Məhkəmə qərarları › İş №2-2(102)-761/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-761/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-761/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 sentyabr tarixli, 2-2(103)-884/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icra at qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı MMC (Satıcı) ilə "xxxx" MMC (Alıcı) arasında bağlanmış 2020-ci il 26 noyabr tarixli 2323/20M nömrəli alqı-satqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı’ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “Alıcı” isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcı’ya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür.

2. Satıcı tərəfindən Alıcıya EBDZ 133113 nömrəli 2024-cü il 21 fevral tarixli 6173.67 manat, EBEB 528610 nömrəli 2024-cü il 5 aprel tarixli 6078.62 manat, EBEA 762879 nömrəli 2024-cü il 19 mart tarixli 5868.01 manat, EBEA 754794 nömrəli 2024-cü il 19 mart tarixli 5435.25 manat, EBDZ 185825 nömrəli 2024-cü il 21 fevral tarixli 7522.22 manat, EBEA 289928 nömrəli 2024-cü il 13 mart tarixli 6278.57 manat məbləğində elektron qaimələr göndərilmişdir və müvafiq olaraq tərəflərin imzası və Satıcının möhürü ilə təsdiq edilmiş malların təhvil aktı tərtib edilmişdir. 3. 2024-cü il 18 mart tarixli ödəniş tapşırığına əsasən 5231.92 manat, 2024-cü il 18 mart tarixli ödəniş tapşırığına əsasən 3374.76 manat, 2024-cü il 29 avqust tarixli ödəniş tapşırığına əsasən 847.46 manat və 2024-cü il 5 aprel tarixli ödəniş tapşırığına əsasən 4500 manat Alıcı tərəfindən Satıcının hesabına köçürülmüşdür.

4. İddiaçı tərəfindən "xxxx" MMC-yə 2025-ci il 23 yanvar tarixli pretenziya məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyas ına müraciət ediləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – iddiaçı) "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19.373,77 manat məbləğində əsas borc, 3.874,72 manat məbləğində dəbbə pulu, 160 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri ə sasında mallar alındıqdan sonra alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimə və “Malların təhvil qəbul” aktından aydın olur ki, 2024-cü il 21 fevral tarixindən 2024-cü il 29 avqust tarixinə kimi satıcı tərəfindən 37.356,34 manat (ƏDV daxil) məbləğində mallar alıcıya satılmışdır. Alıcının həyata keçirdiyi ödənişləri təsdiq edən bank hesabından çıxarışlardan məlum olur ki, alıcı tərəfindən alınmış malların müqabilində 17.982,74 manat (ƏDV daxil) məbləğində ödəniş həqiqətən də həyata keçirilmişdir. Lakin qalan məbləği təşkil edən 19.373,77 manat (ƏDV daxil) məbləğində pul vəsaitinin bugünədək alıcı tərəfindən ödənilməsi həyata keçirilməmişdir. Müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilə n hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyərini 19.373.77 manat təşkil edir, həmin məbləğin 20 faizi 3.874,72 manat təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 19.373,77 + 3.874,72 = 23.248,49 AZN tələb məbləği yaranmışdır. Borc məbləğinin ödənilməsinə dair ünvanlanmış pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. Bugünədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir.

7. Cavabdeh etiraz ərizə si verərək bildirmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi 2020-ci il 26 oktyabr tarixdə bağlanmışdır və həmin vaxt cavabdehin qanuni təmsilçisi direktoru atası X3 olmuşdur. Lakin müqavilə onun tərəfindən deyil, anası X2 tərəfindən imzalanmışdır. Müqavilənin son səhifəsində G.M. İbrahimova diyircəkli qələmlə “26 oktyabr 2020-ci il tarixdən müqavilə X3 imzalamadığı üçün mən, hal-hazırkı rəhbər X2, öz imzamla təsdiq edirəm” qeydi aparmışdır. Bu, müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasını göstərir. Həmin dövrdə G.M. İbrahimovanın adına etibarnamə mövcud olmamışdır və belə bir səlahiyyət sənədi varsa, sübut etmə yükü iddiaçının üzərinə düşür. X6 2021-ci il 28 aprel tarixdə vəfat etdikdən sonra vərəsəlik işinə başlanmış, Bakı şəhəri 52 saylı notariat ofisinin 2021-ci il 29 may tarixli qərarı ilə G.M. İbrahimova cəmiyyətin müvəqqəti əmlak inzibatçısı təyin edilmişdir. Vərəsəlik isə 2022-ci il 07 yanvar tarixdə başa çatmışdır. Buna görə də müqavilənin imzalandığı vaxt G.M.İbrahimova rəhbər statusunda olmamış və müqavilə bağlandığı andan əhəmiyyətsiz əqd kimi etibarsızdır. Təhvil-qəbul aktlarına gəlincə, 2024-cü il 12 fevral tarixli 6.173,67 manatlıq (EBDZ №133113), 2024-cü il 21 fevral tarixli 7.522,22 manatlıq (EBDZ №185825), 2024-cü il 12 mart tarixli 6.278,57 manatlıq (EBEA №289928), 2024-cü il 19 mart tarixli 5.868,01 manatlıq (EBEA №762879) və digər malların iddiaçı tərəfindən guya təhvil verildiyi göstərilsə də, aktları cavabdehdə heç bir aidiyyəti olmayan "xxxx" adlı şəxs imzalamışdır. Bu şəxs MMC-nin əməkdaşı deyil. Satılan malların nə texniki sənədlə ri, nə də mənşə sertifikatları təqdim olunmamışdır. Mövcuddursa, sübut etmə yükü iddiaçının üzərinə düşür. Bu səbəblə cavabdeh hesab etmişdir ki, mallar faktiki olaraq təhvil alınmamış, müqavilə isə səlahiyyətsiz şəxs tərəfindən imzalanması səbəbilə hüquqi qüvvəyə malik olmamışdır. Hətta malların təhvil verilməsi sübut edilsə belə, etibarsız müqavilə üzrə cərimə tələbi irəli sürülə bilməz. Cavabdeh əlavə etmişdir ki, özü yalnız 2023-cü il iyul ayından rəhbər təyin edildiyi üçün həmin müqavilədən xəbərsiz olmuşdur və ödənişlər mühasib tərəfindən elektron qaimələr daxil olduqca texniki qaydada aparılmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 iyun tarixli, e-2-2(113)-2679/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 19373.77 manat məbləğində borc, 400 manat mə bləğində cərimə borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim G.Həşimova).

9. Məhkəmə bildirmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

10. Məhkəmə cavabdehin etirazının müavilənin etibarsız olmasına dai r dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması və tərəflər arasında mövcud müqavilənin cavabdeh tərəfindən bəyənilməsi, həmin müqavilə üzrə mütəmadi olaraq iddiaçı tərəfindən mallar alınması, həmçinin təhvil verilən mallar üzrə cavabdeh tərəfindən mütəmadi olaraq ödənişlər edilməsi və s. hallarla öz təsdiqini tapır.

11. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini 19.373,77 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, iddia tələbinin cavabdehin direktoru tərəfindən tam etiraf edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia əsas borc hissəsində təmin e dilməli, cavabdehdən 19.373,77 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

12. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

13. Belə olan halda məhkəmə mülki qanunvericiliyin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ aza ldılaraq 400 manat məbləğində müəyyən edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 448.1, 462.1, 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 sentyabr tarixli, 2-2(103)-884/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva, T.Mahmudova).

17. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətdə müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalandığından əhəmiyyətsiz əqd olduğu qeyd olunsada, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmuş, yəni alınan malların dəyəri qismən ödənilmişdir. Həmçinin iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq olunmuş, ödəniş tapşırıqlarına əsasən eqaimələrə əsasən ödənişlər həyata keçirilmişdir. Cavabdeh tərəfindən müqavilə etibarsız (səlahiyyəti olmayan şəxs tərəfindən izalanmış) hesab olunsa idi tərəflərindən e-qaimələr mübahisələndirilməli, e-qaimələrin hansı müqavilə üzrə göndərilməsi sual doğurmalı və araşdırılmalı idi. Cavabdeh isə qaimələri mübahisələndirməmiş əksinə ödənişlər həyata keçirmişdir. Bu hal cavabdeh tərəfindən müqavilənin bəyənilməsi kimi qiymətləndirilməlidir.

18. Kollegiya apellyasiya şikayətinin direktor tərəfindən etiraf olunmaması dəlilinə münasibtədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin direktoru X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil 2025-ci il 15 aprel tarixli məhkəmə iclasında iştirak edərək, sədrlik edənin sualına cavab olaraq tərəflər arasında alqı-satqı müqaviləsinin, elektron qaimələrin olduğunu, şərti olaraq mal mübadiləsinin olduğunu qəbul etsələr, onların sadəcə malların dəyərini ödəmək öhdəliyi olduğunu, cavabdehlə danışdığını, ödəniş etmək üçün v axt istədiyini bildirmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi qeyd olunan izahatla razılaşmadığı təqdirdə tərəfindən məhkəmə iclas protokoluna hər hansı qeyd verilərək etiraz oluna bilərdi. Lakin heç bir münasibət bildirilməmişdir. Göründüyü kimi cavabdehin dəlilləri əsassızdır.

19. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 567, 598.1, 442, 448.1, 462.1, 467-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

21. MM-in 386.1, 567, 598.1, 442-ci, 448.1, 462, 467-ci maddələr üzrə - Apellyasiya instansiyası məhkəməsi MM-in qeyd edilən mad dələrinə istinad etməsinə baxmayaraq, müqavilənin bağlanıb-bağlanmamasına düzgün hüquqi qiymət verməmişdir. Qətnamədə qeyd olunur ki, guya tərəflər arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətləri yaranmış və malların təhvil verilməsi elektron qaimələr və təhvil-qəbul aktları ilə təsdiq edilmişdir. Lakin bu nəticələr işin faktiki hallarına uyğun deyil.

22. Müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalanması araşdırılmamışdır. Müqavilə nə həmin dövrdə hüquqi şəxsin direktoru olan M. İbrahimov, nə də hazırkı direktor tərəfindən imzalanmışdır. Sənədin son səhifəsində G. İbrahimova direktor olmadığı halda diyircəkli qələmlə müqaviləni “öz imzası ilə təsdiq etdiyini” yazmışdır. Bu hal müqavilənin bağlandığı andan etibarsız olmasına dair mübahisəsiz hüquqi əsas yaradır. Lakin a pellyasiya instansiyası məhkəməsi bu faktı nəzərə almadan müqaviləni sanki “faktiki bağlanmış” kimi qiymətləndirmişdir.

23. Malların təhvil verilməsi sübut edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş təhvil-qəbul aktlarında malları qəbul edən şəxs “İ. Rəhman” kimi göstərilmişdir. Bu şəxsin cavabdeh ilə hər hansı əmək münasibətinin mövcud olmasına dair işdə sübut yoxdur. İddiaçı həmin şəxsin guya etibarnamə əsasında malları təhvil aldığını iddia etmiş, lakin məhkəməyə heç bir etibarnamə təqdim edilməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası təhvil aktlarını öhdəliyin icra edilməsinin sübutu kimi qiymətləndirmişdir ki, bu da maddi hüquq normalarının yanlış tətbiqinə səbəb olmuşdur.

24. Elektron qaimələr üzrə məhkəmənin yanaşması hüquqi baxımdan əsassızdır. Apellyasiya instansiyas ı qənaətə gəlmişdir ki, elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Halbuki “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4-cü bəndinə əsasən, 5 gün ərzində təsdiq edilməmiş cari elektron qaimələr vergi orqanının proqram təminatı tərəfindən avtomatik təsdiq olunmuş hesab edilir. Bu texniki prosedur təsdiq edən şəxsin iradəsini ifadə etmir və hüquqi razılıq doğurmur. Bu səbəbdən avtomatik təsdiq edilmiş qaimələrin malların təhvil verildiyini və ya borcun yarandığını sübuta yetirməsi mümkün deyil.

25. Əks təqdirdə, fəaliyyətsiz və ya elektron kabinetindən istifadə etməyən hüquqi şəxslərə istənilən sayda elektron qaimə göndərilməklə onların süni borclandırılması riski yaranır ki, bu da hüquqi təhlükəsizlik prinsipi ilə ziddiyyət təşkil edir. Məh kəmənin elektron qaimələri “cavabdeh tərəfindən təsdiq edilmiş sübut” kimi qəbul etməsi hüquqi cəhətdən yolverilməzdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidm ətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. …” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. …” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cüm lədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. …” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür."

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. S übut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutul muş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-ol unmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə ape llyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

35. Əlavə olaraq kassasiya şikayətinin bu Qərarın § 21-23-də göstərilən dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallara görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən müqavilə üzrə müxtəlif adda mallar cavabdehə təhvil verilmiş, bununla bağlı təqdim olunmuş elektron qaimələrə uyğun olaraq cavabdeh müqavilə üzrə qismən ödənişlər etsə də, öhdəlik tam icra edilməmişdir.

36. Məhkəmə kollegiyası onu da bildirməyi zəruri hesab edir ki, “Elektron qaiməfakturanın formasının, tətbi qi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 2 fevral tarixli Qərarının 3.3-cü bəndinə görə 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Həmin Qərarın 3.4-cü bəndinə əsasən isə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaiməfaktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzə liş üçün qaytarılmış elektron qaimə- fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh elektron qaimələri 5 gün ərzində mübahisələndirməmiş, həmin qaimələr də proqram təminatı tərəfindən təsdiq olunmuşdur.

37. Apellyasiya məhkəməsi nəticəyə gələrkən ona əsaslanmışdır ki, cavabdeh tərəfindən e-qaimələrin mübahisələndirilməməsi, onlara əsasən ödəniş tapşırıqları üzrə ödənişlərin edilməsi müqavilənin bəyənilməsi kimi qiymətləndirilməlidir.

38. İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi-vəkili izahatında “cavabdehlə danışdığını, onun ödənişin ediləcəyini bildirdiyini, lakin bunun üçün vaxt i sdəyini”, “hər bir halda ödənişin ediləcəyindən qaçmadıqlarını” (bax iş.v. 79-80), “iddia tələbini qəbul etdiklərini, lakin zavodun yandığını və hazırda müəssisənin təsisçisi və direktorunun vəfat etdiyinin nəzərə alınmasını” bildirmişdir (bax iş.v. 85).

39. Təqdim olunmuş e-qaimələrin mübahisələndirilməməsi, müvafiq olaraq ödənişlərin bir qisminin edilməsi cavabdehin kassasiya şikayətinin dəlillərini təkzib edərək, müqavilə üzrə malların cavabdehə təhvil verildiyini, lakin sonuncu tərəfindən öhdəliklərin tam icra edilmədiyini göstərir. Birinci instansiya məhkəməsində cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş izahatda göstərilənlər də bu halı bir daha təsdiq etmişdir.

40. Kollegiya qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassas iya şikayəti isə təmin edilməməlidir.

42. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 sentyabr tarixli, 2-2(103)-884/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar