Məhkəmə qərarları › İş №2-2(102)-763/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-763/2025

03.11.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-763/2025 03.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin prosessual qanunvericiliklə nəzərdə tutulmuş forması, maddi və prosessual əsaslandırma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğludan ibarət tərkibdə, İddiaçı Cavabdeh QSC-yə qarşı “sənədlərin və məlumatların təqdim edilməsi” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 19 sentyabr tarixli 22(103)-998/2025 nömrəli qərardadından Ca vabdeh QSC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ:

1. İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC-nin (bundan sonra – “cavabdeh”) 2020-2023-cü illər hesabat dövrü üzrə maliyyə göstəriciləri, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə strukturu, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi barədə məlumatların və bu məlumatları təsdiq edən sənədlərin surətinin təqdim edilməsi, Cəmiyyətin 2020-2023-cü illər ərzində fəaliyyətinə dair məlumatların - həmin illər üzrə illik hesabatı və maliyyə hesabatları, həmin illər üzrə auditor tərəfindən yoxlanılmanın nəticələrinə dair auditor rəylərinin surətinin təqdim edilməsi və 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 5 iyun tarixli e-2-2(113)-1640/2025 nömrəli qərardadı ilə iddia tələbinin “2020-2023-cü illər ərzində dividendin ödənilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 5 iyun tarixli e-2-2(113)-1640/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Kənan Hüseynov).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 s entyabr tarixli 2-2(103)-998/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir (sədrlik edən – Leyla Əliyeva, hakimlər – Tural Qocayev və Təranə Mahmudova).

6. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 6 oktyabr tarixli 2-2(103)-998/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – Leyla Əliyeva, hakimlər – Təranə Mahmudova və Ziya Şirinov).

8. Cavabdeh 2025-ci il 16 oktyabr tarixində təkrar olaraq apellyasiya instansiyası məhkəməsinin 2025-ci il 19 sentyabr tarixli qərardadından kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Tətbiq e dilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.1 Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4 şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;...” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

11. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 407.1-ci maddəsinin tələblərinə uyğun verilməmişdir. Belə ki, həmin maddəyə əsasən kassasiya şikayəti bu Məcəllə ilə nəzərdə tutulmuş Formada verilməmişdir.

12. MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.

13. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sır alanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

14. Hazırki halda cavabdeh kassasiya şikayətini nə formal olaraq MPM-ə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etməmiş (cədvəl forması və s.), nə də məzmun baxımından həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir.

15. Nəzərə alınmalıdır ki, MPM-in 407.1.4-cü maddəsinin tələbinə əsasən kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri isə məhz maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılma sı ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi).

16. MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

18. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 sentyabr tarixli 2-2(103)-998/2025 nömrəli qərardadından Ca vabdeh QSC tərəfidən verilmiş kassasiya şikayətinə kassasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar