Məhkəmə qərarları › İş №2-2(108)-66/2025

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-66/2025

27.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-66/2025 27.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi) Hakimlər, Qarayev Sənan Məmməd oğlu (sədrlik edən və məruzəçi), X5 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-199/2025 nömrəli qətnaməsindən Cavabdeh vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti nə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. İddiaçı sərəncamında olan nəqliyyat vasitəsinə "Sirab” suyu yükləyərək Naxçıvandan İran yolu ilə Bakı şəhərinə aparmaq üçün şirkətlə razılaşmış, 2024-cü ilin mart ayında İran İslam Respublikasına keçmək üçün Culfa Gömrük keçid məntəqəsinə gəlmiş, pasport nəzarətindən keçən zaman onun adının önündə "Stop” olduğu bildirilmiş və o geri qayıtmalı olmuş, ölkədən çıxışına məhdudiyyətin vergi borcuna görə tətbiq olunduğunu öyrənmişdir. Bundan sonra Bakı şəhərinə aparmaq üçün götürdüyü yüküsirab suyunu geri qaytarmamaq üçün nəqliyyat vasitəsinin tanıdığı Cavabdeh tərəfindən idarə edilərək Bakı şəhərinə aparılması üçün Cavabdehla söhbətləşib razılaşmışlar. Qeyd edilən yükün CMR sənədində Cavabdeh adı qeyd edilərək müvafiq dəyişiklik edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə qeyd edilən nəqliyyat vasitəsilə, yüklə birlikdə Culfa Gömrük keçid məntəqəsindən İrana keçmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh İran İslam Respublikasının Biləsuvar rayonuna sərhəd keçid məntəqəsinə 10-15 km qalmış Göytəpə kəndində- İran ərazisində nəqliyyat vasitəsini aşırdığını öyrənmişdir. İddiaçının iddia etdiyinə görə nəticədə ona 8000 (səkkiz min) manat məbləğində ziyan dəymiş və cavabdeh isə həmin məbləği ödəməkdən yayınmışdır. İİ. Birinci instansiya məhkəməsində icraat a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

2. İddiaçı 28 aprel 2025-ci il tarixdə Cavabdeh qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət e dərək Cavabdeh vurduğu ziyana görə 8000.00 (səkkiz min) manat pulun və 100.00 (bir yüz manat) məbləğində ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı **-ZA-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1997-ci il olan yük nəqliyyat vasitəsini-qoşqunu X3 2024-cü ilin yanvar ayında satın almışdır. Lakin nəqliyyat vasitəsini sənədləşdirmək üçün Şəhriyar Ələkbərov tərəfindən ona nəqliyyat vasitəsi üzərində sərəncam verilməsinə dair etibarnamə verilmişdir. Həmçinin qeyd edilən nəqliyyat vasitəsinin-qoşqunun dartıcısı olan İVECO markalı yük nəqliyyat vasitəsini (**-BB-*** dövlət qeydiyyat nişanlı, Qeydiyyat Şəhadətnamə nömrəsi: AD23345S) X1 almışdır. X4 da nəqliyyat vasitəsini sənə dləşdirmək üçün nəqliyyat vasitəsi üzərində sərəncam verilməsinə dair etibarnamə vermişdir. Qeyd edilən nəqliyyat vasitəsinə "Sirab” suyu yükləyərək Naxçıvandan İran yolu ilə Bakı şəhərinə aparmaq üçün şirkətlə razılaşmışdır. 2024-cü ilin mart ayında İran İslam Respublikasına keçmək üçün Culfa Gömrük keçid məntəqəsinə gəlmişdir. Pasport nəzarətindən keçən zaman onun adının önündə "Stop” olduğu bildirilmişdir və o geri qayıtmalı olmuşdur. Ölkədən çıxışına məhdudiyyətin vergi borcuna görə tətbiq olunduğunu öyrənmişdir. Bundan sonra Bakı şəhərinə aparmaq üçün götürdüyü yükü-sirab suyunu geri qaytarmamaq üçün nəqliyyat vasitəsinin tanıdığı Cavabdeh tərəfindən idarə edilərək Bakı şəhərinə aparılması üçün Cavabdehla söhbətləşib razılaşmışlar. Qeyd edilən yükün CMR sənədində Cavabdeh adı qeyd edi lərək müvafiq dəyişiklik edilmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan Asan Xidmət mərkəzində Notariat ofisində etibarnamə əsasında sərəncamında olan qeyd edilən nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh 15 günlük "etibarnamə” vermişdir. Razılaşmalarına əsasən Cavabdeh nəqliyyat vasitəsini yüklə idarə edərək İran yolundan keçib Bakı şəhərində ona təhvil verməsi müqabilində 250.00 (iki yüz əlli) manat pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixdə qeyd edilən nəqliyyat vasitəsilə, yüklə birlikdə Culfa Gömrük keçid məntəqəsindən İrana keçmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh İran İslam Respublikasının Biləsuvar rayonuna sərhəd keçid məntəqəsinə 10-15 km qalmış Göytəpə kəndində- İran ərazisində nəqliyyat vasitəsini aşırdığını öyrənmişdir. Nəqliyyat vasitəsi aşa rkən yük- sirab suları yerə tökülmüş, bundan əlavə 3 İran maşınına da ziyan dəymişdir. Nəqliyyat vasitəsinin sığortası olduğu üçün 6500.00 manat sığorta pulu hesablanmış və həmin pul orada ziyan vurulan maşınların sahiblərinə ödənilmişdir. Nəqliyyat vasitəsi 16 gün İranda qaldıqdan sonra Cavabdeh nəqliyyat vasitəsini Azərbaycan Biləsuvar Gömrüyünə keçirtmiş və ona təhvil verməyib orada parka qoyaraq çıxıb getmişdir. Bundan sonra o Biləsuvar Gömrüyünə gəlib öz xərci ilə nəqliyyat vasitəsini işlək və hərəkətli vəziyyətə gətirib Bakı şəhərinə aparmışdır. Bakı şəhəri Biləcəri rayonunda ayrı-ayrı ustalarla nəqliyyat vasitəsinin təmiri, xərci barədə danışıb razılaşıb nəqliyyat vasitəsini ustalara təhvil vermişdir. Qoşqunun təmiri ilə bağlı 3500.00 (üç min beş yüz) manat, dartıcının təmiri ilə ba ğlı 2500.00 (iki min beş yüz) manat xərc çəkilmişdir. Həmçinin nəqliyyat vasitəsi aşarkən yerə tökülərək sıradan çıxan, ziyan olan 2000.00 (iki min) manat dəyərində sirab suyunun pulu onun tərəfindən şirkətə ödənilmişdir. Cavabdeh törətdiyi mülki hüquq pozuntusu nəticəsindənəqliyyat vasitəsinin idarəetməsini itirərək aşırmaqla ona vurduğu 8000.00 manat (nəqliyyat vasitəsinə vurduğu 6000.00 manat, daşınan yükə vurduğu 2000.00 manat) ziyan məbləğini ödəməkdən yayınmışdır.

4. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 07 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-199/2025 nömrəli qətnaməsi ilə iddia tam təmin edilmiş, Cavabdeh (AA*******, Fin:xxxxxxx, VÖEN:**********) vurulmuş maddi zərərə görə 8000 (səkkiz min manat) manat, iddia tələbi tam təmin edildiyindən 100 (yüz manat) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı (AZE********, Fin:xxxxxxx, VÖEN:**********) ödənilməsi və məhkəmənin e-2-2(123)-199/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X12 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2.1, 21.1, 21.2, 329.2, 329.3, 385.1, 386.1, 777.1, 777.2, 778.1, 779.1, 850.1, 850.2, 851, 859.2, 859.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.5-ci maddələrinə istinadən əsaslandırmışdır. b) Məhkəmə aktından verilən apellyasiya şikayəti

6. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-199/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh vəkilinümayəndəsi Vəkil 13 noyabr 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-22(123)-199/2025 nömrəli qətnaməsinin ləğv edilməsini kollegiyadan xahiş etmişdir. İİİ. Apellyasiya şikayəti və ona etiraz ın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh tərəfin apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı nəqliyyat vasitəsinin əyləcində problem olduğunu (ön hissədə tormoz olmadığını) bildiyi halda bunu gizlədərək ona bildirməmiş, bu məlumatı Culfa gömrüyünü keçəndən sonra bilmiş, İran ərazisində sırf tormoz tutmadığı üçün maşınla 3 nəqliyyat vasitəsinin üzərinə aşmış, hadisəyə görə Biləsuvar Rayon Məhkəməsinə verilmiş, həmin maşınlara dəymiş 18 min manatlıq ziyanı ödəyib Azərbaycan ərazisinə 34 gün sonra gələ bilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu hal, yəni iddiaçının mövcud təhlükədən xəbərdar olmasına baxmayaraq susması onun təqsiri olaraq müəyyən edilməmiş, əksinə onun “tormoz zəifdir” deməsinin xüsusi bir səbəbi olması vurğulanmışdır. Bu səbəbin nədən ibarət olması qeyd edilməmişdir. Cavabdeh olaraq bu halın qeyri müəyyənliyini qəbul etmirlər. Qətnamədə, nəqliyyat vasitəsinin iki tormozunun olması, bir tormozla həmin yerlərdən güc bəla ilə keçməsi, buna görə də təkərlərin partlaması gözardı edilmiş, tormoz olmadan maşının müvafiq yollardan keçə bilməməsi hamıya məlum olan fakt kimi əks olunaraq tamamilə əsassız olaraq iddiaçıya haqq qazandırılmışdır. Halbuki cavabdeh olaraq o, nəqliyyat vasitəsinin tormozu olmadığını bildirməmiş, iki tormozdan birinin olmadığını, nəqliyyat vasitəsinin təkərlərinin də buna görə partladığını bildirmişdir. Üstəlik iddiaçı ona məxsus olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamələrin (həmin etibarnamələrdə ərizə vermək hüququ nəzərdə tutulmuşdur) müddətləri nin 2025-ci ilin yanvar ayında keçməsinə baxmayaraq sözügedən iddianı verməyə tam hüquqlu şəxs kimi qəbul edilmişdir.

8. İddiaçı nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamələr verilmiş (qoşqu və dartıcı hissələrə münasibətdə) həmin etibarnamələrdə nəzərdə tutulan müddətlərin bitməsinə baxmayaraq bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, onun nəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilmişdir. Zərərin vurulması faktı maddi hüquq münasibətini yaradır, amma məhkəməyə müraciət etmək prosessual səlahiyyət olduğundan həmin səlahiyyət həyata keçirilərkən təmsilçilik institutunun tələblərinə uyğun olaraq etibarnamə qüvvədə olmalı idi.

9. İddiaçı istinad etdiyi halları müddəti bitmiş etibarnamələr, hüquqi qüvvəsi sual altında olan qaimə fakturalar, ö z təsdiqini tapmayan izahatlarla “sübuta yetirmişdir”. Məlumdur ki, tərəflərin verdiyi izahatlar da sübutlar siyahısına daxildir. Məhkəmə tərəfindən cavabdehin verdiyi izahatlara qərəzli yanaşılmış, iş üzrə əhəmiyyət kəsb edən hallar (xüsusilə də nəqliyyat vasitəsinin qəzaya uğramasına səbəb olan hallar) tam araşdırılmadan iddiaçının xeyrinə qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş qəzanın video görüntüsünü əks etdirən CD-dən də göründüyü kimi nəqliyyat vasitəsini yüksək surətlə idarə etməmiş, qəzanın baş vermə səbəbi, bunun kimin təqsiri ucbatından baş verməsi məhkəmə tərəfindən araşdırılmamışdır.

10. Birinci instansiya məhkəməsinin qətnaməsində qəzadan 4 ay sonra tərtib edilən xx.xx.2025 və xx.xx.2025 tarixli qaimə fakturalar sübut kimi qəbul edilmişdir. Ha lbuki həmin 4 ay ərzində zərərin həqiqi dərəcəsinə obyektiv nəzarət mümkün olmayıb. Bu sənəd hadisə ilə zərərin səbəb nəticə əlaqəsini sübut etmir. Qaimə faktura təktərəfli qaydada tərtib edilən, qiymətlərin bazar qiymətinə uyğun olub olmadığını əsaslandırmayan, imzalayan şəxslərin texniki səlahiyyətlərinin məlum olmadığı sənədlərdir. Bu sənədlərin reallığı nə dərəcədə əks etdirməsi sadalanan hallara görə sual altındadır. İddiaçı tərəfindən sözügedən zərərin kimin təqsiri ucbatından vurulması, miqdarı ilə bağlı hallar qanunvericiliyə uyğun olaraq sübut edilməmiş, formal xarakter daşıyan sənədlər əsasında qətnamə qəbul edilmişdir.

11. Cavabdeh İran İslam Respublikası ərazisində olarkən qəza zamanı 3 maşının üzərinə aşmış, Biləsuvarda məhkəməyə verilmişdir. O dəymiş ziyan olan 18700 manatı ö dəmişdir. Bununla bağlı sənədlər İİR ərazisində olduğundan və onların əldə edilməsi, rəsmi qaydada tərcümə və təsdiq edilməsi uzun zaman tələb etdiyindən birinci instansiya məhkəməsində bununla bağlı sənəd təqdim edilə bilməmişdir. Haliyədə sənəd əldə olunmuş, lakin tərcümə və təsdiq mərhələləri davam etdiyindən məhkəmə iclaslarında təqdim ediləcəkdir.

12. Apellyasiya şikyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.1, 1096.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 m art 2019-cu il tarixli Plenum Qərarına istinad edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-199/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi.

15. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-199/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi.

16. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-199/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi İV. Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə k imi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

18. Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətindən aydın olur ki, cavabdeh tərəf sözügedən qətnaməni tam mübahisələndirir.

19. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam yoxlanılmalıdır. V. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqa vilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

23. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

27. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

28. Maddə 778.1. Və kalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

29. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

30. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

31. Maddə 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

32. Maddə 851.1. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı yük daşınması müqaviləsi əsasında və haqq müqabilində baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır.

33. Maddə 859.1. Yükün itirildiyi, məhv olduğu, əskik çıxdığı və ya zədələndiyi (xarab olduğu), eləcə də bu Məcəllənin 851.2-ci maddəsinin tələblərini pozduğu halda daşıyıcı dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin tam dəyərini ödəyir, eləcə də daşıma haqqını qaytarır...

34. Maddə 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

35. Maddə 859.3. Əgər daşıyıcı yükün itirilməsinin, məhvinin, əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının), habelə bu Məcəllənin 851.2-ci maddəsinin tələblərinin pozulmasının aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya gö stərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. b) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız mə hkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələ rinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Vİ. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

45. İş üzrə mübahisəsiz şəkildə, iddiaçı tərəfindən sərəncamında olan **-BB-*** dövlət qeydiyyat nişanlı, İVECO markalı yük nəqliyyat vasitəsini və **-ZA-*** dövlət qeydiyyat nişanlı, SCHMİTZ SDP 24 markalı nəqliyyat vasitəsini-yarımqoşqunu yüklə birlikdə etibarnamə ilə Bakı şəhərinə çatdırılması məqsədilə Cavabdeh verməsi və cavabdehin həmin nəqliyyat vasitəsini idarə etməklə Culfa Gömrük keçid məntəqəsindən İran İslam Respublikasına keçərək Bakı şəhəri istiqamətində hərəkət etməsi iş materialları və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarla öz təsdiqini tapmışdır.

46. Cavabdeh tərəfin apellyasiya şikayətində nəqliyyat vasitəsinin əyləcində problem olması (ön hissədə tormoz olmadığını) barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, həm cavabdehin və həm də iddiaçının məhkəmə iclaslarında verdikləri izahatları ilə təsdiq olunur ki, İran İslam Respublikası ərazisində olduğu müddət ərzində bir neçə dəfə nəqliyyat vasitəsində yaranmış digər nasazlıqlar barədə cavabdeh iddiaçıya telefon vasitəsilə (“WhatsApp” sosial şəbəkə platforması üzərindən) məlumat vermiş, iddiaçı nəqliyyat vasitəsinin İran İslam Respublikasında olmasına baxmayaraq öz vəsaiti hesabına tədbirlər görmüş və usta göndərməklə həmin nasazlıqların aradan qaldırılmasını təmin etmişdir.

47. Həmçinin qeyd edilməlidir ki, nəqliyyat vasitəsinin əyləc sistemində nasazlıqlar ya randığı təqdirdə, həmin nasazlığın aradan qaldırılması üçün, yəni nəqliyyat vasitəsinin əyləc sistemi tam şəkildə saz vəziyyətə gətirilənə kimi idarəetməni dayandırmaq eyni qaydada iddiaçıya müraciət etmək və yalnız bu hal aradan qaldırıldıqdan sonra hərəkəti davam etdirmək imkanının olduğu mübahisəsiz şəkildə təsdiq olunur.

48. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin nəqliyyat vasitəsi üzərində sərəncam verilməsinə dair iddiaçıya verilmiş etibarnamələrin 2025-ci ilin yanvar ayında bitməsi və bu əsasla da onun iddia qaldırmaq hüququnun olmaması dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəməyə müraciət etdiyi zaman nəqliyyat vasitəsi üzərində sərəncam verilməsinə dair ona verilmiş etibarnamələrin qüvvədə olmaması, onun dəymiş ziyanın cavabdehdən tələb etməsini istisna edə bi lən hal deyil və bu dəlil əsaslı hesab edilə bilməz.

49. Həmçinin dəfələrlə təklif olunmasına baxmayaraq, qəza İran İslam Respublikası ərazisində baş verdiyindən İran İslam Respublikasının aidiyyatı orqanları tərəfindən qəzanın baş vermə səbəblərinin müəyyən edilməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticələri barədə də hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda tərəfin verdiyi izahatında da qeyd edilən hal ilə bağlı hər hansı bir sənəd əldə etmədikləri bildirilmişdir.

50. İddiaçıya dəymiş ziyan iş materiallarında olan 18 fevral 2025-ci il tarixli, 001 nömrəli Babək "xxxx" ASC-nin icraçı direktoru X7 və fərdi sahibkar İddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş 2000 (iki min) manat dəyərində dəymiş maddi zərər barədə aktla, **-BB-*** dövlət qeydiyyat nişanlı, İVECO 190-3 6 markalı yük nəqliyyat vasitəsinin yığılması üçün görülən işlərin ümumilikdə dəyərini 2500 (iki min beş yüz) manat müəyyən edən ******* nömrəli, xx.xx.2024-cü il tarixli, və **-ZA-*** dövlət qeydiyyat nişanlı, SCHMİTZ SDP 24 markalı nəqliyyat vasitəsinin-yarımqoşqunun yığılması üçün görülən işlərin ümumilikdə dəyərini 3500 (üç min beş yüz) manat müəyyən edən ******* nömrəli, xx.xx.2024-cü il tarixli qaimə-fakturalar ilə müəyyən edilmişdir.

51. Cavabdeh tərəfin şikayətində yalnız ******* nömrəli, xx.xx.2024-cü il tarixli və ******* nömrəli, xx.xx.2024-cü il tarixli qaimə-fakturalarda göstərilən məbləğlərin həqiqətə uyğun olmadığını mübahisələndirməsi ilə əlaqədar isə qeyd edilməlidir ki, qaiməfakturalarda qeyd edilən məbləğləri təkzib edən hər hansı mötəbər sübut nə birinci instansiya məhk əməsində, nə də ki, apellyasiya məhkəməsi baxışında təqdim edilməmişdir.

52. Əksinə cavabdeh birinci instansiya məhkəməsində 10 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iddiaçının nəqliyyat vasitəsinin təmir edilməsinə 4000-5000 manat pul xərc çəkməsini etiraf etmişdir (iş mat.İ cild.səh.82).

53. Kollegiya apellyasiya şikayətində qeyd edilən “cavabdehin İran İslam Respublikası ərazisində olarkən qəza zamanı 3 maşının üzərinə aşması, Biləsuvarda məhkəməyə verilməsi və onun dəymiş ziyana görə 18000 manat ödəməsi” dəlilinə münasibətdə isə qeyd edir ki, göstərilən dəlilin hazırkı iddia tələbi ilə əlaqəsi olmadığından həmin dəlilə qiymət verilməsini zəruri hesab etmir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli “Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Qərarında təsbit edildiyi kimi “..Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

55. Göstərilə nlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarıyalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

57. Kollegiya qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

58. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 20 08-ci il tarixli X14 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

60. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi məhkəmə kommersiya işi üzrə tərəflərə sübutlarını təqdim etməyi təklif edə bilər. Məhkəmənin tərəflərin əvəzinə sübut toplaması bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir.

61. Son olaraq kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.3-cü mad dəsində göstərilən halların mövcudluğu ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

62. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir

63. Kommersiya mübahisəsinə dair işə apellyasiya qaydasında baxılması zamanı birin ci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

64. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.

65. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə kommers iya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-199/2025 nömrəli qətnaməsindən Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-199/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir.

66. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələrinə dair işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şi kayəti verilə bilməz.

67. Bununla da, iddia üzrə iddia tələbinin məbləği ümumilikdə 8000 (səkkiz min) manat təşkil etdiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz.

68. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-199/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Sənan Qarayev Hakimlər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar