Məhkəmə qərarları › İş №2-2(102)-759/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-759/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-759/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin və qarşılıqlı iddia tələblərinə iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam, işə mülki məhkəmədə baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdeh “X2” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, “X2” MMC-nin cavabdeh ləğv prosesind ə olan İddiaçı ASC-yə qarşı “pulun tutulması” tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 16 sentyabr tarixli 2-2(103)-748/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1.İddiaçı ASC (borc verən) ilə “X2” MMC (borc alan) arasında bağlanmış 2020-ci il 29 aprel tarixli, x saylı “Kredit Xətti Müqaviləsi”nə (bundan sonra – “kredit müqaviləsi”) əsasən borc verən borc alana 12 ay müddətinə, illik 16,5% olmaqla 245.000 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. 2.Eyni tərəflər arasında bağlanmış kredit müqaviləsinə 2021-ci il 7 may tarixli Əlavəyə əsasən borc verən tərəfindən borc alana “dövriyyə vəsaitinin artı rılması” məqsədi ilə 2021-ci il 29 aprel tarixinə qədər, illik 16.5% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin istifadə müddəti bitmə tarixindən 12 ay müddətinə, 2021-ci il 29 aprel tarixdən 2022-ci il 29 aprel tarixinə qədər artırılması barədə razılığa gəlmişlər. 3.Eyni tərəflər arasında bağlanmış kredit müqaviləsinə 2021-ci il 7 may tarixli Əlavəyə əsasən illik 16.5% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin mövcud borcuna hesablanan (əsas borc 245000, faiz 1235.19 AZN) illik faiz dərəcəsinin 16.5%-dən 12%-ə endirilməsi barədə razılığa gəlmişlər. 4.Eyni tərəflər arasında bağlanmış kredit müqaviləsinə 2022-ci il 16 may tarixli Əlavəyə əsasən illik 12% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin i stifadə müddəti bitmə tarixindən 12 ay müddətinə, 2022-ci il 29 aprel tarixindən 2023-cü il 29 aprel tarixinə qədər artırılması barədə razılığa gəlmişlər. 5.Eyni tərəflər arasında bağlanmış kredit müqaviləsinə 2023-cü il 4 may tarixli Əlavəyə əsasən illik 12% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin istifadə müddəti bitmə tarixindən 12 ay müddətinə, 2023-cü il 29 aprel tarixdən 2024-cü il 29 aprel tarixinə qədər artırılması barədə razılığa gəlmişlər. 6.İddiaçı ASC (borc verən) “X2” MMC (borc alan) arasında bağlanmış 2022-ci il 9 dekabr tarixli, 199/M saylı “Kredit Xətti Müqaviləsi”nə əsasən borc verən borc alana 12 ay müddətinə, illik 13% olmaqla 170.000 AZN məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. 7.* ASC, “X2” MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2024-cü il 24 oktyabr tarixli tələbin güzəştinə dair müqavilədən görünür ki, 2022-ci il 27 yanvar tarixli, HM/22/000/013305 nömrəli bank hesabı müqaviləsi üzrə "xxxx" MMC-nin * ASC-də olan cari hesabları üzrə 5.991.989,14 manat pul qalığı vardır. "xxxx" MMC borclu bank müflis edilməmişdən əvvəl, yəni 2023-cü il 10 oktyabr tarixində İddiaçı ASC-də olan cari hesablar üzrə pul vəsaitinin köçürülməsinə dair tələb irəli sürmüşdür. Pul qalığının tələbi bank tərəfindən icra edilməmişdir və tələbin icra müddəti bitmişdir. * ASC-nin "xxxx" MMC qarşısında olan, "xxxx" MMC-nin * ASC-də olan cari hesabındakı vəsaitdən 430.000 manat pul öhdəliyi “X2” MMC-nin təsisçisi X1 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir və "xxxx" MMC əsas müqavilənin 2.3.1-ci bəndinə əsasən öhdəliyi b ankdan tələb etmək hüququnu “X2” MMC-yə verir (güzəşt edir). 8.Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 24 oktyabr tarixli qərarı ilə * ASC müflis elan edilmiş və Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 9.İddiaçı ASC (ləğv prosesindədir) (bundan sonra-“iddiaçı”) cavabdeh “X2” MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 29 aprel tarixli kredit xətti müqaviləsi üzrə cəmi 264.144,07 manat borc olmaqla- bundan 245.000 manat əsas, 18.293,38 faiz borcu və MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün 850,68 faiz borcunun, 2022-ci il 9 dekabr tarixli kredit xətti müqaviləsi üzrə cəmi 180.237,79 manat borc olmaqla-bundan 170.000 manat əsas, 7.428,07 faiz borcu və MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün 2.809,72 faiz borcunun, iş üzrə ödənilmiş 735 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına əsasən onunla əsaslandırılmışdır ki, Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********342 saylı 2024-cü il 23 aprel tarixli və **********076 saylı 2024-cü il 31 may tarixli bildirişlər göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.

11. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin qismən təmin edilməs i, qarşılıqlı iddia tələbinin təmin edilməsi; 2022-ci il 27 yanvar tarixli, HM/22/000/013305 nömrəli bank hesabı müqaviləsi üzrə "xxxx" MMC-nin İddiaçı ASC-də olan və 2024-cü il 24 oktyabr tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən tələb hüququ “X2” MMC-də olan 430.000 manat pulun, İddiaçı ASC-dən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2022-ci il 27 yanvar tarixli, HM/22/000/013305 nömrəli bank hesabı müqaviləsi üzrə "xxxx" MMC-nin İddiaçı ASC-də olan cari hesabları üzrə 5.991.989,14 manat pul qalığı vardır. "xxxx" MMC 2023-cü il 10 oktyabr tarixində İddiaçı ASC-də olan cari hesablar üzrə pul vəsaitinin köçürülməsinə dair tələb irəli sürmüş, pul qalığının tələbi bank tərəfindən icra edilməmişdir. 2024-cü il 24 oktyabr tarixində "xxxx" MMC, “X2” MMC və LPO İddiaçı ASC arasında “Tələbin güzəştinə dair” müqavilə bağlayaraq, əsas müqavilə üzrə İddiaçı ASC-nin "xxxx" MMC qarşısında olan "xxxx" MMC-nin İddiaçı ASC-dəki AZ33MUGA**********00753AZM00 nömrəli cari hesabındakı vəsaitdən 430.000 manat pul öhdəliyi “X2” MMC-nin təsisçisi K.İbrahimova tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. "xxxx" MMC əsas müqavilənin 2.3.1-ci bəndinə əsasən öhdəliyi İddiaçı ASC-dən tələb etmək hüququnu “X2” MMC-yə güzəşt etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 oktyabr tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 2025-ci il 7 fevral tarixli 9/8946 nömrəli rəyə əsasən 2020-ci il 29 aprel tarixli, x say lı “Kredit Xətti Müqaviləsi” üzrə 2024cü il 29 aprel tarixinə (müqavilə müddətinin bitdiyi tarixinə) kreditora ödənilməli məbləğ əsas borc üzrə 245.000 manat, faiz borcu üzrə 129.206,88 manat, 2024-cü il 4 oktyabr tarixinə (məhkəmə qərardadının çıxarıldığı tarix) əsas borc üzrə 245.000, faiz borcu üzrə 141.865,21 manat, 2022-ci il 9 dekabr tarixli, 199/M saylı “Kredit Xətti Müqaviləsi” üzrə 2023-cü il 9 dekabr tarixə (müqavilə müddətinin bitdiyi tarix) kreditora ödənilməli məbləğ əsas borc üzrə 170.000 manat, faiz borcu 22.100 manat, 2024-cü il 4 oktyabr tarixinə (məhkəmə qərardadının çıxarıldığı tarix) əsas borc üzrə 170.000 manat, faiz borcu üzrə 40.209,72 manat məbləğində müəyyən edilmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, ilkin iddianı əsas və faiz borcu hiss əsində qəbul etdiyini bildirmiş, əsas borca 5 faiz hesablanmaqla tələb edilən məbləğ hissəsində isə iddianı qəbul etməmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 30 aprel tarixli e-2-2(113)-311/2025 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, 2020-ci il 29 aprel tarixli x saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 245.000 manat, faiz borcu üzrə 18.293,38 manat olmaqla, cəmi 263.293,38 manat məbləğində pulun, əsas borca illik 5 faiz hesablanmaqla 850,68 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 2022-ci il 9 dekabr tarixli 199/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 170.000 manat, faiz borcu üzrə 7.428,07 manat olmaqla, cəmi 177.428,07 manat məbləğində pulun, əsas borca illik 5 faiz hesablanmaqla 2.809,72 manat məbləğində pulun cavabde hdən tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, 430.000 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, pul tələblərinin qismən əvəzləşdirilməsi, yekun olaraq 14.381,85 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 735 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim K.Hüseynov).

16. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, "xxxx" MMC, öz cari hesabında olan pulun köçürülməsi ilə bağlı Banka, onun müflis elan edilməsi ilə bağlı məhkəmə qərarı çıxmamışdan 14 gün əvvəl müraciət etsə də, tələbi icra edilməmişdir. Bu baxımdan, qarşılıqlı iddiaçının ona güzəşt edilmiş 430.000 manat pulun geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqınd a” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. 17. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinə istinadla məhkəmə qarşılıqlı iddia üzrə tələbə mahiyyəti üzrə baxılmalı nəticəsinə gəlmişdir.

18. Məhkəmə, "xxxx" MMC-nin, * ASC-yə bank müflis elan edilməmişdən əvvəl yəni, 2023-cü il 10 oktyabr tarixdə cari hesablar üzrə pul vəsaitinin köçürülməsinə dair tələb irəli sürməsini, bu tələbin bank tərəfindən icra edilməməsini, "xxxx" MMC-nin * ASC-də olan cari hesabındakı vəsaitdən 430.000 manat pulun tələb hüququnu cavabdehə güzəşt etməsini nəzərə alaraq hesab etmişdir ki, 430.000 manat məbləğində pul ləğv prosesində olan * ASC-dən tutularaq cavabdehə verilməlidir.

19. Bundan başqa, məhkəmə ləğv prosesində olan * ASC-nin nümayəndəsinin Bankın 2023-cü il 2 4 oktyabr tarixdə müflis elan edildiyi, tələbin güzəştinə dair müqavilənin isə 2024-cü il 24 oktyabr tarixdə bağlanması səbəbindən cavabdehin hazırkı tələb irəli sürmək hüququnun olmaması barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, tələbin güzəştinə dair müqavilə, bank müflis elan edildikdən sonra bağlansa da, ilk sahibin ("xxxx" MMC) yerini cavabdeh tutmuş və bununla da, "xxxx" MMC-nin sahib olmuş olduğu bütün hüquqlara malikdir.

20. Məhkəmə qeyd etmişdir ki, qeyd edilən qarşılıqlı iddia üzrə tələbə hazırki icraat çərçivəsində baxılmalı olduğundan, tutulmuş məbləğlərin əvəzləşdirilməsi də, mümkündür. Əks yanaşma, bir tərəfin əsassız olaraq zənginləşməsi, digər tərəfin isə ağır durumuna düşməsi ilə nəticələnə bilməklə, mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin pozulması və hüququn ədalətlilik prinsipinin pozulmasına gətirib çıxara bilər.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 194.1, 194.2-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

22. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 16 sentyabr tarixli 2-2(103)-748/2025 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-qarşılıqlı iddia və pul tələblərinin əvəzləşdirilməsi hissələrində ləğv edilmiş, qarşılıqlı iddia hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və S.Cəfə rov).

24. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə müflis elan edilmiş Banka qarşı irəli sürülmüş qarşılıqlı iddia tələbinin kreditor tələb olub-olmadığına münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı irəli sürdükləri tələbin ilkin sahibi olmuş "xxxx" MMC-nin bank müflis elan edilməmişdən öncə-10 oktyabr 2023-cü il tarixində İddiaçı ASCyə cari bank hesabında olan pulun köçürülməsi ilə bağlı sərəncam verməsini, lakin həmin tələbin İddiaçı ASC tərəfindən icra edilməməsini iddia edir.

25. Bank müflis elan ediləndən əvvəl "xxxx" MMC-nin bank hesabında olan pul vəsaitlərinə dair sərəncam verilməsi “X2” MMC, ləğv prosesində olan "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış tələbin güzəşti barədə müqavilədə göstərilmiş və cavabdeh İddiaçı ASC həmin müqaviləni imzalamaqla söz ügedən faktı təsdiq etmişdir. Məhkəmə iclasında verilmiş izahatda da İddiaçı ASC-nin nümayəndəsi "xxxx" MMC-nin 2023-cü il 10 oktyabr tarixdə cari bank hesabında olan vəsaitin başqa bank hesabına köçürülməsi ilə bağlı sərəncam verməsi faktını qəbul etmişdir.

26. Tərəflərə sözügedən sərəncamı təsdiq edən sənədin (məsələn, ödəniş tapşırığının) məhkəməyə təqdim edilməsi təklif edilsə də, həmin sənəd məhkəməyə təqdim edilməmiş, cavabdehin nümayəndəsi sözügedən sənədin müflisləşməyəqədərki dövrə aid olduğunu və bankda tapılmadığını bildirmişdir.

27. Məhkəmə bank müflis elan edilənədək hesabda olan pul vəsaitinin köçürülməsi barədə sərəncamın verilməsi faktının qarşılıqlı cavabdeh tərəfindən etirafı ilə bağlı qeyd etmişdir ki, birincisi, buna dair ödəniş tapşırığının bankda tapılmaması ağlabatan və inandırıcı görünmür. Belə ki, 2023-cü ildə bütün bankların ödənişləri elektron sistem vasitəsilə həyata keçirməsi hamıya bəlli olan sübuta ehtiyacı olmayan haldır. Belə olan halda isə, banka təqdim edilən bütün ödəniş tapşırıqları bankın elektron informasiya sisteminə daxil edildiyindən, "xxxx" MMC tərəfindən 2023-cü il 10 oktyabr tarixində verilmiş ödəniş tapşırığının bank tərəfindən aşkar edilməməsi yalnız elektron sistemdə məlumatların itirilməsi ilə nəticələnən ciddi texniki nasazlıq olduqda mümkün ola bilər ki, hazırkı halda belə bir halın mövcudluğu müəyyən edilmir.

28. İkincisi, sözügedən etirafın məhkəmə tərəfindən qəbul edilməsi qarşılıqlı iddianın cari bank hesabı barədə müqaviləyə əsaslanan kreditor tələb kimi deyil, “Banklar haqqında” AR Qanunun 73.1.1 və 73.1.2-ci maddələr inə əsasən bank müflis edilənədək ödəniş sisteminə daxil edilmiş, lakin bank tərəfindən vaxtında icra edilməmiş gerigötürülməz tələb kimi qiymətləndirilməsinə və həmin məbləğin bank tərəfindən müflisləşmə prosedurunun kənar qaydada ödənilməsi üçün əsas verir. Bununla da həmin etiraf müflisləşmə prosesində olan bankın daha əvvəlki növbədən olan kreditorlarının qanuni hüquq və maraqlarına təsir göstərir.

29. Faktın etirafının məhkəmə prosesinə cəlb edilməmiş üçüncü şəxslərin hüquq və maraqlarına toxunduğunu nəzərə alan məhkəmə, həmin etirafın işin hallarının gizlədilməsi məqsədi daşımasından şübhə etməklə MPM-in 106.4-cü maddəsinə əsasən etirafı qəbul etməmiş və sözügedən fakt ümumi qaydada sübuta yetirilməli olması qənaətinə gəlmişdir.

30. Məhkəmə hesab etmişdir ki, hazırkı halda tərəflər b ank müflis elan ediləndən öncə "xxxx" MMC-nin cari bank hesabında olan pul vəsaitləri barədə sərəncam verməsi işin materialları ilə öz təsdiqini tapmadığından, "xxxx" MMC-yə məxsus olmuş və tələbin güzəşti barədə müqaviləyə əsasən qarşılıqlı iddia üzrə iddiaçıya güzəşt edilmiş tələb hüququ bankla bağlanmış bank hesabı barədə müqavilədən irəli gələn kreditor tələbdir.

31. Məhkəmə, qarşılıqlı iddia üzrə tələbin mahiyyət etibarilə ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan, qarşılıqlı iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması nəticəsinə gəlmişdir.

32. Apellyasiya məhkəməsi ilkin və qarşılıqlı iddia tələbləri üzrə öhdəliklərin qarşılıqlı əvəzləşdirilməsi hissəsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı razılaşaraq qeyd etmişdir ki, “Bankla r haqqında” AR Qanununun 78.1-ci maddəsinə görə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsinə yalnız həmin Qanunun 82-ci maddəsinə nəzərdə tutulmuş kreditorların növbəliyinə əməl edilməsi şərti ilə yol verilir. Hazırkı halda birinci instansiya məhkəməsi kreditorların növbəliyini nəzərə almadan qarşılıqlı iddia üzrə iddiaçının sonuncu -8-ci növbəyə aid olan tələbini bankın aktivi ilə əvəzləşdirməklə həmin Qanununun tələblərini pozmuşdur.

33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3, 73.1.1, 73.1.2, 76.1, 77.1, 77.5, 77.6, 77.7, 77.8, 77.9, 78.1, 82.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrini n Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2017-ci il 13 iyun tarixli Qərarına və MPM-in 77.1, 106.3, 106.4, 119.1, 119.5, 261.0.1, 384.0.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

34. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 35. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsi üzrə qarşılıqlı tələblərin əvəzləşdirilməsi qaydasında öhdəliyə xitam verilməsinə öhdəlik münasibətlərinin müxtəlif sahələrində və daha çox bank sahəsində həyata keçirilən müqavilə münasibətlərində rast gəlinir. MM-in 963.1-ci maddəsində bu xarakterli qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qanuni əsası da nəzərdə tutulmuşdur. Bu səbəbdən də, MMin 540-cı maddəsinə əsasən tələblərin qarşılıqlı əvəzləşdirilməsinə istənilən halda yol verilir və buna hər hansı qadağa yoxdur. Göründüyü kimi, cavabdehin bank qarşısında kredit öhdəlikləri olduğu kimi, Bankın da MMC qarşısında öhdəlikləri mövcuddur və qanunvericilik bu tələblərin qarşılıqlı əvəzləşdirilməsinə heç bir maneə törətmir. 36. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsi üzrə - məhkəmə “Tələbi n güzəştinə dair” 2024-cü il 24 oktyabr tarixli müqavilənin 1-ci bəndinin 6-cı abzasına nəzər yetirməmişdir. Belə ki, həmin abzasda qeyd edilir ki, "xxxx" MMC 2023-cü il 10 oktyabr tarixdə İddiaçı ASC-də olan cari hesablar üzrə pul vəsaitinin köçürülməsinə dair tələb irəli sürmüş, pul qalığının tələbi bank tərəfindən icra edilməmişdir. İddiaçının iddia tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci maddəsinin təsiri altına düşdüyündən, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Hətta bu halı məhkəmə öz qətnaməsində qeyd etsə də, maddi hüquq normasını pozaraq yekunda qanunvericiliyin tələblərinə zidd olaraq iş üzrə icraata xitam vermişdir.

37. MPM-in 77.1-ci maddəsi üzrə-həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin icraatınd a hazırkı işə baxılarkən ilk iddia üzrə iddiaçının nümayəndəsindən 2023-cü il 10 oktyabr tarixli ödəniş tapşırığı tələb edilsə də, bankın nümayəndəsi belə bir ödəniş tapşırığının sənədlərin içində olmadığını, lakin 2024-cü il 24 oktyabr tarixli müqavilədə adı çəkilirsə onu mübahisələndirmədiklərini qeyd etmişdir. 2025ci il 15 sentyabr tarixində isə tərəfindən 2023-cü il 10 oktyabr tarixli, 12 saylı köçürmə sifarişi iş materiallarına əlavə edilmişdir. Həmin sifarişdən də göründüyü kimi, "xxxx" MMC Banka müraciət edərək hesabında olan 5.991.989,14 manat məbləğində pul vəsaitini özünün "xxxx" ASC-nin Nərimanov filialındakı hesabına köçürülməsini xahiş etmişdir. Lakin məhkəmə bu sənədə ümumiyyətlə heç bir qiymət verməmişdir.

38. MPM-in 106.3, 106.4-cü maddələri üzrə - məhkəmə kollegiyası hansı üçüncü şəxslərin hüquq və vəzifələrinə toxunduğunu açıqlamasa da, məhkəmə Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu nəzərdə tutmuşdur. Lakin işə baxan məhkəmə kollegiyası işin materiallarına əlavə edilmiş, 2024-cü il 24 oktyabr tarixli müqaviləyə nəzər yetirmiş olsaydı, müəyyən edə bilərdi ki, LPO İddiaçı ASC-nin adından müqaviləni Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Nümayəndə1 imzalamışdır. Belə olan halda, iddiaçı tərəfindən məhkəmənin tələb etdiyi sənədi təqdim etməməsi cavabdehin ziyanına yozması işə qərəzli baxılmasına dəlalət edir.

39. Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 mart tarixli, 2-2(102)-66/2023 saylı, 2023-cü il 5 oktyabr tarixli, 2-2(102)-532/2023 saylı və Mülki Kollegiyasının 2024-cü il 6 dekabr tarixli, 2(102)-3477/2023 saylı qərarlarına istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. İddiaçı tərəfindən daxil olmuş etirazda apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Kassasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. 42.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin dü zgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 43.“Banklar haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

71. Ləğvedici 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edi lməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir....” “Maddə

72. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından:... 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;...” “Maddə

73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; 73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin....” “Maddə

76. Tələblərin qeydə alınması 76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir.... 76.3. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərə aid tələblər üzrə iddia müddətinin axımım dayandırır. Bütün qalan tələblər üzrə iddia müddətinin axımı həmin tələblər qeydə alındıqda dayandırılır. Bütün tələblər üçün iddia müddətinin axımı həmin tələblərin bu Qanunun 87-ci maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır....” “Maddə

77. Tələblərin qəbulu 77.1. Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. De pozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.... 77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. 77.6. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim gün ü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. 77.7. Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin mediada dərc etdirdiyi bildirişl ə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.8. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkə mə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.9. Ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır....” “Maddə

78. Əvəzləşdirmə və saldo çıxarma 78.1. Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər....” “Maddə

82. Ödənişlərin növbəliyi 82.1. Müflis e lan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.1. fiziki şəxslərin borc qiymətli kağızları formasında olan əmanətləri istisna olmaqla, fiziki şəxsin 10 milyon manatadək əmanəti üzrə tələbi; 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi ta rixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.”

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3 -cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında göstərilmişdir ki: “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraa tına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. 45.Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 46.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadının ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar ha qqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. 47.Eyni zamanda həmin Qərarda qeyd edilmişdir ki, “Banklar haqqında” Qa nunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”. 48.Göründüyü kimi, “Bankla r haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır.

49. Baxılan işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Bank müflis elan ediləndən öncə "xxxx" MMC-nin cari bank hesabında olan pul vəsaitləri barədə sərəncam verilməsi işin materialları ilə öz təsdiqini tapmadığından, "xxxx" MMC-yə məxsus olmuş və tələbin güzəşti barədə müqaviləyə əsasən qarşılıqlı iddia üzrə iddiaçıya güzəşt edilmiş tələb hüququ bankla bağlanmış bank hesabı barədə müqavilədən irəli gələn kreditor tələbdir.

50. Yuxarıda qeyd edildiyi kimi, “B anklar haqqında” AR Qanununun istinad olunan normalarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqedən də göründüyü kimi, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı məhkəmə icraatına başlanılmır və banka qarşı göstərilən tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. 51.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə icraata qarşılıqlı iddia hissəsində xitam verilməsinə dair gəlinən nəticə MPM-nin 261.0.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas olmadığından iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 52.MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 16 sentyabr tarixli 2- 2(103)-748/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar