Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-750/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi, zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli, 2-2(103)-511/2025 nömrəli qətnaməsindən iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 2019-cu il 24 dekabr tarixli Bank xidmətlərinin göstərilməsinə dair X1 imzalanmışdır.
2. X1 çərçivəsində həmin tərəflər arasında: - 2020-ci il 14 avqust tarixli DC00200950-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında borcalana 2022-ci il 28 fevral tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 34% olmaqla, 41 900 manat; - 2020-ci il 17 dekabr tarixli DC00200950-02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında borcalana 2022-ci il 17 iyun tarixədək illik faiz dərəcəsi 18%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33% olmaqla, 50 000 manat; - 2021-ci il 15 fevral tarixli DC00200950-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında borcalana 2022-ci il 15 avqust tarixədək illik faiz dərəcəsi 16.5%, illik cərimə faizi 16.5%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31.5% olmaqla, 96.852 manat məbləğində kredit verilmişdir.
3. Kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında 2020-ci il 21 avqust tarixli, DG**********64 saylı, 2020-ci il 16 dekabr tarixli DG**********95 saylı, 2021-ci il 15 fevral tarixli DG**********50 saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zamin borclunun bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət d aşıyır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2 MMC (bundan sonra – “MMC”) və Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9845.11 manat əsas borc, 121.19 manat faiz borcu, 4583,68 manat cərimə borcu olmaqla, cəmi 14549,98 manat; - DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32.311,49 manat əsas borc, 2901,58 manat faiz borcu, 13,361.84 manat cərimə borcu olmaqla, cəmi 48.574,91 manat; - DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 56.859,47 manat əsas borc, 3311.01 manat faiz borcu, 12112,13 manat cərimə borcu olmaqla, cəmi 72.282,61 manat məbləğində borcun cavabdehlərdən mü ştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı MMC-nin mübahisəli kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini əsas göstərərək həmin müqavilələr üzrə əsas kredit borcu, kreditdən istifadəyə görə faiz borcu, dəbbə pulunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir.
6. Cavabdehlərin nümayəndə və vəkili bildirmişdir ki, MMC tərəfindən müxtəlif tarixlərdə ümumilikdə 103.391,82 manat kredit ödənişləri edilmişdir. Lakin buna baxmayaraq iddiaçı hazırkı borca münasibətdə kifayət qədər yüksək faiz və cərimələr hesablamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 sentyabr tarixli e-2-2(113)-861/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC-dən 2020-ci il 14 avqust tarixli DC00200950-01 saylı maliyyələşd irmə üçün ərizə üzrə 9845.11 manat əsas borc, 121.19 manat faiz borcu, 492.25 manat cərimə borcu; 2020-ci il 17 dekabr tarixli DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 32,311.49 manat əsas borc, 2901.58 manat faiz borcu,1615.55 manat cərimə borcu və cavabdehlərdən müştərək qaydada 2021-ci il 15 fevral tarixli DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 56859.47 manat əsas, 3311.01 manat faiz borcu, 2589.45 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – G.Həşimova).
8. Birinci instansiya məhkəməsi kredit müqavilələri üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halı olduğundan həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizalarının keçirlməsini təmin etmiş və Məhkəmə Eksper tizası Mərkəzi tərəfindən 2024-cü il 12 yanvar tarixli 9/8137 saylı, 2024-cü il 11 iyun tarixli 3-16-16/2-9/2959/2024 saylı və 2024-cü il 29 noyabr tarixli 3-16-16/2-9/6527/2024 saylı rəyləri verilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, ekspertiza rəylərində müəyyən edilən məbləğ birbirinə ziddiyyət təşkil etməklə, faiz borcları iddia tələbində tələb edilən faiz borclarından bir neçə dəfə fərqli göstərilmişdir.
10. Məhkəmə iddia tələbinin əsas borca dair hissədə iddiaçının nümayəndəsi və vəkili tərəfindən 2023-cü il 24 avqust tarixli iclasda mübahisələndirilmədiyini, faiz borcunun isə ekspert rəylərində həm bir-birindən fərqli məbləğlər olmaqla, həmçinin faiz borcunun iddia tələbi həcmindən xeyli miqdarda artıq hesablandığını, əsas borcun isə iddiaçının nümayəndəsi tərəfindən mübahisələndiril mədiyini nəzərə alaraq hesab etmişdir ki, əsas borc və faiz borcuna dair hissədə məhkəmə iddia ərizəsinə əlavə edilmiş digər sübutları əsas götürməli və iddia tələbində müəyyən edilən əsas borc və faiz borcunu əsaslı hesab etməlidir. Həmçinin, cavabdehlərin nümayəndəsi 2023-cü il 24 avqust tarixli məhkəmə iclasında iddia ərizəsində qeyd olunan borcu qismən, yəni əsas borc hissəsində etiraf etmiş, digər məbləğ ilə razı olmadığını bildirmişdir. Odur ki, kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia əsaslı olduğundan həmin hissədə MMC-yə aid hissədə təmin edilməlidir.
11. Bundan əlavə məhkəmə bildirmişdir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda cərimə faizlərinin ödənilməli olması Şərtlər To plusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizə üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir.
12. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə mülki qanunvericiliyin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu (müqavilələr üzrə əsas borca nisbətdə 5 faiz məbləğində) DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizə üz rə 492.25 manat, DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1615.55 manat, DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2589.45 manat məbləğində müəyyən edilməlidir.
13. Eyni zamanda, məhkəmə bildirmişdir ki, zamin Cavabdeh1 2020-ci il 14 avqust tarixli DC00200950-01 saylı, 2020-ci il 17 dekabr tarixli DC00200950-02 saylı, 2021-ci il 15 fevral tarixli DC00200950-02 saylı müqavilələr üzrə borcalan MMC-nin bütün öhdəliklərinə zamin durmuş, lakin DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizənin müddəti 2022-ci il 28 fevral tarixdə, DC00200950-02 saylı kredit müqaviləsinin müddəti 2022-ci il 17 iyun tarixdə bitmiş və həmin öhdəliklərə görə zaminə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 477-ci maddəsində göstərilən müddət ərzində tələb irəli sürül məmişdir.
14. Qeyd olunan halı nəzərə alaraq məhkəmə hesab etmişdir ki, zamin Cavabdeh1 qarşı həmin maliyyələşdirmə üçün ərizələr üzrə (2021-ci il 15 fevral tarixli DC00200950-03 saylı müqavilə istisna olmaqla) tələb irəli sürülə bilməz, yəni yuxarıda göstərilən zaminlik müqavilələri üzrə MM-in 477.0.4-cü maddəsinə göstərilən müddətlər keçdiyindən zaminliyə xitam verilməli və Cavabdeh1 aid hissədə 2020-ci il 14 avqust tarixli DC00200950-01 saylı, 2020-ci il 17 dekabr tarixli DC00200950-02 saylı müqavilələr üzrə iddia təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 462.1, 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 1
6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin borcun Cavabdeh1 tutulmayan hissəsində ləğv edilməsini və qətnamə üzrə təmin edilmiş borcun cavabdehlərdən birgə qaydada tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Apellyasiya instansiya məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli, 2-2(103)-511/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – C.Musayeva, T.Mahmudova).
18. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, DC00200950-01 saylı maliyyələşdirmə üçün ə rizə üzrə kreditin verilmə müddəti 2022-ci il 28 fevral tarixdə, DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə kreditin verilmə müddəti isə 2022-ci il 17 iyun tarixdə bitmiş, lakin həmin öhdəliklər üzrə zaminə qarşı MM-in 477-ci maddəsində göstərilən müddət ərzində tələb irəli sürülməmiş, hazırkı iddia ərizəsi yalnız 2023-cü il 13 iyul tarixdə qaldırılmışdır.
19. İddiaçı apellyasiya şikayətində istinad etdiyi - birinci instansiya məhkəməsinin zaminliyə xitam verilməsi barədə qənaətə gələrkən mediasiya prosesinin davam etdiyi müddət ərzində zaminliyin verilmə müddətinin axımının dayanmasını nəzərə almaması barədə dəlillərlə bağlı qeyd edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və xx.xx.2023-cü il tarix də mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir.
20. Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan zaminliyin verilməsi müddətinin hüquqi təbiəti ilə bağlı qeyd edilmişdir ki, həmin müddət kreditorun müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi və ya lazımi qaydada istifadə etməsi nəticəsində hüquqa xitam verilməsini nəzərdə tutan kəsici müddətdir. Mülki hüquqda kəsici müddətlər dedikdə subyektiv hüququnun zamana görə qüvvədə olduğu müddətlər başa düşülür. Həmin müddətlər hüquq sahiblərinə onların hüquqlarının həyata keçirilməsi üçün vaxt verməklə yanaşı mülki dövriyyənin müəyyənliyinin və dayanıqlığının təmin edilməsinə yönəlir. Pozulmuş hüquqların məhkəmədə müdafiə edilməsi imkanını aradan qaldıran i ddia müddətlərindən fərqli olaraq kəsici müddətlərin başa çatması hüququn özünün mövcudluğuna xitam verir. Buna görə də, iddia müddətlərindən fərqli olaraq kəsici müddətin axımı dayanmır, kəsilmir və bərpa olunmur. Beləliklə, zaminliyin verilmə müddəti kəsici müddət olduğundan mübahisə bağlı mediasiya prosesinin keçirilməsi həmin müddətin axımına hər hansı təsir göstərmir, mediasiya prosesinin davam etdiyi dövr ərzində iddia müddətinin axımının dayandırılmasını nəzərdə tutan Mülki Məcəllənin 379.1.6-cı maddəsinin mübahisəli hüquq münasibətinə tətbiqi isə istisna olunur.
21. Digər tərəfdən o da vurğulanmışdır ki, mediasiya prosesi xx.xx.2023-cü il tarixdə başa çatdığı halda DC00200950-01 saylı müqavilə üzrə zaminliyin verilməsi müddəti xx.xx.2023-ci il tarixdə, DC00200950-02 saylı maliyyələ şdirmə üçün ərizə üzrə zaminliyin verilmə müddəti isə xx.xx.2023-cü başa çatmışdır, yəni mediasiya prosesi başa çatdıqdan sonra iddiaçı zaminliyin qüvvədə olduğu müddət ərzində məhkəmədə iddia qaldırmaq üçün kifayət qədər vaxtı mövcud olmuşdur. Həmçinin, DC00200950-01 saylı müqavilə üzrə kreditin verilmə müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi halda hazırkı iddia həmin tarixdən 1 il 4 aydan artıq müddət sonra, xx.xx.3023-cü ildə qaldırılmışdır. Digər tərəfdən mediasiya haqqında qanunvericiliyinin tələblərinə əsasən mediasiya prosesinin uzadıldığı hallar istisna olmaqla (hazırkı halda uzadılma olmamışdır) həmin prosesin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edir. Göstərilən halları nəzərə alındıqda aydın görünür ki, mediasiya prosesinin davam etdiyi 30 günlük müddət sözügedən müq avilə üzrə əsas öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanan bir illik zaminliyin verilməsi müddətinə daxil edilməsəydi belə sözügedən müqavilə üzrə zaminliyin verilməsi müddəti iddia qaldırılanadək bitmiş olacaqdı.
22. Göstərilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, xx.xx.2020-ci il tarixli DG**********64 saylı; xx.xx.2020-ci il tarixli DG**********95 saylı zaminlik müqavilələri üzrə Mülki Məcəllənin 477.0.4-cü maddəsində göstərilən müddətlər keçməklə zaminliyə xitam verildiyindən Cavabdeh1 qarşı xx.xx.2020-ci il tarixli DC00200950-01 saylı və xx.xx.2020-ci il tarixli DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tələb irəli sürülə bilməz. Odur ki, həmin hissədə iddia nın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
23. Məhkəmə gəldiyi nəticəni MM-in 379.1.6, 379.4-1, 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 477.0.4-cü maddələrinə və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni borc məbləğinin Cavabdeh1 tutulmamasına dair hissəsində ləğv edilməsini və maliyyələşdirmə üçün ərizələr üzrə borc məbləğlərinin müştərək qaydada cavabdehlərdən tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 477.0.4-cü maddəsinin mahiyyəti göstərir ki, zaminliyin xitamına səbəb olan müddətin əsas məqsədi kr editorun hərəkətsizliyini sanksiyalaşdırmaqdır. Bu norma kreditorun passivliyi ilə mübarizə aparmağa yönəlmişdir və “iddia irəli sürmək” anlayışı yalnız məhkəməyə iddia ərizəsinin verilməsi ilə məhdudlaşdırıla bilməz. Kreditora zaminə yazılı tələb göndərmək, ödəniş çağırışı etmək və ya onu mediasiyaya cəlb etmək kimi rəsmi müraciətlər də kreditorun hüquqlarının müdafiəsinə yönəlmiş aktiv hərəkətləridir və maddi hüquq baxımından artıq “iddia irəli sürülməsi” kimi qiymətləndirilməlidir. Bu cür yanaşma ona görə əsaslıdır ki, əgər zamin pretenziya məktubu və ya mediasiya zamanı öhdəliyini yerinə yetirsəydi, bu fakt zaminə qarşı iddianın irəli sürülməsi və icrası kimi qəbul ediləcəkdi. Qanunvericilikdə “iddia” anlayışının yalnız məhkəməyə təqdim edilmiş ərizə ilə eyniləşdirilməsi barədə hər han sı məhdudiyyət yoxdur. Məhz buna görə də 477.0.4-cü maddədə “məhkəmə” termini işlədilməmiş, daha geniş məzmunlu “zaminə qarşı iddia irəli sürülməsi” ifadəsi istifadə edilmişdir. Bu baxımdan kreditorun pretenziya məktubu göndərməsi və mediasiya prosesinə daxil olması artıq zaminə qarşı iddia qaldırılması prosesinin başlandığını təsdiq edir. Normada nəzərdə tutulmuş “1 il” müddəti də hüquqi mahiyyətinə görə kreditora verilmiş seçim azadlığıdır. Kreditor həmin müddətin istənilən günündə birinci və ya sonuncu günündə iddia irəli sürmək hüququna malikdir. Apellyasiya məhkəməsinin mediasiya dövrünü nəzərə almadan gəldiyi nəticə bu hüquqi mahiyyəti nəzərə almır və kreditorun taktiki seçim imkanını əsassız şəkildə məhdudlaşdırır. Sərbəst iqtisadi münasibətlərdə tərəflər arasında danışıqlar və medi asiya istənilən vaxt mümkün ola bilər və buna görə də kreditorun məhkəməyə son gün müraciət etmək imkanının real olaraq mövcudluğu qorunmalıdır. Əks yanaşma o deməkdir ki, kreditor son bir ay ərzində mediasiya proseduru məcburi olduğundan, iddianı vaxtında irəli sürmək imkanını fiziki olaraq itirir. Bu isə kreditoru məcburi şəkildə bir illik müddət bitməzdən ən azı 30 gün əvvəl məhkəməyə müraciət etməyə vadar edir ki, bu da normanın məqsədi ilə ziddiyyət təşkil edir. Beləliklə, kreditorun pretenziya göndərməsi, mediasiya prosesinə cəlb etməsi və digər aktiv hərəkətləri onun bir illik müddət ərzində iddia irəli sürdüyünü təsdiq edir və formal olaraq iddia ərizəsinin məhz son gün təqdim edilməməsi kreditoru özündən asılı olmayan səbəbdən məhkəməyə müraciət hüququndan məhrum etməməlidir. Ap ellyasiya məhkəməsi bu hüquqi məqamları, tərəflərin münasibətlərinin faktiki gedişatını və kreditorun göstərdiyi aktiv davranışları nəzərə almamışdır. Bu yanaşma zaminlik institutunun iqtisadi funksiyasını zəiflədir, borc öhdəliklərinin təminat mexanizmini zədələyir və kreditorun effektiv məhkəməyə müraciət hüququnu formal səviyyəyə endirir.
26. Apellyasiya instansiyası məhkəməsi borc məbləğlərinin Cavabdeh1 tutulmayan hissəsində işin hallarını qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, eləcə də MM-in 477-ci maddəsinin imperativ tələblərini nəzərə almamış və nəticədə MPMin 217.1-ci maddəsinə zidd olaraq həmin hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kass asiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyy əti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” “Maddə
477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nə zərdə tutulur: “Maddə
1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik 1.4. Digər qanunlarda olan prosessual hüquq normaları müddəalarına uyğunlaşdırılmalıdır.” bu Məcəllənin “Maddə
149. İddia ərizəsinin forması və məzmunu 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 32.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 33.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 34.Belə ki, MM-in 477.0.4-cü maddəsində nəzərdə tutulmuş “iddia irəli sürülməsi” ifadəsi prosessual hərəkət olduğu üçün onun mahiyyəti yalnız prosessual qanunvericiliklə müəyyən edilə bilər. 35.Belə yanaşma üçün əsas yaradan MPM-in 1.4-cü maddəsinə görə, digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır. 36.Qeyd olunan maddədə təsbit edilən “uyğunlaşdırma”ya isə digər qanunlarda olan prosessual hüquq normalarının MPM-in müddəalarına uyğun təfsir və tətbiq edilməsi də başa düşülür (buna misal olaraq “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2ci maddəsinin tətbiq edilməsi bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarında müəyyən edilən hüquqi mövqeyi göstərmək olar). 37.MPM-in iddianın verilməsi adlı 12-ci fəsli də 149.1-ci maddə ilə başlayır və həmin normada nəzərdə tutulmuşdur ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. 38.Bu baxımdan kollegiya qeyd edir ki, MM-in 477.0.4-cü maddəsində nəzərdə tutu lmuş “iddia irəli sürülməsi” ifadəsi prosessual qaydaya uyğun olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsini ifadə edir.
39. Kreditor tərəfindən zaminə ünvanlanmış pretenziya məktubları və ya mediasiya təşəbbüsü isə məhkəməyə iddia ərizəsinin verilməsi ilə eyniləşdirilə bilməz. Çünki bu hərəkətlərin hamısı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı hərəkətlər hesab edilir. Həmçinin bu hərəkətlər zaminin məsuliyyətinin məcburi icrası ilə nəticələnən hüquqi mexanizm yaratmır. 40.Bu isə onu göstərir ki, “iddia irəli sürülməsi” anlayışı yalnız məhkəməyə ünvanlanan prosessual müraciət kimi başa düşülür və məhkəmədən kənar hərəkətlərin, o cümlədən pretenziya göndərilməsinin və ya mediasiya təşəbbüsünün iddianın irəli sürülməsi ilə eyniləşdirilməsi mümkün deyildir. 41.Bu baxımda n MM-in 477.0.4-cü maddəsinin məqsədi kreditorun ümumi aktiv davranışını deyil, zaminin məsuliyyətinin saxlanılması üçün konkret və hüquqi nəticə doğuran prosessual hərəkətin – məhkəməyə müraciətin vaxtında həyata keçirilməsini tələb edir. 42.Apellyasiya məhkəməsi də mübahisəyə bu şəkildə qiymət verməklə maddi hüquq normalarının tələblərinə uyğun nəticəyə gəlmişdir. 43.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 44.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli, 22(103)-511/2025 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.