Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-756/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin tam icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, dəbbə pulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı “pulun tutulması tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 aprel tarixli 2-2(103)-402/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh Firması (alıcı) arasında bağlanmış 2021-ci il 1 noyabr tarixli 03RTL-1121ERC nömrəli məhsul/xidmət satışına dair müqaviləyə əsasən alıcı müqavilənin qüvvədə olduğu müddət ərzində vaxtaşırı yerləşdirdiyi sifarişləri əsasında satıcının təqdim etdiyi məhsul/xidməti almağı və dəyərini ödəməyi, satıcı isə məhsul/xidməti təhvil almağı təqdim etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, Alıcı Məhsul/Xidmət üzrə ödənişi bu müqavilənin 4.2-ci maddəsində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, Satıcının hər gecikən gün üzrə ödənməyən məbləğə görə Alıcıya həmin məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır.
2. İddiaçı MMC (satıcı) ilə Cavab deh Firması (alıcı) arasında bağlanmış 2024-cü il 1 may tarixli B2C ERC220224 nömrəli malın alqı-satqı müqaviləsi üzrə MMC Cavabdeh Firmasının sifarişləri əsasında müqavilənin şərtlərinə uyğun olaraq və qeyd olunmuş müddətdə cavabdehə mal təhvil verməyi, cavabdeh isə həmin malı qəbul edərək, malın dəyərini MMC ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən, Alıcı, bu Müqavilənin 1 №-li Əlavəsinin tələblərini pozaraq, ödənişi vaxtında, tam və ya lazımı qaydada həyata keçirmədikdə və ya ödənişi gecikdirdikdə, gecikdirilmiş hər gün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən ödənilməmiş məbləğin 0,1 faizi məbləğində Satıcıya dəbbə pulu ödəyir.
3. İddiaçı MMC ilə Cavabdeh Firması arasında məhkəmə icraatının gedişi zamanı imzalanmış və hər iki hü quqi şəxsin möhürü ilə təsdiq edilmiş 2024-cü il 1 yanvar–2024-cü il 29 oktyabr dövrünə olan 2024-cü il 1 may tarixli B2C ERC220224 nömrəli malın alqısatqı müqaviləsi və 2021-ci il 1 noyabr tarixli 03RTL-1121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilə üzrə 2024-cü il 29 oktyabr tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 2024-cü il 12 yanvar tarixə qalıq borc 75687,47 manat olmuş, sonrakı tarixlərdə aparılmış əməliyyatlardan sonra hər iki müqavilə üzrə ümumilikdə Cavabdeh Firmasının İddiaçı MMC-yə dövrün sonuna olan qalıq borcu 41003,72 manat təşkil edir. 4. 2024-cü il 24 dekabr tarixli 554 nömrəli ödəniş tapşırığı ilə 7841,58 manat əsas məbləğ, 2024-cü il 24 dekabr tarixli ödəniş tapşırıqları ilə 256,08 manat, 398,09 manat, 757,31 manat ƏDV məbləği, 2024-cü il 26 dekabr tarixli 5 64 nömrəli ödəniş tapşırığı ilə 2900 manat əsas məbləğ, 2024-cü il 26 dekabr tarixli ödəniş tapşırığı ilə 522 manat ƏDV məbləği, 2024-cü il 27 dekabr tarixli 569 nömrəli ödəniş tapşırığı ilə 1164,94 manat əsas məbləğ, 2024-cü il 27 dekabr tarixli ödəniş tapşırığı ilə 209,69 manat ƏDV məbləği, 2025ci il 7 yanvar tarixli 9 və 9EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 1416 manat, 8 və 8EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 1084,15 manat, 7 və 7EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 497,31 manat, 6 nömrəli ödəniş tapşırığı ilə 6777,49 manat, 2025-ci il 7 yanvar tarixli ödəniş tapşırıqları ilə 731,69 manat, 20,75 manat, 52,03 manat, 63 manat, 84,22 manat, 34,34 manat, 170,41 manat, 63,52 manat ƏDV məbləği olmaqla ümumilikdə ƏDV daxil olmaqla 25044,6 manat məbl əğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. 5. 2024-cü il 8 avqust tarixli pretenziyalar ilə cavabdehə yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh Firmasına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2021-ci il 1 noyabr tarixli və 2024-cü il 1 may tarixli alqı-satqı müqavilələri üzrə 50572,98 manat əsas borc, 3030 manat cərimə məbləği, 3666,54 manat əldən çıxmış fayda və ödənilmiş 266 manat dövlət rüsumunun, 1100 manat hüquqi yardım xərcinin MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh ilə arasında imzalanmış 2021-ci il 1 noyabr tarixli 03RTL1121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilə qüvvəyə mindikdən sonra iddiaçı tərəfindən cavabdehə həmin müqavilə əsasında ümumilikdə 252116,71 manat məbləğində mal satılmışdır. Sonradan cavabdeh ilə iddiaçı arasında müqavilə yenilənmiş və tərəflər arasında 2024-cü il tarixli 1 may B2C№ERC220224 nömrəli malın alqı-satqı müqaviləsi imzalanmış, müqavilə qüvvəyə mindikdən sonra iddiaçı tərəfindən cavabdehə həmin müqavilə əsasında ümumilikdə 10507,40 manat məbləğində mal satılmışdır. Satılmış malların ödənişləri üçün iddiaçı cavabdehə 2024-cü il 24 may tarixli EBED 523866 seriya və nömrəli (8509,52 manat), 2024-cü il 16 iyul tarixli MT2407 11090047 seriya və nömrəli (1084,15 manat), 2 024-cü il 16 iyul tarixli MT2407 11090597 seriya və nömrəli (416,42 manat), 2024-cü il 16 iyul tarixli MT2407 11089639 seriya və nömrəli (497,31 manat) elektron qaimələri göndərmişdir. Hər iki müqavilə üzrə cavabdeh iddiaçıdan aldığı malların dəyərinin bir qismini ödəsə də, bir qismini bu günə kimi ödəməmişdir. Sonuncu dəfə cavabdeh 2024-cü il 9 iyul tarixində 969,02 manat ödəmiş və nəticədə onun 2021-ci il 1 noyabr tarixli müqavilə üzrə 40065,58 manat məbləğində, 2024-cü il 1 may tarixli müqavilə üzrə isə 10507,40 manat məbləğində borcu qalmışdır. Satılmış malların dəyərinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə edilmiş müraciətlərin nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məcburiyyət qarşısında qalaraq cavabdehə müqavilələrin vaxtından əvvəl xitam verilməsi haqqında 2024-cü il 19 iyul tarixli bildirişlər göndərmiş və müqavilələrə 2024-cü il 19 avqust tarixində xitam verilməsini, 10 iş günü ərzində satılmamış malların geri qaytarılmasını, yaxud satılmış malların dəyərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh bildirişləri qəbul etsə də, satılmamış malların qaytarılması və ya satılmış malların dəyərinin ödənilməsi ilə bağlı heç bir addım atmamışdır. Bu səbəbdən də iddiaçı cavabdehə ERC197 və ERC198 saylı 2024-cü il 8 avqust tarixli pretenziyalar göndərmiş və yaranmış borcu 3 iş günü ərzində tam həcmdə ödəməyi tələb etmişdir. Cavabdeh pretenziyaları qəbul etmiş, lakin ödəniş etməmişdir. Əlavə olaraq iddiaçı cavabdehə “e-mehkeme” portalı vasitəsilə də P6050/2024 və P6051/2024 nömrəli elektron pretenziyalar göndərmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə ye tirmədiyi üçün iddiaçıya zərər vurmuş və aşağıdakı məbləğdə borcu yaranmışdır: 2021-ci il 1 noyabr tarixli müqavilənin 4.2-ci bəndinə əsasən, (son ödəniş tarixi –2024-cü il 9 iyul tarixindən, 60 gün) hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin (40065,58 manat) 0,1 faizi (40 manat) məbləğində, 2400 manat; 2024-cü il 1 may tarixli müqavilənin 2.7-ci bəndinə əsasən, (son elektron qaimə tarixi –2024-ci il 16 iyul tarixindən, 60 gün) hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin (10507,40 manat) 0,1 faizi (10,50 manat) məbləğində, 630 manat; ölkə üzrə rəsmi bank uçot dərəcəsinə görə, 2024-cü il 2 may tarixindən – 3666,54 manat (50572,98 x 7,25%) əldən çıxmış faydanın məbləği. Bundan başqa cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı məcburiyyət qarşısında qalara q 1100 manat məbləğində vəkil qonorarı ödəmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 14 yanvar tarixli e-2-2(113)-433/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 15959,12 əsas borc, 2000 manat cərimə məbləği olmaqla ümumilikdə 17959,12 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim: N.Əhmədova).
9. Məhkəmə göstərmişdir ki, mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, iddiaçının verilmiş əşyanın ödənilməsini tələb etmək və ya ödənilməmiş m alın qaytarılmasını tələb etmək hüquqları təsbit edilmiş, iddiaçı isə hazırda qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə etmişdir. Bu mənada cavabdehin malların qaytarılması təklifi ilə iddiaçı razı olmadığından bu əsasla cavabdehin etirazı düzgün olmamışdır.
10. Məhkəmə hər iki müqavilə üzrə əsas borcun məbləğinə münasibətdə göstərmişdir ki, iddiaçı 50572,98 manat məbləğində pulun tutulmasını tələb etsə də, 2024cü il 29 oktyabr tarixli qarşılıqlı üzləşmə aktı ilə borc məbləği həmin tarixə 41003,72 manat təsdiq edilmiş, həmin tarixdən sonra 2024-cü il 24 dekabr tarixli 554 nömrəli ödəniş tapşırığı ilə 7841,58 manat əsas məbləğ, 2024-cü il 24 dekabr tarixli ödəniş tapşırıqları ilə 256,08 manat, 398,09 manat, 757,31 manat ƏDV məbləğ i, 2024-cü il 26 dekabr tarixli 564 nömrəli ödəniş tapşırığı ilə 2900 manat əsas məbləğ, 2024-cü il 26 dekabr tarixli ödəniş tapşırığı ilə 522 manat ƏDV məbləği, 2024-cü il 27 dekabr tarixli 569 nömrəli ödəniş tapşırığı ilə 1164,94 manat əsas məbləğ, 2024-cü il 27 dekabr tarixli ödəniş tapşırığı ilə 209,69 manat ƏDV məbləği, 2025-ci il 7 yanvar tarixli 9 və 9EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 1416 manat, 8 və 8EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 1084,15 manat, 7 və 7EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 497,31 manat, 6 nömrəli ödəniş tapşırığı ilə 6777,49 manat, 2025-ci il 7 yanvar tarixli ödəniş tapşırıqları ilə 731,69 manat, 20,75 manat, 52,03 manat, 63 manat, 84,22 manat, 34,34 manat, 170,41 manat, 63,52 manat ƏDV məbləği olmaqla ümumilikdə ƏD V daxil olmaqla 25044,6 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda hər iki müqavilə üzrə cavabdehin iddiaçıya olan ümumi borcu 15959,12 manat (41003,72 manat – 25044,6 manat) təşkil edir.
11. Məhkəmə belə qənaətə gəlmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
12. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, cavabdehin ödənişi məhkəmə icraatının gedişində etdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələb etd iyi cərimə məbləğinin 2000 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün bank uçot dərəcəsinə əsasən faiz hesablamışdır. Lakin həmin maddəyə əsasən iddianın təmin olunması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim olunmamışdır.
14. Həmçinin hər iki müqavilədə borclunun pul öhdəliyinin icrasını gecikdirməsi üçün ayrı qayda – dəbbə pulu nəzərdə tutulmuşdur. Belə olan halda 3666,54 manat məbləğində pulun tutulması ilə bağlı iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən də təmin edilməsi mümkün deyildir.
15. Məhkəmə öz mövqeyini MM-in 442, 445.7, 449.1, 448.1, 448.2, 462.1, 467, 567, 597.1, 600.1. 600.4, Mülki Pr osessual Məcəllənin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 107, 115.0, 115.0.6, 119.1, 121.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 aprel tarixli 2-2(103)-402/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: L.Əliyeva – sədrlik edən və məruzəçi, E.Həsənov və Z.Şirinov).
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaş araq iddiaçının ödənilməsini tələb etdiyi malların satılmaması, əvvəllər mallar satılmadıqda iddiaçının satılmayan malları geri götürməsi, mübahisəli malları isə geri götürməkdən imtina etməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqavilələrinə əsasən təqdim edilmiş, lakin satılmamış malların satıcıya geri qaytarılması barədə işgüzar münasibətin mövcudluğu (2024-cü il 1 may tarixli alqı-satqı müqaviləsinin 3.9-cu bəndində hətta belə şərt nəzərdə tutulmuşdur) işin mübahisəsiz halıdır. Lakin iş materiallarından görünür ki, 2024-cü il 19 iyul tarixdə iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilərək 10 iş günü ərzində borcun ödənilməsi və ya göndərilmiş malların qaytarılması tələb edilsə də, cavabdeh bildirişdə nəzərdə tutulmuş müddət ərz ində satılmamış malların iddiaçıya qaytarılması istiqamətində hər hansı bir addım atmamış və ümumiyyətlə bildirişə həmin müddət ərzində cavab verməmişdir. Göründüyü kimi işgüzar praktikaya uyğun olaraq iddiaçı tərəfindən cavabdehə satılmamış malların geri qaytarılması təklif edilsə də, cavabdeh həmin satılmamış malları qaytarmaq üçün təqdim etməmişdir. Odur ki, cavabdehin istinad etdiyi dəlillər əsassız olmaqla iddianın rədd edilməsi üçün əsas vermir. İddiaçı Mülki Məcəllənin 567 və 598.1-ci maddələrinə əsasən cavabdehdən mübahisəli alqı-satqı müqavilələri üzrə 15959,12 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.
19. Öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsində kollegiya hesab etmişdir ki, cavabdeh tərəfindən alqı-satqı müqavilələri üzr ə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığını, həmin alqı-satqı müqavilələrində malların dəyərini ödəmək öhdəliyinin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğunu, eləcə də cavabdeh mübahisəli müqavilələr üzrə 40.000 manat məbləğində borcun ödənilməsinin gecikdirildiyini və həmin borcun bir hissəsinin yalnız məhkəmə araşdırması gedişində ödənildiyini nəzərə alaraq məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 2000 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 462.1, 467, 567, 598.1, 598.2, 600.1, MPM-nin 77.1, 119.1, 119.5-ci maddələrinə istinadla əsaslandırmı şdır.
21. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 598.1-ci maddəsi üzrə - tərəflər arasında mövcud olan münasibətlər və razılaşdırılmış işgüzar qaydalara əsasən alıcının malları satıcıya geri qaytarmaq hüququ mövcuddur və bu hüququ istisna edərək pulun qaytarılmasını tələb etmək hüquqa ziddir. İddiaçının göndərdiyi bildiriş tərəflər arasında şərtləndirilən qaydanın dəyişdirilməsinə heç bir halda səbəb ola bilməz. Bildiriş mahiyyəti üzrə tərəflər arasında razılaşdırılan qaydaya uyğun olaraq cavabdehə malı və ya pulu qaytarmaq barədə xəbərdarlıqdır. Cavabdeh isə həm məhkəmə iclasından əvvəl təqdi m etdiyi cavab məktublarında, həm də məhkəmə iclasının gedişatında dəfələrlə malların qaytarılmasını istəsə də, iddiaçı heç bir hüquqi əsasa söykənmədən yalnız pul vəsaitinin ödənilməsini tələb etmişdir. Həm alqı-satqı müqaviləsinin müddəalarına görə, həm də öhdəliyin mahiyyətinə görə cavabdehin iddiaçıya malları qaytarmaq hüququ mövcuddur. Buna baxmayaraq, məhkəmə qətnamədə yalnız pulun ödənişini öhdəlik kimi müəyyən etmişdir. Bu isə cavabdehin iqtisadi vəziyyətini pisləşdirir. Halbuki, cavabdeh iddiaçı ilə apardığı əməkdaşlıq çərçivəsində yalnız satılan malların dəyərinin ödənilməsini şərtləşdirmiş və buna əsasən öz fəaliyyətini tənzimləmişdir.
23. MM-in 467-ci maddəsi üzrə - cavabdehin iddiaçıya satılmayan mallara görə ödəniş etmək öhdəliyi əsassız olaraq müəyyən edilmişdir. Belə olan h alda, cavabdeh onsuzda malların satılmamasına görə çəkdiyi ziyandan əlavə olaraq yüksək məbləğdə cərimə öhdəliklərinə əlavə edilmişdir.
24. MPM-in 121.1, 167.1.9-cu maddələri üzrə - məhkəmənin müəyyən etdiyi 1100 manat məbləğində hüquqi xidmət haqqı hazırki iş üçün ağlabatan məbləğ sayıla bilməz. Cavabdeh onsuzda iddia tələbi üzrə borc məbləğini ödəməkdə çətinlik çəkir. Həmçinin, bu qəbildən olan işlər üzrə qaldırılan iddialar, bir qayda olaraq, uzunmüddətli araşdırma aparılmadan, hər hansı əmlakların qiymətləri müəyyən olunmadan həll edilir. Ümumi statistikaya nəzər yetirəndə də aydın olur ki, vəkilin göstərdiyi hüquqi xidmətə görə ödənilən xidmət haqqı orta hesabla təxminən 300 manat təşkil edir. Məhkəmə borcun hesablanması üzrə hər hansı xüsusi biliyə malik olmamasına baxmayaraq, müha sibatlıq ekspertizası təyin etmədən nəticəyə gələrək prosessual qanunvericiliyinin qeyd edilən tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlillərinə münasibətdə etiraz onunla əsaslandırılmışdır ki, 2024-cü ilin iyul ayında tərəflərindən cavabdehə məxsus mağazalarda malların qalığı yoxlanılmış və məlum olmuşdur ki, malların böyük qismi satılmış, lakin cavabdeh satılan malların dəyərini ödəməmişdir. Cavabdehin nümayəndəsi Bakı Kommersiya Məhkəməsində icraat zamanı etiraf etmişdir ki, həmin vaxt məktəbə hazırlıq dövrü olduğundan dəftərxana və məktəbli ləvazimatlarının alışı i lə məşğul olduqları üçün iddiaçıya olan borcunu ödəməmişlər. Məhz bu səbəbdən də, cavabdehə 2024-cü il 19 iyul tarixli bildiriş göndərilmiş və cavabdehdən satılmamış malların geri qaytarılması, yaxud satılmış malların dəyərinin ödənilməsi xahiş edilmişdir. Lakin, Cavabdeh Firması nə malları geri qaytarmış, nə də ki, satılmış malların dəyərini ödəmişdir. Kassasiya şikayətində qeyd edilən “cavabdehin malları qaytarmaq hüququ” bildiriş göndərilənə qədər və “malların qaytarılması barədə bildirişi” aldıqdan sonra 10 günü ərzində olmuşdur, lakin cavabdeh nə bildirişdən əvvəl, nə də ki, bildirişdən sonra malları qaytarmaq niyyətini iddiaçıya bildirməmişdir. Kassasiya şikayətində qeyd olunan “pulun tələb edilməsi cavabdehin iqtisadi vəziyyətini pisləşdirməsi” hissəsi ilə bağlı bildirilmişdir ki, c avabdeh iddiaçının ona satdığı malları 3-cü şəxslərə satdıqdan sonra satışdan əldə etdiyi pul vəsaitinə 3-cü şəxslərdən yeni mallar almış və onların satışından gəlir əldə etmişdir. Beləlikdə, cavabdeh iddiaçıdan aldığı malların satışından əldə etdiyi vəsaitə başqa mallar almaqla gəlir əldə etmiş, iddiaçı isə satdığı malların dəyərinin ödənilməməsi səbəbindən gəlir əldə edə bilməmişdir. Göndərilən bildirişə qədər cavabdeh onda satılmamış malların olması barədə, bu malların geri qaytarılması niyyətinin olması barədə iddiaçıya hər hansı məlumat verməmişdir.
27. İddia tələbində ümumilikdə hər iki müqavilə üzrə 3030 manat məbləğində cərimə məbləğinin tutulmasını xahiş etmişlər, lakin cavabdeh məhkəmə dövründə müəyyən borcunu ödəmiş və bu səbəbdən də, işə baxan məhkəmələr bunları nəzərə alaraq i ddia tələbini bu hissədə qismən təmin edərək cavabdehdən cəmi 2000 manat cərimə məbləğini tutmuşdur.
28. İddianın qiyməti 58369,52 manat olduğu üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil tərəfindən aparılan danışıqlar nəticəsində qonorarın son məbləği 1100 manat məbləğində müəyyən edilmiş və həmin məbləğdə vəkil ilə müqavilə imzalanmışdır.
29. Borcun hesablanması üzrə ekspertiza təyin edilməməsi ilə bağlı dəlilə münasibətdə göstərilmişdir ki, iş materiallarında olan elektron qaimələrlə cavabdehə göndərilən malların miqdarı və dəyərinin 10507,40 manat məbləğində olması təsdiq olunur. Cavabdeh tərəfindən edilmiş ödənişlər göndərilən malların dəyərindən çıxıldıqda, cavabdehin borcunun 50572,98 manat olması təsdiq olunur. Cavabdehin imzaladığı Müqavilənin 4.4-ci bəndin ə əsasən, cavabdeh ödənişi gecikdirdikdə ödənilməmiş məbləğin 0,1 faizi məbləğində dəbbə pulunu ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Göründüyü kimi, bu məbləğlər sadə riyazi üsulu ilə hesablanır və bunun hesablanması üçün xüsusi biliyə malik olması və ya ekspertiza təyin edilməsinə zərurət yoxdur. İddia ərizəsində tələb edilən 3666,54 manat əldən çıxmış fayda məbləğinin hesablanması, Mərkəzi Bankın rəsmi internet səhifəsində olan ölkə üzrə bank uçot dərəcəsi ilə hesablansa da, Məhkəmələr, həmin hissə xüsusi bilik tələb edən mütəxəssis tərəfindən hesanlanması tələb edildiyi üçün həmin hissədə iddia tələbini rədd etmişlər. Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hər əkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1.D əbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə sa tışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”
33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, m übahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
37. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlil lərinə münasibətdə qeyd edir ki, baxılan iş üzrə iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq malların cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən isə malların qəbul edilməsi mübahisəsizdir. Belə olan halda iddiaçı ödənilməmiş pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
38. Kassasiya şikayətinin cavabdehin iddiaçıya malları qaytarmaq hüququnun olması ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, borcun ödənilməsi və ya malların geri qaytarılması ilə bağlı cavabdehə 2024-cü il 19 iyul tarixli bildiriş göndərilmiş, cavabdeh isə hər hansı münasibət bildirməmişdir. Cavabdeh malları geri qaytarmadığı üçün iddiaçı yaranmış borcun ödənilməsini tələb etmişdir. Bu baxımdan cavabdehin hərəkə tsizliyi qeyd olunan dəlillərin əsassızlığına səbəb olur.
39. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
40. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
42. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 aprel tarixli 2-2(103)-402/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed