Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-777/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" MMC, "xxxx" MMC, X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi (iş məhkəmədə baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “audit rəylərinin etibarsız hesab edilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2025-ci il 7 oktyabr tarixli 2-2(103)-1029/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının təsisçisi olduğu "xxxx" MMC-nin fəaliyyətinə dair tərtib edilmiş 2021-ci il 22 fevral tarixli və 2021-ci il 23 aprel tarixli audit rəylərinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 23 iyun tarixli e-2-2(113)-3446/2025 nömrəli qətnaməsi ilə iddia t əmin olunmamışdır (hakim: Ü.Həsənova).
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 oktyabr tarixli 2-2(103)-1029/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 23 iyun tarixli e-2-2(113)-3446/2025 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakimlər: T.Qocayev – sədrlik edən və məruzəçi, S.Cəfərov və E.Həsənov).
5. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi auditor rəyləri müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla, iddiaçının və digər şəxslərin təsis etdikləri hüquqi şəxsi n ("xxxx" MMC) idarə edilməsində pozuntuya yol verilibverilmədiyinə dair auditorun mövqeyini bildirən sübutlar qismində çıxış edir. Həmin sənədlər özü-özlüyündə iddia tələbi üzrə iddiaçı üçün hüquq və vəzifələr doğurmur, onun qanuni mənafelərinə xələl gətirmir.
6. Auditor rəyi müvafiq əsaslar olduqda inzibati orqanlar, cinayət təqibi orqanları, yaxud inzibati, cinayət və ya mülki mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmələr tərəfindən sübut kimi qiymətləndirilə və nəzərə alına bilər. Bu halda həmin rəylərin mötəbərliyinə müvafiq icraat çərçivəsində etiraz edilə bilər.
7. Apellyatorun istinad etdiyi, “Auditor xidməti haqqında” Qanunun 8-ci maddəsində audit rəyinin forması və onun tərtib edilməsinə dair tələblərin Auditorlar Palatası tərəfindən müəyyən edilməsinə dair müddəa da bu rəylərin etibarlılığının müstəqil məhkəmə araşdırmasının predmeti olmasına dəlalət etmir.
8. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, “Auditor xidməti haqqında” Qanunun 19-cu maddəsində auditor xidməti ilə bağlı yaranmış mübahisələr çərçivəsində sifarişçilər ilə auditorlar (auditor təşkilatları) arasında yaranan əmlak xarakterli mübahisələrin Auditorlar Palatası və ya məhkəmələr tərəfindən həll edildiyi göstərilmişdir. Göründüyü kimi, burada da auditor rəyinin özünün mübahisə predmeti olması öz əksini tapmamışdır. İddiaçının auditor rəylərinin etibarsız hesab edilməsinə dair iddiası məhkəmədə baxılmalı tələb kimi qiymətləndirilə bilməz.
9. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 87.1, 91.4, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 2, 3, 5, 8, 14, 19, Mülk i Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 5.1, 14.2, 24.1, 151.1, 153.2, 261.0.1, 384.0.5, 385.1.1, 387.1, 387.2.8, 387.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. İddiaçı həmin qərardaddan kasasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Azərbaycan Respublikası Konstitusiyasının 13, 60, 71-ci maddələri üzrə - məhkəmə tərəfindən qeyd edilən normaların tələbləri pozulmuşdur. 12. “Auditor xidməti haqqında” Qanunun 8, 19-cu maddələri üzrə - məhkəmə qeyd edilən Qanunun 8-ci maddəsini tətbiq etməmişdir. Auditorlar Palatasının 2025-ci il 10 fevral tarixli məktubuna əsasən Cavabdeh MMC tərəfindən bir çox audit standartlarının tələblərinə əməl edilməməsi göstərilərək, həmin rəylərin qeyri-qənaətbəxş səviyyədə olduğu bildirilmişdir. Qanunun 19-cu maddəsinin tələbləri pozulmuşdur, məhkəmə qanunsuz olaraq qeyd etmişdir ki, iddiaçının məhkəmə qaydasında audit rəyini mübahisələndirmək hüququ olmamışdır. Halbuki, “Auditor xidməti haqqında” Qanuna əsasən iddiaçının hazırki iddianı qaldırmaq hüququ vardır.
13. X1 230, 300, 500, 700, 720 saylı standartları üzrə - Auditorlar Palatasının 2025-ci il 10 fevral tarixli məktubunda qeyd edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilmiş audit yoxlamaları zamanı X3 əməl edilməməsi aşkarlanmışdır. Belə ki, cavabdeh 230 saylı “Auditin sənədləşdirilməsi” standartının maddələri üzrə zəruri sənədləşdirməni qismən aparmışdır. Bundan başqa, cavabdeh 300 saylı “Ma liyyə hesabatlarının auditinin planlaşdırılması” standartına əsasən audit planı və audit proqramı hazırlanmamışdır. 500 saylı “Audit sübutları” və 505 saylı “Kənar mənbədən təsdiqləmələr” standartlarının tələblərinə əsasən audit sübutları və kənar mənbədən təsdiqləmələr aparılan monitorinq zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının müfəttişinə təqdim edilməmişdir. 700 saylı “Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi”, 720 saylı “Auditi aparılmış maliyyə hesabatını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti”, 805 saylı “Xüsusi mülahizələr – ayrıca maliyyə hesabatlarının və maliyyə hesabatının xüsusi elementlərinin, hesablarının və ya maddələrinin auditi” X4 üzrə bir sıra əskikliklər müşahidə edilmişdir. Buradan belə nəticəyə gəlinir ki, cavabdeh 2021-ci il 22 fevral tarixli və 2021-ci il 23 aprel tarixli audit rəyləri X2 əməl olunmadan, audit sübutları, müvafiq mühasibatlıq sənədləri mövcud olmadan qanunsuz olaraq tərtib etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
15. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
16. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgü n qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
17. Auditor xidməti haqqında Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
2. Audit anlayışı Audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsər rüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.” “Maddə
3. Auditor xidməti Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir.” “Maddə
8. Auditor rəyi Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü i lə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Palatası Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir.” “Maddə
19. Mübahisələrin həll edilməsi Auditorla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfi ndən həll olunur....”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır....” “Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər...” “Maddə
5. Məhkəmədə mülki işə başlama 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır....” ”Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə....” “Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri... 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Kollegiya apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublika sının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-nin 2.1, 4.1, 5.1-ci maddələri (bax yuxarıda § 18)). 21.Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə veri lən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və ya yaxud təsdiqi üçün verilmiş olsun.
22. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən keçirilmiş audit yoxlaması nəticəsində verilmiş audit rəylərini mübahisələndirərək, etibarsızlığını xahiş etmişdir. 23.Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi auditor rəyləri müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla, iddiaçının və digər şəxslərin təsis etdikləri hüquqi şəxsin ("xxxx" MMC) idarə edilməsində pozuntuya yol verilibverilmədiyinə dair auditorun mövqeyini bildirən sübutlar qismində çıxış edir. Həmin sənədlər özü-özlüyündə iddia tələb i üzrə iddiaçı üçün hüquq və vəzifələr doğurmur, onun qanuni mənafelərinə xələl gətirmir. 24.Məhkəmə kollegiyası hazırki tələbin məhkəmə qaydasında baxılmalı olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və təkrar qiymətləndirmənin aparılmasını zəruri hesab etmir. 25.İddiaçı kassasiya şikayətində iddia tələbinin əsasını təşkil edən halları göstərməklə, audit rəylərinin etibarsızlığı hallarını və qanunsuzluğunu əsaslandırmış, “Auditor xidməti haqqında” Qanunun 8, 19-cu maddələrinə istinadən hazırki iddianı qaldırmaq hüququnu olduğunu bildirmişdir. 26.Kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd edilən normalar audit rəyinin müstəqil qaydada mübahisələndirilməsini əks etdirmir, mübahisələrin həll edilməsi qaydasını nəzərdə tutan 19-cu maddədə audito rla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələrin Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfindən həll olunması nəzərdə tutulmuşdur.
27. Kassasiya şikayətinin digər dəlilinə (bu qərarın §13) münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsinin də göstərdiyi kimi auditor rəyi müvafiq əsaslar olduqda inzibati orqanlar, cinayət təqibi orqanları, yaxud inzibati, cinayət və ya mülki mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmələr tərəfindən sübut kimi qiymətləndirilə və nəzərə alına bilər. Bu halda həmin rəylərin mötəbərliyinə müvafiq icraat çərçivəsində etiraz edilə bilər. 28.İddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, apellyasiya məhkəməsinin qanuni və əsaslı olan qərardadının ləğv edi lməsinə əsas vermir. Ona görə də, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı və kassasiya şikayəti təmin edilməməlidir. 29.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 oktyabr tarixli 2-2(103)-1029/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.