Məhkəmə qərarları › İş №2-2(102)-751/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-751/2025

14.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-751/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: xidmət müqaviləsi üzrə pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(103)-665/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcraçı "xxxx" QSC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış X1 Xidmətlərin Göstərilməsinə dair 2023-cü il 23 may tarixli müqaviləyə əsasən icraçı “Çarxı” stansiyasında (stansiya) məntəqəsi (ünvanı) Dalan yolu sahibinə ("xxxx" MMC-yə) məxsus olan dalan dəmiryolunun yükləmə-boşaltma yerinə vaqonların verilib-götürülməsi və verilib-götürülmə zamanı manevr işinin (zərurət yarandığı təqdirdə eyni vaxtda ötürülən vaqonların ayrı-ayrı yükləmə-boşaltma yollarına paylanılması), eyni zamanda sifarişçinin müraciəti əsasında dalan dəmir yollarında digər əlavə manevr işlərinin (yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması, vaqonların bir yükləmə-boşa ltma yerindən, başqa yükləmə-boşaltma yerinə, digər əlavə dayanma yoluna və ya əksinə verilib-götürülməsi və s.) həyata keçirilməsi və yük daşımaları üzrə digər əlavə xidmətləri yerinə yetirməyi, sifarişçi isə müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə ilə müəyyən edilən xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2023-cü ilin iyul, avqust və sentyabr aylarında göstərilmiş xidmətlər üzrə 119.830,36 manat əsas borc, 5500,07 manat faiz borcunun və ödənilmiş 416 manat d övlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin iyul, avqust və sentyabr aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının “Çarxı” stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib-götürülməsinə görə”, “ünvandəyişmə üzrə yığım”, “dalan yolundan istifadə zamanı cərimə” və s.) görə 119.830,36 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2024-cü il 11 iyul tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Stansiya xidmətlərinin göstəri lməsi iddiaçının təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş 04/S nömrəli “Yük və baqaj qəbul-təhvilçisinin vəzifə Təlimatı”nın 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbultəhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda Təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdehin direktorunun imzası ilə təsdiq olunmuş vaqonların v erilməsi və götürülməsi barədə QU-45 formalı arayış yuxarıda qeyd edilən təlimata uyğun tərtib edilib və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur.

4. Cavabdeh iddia etiraz etmiş və bildirmişdir ki, 2023-cü il 5 aprel tarixində 5 ədəd yeni alınmış avtonom refrejerator vaqonlar “Xudat” stansiyasına daxil olmuşdur. Cavabdehə məxsus dalan dəmir yolu hazır olmadığına görə vaqonların “Xudat” stansiyasında dayandığı halda cərimə tətbiq ediləcəyi cavabdehə məlum olmuşdur. Buna görə də vaqonları müvəqqəti dayandırmaq barədə yaxınlıqda yerləşən “Çarxı” stansiyasının ərazisində olan "xxxx" MMC ilə müqavilə bağlanılmışdır. 3 gün həmin yerdə vaqonlar qaldıqdan sonra 2023-cü il 8 aprel tarixində vaqonlar “Çarxı” stansiyasına çatmışdır. Bununla belə iddiaçıya müqavilə imz alanması üçün cavabdeh tərəfindən müraciət edilmiş və 2023-cü il 23 may tarixində cavab olaraq kontragent kimi tanınma haqqında sənəd təqdim edilmişdir. Həmçinin cavab məktubunda bildirilmişdir ki, sözügedən məktubda göstərilən məbləğin silinməsi iddiaçıda büdcə kəsrlərinin yaranmasına, iqtisadi fəallığın pozulmasına, hamının digər sahibkarlıq subyektlərinə münasibətdə cavabdehin üstün hüquqlar əldə etməsinə şərait yaradacağından qaldırılan iddia ilə bağlı məsələlərin müsbət həlli cavabdehin imkanı xaricindədir. İddiaçı 2023-cü il 23 may tarixədək olan tarixə 5 vaqona görə 119.830,36 manat cərimə hesablamışdır. Halbuki vaqonlar iddiaçıya məxsus heç bir yolda dayanmamışdır və tətbiq edilən cərimələr qapalı vaqon kimi yox, refseksiyalı vaqon kimi 4 dəfə baha hesablanmışdır. Lakin cavabdehin vaqonları refrejerator seksiyadan ibarət deyil, avtonomdur. Bu o deməkdir ki, vaqonlar qapalı vaqon bazasında yığılmışdır. Refseksiyalılar isə 5 vaqondan ibarət olur, ortada olan bir vaqonda isə mexaniklər olur, insan faktoru olduğuna görə refseksiyalılar baha hesablanır. Cavabdehin vaqonlarda, ümumiyyətlə, xidmət etmək üçün insan olmur. Tərəflər arasında bağlanmış müqavilənin predmetində birbaşa göstərilmişdir ki, icraçı dalan sahibinə məxsus olan dəmir yollarında xidmətlər yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin A bəndinə isə göstərilmişdir ki, sifarişçi “Çarxı” stansiyasına birləşən "xxxx" MMC-yə məxsus olan dəmir yolunda qarşılıqlı maraqların mövcudluğuna əsaslanaraq yük əməliyyatı aparmaq niyyətindədir. Göründüyü kimi, iddiaçının müqavilə üzrə tələbetmə hüququ ona məxs us olan dəmir yollarının əhatə dairəsi ilə məhdudlaşdırılmışdır. Bu mənada iddiaçının başqa hüquqi şəxsə məxsus olan sahədə yerləşən dəmir yoluna görə subyektiv hüququ yoxdur. Xüsusi olaraq vurğulanmalıdır ki, tərəflər arasında bağlanılmış müqavilənin 8.5-ci maddəsinə görə dalan dəmir yolu stansiyasına birbaşa yox, bilavasitə başqa dalan dəmir yolu xətti vasitəsi ilə birləşərsə, marşruta müvafiq həmin dalan dəmir yolu xətti üzrə xidmətin icrasına maneə ola biləcək və gedişatını məhdudlaşdıran hərəkət və hərəkətsizlik, sifarişçi və birləşdiyi həmin dalan dəmir yolu sahibi arasında olan münasibətlər, mübahisələr, fikir ayrılıqları, tələblər və ya hər hansı anlaşılmazlıqlar yarandıqda sifarişçi tərəfindən dərhal aradan qaldırılmalıdır və bu cür halın baş verdiyi andan aradan qaldırıldığı anad ək icraçı xidmətin icrasını dayandıra bilər. Sözügedən məsələlərin aradan qaldırılması üçün də qabaqlayıcı preventiv tədbirlər görülmüş, "xxxx" MMC ilə vaqonlara dair icarə müqaviləsi bağlanılmışdır. Tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq öz öhdəliklərinin həcmi barədə razılığa gəlmiş, öz iradə ifadələrini bəyan etmişlər. Lakin iddiaçı müqavilənin ziddinə olaraq hüquqdan suiistifadə edərək başqa şəxsin mülkiyyətində olan sahəyə dair göstərilən xidmətə görə pul tələb edir ki, bu tamamilə əsassızdır.

