarixli **********64 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq müraciətləri əsasında Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanındakı əmlak kompleksinə dair 2014-cu il 3 dekabr və 2014-cü il 16 dekabr tairxlərində ipotekanın dövlət qeydiyyatı aparılmışdır, həmçinin bankın müraciətləri əsasında 2015-ci il 15 dekabr və 2016-cı il 9 iyun tarixlərdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır.
6. Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il 4 mart tarixli 16-005302021 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllə ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m. əmlak kompleksi kimi müəssisə İBO14-1626/2 nömrəli və İBQ141637 nömrəli ipoteka müqavilələrinə əsasən LPO İddiaçı1 ASC-nin Mərkəzi Bank qarşısında olan 2014-cü il 23 oktyabr tarixli KB014-1626 nömr əli və 2014-cü il 10 dekabr tarixli KBQ14-1637 nömrəli kredit öhdəliklərinin təminatıdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. LPO İddiaçı1 ASC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2014-cü il 6 noyabr tarixli 4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-dən (bundan sonra – cavabdeh MMC) ******* manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 458608,90 manat faiz borcu, 431946,75 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanan və tələb olunan cərimə, 709023,24 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla cəmi 6599578,89 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 kv.m ümumi, 2630,6 kv.m əsas, 1,6 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisəyə, İddiaçı1 ASC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4 saylı ipoteka müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 (bundan sonra Cavabdeh4) məxsus 1 pay-50% və Cavabdeh3 (bundan sonra – Cavabdeh3) məxsus 1 pay-50% paylarına, Cavabdeh1 MMC-nin balansında olan bütün Daşınmaz və Daşınar əmlaklara, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 11 iyun tarix ində qüvvəyə mindiyi 2-1(81)-2833/2014 nömrəli qərardadla Cavabdeh1 MMC-yə aid edilən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsi və gələcəkdə onun üzərində inşa ediləcək üç bloklu yaşayış binasına yönəldilməsi, bu əmlakların açıq bazarda və ya hərracda satılması, satışdan əldə edilmiş məbləğin borcun ödənilməsi üçün İddiaçı1 ASCnin hesabına keçirilməsi, ipoteka qoyanın, yəni Cavabdeh1 MMC-nin müvafiq əmlaklara olan mülkiyyət hüquqlarının və istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hazırda müqavilənin şərtlərinə əsasən “Borcalanın” “B anka” olan borcu ******* manat əsas borc, 610555,62 manat faiz borcu olmaqla, cəmi 5610555,62 manat təşkil edir, lakin cavabdeh tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. 9. 2020-ci il 11 sentyabr tarixli **********486 nömrəli maliyyə arayışından görünür ki, müqavilə üzrə əsas borc 5000000, faiz borcu 458608,90, borcun gecikdirilməsi üçün hesablanmış cərimə 431946,75 manat, MM-nin 445.7-ci maddəsinə əsasən əsas borcun gecikdirilməsinə görə hesablanmış illik 5 faiz borcu 709023,24 manat ümumi borc isə 6599578, 89 manatdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28889 saylı 2019-cu il 24 aprel tarixli ekspert rəyindən görünür ki, 2014-cü il 6 noyabr tarixli 4 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaql a Cavabdeh1 MMC-nin 2017-ci il 6 noyabr tarixə İddiaçı1 ASC-yə olan cəmi borcu 5493888,8 manat, ondan əsas borc ******* manat, faiz borcu 493888,8 manat təşkil edir. Müqavilə müddətinin bitdiyi 2017-ci il 6 noyabr tarixdən ekspertiza təyini haqqında qərardadın tarixinə - 2018-ci il 13 sentyabr tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 213194 manat təşkil edir. City Plaza MMC-nin 2018-ci il 13 sentyabr tarixinə iddiaçı ASC-yə olan borcu 5707083,28 manat, əsas borc ******* manat, faiz borcu 707083,28 manat təşkil edir.
11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 fevral tarixli 2-2(113)-4/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2014-cü il 6 noyabr tarixli 4 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 458608,90 manat faiz, illik 5 faizlə hesablanmış 7090 23,24 manat və 32367,86 manat cərimə ümumilikdə ******* manat və dövlət rüsumu kimi ödənilmiş 28,18 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 MMC-nin 2013-cü il 30 dekabr tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% paylarına yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – E.Əliyev).
12. Məhkəmə hesab etmişdir ki, iddia əsas və faiz borcu, habelə müqavilə müddətinin bitdiyi tarixdən hesablanmış illik 5 faiz borc hissədə tam təmin edilməli, cərimə isə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 32367,86 manat məbləğində müəyyən olunmaldır.
13. Həmçin in İddiaçı1 ASC və Cavabdeh1 MMC arasında bağlanmış 2014-cü il 25 dekabr tarixli 4 saylı ipoteka müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin 2013cü il 30 dekabr tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalında müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% paylarına münasibətdə iddia əsaslı olduğundan təmin edilməlidir.
14. Məhkəmə hesab etmişdir ki, tutmanın Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 kv.m ümumi 2630,6 kv.m əsas 1,6 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2014-cü il 11 iyun tarixdə qü vvəyə mindiyi 21(81)-2833/2014 nömrəli qərardadla Cavabdeh1 MMC-yə aid edilən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsi və gələcəkdə onun üzərində inşa ediləcək üç bloklu yaşayış binasına yönəldilməsi, həmçinin ipoteka qoyanın, yəni Cavabdeh1 MMC-nin müvafiq əmlaklara olan mülkiyyət hüquqlarının və istifadə hüquqlarının itirilməsi barədə hissəsində iddia tələbi rədd edilməlidir, belə ki, iddiaçı tərəfindən 2014-cü il 21 noyabr tarixli 04/2 saylı ipoteka müqaviləsində göstərilən tutmanın yönəldilməsi nəzərdə tutulan sözügedən əmlakların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və yüklü edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386, 421.1, 445.7, 465.2, 467, 567-ci, MPM-nin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1162 saylı 2024-cü il 10 may tarixli ekspert rəyindən görünür ki, 2015-ci il 26 yanvar tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-də olan AZ45ANAR**********0000000AZM hesabına, 2015-ci il 12 fevral tarixli mədaxil orderində qeyd oluna n 34800 ABŞ dolları məbləğində pul vəsaiti "City Plaza” MMC-nin İddiaçı1 ASC-də olan AZ61ANAR**********8000000USD hesabına köçürülmüşdür. Qeyd edildiyi kimi hazırki ekspertiza tədqiqatı İddiaçı1 ASC ilə Cavabdeh1 MMC («Borcalan») arasında rəsmiləşdirilmiş 2014-cü il 6 noyabr tarixli 4 saylı kredit müqaviləsi üzrə aparıldığından, 2015-ci il 12 fevral tarixli mədaxil orderində qeyd olunan 34800 ABŞ dolları məbləğində vəsaitin isə həmin kredit müqaviləsində aid olan hesaba mədaxil edilmədiyindən həmin ödəniş hazırki hesablamalar zamanı nəzərə alınmamışdır. İkinci suala cavab olaraq göstərilmişdir ki, 2015-ci il 26 yanvar tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-də olan AZ45ANAR**********0000000AZM hesabına mədaxil edilmişdi r. Həmin əməliyyatın aparılması iş materiallarında olan 2015-ci il 26 yanvar tarixli kassa mədaxil orderində (cild 2 i.v 68) və Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-də olan AZ45ANAR**********0000000AZM hesabından çıxarış məlumatlarında öz əksini tapmışdır. 2.299.116,71 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-də olan AZ45ANAR**********0000000AZM hesabına mədaxil edildikdən sonra həmin vəsaitin bir hissəsi kredit müqaviləsi üzrə faiz borcuna silinmiş, xx.xx.2015-ci il tarixdə 348,040 manat, xx.xx.2015-ci il tarixdə 240.000,0 manat, xx.xx.2015-ci il tarixdə 600.000 manat, xx.xx.2015-ci il tarixdə 400.000,0 manat, xx.xx.2015-ci il tarixdə 100.000 manat malmaterial təyinatı ilə məxaric edilmiş, 462.748,0 manat məbləğində vəsait isə 2015-ci il 8 aprel tarixində ABŞ dolları ekviva lentinə konvertasiya edilərək Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-də olan AZ38ANAR**********0000000USD hesabına köçürülmüşdür. Bundan sonra konvertasiya edilmiş 462.748,0 manat məbləğində vəsaitdən (440.000,0 ABŞ dolları) 2200,0 ABŞ dolları məbləğində konvertasiya haqqı tutulmuş, 2015-ci il 29 aprel tarixində 61750,0 ABŞ dolları, 2015-ci il 7 may tarixində 97.600,0 ABŞ dolları, 2015-ci il 29 may tarixində 39.050.0 ABŞ dolları, 2015-ci il 23 iyul tarixində 65.700,0 ABŞ dolları və 2015-ci il 21 sentyabr tarixində 173.700,0 ABŞ dolları məbləğində vəsait yenidən AZN valyutasına konvertasiya edilərək MMC-nin İddiaçı1 ASC-də olan AZ45ANAR**********0000000AZM hesabına mədaxil edilmişdir. Həmin vəsaitlərdən 2015ci il 29 aprel tarixdə 42.000,0 manat, 2015-ci il 7 may tarixdə 100.000,0 manat, 2015-ci il 29 may tarixdə 40.000,0 manat, 2015-ci il 21 sentyabr tarixdə 140.000,0 manat məbləğində vəsait mal material təyinatı ilə məxaric edilmişdir. Məhkəmənin 2024-cü il 18 mart tarixli məktubu ilə 2024-cü il 1 aprel tarixində 70 vərəqdən ibarət əlavə sənədlər təqdim edilmişdir. Həmin sənədlər tədqiq edilərkən yuxarıda qeyd edilən köçürmələr üzrə pulun verilməsini özündə əks etdirən çek məlumatlarında (kserosurət, səh 19-21) 2015-ci il 27 fevral tarixində 400.000,0 manat, 2015-ci il 3 fevral tarixində 348.040,0 manat, 2015ci il 8 aprel tarixdə 100.000,0 manat, 2015-ci il 12 fevral tarixində 240.000 manat və 2015ci il 24 fevral tarixində 600.000,0 manat məbləğində vəsaitin X1 ödənildiyi öz əksini tapmışdır 2015-ci il 29 aprel tarixdə 42.000,0 manat, 2015-ci il 7 may tarixdə 100.000,0 manat, 2015- ci il 29 may tarixdə 40.000,0 manat, 2015-ci il 21 sentyabr tarixdə 140.000,0 manat məbləğində vəsaitin ödənilməsini (məxaric edilməsini) əks etdirən çeklər təqdim edilməmişdir. Üçüncü suala cavab olaraq müəyyən edilmişdir ki, MMC tərəfindən ümumilikdə 2.567.123,39 manat məbləğində pul vəsaiti ödənilmişdir. Aparılmış ödənişin 2.196.259,8 manatı əsas borc üzrə, 370.863,55 manatı isə faiz borcuna silindiyi müəyyən edildi. 2014-cü il 6 noyabr tarixli 4 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 2017-ci il 6 noyabr tarixinə İddiaçı1 ASC-yə əsas borcu 2.803.740,16 manat, faiz borcu 265.499,0 manat təşkil edir. Müqavilə müddətinin bitdiyi 2017-ci il 6 noyabr tarixdən 2021-ci il 2 aprel tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 477.414,6 manat t əşkil edir. Borcalan tərəfindən son ödəniş 2016-cı il 29 iyun tarixində aparılmışdır.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6339 saylı 2025-ci il 21 may tarixli ekspert rəyindən görünür ki, 2015-ci il 26 yanvar tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaitinin 223.929,02 manat məbləğində hissəsi İddiaçı1 ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2014-cü il 6 noyabr tarixli, 4 saylı kredit müqaviləsi üzrə ödənişə aid edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatları, xəzinə mədaxil orderləri, 2015-ci il 26 yanvar tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaitinin yalnız həmin hissəsi, yəni kredit ödənişinə aid edilən məbləğlər və kredit müqaviləsi üzrə edilmiş digər ödəni şlər, 2014-cü il 6 noyabr tarixli 4 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh MMC-nin 2017-ci il 6 noyabr tarixinə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 5.000.000,0 manat; faiz borcu 474.444,0 manat təşkil edir. Müqavilə müddətinin bitdiyi 2017-ci il 6 noyabr tarixdən 2021-ci il 2 aprel tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 851.388,89 manat təşkil edir. MMC-nin 2021-ci il 2 aprel tarixinə İddiaçı1 ASC-yə olan borcu əsas borcu 5.000.000,0 manat; faiz borcu 474.444,0 manat, 5% ilə faiz borcu 851.388,89 manat təşkil edir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan dəbbə pulunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə də bbə pulu hesablanmadı. Borcalan tərəfindən ən son ödəniş 274.629,15 manat məbləğində olmaqla 2016-cı il 29 iyun tarixdə aparılmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 29 iyul tarixli 2-2(103)-19/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).
20. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, cavabdeh tərəfindən irəli sürülən arqumentlərin araşdırılması məqsədilə iki dəfə ekspertizalar keçirilmiş və ekspertiza tədqiqatlarının nəticəsi olaraq 2015-ci il 12 fevral tarixli m ədaxil orderdə qeyd olunan 34800 ABŞ dolları məbləğində vəsaitin mübahisəli kredit müqaviləsində aid olan hesaba mədaxil edilmədiyi və həmin kredit üzrə borclara silinmədiyini, 2015-ci il 26 yanvar tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaitinin 223.929,02 manat məbləğində hissəsinin mübahisəli kredit üzrə borclara silinməsi müəyyən edilmişdir. Eyni zamanda mübahisəli kredit üzrə borclara silinmiş 223.929,02 manat məbləğində ödəniş də nəzərə alınmaqla 2017-ci il 6 noyabr tarixinə iddiaçıya olan əsas borcu 5.000.000,0 manat, faiz borcu 474.444,0 manat, müqavilə müddətinin bitdiyi 2017-ci il 6 noyabr tarixdən 2021-ci il 2 aprel tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcunun 851.388,89 manat olması öz təsdiqini tapmışdır.
21. Kollegiya hesab etmişd ir ki, 2025-ci il 21 may tarixli ekspert rəyi ilə razılaşmaması üçün əsaslar olmadığından həmin rəy sübut qismində məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bununla da cavabdehin borcun şişirdilməsi və ödənilmiş məbləğlərin nəzərə alınmaması barədə dəlilləri öz təsdiqini tapmır. Əksinə, kredit müqaviləsi üzrə müqavilə üzrə kreditin verilməsi müddəti bitdiyi tarixədək hesablanmış faiz borcunun, eləcə də kreditin verilməsi müddəti bitdiyi tarixdən 2021-ci il 2 aprel tarixədək olan müddət üçün illik 5%-lə faiz borcun, iddia ərizəsinə əsasən tələb ediləndən daha yüksək məbləğlərdə olması müəyyən edilir.
22. Dəbbə pulunun məbləğinə münasibətdə Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əs as götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır, onun azaldılması üçün əsas yoxdur.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 442, 443.1, 445.7,462.1, 467, 448.1, MPM-in 77.1, 103.1, 119.1, 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
24. Cavabdeh MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 385.1-ci maddəsi üzrə - 2015-ci il 26 yanvar tarixli, 4 saylı mədaxil orderi nəzərə alınmadan MMC-nin iddiaçı bank qarşısında icra edilməmiş öhdəliyinin olması qən aətinə gəlinmişdir. Halbuki MMC tərəfindən iddiaçı banka 2015-ci il 26 yanvar tarixdə, AZ45ANAR**********0000000 hesab üzrə 2.299.116,71 AZN ödəniş edilməsinə dair mədaxil orderi iş materiallarında mövcuddur. Buna baxmayaraq həmin sənəd məhkəmə tərəfindən araşdırma predmetinə çevrilməmiş və nəzərə alınmamışdır.
26. MPM-in 81, 88, 217-ci maddələri üzrə - MMC-nin iddiaçı banka ödənilməmiş qalan borcunun məbləği bank tərəfindən tərtib edilmiş sənədlərlə deyil, yalnız cavabdeh tərəfindən iddiaçı banka edilmiş ödənişləri təsdiq edən sənədlərlə və həmin sənədləri öz rəyində nəzərə alan ekspertiza rəyi ilə müəyyən edilə bilərdi. Apellyasiya məhkəməsinin qətnamədə qeyd etdiyinin əksinə olaraq, 2024-cü il 10 may tarixli, 9/1162 nömrəli ekspertiza rəyində MMC tərəfindən ödənilmiş vəsaitlərin hansı i stiqamətlər üzrə silindiyi müvafiq cədvəldə əks etdirilməklə detallı göstərilmiş və məhkəmənin qeyd etdiyi əsasla hər hansı əlavə ekspertiza təyin edilməsinə ehtiyac yox idi. Əlavə ekspertiza rəyində tərtib edilmiş cədvəlin 8-ci sətrində göstərilən əsas borc qrafası 2014-cü il 17 dekabr tarixdən 2021-ci il 2 aprel tarixədək, yəni bütün dövr üzrə dəyişməz olaraq 5.000.000 göstərilmişdir. Halbuki, 2.299.116,7 1 manat məbləğində ödənişi təsdiq edən mədaxil qəbzi nəzərə alınmaqla 2024-cü il 10 may tarixli ekspertiza rəyinin eyni strukturlu cədvəlində isə 2014cü il 17 dekabr tarixdən 2021-ci il 2 aprel tarixədək olan dövr üzrə 2015-ci il 3 fevral tarixdən 2021-ci il 2 aprel tarixədək olan dövr üzrə ödənişlər nəzərə alınmaqla və mədaxil edilən məbləğin hansı hissəsinin əsas borca, hansı hissəs inin faiz borcuna və gecikdirmə faizinə aid edilməsi göstərilməklə əsas borc məbləğinin 5.000.000 manatdan 2803740.18 manatadək azaldığı müəyyən edilmişdir. Maddi hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüq uqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilm əməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdiril ən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə
739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiy ada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətlə ndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məh kəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zam an qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
35. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi hallar tədqiq olunmuş, iki dəfə ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, 2015-ci il 26 yanvar tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaitinin 223.929,02 manat məbləğində hissəsi mübahisəli kredit üzrə borclara silinmiş, həmin ödəniş nəzərə alınmaqla cavabdehin 2017-ci il 6 noyabr tarixinə iddiaçıya olan əsas borcu 5.000.000,0 manat, faiz borcu 474.444,0 manat, müqavilə müddətinin bitdiyi 2017-ci il 6 noyabr tarixdən 2021-ci il 2 aprel tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 851.388,89 manat təşkil etmişdir.
36. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiy i nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
37. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 29 iyul tarixli 22(103)-19/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.