5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 mart tarixli, e-2-2(113)-844/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 119.830,34 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 5500,07 manat olmaqla ümumilikdə 125.330,41 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – N.Əhmədova).

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 1 may tarixli e-2-2(113)-844/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 mart tarixli e-2-2(113)-844/2025 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq düzəldilərək qətnamənin 67-ci bəndində “ümumilikdə 5500,07 manat (4709,3+704,03+11,4)” sözləri “ümumilikdə 5424,73 manat (4709,3+704,03+11,4)” kimi, nəticə hissəsinin 2-ci abzasında qeyd olunmuş “əsas borca illik 5 faizlə hesablanmaqla 5500,07 manat olmaqla ümumilikdə 125.330,41 manat” ifadəsi “əsas borca illik 5 faizlə hesablanmaqla 5424,73 manat olmaqla ümumilikdə 125.255,07 manat” kimi oxunması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləs inin (bundan sonra – “MM”) tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Bu mənada 2023-cü il 23 may tarixinə qədər münasibətlər şifahi qaydada formalaşmış, həmin tarixdən sonra isə yazılı qaydada rəsmiləşdirilmişdir.

8. Məhkəmə muzdun məbləği ilə bağlı qeyd etmişdir ki, 2023-cü il 23 may tarixli müqaviləyə əlavələrlə ayrı-ayrı xidmətlərin dəyəri razılaşdırılmışdır. Həmin tarixə qədərki xidmətlər üçün isə tariflər müəyyən edilmişdir.

9. Məhkəmə 2023-cü il 23 may tarixli müqavilənin əlavəsində göstərilən xidmətlərin dəyərinin hesablanması ilə bağlı bəndlərin “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nı təkrarladığını, həmin tarixəqədərki xidmətlərin tariflərinin isə bilavasitə Qaydalarla tənzimləndiyini nəzərə alaraq he sab etmişdir ki, göstərilmiş xidmətlərin dəyəri məhz Qaydalara əsasən ödənilməlidir.

10. Bu zaman cavabdehin etirazının ilkin dəlili də o səbəbdən əsassız olmuşdur ki, cavabdehin iddiaçının hərəkətlərini xidmət hesab edib-etməməsindən asılı olmayaraq Qaydalarda yükün mühafizəsi və müşayiət olunması, yükün tərəzidə çəkilməsi, ümumi istifadə yollarında (yük həyətlərində, yükləmə-boşaltma yollarında, dəmir yoluna məxsus dalan yollarında və s.) vaqonların dəmir yoluna məxsus olmayan dalan dəmir yoluna verilib-götürülməsi, dalan yolunda boşdayanma, dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının saxlanması və s. xidmət hesab olunaraq həmin xidmətlər üçün yığımlar tətbiq edilmişdir. Qeyd edilən yanaşma iddiaçının təbii inhisar subyekti kimi magistral və yerli dəmir yolu xətl ərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyətinə bilavasitə cavabdeh olmasından irəli gəlir. Bu səbəbdən də iddiaçının bəzi yığımları cərimə adlandırması da düzgün olmamışdır.

11. Qaydalarda ƏDV-nin nəzərdə tutulması ilə bağlı göstərilməlidir ki, Qaydaların 1.4cü bəndinə əsasən, xidmətlərə görə yığımlara əlavə dəyər vergisi daxil edilməmişdir və ödəmələr Azərbaycan manatı ilə həyata keçirilir. Başqa sözlə, Qaydalarda göstərilmiş tariflər ƏDV nəzərə alınmadan göstərilmişdir. Lakin qeyd edilən hal vergi qanunvericiliyinə müvafiq olaraq ƏDV ödəyicisini məsuliyyətdən azad edə bilməz. Həmçinin 2023-cü il 23 may tarixli müqavilənin 4.1-ci bəndində də razılaşdırılmışdır ki, müqavilədə nəzərdə tutulmuş xidmətin yerinə yetirilməsinə görə ödəniləc ək xidmət haqqı qanunvericilikdə nəzərdə tutulduğu hallarda əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməklə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qaydada dalan yolu sahibinə uyğun əsaslara görə hesablanır. Həmçinin cavabdehin bir tərəfdən qətnamənin 16-cı paraqrafın a, b, c, g, i, j, k bəndlərində əks olunmuş stansiya xidmətlərinin dəyərini ƏDV daxil olmaqla qəbul etməsi, digər tərəfdən ƏDV-nin onun tərəfindən ödənilməli olmaması barədə mövqeyi də özü-özlüyündə ziddiyyətlidir.

12. Məhkəmə cavabdehə məxsus vaqonların hansı qrupa aid olmasına münasibətdə qeyd etmişdir ki, Qaydaların 7.1-ci bəndinə əsasən, Dəmir yoluna məxsus olmayan dalan yoluna yük əməliyyatı üçün verilən vaqon və konteynerlərə istifadəyə görə yığım tətbiq edilir, vaqon və konteynerlərin istifadə haqqının q iymətləri, onların qruppasından və istifadə vaxtının intervalından asılı olaraq diferensiallaşır. Vaqonlar aşağıdakı qruplara bölünürlər: İ qrup - yarımvaqon, bağlı vaqon, platforma; İİ qrup - avtomobil daşıyan vaqonlar və dumkarlar; İİİ qrup - çən vaqonları, taxıldaşıyan vaqonları, fitinqli platformalar; İV qrup - sement daşıyanvaqon, konteyner daşıyan vaqon, İ, İİ, İİİ, V, Vİ qruplara daxil olmayan digər vaqonlar 12 oxlu transportyorlar; V qrup - refrejerator vaqonlar, 16-və yuxarı oxlu transportyorlar; Vİ qrup - vaqon termoslar.

13. Göründüyü kimi, növündən asılı olmayaraq refrejerator vaqonlar V qrupa daxil edilmişdir. Cavabdeh də həmin vaqonların refrejerator vaqonlar olduğunu qəbul edərək onların avtonom refrejerator vaqonlar olduğundan digər qruplara aid edilməli olmasını bildirmişd ir. Halbuki Qaydalarda refrejerator vaqonun hansı növdə olmasından asılı olmayaraq birmənalı surətdə V qrupa aid olması təsbit edilmişdir. Eləcə də məhkəməyə təqdim edilən 2025-ci il 28 yanvar tarixli məktubdan iddiaçının 2025-ci il 27 yanvar tarixli 13-1-23/3-5-2331/202 nömrəli əmrinə əsasən 2025-ci il 1 yanvar tarixdən 2025-ci il 30 iyun tarixədək müəyyən güzəştlərin tətbiq edilməsinin əmr edildiyi, həmin güzəştlərdən birinin avtonom refrejerator vaqonlarla yük əməliyyatı həyata keçirərkən yığımların hesablanması və tətbiqi zamanı həmin vaqonların qapalı vaqon hesab edilməsi olduğu görünür. Qeyd edilən yanaşmanın iddiaçı tərəfindən tətbiq edilən güzəşt olduğu və 2025-ci il 1 yanvar tarixdən 2025-ci il 30 iyun tarixlərini əhatə etdiyi isə aydın məqamdır. Bu isə hazırkı iddia tələbinə hə min əmrin tətbiqini istisna etmişdir.

14. Məhkəmə cavabdehin digər etirazlarına münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan əlavə yığımlar üçün yığım vərəqələrinə əsasən, 2023-cü il 11 iyul tarixli vərəqə ilə 102 619,76 manat, 2023-cü il 14 avqust tarixli vərəqə ilə 16724,26 manat məbləğində yığım hesablanmış, hər iki vərəqənin 14-cü sütununa cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 tərəfindən imza edilmiş, vərəqələrdə yığımların hesablanması ilə bağlı hər hansı qeyd-şərt cavabdehin nümayəndəsi tərəfindən verilməmişdir. Başqa sözlə, cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir.

15. Bundan başqa, Qaydalarda dəmir yoluna məxsus olmayan dalan yoluna vaqonların verilib-götürülməsinə görə yığım və vaqon və konteynerl ərdən istifadəyə görə yığım (müvafiq olaraq 6 və 7-ci hissə) bir-birindən fərqləndirilmiş, nəinki birinin tətbiqi digərini istisna etmiş, eləcə də həmin başlıqlar altında ayrı-ayrı yığımlar dafərqləndirilmişdir. Qaydaların 6.7-ci bəndinə əsasən, dalan yoluna vaqonların verilibgötürülməsi barədə müqaviləsi olmayan digər hüquqi və fiziki şəxslərin müraciəti əsasında, ünvanlarına gəlmiş vaqonların həmin dalan yolu sahibinin müvafiq yazılı icazəsi ilə hər verilib-götürülmə əməliyyatının aparılması zamanı əlavə 50 manat yığım hesablanlanmalıdır. 6.8-ci bəndinə əsasən, dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (konteynerlər) (məxsusluğundan asılı olmayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilərsə, vaqonların (kontey nerlərin) ümumi istifadə yollarında dayanmasına görə yığım stansiyanın texnoloji iş prosesi nəzərə alınmaqla müvafiq olaraq cədvəl №8 və cədvəl №9-dakı qiymətlərə 1.5 əmsalı tətbiq edilməklə hesablanmalı və əgər stansiyanın işində çətinliklər yaranarsa, Cəmiyyət rəhbərliyi tərəfindən yığımın məbləği yükalanı (yükgöndərəni) yazılı formada məlumatlandırdıqdan 24 saat sonra 5 dəfəyə qədər artırıla bilər. 6.9-cu bəndinə əsasən, dalan yolunda dalan yolu sahibindən başqa yükləmə-boşaltma əməliyyatı aparan digər hüquqi və fiziki şəxslərin ünvanlarına daxil olan yüklü və boş vaqonlara (mənsubiyyətindən asılı olmayaraq), vaqonların dalan yoluna verildiyi vaxtdan 24 saat müddətindən sonrakı hər gün hesabına oxa görə 30 manat yığım tətbiq edilməlidir.

16. Məhkəmə bildirmişdir ki, hazırkı halda cavabd eh vaqonların ümumi istifadə yollarında ondan asılı olmayan səbəblərdən gecikdirildiyini bildirsə də, təqsirli olmadığına dair nə iddiaçıya ünvanlandığı məktublarda, nə də məhkəmə iclaslarında hər hansı sübut təqdim etməmişdir.

17. Belə olan halda, Qaydaların 6.8-ci bəndinə əsasən 2023-cü il 25 iyun tarixi saat 21:00-dan 2023-cü il 26 iyun tarixi saat 09:00-dək 10 saat və 2023-cü il 5 iyul tarixi saat 04:00-dan 2023-cü il 10 iyul tarixi saat 14:00-dək 130 saat üçün vaqonların ümumi istifadə yollarında dayanmasına görə yığım tətbiq etməkdə iddiaçı haqlı olmuşdur.

18. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, hər gün hesabına oxa görə tətbiq edilən yığım isə təqsirlə bağlı olmayıb ümumi yığım kimi çıxış edir. Bu səbəbdən hər gün hesabına oxa görə ƏDV daxil olmaqla 44 gün üçün 31152 manat da c avabdehdən tutulmalıdır. Eyni zamanda qeyd edilən səbəblərdən dalan yoluna yazılı icazə ilə verilibgötürülmə əməliyyatlarının aparılmasına görə ƏDV daxil olmaqla 59 manat da hesablanmalıdır.

19. Cavabdehin 2023-cü il 23 may tarixli müqavilənin ondan asılı olmayan səbəblərdən gec bağlandığını, bu səbəbdən də 1068 saat üçün ƏDV daxil olmaqla 71002,84 manat yığımın əsassız olması dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən 2023-cü il 6 aprel tarixli FA0604/001 nömrəli məktubla müxtəlif adda və çeşiddə meyvə-tərəvəz yükləri göndərişlərinin həyata keçirməsi zamanı cavabdehə məxsus (eləcə də icarəyə və istifadəyə götürülmüş) vaqonların saxlanılması (eləcə də yükləmə və ya boşalma əməliyyatları aparılması) üçün “Çarxı” stansiyalarına birləşən "xxxx" MMC-nə məxsus da lan dəmir yollarından istifadə edilməsi nəzərdə tutulduğu bildirilərək, dəmir yolu kodu ******* olan cavabdehin “Çarxı” stansiyalarına birləşən "xxxx" MMC-yə məxsus dalan dəmir yollarında tam hüquqlu (statuslu) kontragent qismində qeydiyyata alınması, uyğun olaraq "xxxx" MMC və "xxxx" QSC arasında imzalanmış “dalan dəmir yollarında xidmətlərin göstərilməsinə dair” müqavilə hüquqi qüvvədə olduğu bütün müddət ərzində dalan yol sahibinə tətbiq edilən bütün güzəştli şərtlərin və imtiyazların cavabdehə tətbiq edilməsi üçün müvafiq müqavilənin imzalanması iddiaçıdan xahiş edilmişdir. Həmin tarixli FA0604/003 nömrəli məktubla “Xudat” stansiyasına (kod: 545107) gələn 5 ədəd boş vaqonların təyinat stansiyasının “Çarxı” stansiyasına (kod: 545400) dəyişdirilərək cavabdehin adına rəsmiləşdirilməsi x ahiş edilmişdir. 2023-cü il 7 aprel tarixli FA0704/001 nömrəli məktubla isə stansiya xidmətlərinə görə formalaşacaq yığımların ödəniləcəyinə zəmanət verilərək, 5 ədəd boş vaqonun "xxxx" MMC-yə məxsus dalan yolunda saxlanılmasına icazə verilməsi xahiş edilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə bağlamaq barədə ofertasının nəticəsini gözləmədən dərhal stansiya xidmətlərinin göstərilməsini xahiş etmiş, ofertanın göndərilməsinin sabahı günü dəyərinin ödəniləcəyinə zəmanət verərək 5 ədəd boş vaqonun "xxxx" MMC-yə məxsus dalan yolunda saxlanılmasına icazə verilməsini xahiş etmişdir.

20. Bu səbəbdən məhkəmə qeyd etmişdir ki, cavabdehin hazırkı halda müqavilə bağlanmasının gecikdirilməsi səbəbindən əlavə yığımla üzləşməsini bildirməsi əsassız olmuşdur. Cavabdeh sahibkarlıq fəaliyyətinin peşəkar subyekti kimi oferta üzrə 1 gün ərzində müqavilənin bağlanmasının və nəticədə hər hansı güzəştin tətbiq edilməsinin mümkün olmadığını bilməli idi.

21. Həmçinin məhkəmə göstərmişdir ki, müqavilə bağlanmasının gecikdirilməsi nəticəsində cavabdehə zərər dəyməsi və onun həcmi hazırkı mübahisənin predmeti qismində çıxış edə bilməz. Həmin hal yalnız cavabdehin dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbinin faktiki əsası qismində çıxış edə bilər.

22. Belə olan halda məhkəmə Qaydaların 7.5-ci bəndinə əsasən iddiaçıya məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının saxlanması üçün tərəflər arasında 2023-cü il 23 may tarixə qədər dalan yolunun istismar edilməsi barədə müqavilə və ona edilmiş əlavənin olmadığını nəzərə alaraq, 1068 saat üçün ƏDV daxil olmaqla 71002,84 manat yığımı da doğru hesab etmişdir.

23. Cavabdehin qəbul-təhvilçisinin yaddaş vərəqələrinin (Forma QU-45-lərin) əhəmiyyətsizliyi ilə bağlı mövqeyinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Qaydaların 1-ci hissəsində beynəlxalq istiqamətdən daxil olunmuş yüklü vaqonlar (özəl və icarədə olan) boşaldıqdan sonra boş halda geri qayıtması haqqında təlimat stansiyaya təqdim edilənə qədər açılmış yaddaş vərəqəsi bağlanmamış hesab edilməsi təsbit edilmişdir. Hazırkı halda isə cavabdeh özünün təsdiq etdiyi 2023-cü il 6 aprel tarixli FA0604/003 nömrəli və 2023-cü il 3 iyul tarixli FA0307/001 nömrəli məktublarda vaqonların boş olduğunu bildirilir. Həmçinin, yaddaş vərəqələrinin məlumatlarına əsasən yığım vərəqələrində hesablamalar aparılmış, cavabdeh də sonuncunu imzalamış, etiraz etməmişdir. Belə olan halda c avabdehin qanuni təmsilçisi tərəfindən təsdiq edilmiş yaddaş vərəqələrinin əhəmiyyətsizliyi ilə bağlı mövqeyi də əsassızdır.

24. Məhkəmə həmçinin nəzərə almışdır ki, cavabdeh iddiaçının istinad etdiyi xidmətlərin bir hissəsini bütövlükdə mübahisələndirsə də, iddiaçı tərəfindən təqdim olunan 2023-cü il 30 avqust tarixli EBDN 193933 seriya və nömrəli və 2023-cü il 19 sentyabr tarixli EBDO 470184 seriya və nömrəli elektron qaimələrə etiraz etməmiş, qaimələr sistem və cavabdeh tərəfindən təsdiq edilmişdir.

25. Beləliklə, cavabdeh şifahi və yazılı xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıy ır.

26. Məhkəmə göstərilməsi müəyyən edilən xidmətlərin ümumi dəyərinə münasibətdə isə göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı ümumi dəyəri 119 830,34 manat olan 2023-cü il 14 avqust tarixli EBDL 616510 seriya və nömrəli (ləğv olunsa belə xidmətin dəyəri iddiaçı tərəfindən hesablanmışdır), 2023-cü il 30 avqust tarixli EBDN 193933 seriya və nömrəli və 2023-cü il 19 sentyabr tarixli EBDO 470184 seriya və nömrəli elektron qaimələr göndərilmişdir. Bu səbəbdən də iddia məhz həmin hissədə təmin edilməlidir.

27. Xidmət müqaviləsi üzrə qanun faizin tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim olunan 102619,76 manat dəyərində elektron qaimənin düzəlişə qaytarılması səbəbinin qeyd olunduğu çıxarışa əsasən, 2023-cü 8 avqust tari xdə iddiaçı tərəfindən elektron qaimə göndərilmiş, həmin elektron qaimə cavabdeh tərəfindən 2023-cü il 9 avqust tarixdə düzəlişə qaytarılmışdır.

28. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən təkrarən 102619,76 manat dəyərində 2023-cü il 14 avqust tarixli EBDL 616510 seriya və nömrəli göndərilmiş, həmin elektron qaimə də yenidən düzəlişə qaytarılmışdır. Beləliklə aydın olmuşdur ki, 102619,76 manat xidmət haqqı cavabdehdən mütəmadi tələb olunmuşdur. Həmçinin 16905,97 manat dəyərində 2023-cü il 30 avqust tarixli EBDN 193933 seriya və nömrəli və 304,61 manat dəyərində 2023-cü il 19 sentyabr tarixli EBDO 470184 seriya və nömrəli elektron qaimələr göndərilmiş, həmin qaimələr təsdiqlənmişdir.

29. Məhkəmə iddiaçının hesablamanı apardığı tarixləri nəzərə alaraq hesab etmişdir ki, 2023-cü il 5 avq ust tarixdən 2024-cü il 5 iyul tarixə 102619,76 manat əsas borca illik 5 faizlə hesablanmaqla 335 gün üçün 4709,3 (102619,76 manat*5%/100/365 gün*335 gün) manat, 2023-cü il 5 sentyabr tarixdən 2024-cü il 5 iyul tarixə 16905,97 manat əsas borca illik 5 faizlə hesablanmaqla 304 gün üçün 704,03 (16905,97 manat*5% /100/365 gün*304 gün) manat, 2023-cü il 5 oktyabr tarixdən 2024-cü il 5 iyul tarixə 304,61 manat əsas borca illik 5 faizlə hesablanmaqla 274 gün üçün 11,4 (304,61 manat*5% /100/365 gün*274 gün) manat olmaqla ümumilikdə 5500,07 manat (4709,3+704,03+11,4) pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 448.1, 448.2, 448.3, 777.1-777.3, 783.2-783.3-cü maddələrinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqın da” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanın 3.4-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu bəndinə, “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”na, M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 2009-cu il 9 iyul tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

31. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. a) Apellyasiya instansiya məhkəməsindəki icraat

32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli, 2-2(103)-665/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova, Z.Şirinov).

33. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

34. Həmçinin, Qaydaların 7.5-ci bəndinə əsasən dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının (konteynerlərinin) dalan yolunun və həmin vaqonların (konteynerlərin) sahibləri arasında qarşılıqlı razılaşması əsasında uzun müddət saxlanması barədə dəmir yolu əvvəlcədən rəsmi məlumatlandırıldığı təqdirdə 7.3-cü bəndinə əsasən tətbiq edilən yığım tutulmalı olmamasına dair dəlillərə münasibətdə qeyd edilmişdir ki, iddiaçının mübahisələndirdiyi 71002,84 manat məbləğində yığım Qaydaların 7.3-cü bəndə əsasən deyil, 7.1-ci bəndə əsasən hesablanmışdır. Odur ki, 7.5-ci bənddə göstərilən istisnanın həmin yığıma şamil olunması üçün əsas yoxdur.

35. Kollegiya vaqonlardan istifadəyə görə yığım hesablanarkən vaqonların qrupunun düzg ün müəyyənləşdirilməməsi barədə dəlillərə münasibətdə qeyd etmişdir ki, Qaydaların 7.1-ci bəndinə əsasən, Dəmir yoluna məxsus olmayan dalan yoluna yük əməliyyatı üçün verilən vaqon və konteynerlərə istifadəyə görə yığım tətbiq edilir, vaqon və konteynerlərin istifadə haqqının qiymətləri, onların qruppasından və istifadə vaxtının intervalından asılı olaraq diferensiallaşır. Vaqonlar aşağıdakı qruplara bölünürlər: İ qrup - yarımvaqon, bağlı vaqon, platforma; İİ qrup - avtomobil daşıyan vaqonlar və dumkarlar; İİİ qrup - çən vaqonları, taxıldaşıyan vaqonları, fitinqli platformalar; İV qrup - sement daşıyanvaqon, konteyner daşıyan vaqon, İ, İİ, İİİ, V, Vİ qruplara daxil olmayan digər vaqonlar 12 oxlu transportyorlar; V qrup - refrejerator vaqonlar, 16-və yuxarı oxlu transportyorlar; Vİ qrup vaq on termoslar.

36. Göründüyü kimi, növündən asılı olmayaraq refrejerator vaqonlar V qrupa daxil edilmişdir. Cavabdeh də həmin vaqonların refrejerator vaqonlar olduğunu qəbul edərək onların avtonom refrejerator vaqonlar olduğundan digər qruplara aid edilməli olmasını bildirmişdir. Halbuki Qaydalarda refrejerator vaqonun hansı növdə olmasından asılı olmayaraq birmənalı surətdə V qrupa aid olması təsbit edilmişdir. Eləcə də məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-123/3-5-2331/202 nömrəli əmrinə və xx.xx.2025-ci il tarixli N737/75 nömrəli əmrinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-xx.xx.2025-ci il tarixədək müəyyən güzəştlərin tətbiq edilməsinin əmr edildiyi, həmin güzəştlərdən birinin avtonom re frejerator vaqonlarla yük əməliyyatı həyata keçirərkən yığımların hesablanması və tətbiqi zamanı həmin vaqonların qapalı vaqon hesab edilməli olduğu görünür. Lakin, bu yanaşma iddiaçı tərəfindən tətbiq edilən güzəşt olmaqla xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixlərini əhatə edir. Bu isə hazırkı iddia tələbinə həmin əmrlərin tətbiqini istisna edir.

37. İddiaçı tərəfindən həm vaqonların boşdayanmasına görə Qaydaların, eyni zamanda dalan yolunda yükləmə-boşaltma əməliyyəti aparan vaqonlara oxa görə yığım tətbiq edilməsi barədə arqumentlərə münasibətdə qeyd edilmişdir ki, istinad edilən yığımlar fərqli əsaslara tətbiq edilir. Belə ki, Qaydaların 6.9-cu bəndinə əsasən tətbiq edilən oxa görə yığım dəmir yoluna məxsus olmayan dalan yoluna vaqonlara verilibgötürülməsinə görə yığım kateqo riyasına, Qaydaların 7.1-ci bəndinə əsasən hesablanan yığım isə vaqonlardan istifadəyə görə yığımlara aid edilməklə birinin tətbiqi digərini istisna etmir.

38. Qaydaların 6.1-ci bəndinə əsasən iddiaçıya məxsus olmayan dalan yoluna vaqonların verilib-götürülməsinə görə yığımların 6-cı cədvəl əsasında hesablanmalı olduğu halda 5-ci cədvəl əsasında hesablanması barədə arqumentə gəldikdə kollegiya qeyd etmişdir ki, cavabdehə fərqli tarixlərdə 6-cı cədvəlin 3 sətri ilə 4-cü sütunun kəsişməsində göstərilən tarifə uyğun olaraq 3 ədəddən 5 ədədə qədər vaqonun dalan yoluna 3km- dən 4- km qədər məsafədə verilib-götürülməsinə görə ƏDV xaric 154 (ƏDV daxil 181,72 manat) məbləğində yığım hesablanmışdır. Odur ki, həmin dəlillərin də əsassız olması açıq-aşkardır. Beləliklə, iddiaçı cavabdehə göstərdiyi d əmiryol xidmətlərinə görə ƏDV daxil 119.830,36 manat məbləğində yığım hesablanmaqla haqlı olmuşdur.

39. Bundan əlavə kollegiya onu da vurğulamışdır ki, iş materiallarında olan əlavə yığımlar üçün yığım vərəqələrinə (forma Fdu-92) əsasən, xx.xx.2023-cü il tarixli vərəqə ilə 102619,76 manat, xx.xx.2023-cü il tarixli vərəqə ilə 16724,26 manat məbləğində yığım hesablanmış, hər iki vərəqənin 14-cü sütununa cavabdehin qanuni təmsilçisi – Qanuni nümayəndə2 tərəfindən imza edilmiş, yığımın hesablanması əsasları və qaydasını əks etdirən 102 619,76 manat yığıma dair YKX N007922 seriyalı, 12683 saylı; 16724,26 manat yığma dair YKXN196040 seriyalı, 26365 nömrəli və 486,34 manat yığıma dair YKX N196033 seriyalı qəbul-təhvilçisinin yaddaş vərəqləri (Forma QU-45) də cavabdehin qanuni təmsilçisi – Qanuni nümayəndə2 tərəfindən hər hansı qeyd-şərt verilmədən imza edilmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq cavabdehin şərtsiz qəbul etdiyi yığımların məhkəmə icraatı gedişində mübahisələndirməsini vicdanlılıq və estoppel prinsiplərinin pozuntusu kimi qiymətləndirir. Beləliklə, xidmət haqqının tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

40. Xidmətin dəyərinin ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulması tələbi ilə kollegiya qeyd etmişdir ki, cavabdehin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyəqədərki dövrdə göstərilmiş xidmətlərin dəyərini tələb edildiyi andan ağlabatan müddət ərzində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə göstərilmiş xidmətləri isə müqavilədə nə zərdə tutulduğu müddətdə (qaimə-fakturanın verilməsindən 5 bank günü ərzində) ödəməməsini, bununla da öhdəliklərinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024- cü il tarixə 102619,76 manat əsas borca illik 5 faizlə hesablanmaqla 335 gün üçün 4709,3 (102619,76 manat*5%/100/365 gün*335 gün) manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixə 16905,97 manat əsas borca illik 5 faizlə hesablanmaqla 304 gün üçün 704,03 (16905,97 manat*5% /100/365 gün*304 gün) manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixə 304,61 manat əsas borca illik 5 faizlə hesablanmaqla 274 gün üçün 11,4 (304,61 manat*5% /100/365 gün*274 gün) manat olmaqla ümumilikdə 5424,73 manat (4709,3+704,03+11,4) pulun tutulmasını qət etməkdə də haqlı olmuşdur.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 427.2, 445.7, 752.1, 753.1ci maddələrinə istinadla əsaslandırmışdır.

43. Cavabdeh ka ssasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 44. “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydalarının 7.5-ci bəndi, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”-nın İ bölməsinin 1-ci maddəsi, MM-in 399.1, 386.1-ci maddələri üzrə - iddiaçının tətbiq etdiyi 71.002,84 manat yığım Qaydaların 7.3-cü bəndinə əsasən hesablanmış olsa da, bu məbləğ tərəflər arasında müqavilə olmadığı dövr 2023-cü il 8 aprel – 2023-cü il 23 iyun tarixləri üzrə hesablanmışdır və 2023-cü il 23 may tarixi ndə müqavilə bağlanan kimi yığım dayandırılmışdır. Halbuki Qaydaların 7.5-ci bəndinə görə, dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonları sahiblərinin razılığı və dəmir yolunun əvvəlcədən rəsmi məlumatlandırılması olduqda 7.3-cü bənd üzrə yığım tətbiq olunmamalıdır. İş materiallarından görünür ki, cavabdeh 6-7 aprel 2023-cü il tarixli ardıcıl məktublarla iddiaçını qabaqcadan məlumatlandırmış, vaqonların "xxxx" MMC-yə məxsus dalan yolunda saxlanılmasını və bu məqsədlə ADY ilə müqavilə bağlanmasını xahiş etmişdir. İddiaçı isə inhisarçı subyekt kimi bu müraciətlərə vaxtında reaksiya verməmiş, müqaviləni gec bağlamış və nəticədə boş vaqonların dayanmasına görə yaranmış yığımlar cavabdehin deyil, məhz iddiaçının passivliyinin və təşkilati öhdəliklərini yerinə yetirməməsinin n əticəsi olmuşdur. Məhkəmənin cavabdehin peşəkar sahibkar kimi 1 gün ərzində ofertaya cavab verib müqavilə bağlamalı olduğu barədə əsaslandırması yanlışdır, çünki ADY yükdaşımaları sahəsində yeganə inhisarçı subyektdir və biznes prosesləri təxirəsalınmaz, operativ fəaliyyətə əsaslanır. Belə olan halda ADY hər an müqavilə bağlamaq təkliflərinə dərhal reaksiya verməli, gecikdirməklə qarşı tərəfi əlavə xərclərə məruz qoymamalıdır. Halbuki, cavabdehin ardıcıl məktubları ilə müqavilə bağlama tələblərinə ADY vaxtında cavab verməmiş, müqavilənin bağlanmasına dair real addımlar atmamış və yalnız bir məktubunda yığımların silinməsinin iqtisadi fəallığa mənfi təsir göstərəcəyini qeyd etməklə müqavilə bağlamaqdan faktiki imtina etmişdir. Bu davranış MM-in 400.1-ci maddəsinə zidd olaraq bazarda üstün mövqe tutan subyektin müqavilə bağlamaqdan əsassız imtina etməsini, həmçinin Rəqabət Məcəlləsinin 16.2.6-cı maddəsində nəzərdə tutulmuş hökmran mövqedən sui-istifadə yəni müqavilə bağlanmasının əsassız şəkildə rədd edilməsi halını təşkil edir. Bu səbəbdən, müqavilənin gec bağlanması nəticəsində yaranmış yığımların cavabdehin üzərinə qoyulması hüquqi baxımdan əsassızdır. İddiaçı vaqonlara dair müqavilə bağlanması sahəsində yeganə inhisarçı subyekt olduğuna görə cavabdehin həmin vaqonlara dair üçüncü şəxslərlə müqavilə bağlama imkanı yox idi və bu hal iddiaçının nümayəndəsi tərəfindən də məhkəmədə etiraf olunmuşdur. Beləliklə, boş vaqonların dayanmasına görə hesablanmış yığımlar cavabdehin davranışından deyil, iddiaçının müqavilə bağlamaqdan yayınması və hərəkətsizliyi nəticəsində yaranmışd ır. İddiaçı hüquqdan sui-istifadə edərək əvvəlcədən təklif olunan müqaviləni bağlamaq əvəzinə boş dayanma üçün yığım tətbiq etmiş və bu yolla əsassız tələblə çıxış etmişdir. “Təbii inhisarlar haqqında” Qanunun 10.3-cü maddəsinə görə təbii inhisar subyekti təqdim edə bildiyi xidmət üzrə istehlakçı ilə müqavilə bağlamaqdan imtina edə bilməz; MM-in 405.2-ci maddəsinə görə isə müqavilə oferta və akseptlə bağlanır. Cavabdeh dəfələrlə yazılı müraciət edərək xidmət üzrə müqavilə bağlanmasını təklif etmiş, lakin iddiaçı bu təklifləri qəbul etməmişdir. Bundan başqa, məhkəmənin öz qərarında 2023-cü il 23 may tarixinədək tərəflər arasında münasibətlərin şifahi qaydada formalaşdığını təsbit etməsi onu göstərir ki, əgər münasibət müqavilə kimi qəbul edilirsə, boş dayanma üçün yığımlar ümumiyyətlə tətbi q edilməməli idi, çünki 44 günlük yığım məhz müqavilənin olmadığı dövr üçün hesablanmış və müqavilə bağlanan tarixdən dərhal sonra dayandırılmışdır. İddiaçı ilə müqavilə bağlanmadığı üçün cavabdeh preventiv tədbir olaraq 2023-cü il 6 aprel tarixli icarə müqaviləsi ilə vaqonları "xxxx" MMCnin dalan yolunda saxlamış və həmin MMC-nin 2024-cü il 27 dekabr tarixli məktubu ilə də təsdiq olunur ki, vaqonlara görə iddiaçı tərəfindən ümumiyyətlə heç bir xidmət göstərilməmişdir. Halbuki Qaydaların İ bölməsinin 1-ci maddəsinə əsasən, yalnız faktiki göstərilmiş xidmətlərə görə yığım tutulmalıdır. Buna baxmayaraq, iddiaçı 2023-cü il 8 sentyabr tarixli müqaviləyə istinad etdiyi halda, həmin müqavilədən əvvəl – iyul, avqust, sentyabr aylarına dair xidmət haqqı tələb edir. Halbuki həm müqavilə bağlanmamış dövrdə, həm də 2023-cü il 8 sentyabr tarixli müqaviləsindən əvvəl vaqonlara dair stansiya xidməti göstərilməsi barədə heç bir sübut yoxdur. Əksinə, tərəflər arasında 2023-cü il 23 may tarixində bağlanmış üçtərəfli müqavilə icraçının yalnız dalan sahibinə məxsus dəmir yolunda xidmət göstərə biləcəyini nəzərdə tutur və bu sübut iddiaçı tərəfindən məhkəmədən gizlədilmişdir. 2023-cü il 8 sentyabr tarixli müqavilə isə bağlandığı andan qüvvəyə minir və əvvəlki münasibətləri əhatə etmir (MM 399.1). Cərimələr yalnız müqavilə bağlanmamış dövr 2023-cü il 23 may tarixinə qədər hesablanmışdır və iddiaçının təqdim etdiyi elektron qaimələr də xidmət göstərilməsini sübut etmir, çünki Elektron QaiməQaydalarının 1.2-ci bəndinə əsasən qaimə sadəcə ilkin uçot sənədidir. Konstitusiya Məhkəməsinin 2022-ci il 20 aprel qərarına görə isə elektron qaimə verilməsi xidmətin göstərilməsi faktını birbaşa təsdiq etmir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən göndərilmiş 102.619,76 manatlıq elektron qaimələr cavabdeh tərəfindən iki dəfə düzəlişə qaytarılmış və mübahisələndirilmişdir, buna görə də təqdim edilmiş qaimələr iddia olunan xidmətlərin göstərildiyini sübut etmir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən QU-45 formalı arayışlar birtərəfli qaydada, xidmət göstərildikdən sonra hesabat xarakterli sənəd kimi tərtib olunmuş, cavabdehin təmsilçisi bu sənədləri yalnız vaqonları stansiyadan çıxarmaq üçün məcburi şəkildə imzalamışdır. Məhkəmənin adi əlyazma ilə sonradan doldurulmuş bu sənədlərə mötəbər sübut kimi qiymət verməsi əsassızdır, çü nki nə elektron qaimələr, nə də QU-45 formaları xidmətlərin faktiki göstərildiyini təsdiq edən hüquqi və texniki cəhətdən etibarlı sübut hesab oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

46. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsəl ən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə i şgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” “Maddə

427. Öhdəliyin icrası müddəti 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini ge cikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan də rəcədə məsuliyyət daşımalıdır.”

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prose ssual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

51. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

52. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

53. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 5

4. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

55. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

56. Məhkəmə kollegiyası q eyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

57. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, məhkəmələr tərəfindən MPM-in 14.1-ci maddəsinin tələbləri pozulmuş olsun, həmçinin cavabdehin istinad etdiyi dəlillərə v ə təqdim etdiyi sübutlara qiymət verilməmiş olsun. Lakin hazırkı işdə həmin pozuntuya yol verilməmiş, habelə apellyasiya məhkəməsi tərəfindən cavabdehin dəlillərinə və sübutlarına qiymət verilmiş və MPM-in 392.2-ci maddəsinə uyğun olaraq bununla bağlı mövqe qətnamədə qeyd edilmişdir.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bak ı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(103)-665/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar