Məhkəmə qərarları › İş №2-2(102)-766/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-766/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-766/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkə məsinin Kommersiya kollegiyasının 2025-ci il 20 avqust tarixli 2-2(107)-2/2025 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında 2015-ci il 18 sentyabr tarixli **********69515 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana illik 3% ödəmək şərti ilə 120 ay müddətinə 5.000.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq eyni tərəflər arasında 2015-ci il 22 sentyabr tarixli **********69515/01/İP nömrəli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 MMC-yə məxsus Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29.357,7 kv.m ümu mi, 20.928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksi "xxxx" ASC-nin adına ipoteka ilə yüklü edilmişdir.

3. Həmçinin "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında 2017-ci il 27 oktyabr tarixli **********44417 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən borcalana illik 3% ödəmək şərti ilə 120 ay müddətinə 1.500.000 manat məbləğində kredit verilmişdir.

4. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında 2017-ci il 27 oktyabr tarixli **********44417/02/İP nömrəli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 MMC-yə məxsus Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5.279,9 kv.m ümumi, 4.707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi və Yevlax şəhəri, Bakı prospek ti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489,98 kv.m ümumi, 4.939,7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi "xxxx" ASC-nin adına ipoteka ilə yüklü edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi, daha sonra tələbinin dəqiqləşdirilməsi, sonuncu dəfə isə 2023-cü il 6 oktyabr tarixində tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, - 2015-ci il 22 sentyabr tarixli **********69515/01/İP nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-yə məxsus Gəncə şəhəri, Zərifə Əl iyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29.357,7 kv.m ümumi, 20.928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinə tutmanın yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh1 MMC-nin 2015-ci il 18 sentyabr tarixli **********69515 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 3.831.625,90 manat əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 145.018,44 manat adi faizlər üzrə borc məbləği, 2023-cü il 6 oktyabr tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanmış 415.618,24 manat cərimə faizləri olmaqla, cəmi 4.392.262,58 manat; - 2023-cü il 6 oktyabr tarixindən başlayaraq 2015-ci il 18 sentyabr tarixli ****** ****69515 nömrəli kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 3% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 130 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmeti Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında olan əmlakın dəyərindən; - 2017-ci il 27 oktyabr tarixli **********44417/02/İP nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh2 MMC-yə məxsus Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahə sində yerləşən 5.279,9 kv.m ümumi, 4.707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489,98 kv.m. ümumi, 4.939,7 kv.m əsas, 550,28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə tutmanın yönəldilməsi; - ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh1 MMC-nin 2017-ci il 27 oktyabr tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 1.500.000 manat əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 57.000 manat adi faizlər üzrə borc məbləği, 2022-ci il 27 dekabr tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcə si ilə hesablanmış 407.500 manat cərimə faizləri olmaqla, cəmi 1.964.500 manat; - 2023-cü il 6 oktyabr tarixindən başlayaraq 2017-ci il 27 oktyabr tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 3% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 260 manat məbləğində çəkilmiş xərclərin 2-ci və 3-cü ipoteka predmetlərinin dəyərindən iddiaçının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 ma nat pul və 2 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı Cavabdeh1 MMC-nin mübahisəli kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini əsas göstərərək həmin müqavilələr üzrə əsas kredit borcu, kreditdən istifadəyə görə faiz borcu, dəbbə pulunun tutulmasının ipoteka predmetlərinə yönəldilməsini tələb etmişdir.

7. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında razılığa gəlmək istədiklərini, lakin hazırda borcu ödəməyə vəsaitlərinin olmadığını bildirmişdir. Həmçinin, onlar iddia tələbinin artırılması barədə ərizə ilə razılaşmayaraq, onun təmin olunmamasını xahiş etmişlər.

8. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 17 oktyabr tarixli e-2-2(117)-100/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək: - iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 2015-ci il 18 sentyabr tarixli **********69515 nömrəli kredit müqaviləsi üzrə 3.754.944,21 manat əsas, 139.245,56 manat faiz və 41.561.8 manat cərimə borcu, Cavabdeh1 MMC-dən, 2017-ci il 27 oktyabr tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 manat əsas, 57.000 manat faiz və 40.750 manat cərimə borcunun iddiaçının xeyrinə tutulmasını təmin etmək məqsədi ilə; borc məbləğinin kredit müqavilələrinə müvafiq olaraq 2015-ci il 22 sentyabr tarixli **********69515/01/İP nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh1 MMC-yə məxsus Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29.357,7 kv.m ümumi, 20.928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinə ( 1-ci ipoteka müqaviləsi), 2017-ci il 27 oktyabr tarixli **********44417/02/İP nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh2 MMC-yə məxsus Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5.279,9 kv.m ümumi, 4.707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinə (2-ci ipoteka predmeti) və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489,98 kv.m. ümumi, 4.939,7 kv.m əsas, 550,28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (3-cü ipoteka predmetinə) yönəldilməsi; - Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29.357,7 kv.m ümumi; 20.928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 7.99 7.000 manat; Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5.279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 1.400.000 manat; Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489,98 kv.m. ümumi, 4.939,7 kv.m əsas, 550,28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2.694.000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakların açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehlərin müvafiq kredit müqavilələri üzrə iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 600 manat pulun 300 manatı iddiaçı dan, 300 manatının Cavabdeh1 MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatının iddiaçıdan, 100 manatının Cavabdeh1 MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına ödənilməsi qət edilmişdir (hakim – M.Hüseynov).

9. Məhkəmə kredit borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 16 aprel tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 2023-cü il 10 yanvar tarixinə 2015ci il 18 sentyabr tarixli **********69515 nömrəli müqavilə üzrə əsas borc 3.754.944,21 manat, faiz borcu 55.072,52 manat, 2017-ci il 27 oktyabr tarixli **********44417 nömrəli müqavilə üzrə əsas borc 1.500.000 manat, 189.125 manat faiz borcu təşkil e tmişdir. Hər iki müqavilə üzrə cərimə borcunun hesablanması ilə bağlı cədvəl məlumatları təqdim edilmədiyindən, qeyd olunan kredit müqavilələri üzrə cərimə borcları hesablanmamışdır.

10. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 10 iyul tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 2023-cü il 15 may tarixinə 2015-ci il 18 sentyabr tarixli **********69515 nömrəli müqavilə üzrə əsas borc 3.754.944,21 manat, faiz borcu 94.186,52 manat, 2017-ci il 27 oktyabr tarixli **********44417 nömrəli müqavilə üzrə əsas borc 1.500.000 manat, 39.625 manat faiz borcu nəzərdə tutulmuşdur. Hər iki müqavilə üzrə cərimə borcunun hesablanması ilə bağlı cədvəl məlumatları təqdim edilmədiyindən, qeyd olunan kredit müqavilələri üzrə cərimə borcları hesablanmamışdır. İş materiallarında olan 2023-cü il 7 aprel tarixli 9/1705 nömrəli ekspert rəyi ilə hazırkı rəyin nəticələri arasında fərq onunla izah olunmuşdur ki, ilkin ekspert rəyində 2017-ci il 27 oktyabr tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə iş materiallarında ödənişləri əks etdirən hesabdan çıxarış məlumatları tam dövrü əhatə etmədiyindən, tədqiqata həmin müqavilə üzrə cavabdeh tərəfindən edilən ödənişlər tam şəkildə nəzərə alınmamışdır.

11. Məhkəmə qeyd etmişdir ki, ilkin müqavilə üzrə əsas borc məbləğinə münasibətdə ekspert rəyində iddia tələbində qeyd edilən məbləğdən aşağı məbləğ müəyyən olunmuşdur. Bunu iddiaçı cavabdeh tərəfindən edilmiş ödənişin 62.966,31 manat hissəsinin cərimə borcuna iddia tərəfindən si linməsinin ekspertiza tərəfindən nəzərə alınmadığı ilə izah edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan iddiaçı tərəfindən cavabdehin ödədiyi məbləğin cərimə borcundan silinməsini əsaslı hesab etməmiş və bununla bağlı ekspertin rəyi ilə razılaşmışdır.

12. Məhkəmə 2023-cü il 10 iyul tarixli ekspert rəyini sübut qismində qiymətləndirərək, həmin rəydə qeyd edilən əsas və faiz borclarının cavabdehdən tutulması qənaətinə gəlmişdir. Lakin həmin faiz məbləğləri 2023-cü il 6 oktyabr tarixinədək olan məbləği nəzərdə tutduğundan, həmçinin, iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizə 2023-cü il 6 oktyabr tarixində verildiyindən və məhkəmə tərəfindən icraata qəbul olunduğundan, məhkəmə ekspert rəyində əhatə edilməyən 2023-cü il 15 avqust - 2023-cü il 6 ok tyabr aralığında olan dövr üçün faiz borcunun hesablanması sadə hesablama üsulu ilə hesablanması qənaətinə gəlmişdir. 2015-ci il 18 sentyabr tarixli **********69515 nömrəli kredit müqaviləsi üzrə gündəlik faiz məbləği 312,91 manat müəyyən edildiyindən, 312,91 manat (günlük faiz məbləği) x 144 gün (2023-cü il 15 avqust - 2023-cü il 6 oktyabr) =45.059,04 manat, 94.186,52+45.059.04 = 139.245,56 təşkil etmişdir. 13. 2017-ci il 27 oktyabr tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə gündəlik faiz məbləği 125 manat müəyyən edildiyindən, 125 manat (günlük faiz məbləği) x 144 gün (2023-cü il 15 avqust - 2023-cü il 6 oktyabr) =18.000 manat, 18.000+39.625 = 57.625 manat təşkil etmişdir. Qeyd olunan müqavilə üzrə faiz borcu iddia tələbinin həcmindən çox olduğundan, 57.000 manat faiz məblə ği qəbul ediləcəkdir.

14. Həmçinin məhkəmə hər iki kredit müqaviləsində borcalan tərəfindən əsas borcun qaytarılması müddətləri pozulduqda penya ödnilməsi barədə şərtin olduğunu, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsini, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsini, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq, cavabdehdən “2015-ci il 18 sentyabr tarixli **********69515 nömrəli kredit müqaviləsi üzrə 41.561,8 manat cərimə, 2017-ci il 27 oktyabr tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 40.750 manat cərimə məbləğinin tutulması qanuni, əsaslı, ədalətli və ağlabatan hesab etmişdir.

15. Beləliklə, məhkəmə iddia tələbinin “əsas, faiz və cərimə bo rcunun tutulması” hissəsinə münasibətdə 2015-ci il 18 sentyabr tarixli kredit müqaviləsi üzrə 3.754.944,21 manat əsas, 139.245,56 manat faiz və 41,561.8 manat cərimə borcu, Cavabdeh1 MMCdən, 2017-ci il 27 oktyabr tarixli kredit müqaviləsi üzrə 1.500.000 manat əsas, 57.000 manat faiz və 40.750 manat cərimə borcunun Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

16. Bundan başqa, məhkəmə “iddia tələbinin ipoteka predmetlərinə tutmanın yönəldilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən, iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

17. İpoteka predmeti olan daşınmaz əmlakların likvid qiymətlərinin müəyyən olunması ilə bağlı məhkəm ə qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı qeyd edilən əmlaklarla bağlı aşağıdakı rəylər mövcuddur və həmin rəylər üzrə qiymətləndirmə aşağıdakı qaydada aparılmışdır: 18. “X4” Şirkətinin 170084XB və 170114 XB rəylərinə əsasən, 2017-ci il 14 aprel tarixinə Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29.357,7 kv.m ümumi; 20.928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 25.000.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489,98 kv.m. ümumi, 4.939,7 kv.m əsas, 550,28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2.340.000 manat, 2017-ci il 25 may tarixinə Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5.279,9 kv.m ümumi, 4.707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 1.260.000 manat müəyyən edilmişdir. 19. "xxxx" MMC-nin mütəxəssis rəylərinə əsasən, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29.357,7 kv.m ümumi; 20.928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 7.997.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489,98 kv.m. ümumi, 4.939,7 kv.m əsas, 550,28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2.694.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5.279,9 kv.m ümumi, 4.707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 1.400.000 manat müəyyən edilmişdir.

20. Məhkəmə ilkin olaraq qeyd etmişdir ki, “X4” Şirkətinin 170084XB və 170114 XB rəyləri ipoteka predmetlərinə münasibətdə 2017-ci ilin aprel və may aylarında müəyyən edilən likvid dəyəri ilə bağlı olmuşdur. Bundan əlavə qeyd olunan rəylərdə aparılmış hesablanma, əmlakın bazar qiyməti, alternativ qiymətlər və qiymətləndirilən tikintinin həcmi ilə bağlı hesablamalarla bağlı hər hansı bir hesabat təqdim etməmişdir. Bu hesabatlar cavabdehin nümayəndəsindən tələb edilsə də, bunu təqdim etməyin mümkün olmadığı bildirilmişdir.

21. Məhkəmə ədalətli yanaşma baxımından və tərəflərin qanuni mənafelərini nəzərə alaraq ipoteka predmetinin likvid dəyərini müəyyən edərkən iddiaçın ın maraqlarını təmin edən ən aşağı qiyməti, eyni zamanda cavabdeh tərəfin maraqlarını təmin edən ən yüksək qiyməti deyil, tərəflərin maraqlarını mütənasibliyini təmin edən orta dəyərləndirməni əsas götürərək, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29.357,7 kv.m ümumi; 20.928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 7.997.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489,98 kv.m. ümumi, 4.939,7 kv.m əsas, 550,28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyərinin 2.694.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5.279,9 kv.m ümumi, 4.707,98 kv.m əsas, 5 71,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyərinin 1.400.000 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.

22. İddia tələbinin “2023-cü il 6 oktyabr tarixindən başlayaraq hər iki kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər müvafiq müqavilə üzrə əsas borc məbləğinə illik 3 % dərəcəsi ilə faizlər formasında hesablanan əldən çıxmış faydanın, gecikdirilmiş hər gün üçün illik 30% hesablanan cərimə məbləğinin tutulması” hissəsində münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər mövcud olan hüquqi münasibətlərə uyğun olaraq müəyyən etdiyi faktiki hallara uyğun qərar qəbul edir. Gələcəkdə baş verən hadisələr hazırkı vaxta məhkəməyə məlum olmadığından, ipoteka predmetinin hansı q iymətə və nə vaxt satılacağı məlum olmadığından, məhkəmə gələcəkdə baş verəcək hadisələrlə bağlı qərar qəbul etməsi məntiqə və qanunvericiliyin tələbinə uyğun deyil.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən, yəni əmlakın likvid dəyər hissəsində dəyişdirilərək, şikayətin həmin hissədə təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 20 avqust tarixli 2-2(107)-2/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında yerləşən əmlak kompleksinin və Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında yerləşən əmlak kompleksinin likvid dəyərləri” hissəsində dəyişdirilərək, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29.357,7 kv.m ümumi, 20.928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 18.400.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında 1,644 ha torpaq sahəsində yerləşən 5.279,9 kv.m ümumi, 4.707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət əmlak komple ksinin likvid dəyəri 2.322.400 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 2.000 manat pulun 666,66 manatının iddiaçıdan, 666,66 manatının cavabdehdən və 666,66 manatının cavabdehdən tutulаrаq "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmiş, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunmuşdur (sədrlik edən hakim – Ə.Kərimov, hakimlər – T.Musayev və Z.Sadiqov).

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əmlakın likvid dəyəri ilə bağlı iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə qismən razılaşmış və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərində hər üç əmlakın likvid dəyəri mübahisələndirilmişdir. Birinci instansiya məhkəməs i haqlı olaraq qeyd etmişdir ki, “X4” Şirkətinin 170084XB və 170114 XB rəyləri ipoteka predmetlərinə münasibətdə 2017-ci ilin aprel və may aylarında müəyyən edilən likvid dəyəri ilə bağlı olmuşdur. Bundan əlavə, qeyd olunan rəylərdə aparılmış hesablanma, əmlakın bazar qiyməti, alternativ qiymətlər və qiymətləndirilən tikintinin həcmi ilə bağlı hesablamalarla bağlı hər hansı bir hesabat təqdim etməmişdir. Bu hesabatlar cavabdehin nümayəndəsindən tələb edilsə də, bunu təqdim etməyin mümkün olmadığı bildirilmişdir. Belə olan halda qeyd edilən rəydə əmlakın bazar qiyməti, alternativ qiymətlər və qiymətləndirilən tikintinin həcmi ilə bağlı hesablamalarla bağlı hər hansı bir hesabat təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi həmin rəyləri nəzərə almamaqda haqlı olmuşdur. Odur ki, məhkəm ə kollegiyası da həmin rəyi nəzərə almamışdır.

27. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılan zaman "xxxx" MMCdən müvafiq rəy alınmışdır. Tərəflər arasında likvid dəyərlə bağlı fikir ayrılığı olduğundan, eyni zamanda apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən mübahisəli əmlakın likvid dəyəri ilə bağlı rəy alınması qərara gəlinmişdir. "xxxx" MMC tərəfindən 2025-ci il 1 aprel tarixli rəy verilmişdir.

28. Tərəflər arasında likvid dəyərlə bağlı fikir ayrılığı olduğundan, eyni zamanda apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən mübahisəli əmlakın likvid dəyəri ilə bağlı rəy alınması qərara gəlinmişdir.

29. Məhkəmə-qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin 2025-ci il 1 aprel tarixli MEB-1534/25 nömrəl i rəyində göstərilmişdir ki, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29.357,7 kv.m ümumi; 20.928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 31.680.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489,98 kv.m. ümumi, 4.939,7 kv.m əsas, 550,28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 4.230.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5.279,9 kv.m ümumi, 4.707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 2.160.000 manat müəyyən edilmişdir.

30. Daha sonra, iddiaçı tərəf vəsatətlə məhkəməyə müraciət edərək rəylər arasın da kəskin fərqlər olduğu və bu səbəbdən təkrar ekspertiza keçirilməsini xahiş etmiş, kollegiyada həmin vəsatəti və rəylər arasında kəskin fərqləri nəzərə alaraq məhkəmə kollegiyası tərəfindən mübahisəli əmlakın likvid dəyəri ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə üzv olan qiymətləndiricidən rəy alınması qərara gəlinmiş, "xxxx" MMC tərəfindən 2025-ci il 11 iyun tarixli rəy verilmişdir.

31. Həmin rəyə əsasən Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29.357,7 kv.m ümumi; 20.928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 18.400.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m ümumi, 4.939,7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2.552.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5.279,9 kv.m ümumi, 4.707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 2.322.400 manat müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası cavabdehin şikayətinin likvid dəyər ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslı olmuşdur.

33. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələn zaman ipoteka predmetlərinin likvid dəyəri ilə bağlı "xxxx" MMC-nin verdiyi rəyi əsas götürmüşdür. Lakin, birinci instansiya məhkəməsi ipoteka predmeti olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan əmlak ko mpleksinin və Yevlax şəhəri, Bakı prospekti 24 ünvanında icarədə olan əmlak kompleksinin dəyərlərini müəyyən edən zaman düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 2015-ci il 22 sentyabr tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə 2 nömrəli əlavə sazişdən müəyyən olunur ki, ipoteka predmeti olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 29.357,7 kv.m olan əmlak kompleksinin yarımçıq tikilisinin dəyəri “X5” qiymətləndirmə şirkətinin rəyinə əsasən bazar qiyməti 9.000.000 manat, likvid dəyəri isə 8.000.000 manat müəyyən edilmişdir. Həmçinin, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 2017-ci il 27 oktyabr tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka predmeti olan Yevl ax şəhəri, Bakı prospekti 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5.279,9 kv.m olan əmlak kompleksinin dəyəri "xxxx" MMC-nin rəyinə əsasən bazar qiyməti 2.033.000 manat, likvid dəyəri isə 1.626.000 manat müəyyən edilmişdir.

34. Kollegiya qeyd etmişdir ki, ipoteka predmetlərinin dəyərinin müəyyən edən ipoteka müqaviləsi iş üzrə sonuncu məhkəmə aktı qəbul edildikdən xeyli vaxt – 8 və 6 il əvvəl, yəni 2015 və 2017-ci illərdə bağlanmışdır. Belə olan halda, əmlakların qiymətlərinin keçən müddət ərzində sabit məbləğdə qalmadığı, bu müddətdə ölkə ərazisindəki daşınmaz əmlak bazarında qiymətlər bir-neçə dəfə artdığı da nəzərə alındıqda, əmlakların likvid dəyərinin hətta ipotekaya qoyulmuş məbləğdən də az müəyyən edilməsi ədalətli hesab oluna bilməz. Bu baxımdan ə mlaklarının ilkin satış qiymətinin tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən olunmuş qiymət nəzərə alınmaqla təyin edilməsi ipoteka qoyanın əmlak mənafelərini zərbə altında qoymaqla hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmiş olar.

35. İş materiallarından görünür ki, müqavilə bağlanan zaman ipoteka predmeti olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan əmlak kompleksinin likvid dəyəri 8.000.000 manat müəyyən edilsə də, məhkəmə aktı qəbul olunan zaman qeyd edilən əmlakın likvid dəyəri 7.997.000 manat müəyyən olunmuşdur. Həmçinin, müqavilə bağlanan zaman ipoteka predmeti olan Yevlax şəhəri, Bakı prospekti 24 ünvanında icarədə olan 1 əmlak kompleksinin likvid dəyəri 1.626.000 manat müəyyən edilsə də, məhkəmə aktı qəbul olunan zaman qeyd edilən əmlakın likvid dəyəri 1.400.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi keçən dövr ərzində əmlakların qiymətlərinin artmış olmasını nəzərə almamışdır. Hətta yuxarıda adları sadalanan iki əmlakın dəyərini müqavilədə nəzərdə tutulmuş qiymətlərdən də aşağı həddə müəyyən etmişdir. Halbuki, adları sadalanan müqavilələr qətnamə qəbul edilən tarixdən uzun müddət əvvəl (təxminən 6 və 8 il əvvəldən) bağlanmışdır.

36. Odur ki, kollegiya "xxxx" MMC-nin 2025-ci il 11 iyun tarixli rəyini sübut növü kimi qiymətləndirilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması nəticəsinə gəlmişdir. Bu səbəbdən kollegiya ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdı rması zamanı hazırkı ekspert rəylərində müəyyən olunan halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmışdır. Eyni zamanda, ekspertizanın verdiyi rəyi hazırkı real vəziyyəti əks etmişdir.

37. Yuxarıda sadalananlar kontekstində məhkəmə kollegiyası hesab etmişdir ki, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan əmlak kompleksinin likvid dəyərinin 18.400.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan əmlak kompleksinin likvid dəyərinin isə 2.322.400 manat məbləğində müəyyən edilməsi qanuni, ədalətli və tərəflərin mənafeyinə uyğun olmuşdur.

38. Məhkəmə kollegiyası şikayətin ipoteka ilə yüklü edilmiş Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında yerləşən əmlakın likvid dəyəri ilə bağlı hissəsin i isə əsassız hesab etmişdir. Belə ki, iddiaçı və cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış 2017-ci il 27 oktyabr tarixli **********44417/02/İP nömrəli ipoteka müqaviləsi ilə ipoteka predmeti olan Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında mülkiyyətdə olan 5,759 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 5.489,98 kv.m olan əmlak kompleksinin dəyəri "xxxx" MMC-nin rəyinə əsasən bazar qiyməti 3.363.000 manat, likvid dəyəri isə 2.690.000 manat müəyyən edilmişdir.

39. Göründüyü kimi, müqavilə bağlanan zaman ipoteka predmeti olan Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında mülkiyyətdə olan 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 5.489,98 kv.m olan əmlak kompleksinin likvid dəyəri 2.690.000 manat müəyyən edilsə də, məhkəmə aktı qəbul olu nan zaman ekspert rəyi nəzərə alınaraq qeyd edilən əmlakın likvid dəyəri 2.694.000 manat müəyyən olunmuşdur. Beləliklə keçən dövr ərzində sonuncu əmlakın qiymətinin artmış olması, həm ekspert tərəfindən həm də işə baxan birinci instansiya məhkəməsi tərəfindən nəzərə alındığından, kollegiya qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

40. Bundan başqa, "xxxx" MMC-nin rəyinə əsasən, ipoteka ilə yüklü edilmiş Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında yerləşən əmlak kompleksinin likvid dəyəri birinci instansiya məhkəməsindəki məbləğdən də az müəyyən olunmuşdur. Həmin məqamla bağlı kollegiya qeyd etmişdir ki, məhkəmə yuxarıda adları sadalanan iki əmlaka münasibətdə "xxxx" MMC-nin rəyini əsas götürsə də, Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında yerləşən əmlak k ompleksinin likvid dəyərinə münasibətdə həmin rəy əsas götürə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən yalnız cavabdeh tərəf apellyasiya şikayəti vermiş, iddiaçı tərəf isə qətnaməni mübahisələndirməmişdir. Cavabdeh tərəf apellyasiya şikayəti verərək ipoteka ilə yüklü edilmiş əmlakların qiymətlərinin daha çox olduğunu bildirdiyi halda, kollegiya işə baxılmanın hədləri baxımından şikayət vermiş şəxsin ziyanına olaraq ekspert rəyini əsas götürərək əmlakın likvid dəyərini aşağı sala bilməz.

41. Məhkəmə kollegiyası yekun məhkəmə aktı qəbul edilən zaman nə üçün kollegiya tərəfindən "xxxx"nun rəyinin deyil, "xxxx" MMC-nin rəyinin əsas götürülməsi ilə bağlı isə qeyd etmişdir ki, "xxxx"nun rəyi real vəziyyəti əks etdirən və ağlabatan hesab edilmir. Çünki "xxxx"nun mütə xəssisləri tərəfindən müəyyən edilmiş qiymətlər iş üzrə alınmış digər rəylərdən kəskin şəkildə fərqlənir, qiymətlər arasındakı fərq Gəncə şəhərində yerləşən ipoteka ilə yüklü edilmiş əmlaka münasibətdə təxminən 13.000.000 manat, digər əmlaklara münasibətdə isə təxminən 2.000.000 manat təşkil edir. Odur ki, məhkəmə kollegiyası yekun məhkəmə aktı qəbul olunan zaman həmin rəyin əsas götürülməsini məqsədəmüvafiq hesab etməmişdir.

42. Kollegiya bir məqamı da nəzərə çatdırmışdır ki, "xxxx" MMC tərəfindən dəyərləri müəyyən edilmiş əmlakların qiymətləri hətta cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “X4” Şirkətinin rəyində göstərilmiş qiymətlərdən belə dəfələrlə artıq olmuşdur.

43. Məhkəmə kollegiyası iş üzrə rəyləri tədqiq edib və rəylər arasında qiymətləndirmə apararaq qeyd etmişdir ki, likv id dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Eyni zamanda, borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Yuxarıda sadalanan əsasən məhkəmə kollegiyası ipoteka ilə yüklü edilmiş əmlakların likvid dəyərlərinin müəyyən edilməsi hissəsində ağlabatan və real vəziyyəti əks etdirdiyi üçün "xxxx" MMC-nin mütəxəssis rəyini daha mötəbər hesab və qəbul olunan hesab etmişdir. Eyni zamanda, həmin rəy mübahisəni tam əhatə etmiş, həmin rəyi şübhə altına ala biləcək sübutlar istər iddiaçı, istərsə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

44. Məhkəmə kollegiyası sonuncu baxış iclasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən yalnız əmlakların likvid dəyəri hissəsində mübahisələndirilmişdir. Yəni tərəflər arasında fikir ayrılığı tutma yönəldilən əmlakların likvid dəyəri ilə bağlı olmuşdur. Belə olan halda kollegiya hesab etmişdir ki, apellyator birinсi instansiya məh kəməsinin qətnaməsini yalnız əmlakın likvid dəyəri ilə bağlı hissəsində mübahisələndirdiyindən, məhkəmə baxışının hədləri baxımından mübаhisə edilən hissə üzrə yоxlаnılmalıdır. Bundan başqa, cavabdeh tərəf ümumiyyətlə borcun məbləğini mübahisələndirməmişdir. Həmçinin, ödəniş qəbzinin tarixindən də görünür ki, ödəmə birinci instansiya məhkəməsində qətnamə qəbul olunduqdan təxminən bir il sonra edilmişdir. Bu səbəbdən kollegiya hesab etmişdir ki, həmin ödəmə gələcəkdə işin icra mərhələsində nəzərə alınmalı məsələdir. Apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.

45. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 279, 295, 296.1, 317, 319.1, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 449.1, 465.2, 739.1, 739.2 və 740.1ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 59.3 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında” 2001-ci il 4 yanvar tarixli Qərarının 2.1-ci bəndinə, MPM-in 14.2, 77.1, 88, 97.1, 101.3 və 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

46. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən – “Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında yerləşən əmlak kompleksinin likvid dəyərinin müəyyən edilməsi” hissəsində ləğv olunaraq, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin verilməsinə görə ödənilmiş 1.984,50 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barə də qərar qəbul olunmasını xahiş etmişdir.

47. Cavabdeh1 MMC həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən – “ipoteka predmetinin likvid dəyərinə dair” hissədə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

48. MM-in 88, 101.3 və 103.1-ci maddələri üzrə - ipoteka predmeti olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında yerləşən əmlak kompleksinin likvid dəyəri ilə bağlı apellyasiya məhkəməsinin gədiyi nəticə yanlış olmuşdur. Apellyasiya şikayətində ipoteka predmetlərinin ilkin satış qiyməti mübahisələndirildiyi üçün apellyasiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi "xxxx" MMC həvalə edilmişdir. Apellyasiya məhkəməsi 1-ci və 2-ci ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən "xxxx" MMC-in 2025-ci il 11 iyun tarixli rəyini əsas götürmüşdür. İpoteka predmeti olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında yerləşən əmlak kompleksinin likvid dəyəri ilə bağlı məhkəmənin gədiyi nəticə düzgün olmamışdır. Belə ki, məhkəmə iclasının gedişində bank tərəfindən apellyasiya məhkəməsinə Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında yerləşən əmlak kompleksinin təkrar qiymətləndirilməsi üçün ekspertizanın təyin olunmasına dair yazılı vəsatət verilərək bildirilmişdir ki, mütəxəssis rəyində 2-ci ipoteka predmetinin müəyyən edilmiş qiyməti çox yüksəkdir, həmçinin onun qiyməti ilə bağlı mütəxəssis rəyləri arasında ziddiyyət mövcuddur və mütəxəssislər tərəfindən müəyyən edilmiş qiymətlər arasında kəskin fərqlər var. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza üzrə iş materiallarında "xxxx" MMC-in 2023-cü il 16 oktyabr tarixli mütəxəssis rəyi mövcuddur. 2-ci ipoteka predmetinin "xxxx" MMC-nin rəyində göstərilmiş qiymətlə "xxxx" MMC-nin hesabatlarında müəyyən olunmuş qiymət, habelə ipoteka müqaviləsində tərəflərin razılaşdırdığı qiymət arasında kəskin fərqin olduğunu nəzərə alan kassator hesab edir ki, apellyasiya məhkəməsi 2-ci ipoteka predmetinin yenidən qiymətləndirilməsi üzrə ekspertiza təyin etməli idi. Bu MPM-in 102.2-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından da doğru olardı. Müvafiq təkrar ekspe rtiza təyin edilmiş olsa idi, əldə ediləcək yeni rəy ilə 2-ci ipoteka predmetinin qiyməti ilə bağlı mütəxəssis rəyləri arasında mövcud ziddiyyət aradan qalxmış və sonuncu rəyin əsassız olduğu təsdiq oluna bilərdi. Qeyd edilənlərə baxmayaraq, apellyasiya məhkəməsi iddiaçının prosessual hüququnu pozmuş və kifayət qədər əsasların olmasına baxmayaraq, onun təkrar məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə dair vəsatətini təmin etməmişdir. Bununla da MPM-in 88-ci, 101.7-ci və 103.1-ci maddələrinin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının tələbləri də pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə prosessual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. b) Cavabdeh1 MMC-nin kassasiya şikayətinin dəlilləri 49. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 10 nömrəli Qərardadının 22-ci bəndi üzrə - apellyasiya məhkəməsi iş materiallarında olan qiymətləndirmə hesabatları və rəylər arasında kəskin fərqlərin olmasına baxmayaraq, həmin rəyləri tədqiq etmədən və heç bir əsas olmadan onlardan yalnız birinə istinad edərək ipoteka predmetinin real bazar qiyməti nəzərə almadan, onun likvid qiymətini düzgün müəyyən etməmiş və bununla da maddi-hüquq normalarını düzgün tətbiq etməmişdir.

50. MPM-in 97.1, 101.3 və 103.1-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 10 nömrəli Qərardadının 22-ci bəndi üzrə - apellyasiya məhkəməsi "xxxx" MMC-nin 2025-ci il 11 iyun tarixli hesabatını rəy kimi qiymətləndirmiş və həmin hesabatı ümumiyyətlə tədqiq etməmişdir. Həmin hesabat ipoteka predmeti ilə heç bir oxşarlığı fərqli təyinatlı və ayrı-ayrı məkanlarda yerləşən üç əml akın satış elanları əsasında tərtib edilmişdir. Məhkəmə məhz "xxxx" MMCnin 2025-ci il 11 iyun tarixli rəyin mötəbərliliyini qətnamədə əsaslandırmamışdır. Apellyasiya məhkəməsi əmlakların qiymətlərinin kredit müqavilələri bağlanıldığı vaxtdan 68 il müddətində artması barədə mövqe bildirsə də, iş materiallarında olan “X4” Şirkətinin 170084XB və 170114 XB nömrəli rəylərinə əsasən, 2017-ci il 14 aprel tarixinə Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29.357,7 kv.m ümumi; 20.928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyərinin 25.000.000 manat olması barədə rəyini və həmin dövrdən 6 il ərzində qiymətlərin artmasını nəzərə almamışdır. Bununla da apellyasiya məhkəməsi, məhkəmə təcrübəsinin vahidliyinə zidd olaraq, ipoteka predmetinin real bazar qiymətini nəzərə almadan, onun likvid qiymətini yanlış müəyyən etmişdir. Məhkəmə kollegiyası "xxxx" MMC-nin 2025-ci il 11 iyun tarixli hesabatından kəskin fərqlənən “X4” Şirkətinin 2017-ci il tarixli rəyini və "xxxx" MMC-nin 2025-ci il 1 aprel tarixli rəyini hansı səbəblərdən qəbul etməməsinə dair qətnamədə heç bir münasibət bildirməmişdir. Beləliklə, apellyasiya məhkəməsi bu hissədə işdə olan sübutlara qiymət vermədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

52. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğu n olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq 53. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir; (14 iyul 2025-ci il tarixli 250-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 39.3.3. ipoteka predmetinin ilkin satış qiy məti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;).”

54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında” 2001-ci il 4 yanvar tarixli 6 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Bazar qiymətləri barədə məlumat mənbələri 2.1. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən aşağıdakı məlumat mənbələrindən istifadə edilir: 2.1.1. Dövlət Statistika Komitəsinin bazar qiymətləri barədə məlumatları; 2.1.2. Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatları üzrə tətbiq olunan qiymətlər barədə məlumatları; 2.1.3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin, onların yerli orqanlarının bazar qiymətləri barədə məlumatları; 2.1.4. Vergilər Nazirliyi və onun yerli orqanlarının bazar qiymətləri barədə məlumatları; 2.1.5. digər səlahiyyətli orqanların, hüquqi və fiziki şəxslərin, o cümlədən intizamlı vergi ödəyicilərinin rəsmi məlumatları; 2.1.6. kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, "İnternet" sisteminin və digər mənbələrin elanları və reklam məlumatları; 2.1.7. qanunvericiliklə səlahiyyətə malik olan ekspertin (mütəxəssisin) rəyi, habelə, nəzarət qaydasında mal alqısının nəticələri, xronometraj qaydasında müşahidə aparılmaqla qeydə alınan qiymətlər; 2.1.8. bir-birindən asılı olmayan şəxslər arasında bağlanmış müqavilələr (əqdlər) əsasında onun bağlandığı günə, yaxud həmin dövrdə ərazi üzrə (rayon, şəhər) d igər vergi ödəyicilərinin sənədlərində qeydə alınmış qiymətlər; 2.1.9. respublika daxilində, zəruriyyət yarandıqda xarici dövlətlərin birja kotirovkaları haqqında rəsmi və ya kütləvi məlumatlar.”

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.” Maddə

392. Apellyasiya instansiyası məhkəmə si qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi 56.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

57. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

58. Kassasiya şikayətlərində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

59. Belə ki, kassasiya şikayətlərində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

60. Kassasiya şikayətlərində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

61. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

62. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə m üəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin ma hiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

63. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilmə məsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

64. Kassasiya şikayətlərində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçı və Cavabdeh1 MMC-nin istinad etdiyi dəlillərə və ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı sübutlara, o cümlədən işdə olan qiymətləndirmə rəylərinə qiymət verilməmiş olsun. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, apellyasiya məhkəməsi həmin dəlillərə və sübutlara, o cümlədən qiymətləndirmə rəylərinə ayrı-yarılıqda və müqayisəli şəkildə qiymət vermiş və MPM-in 392.2-ci maddəsinə uyğun olaraq qətnamədə bununla bağlı mövqeyini qeyd etmişdir.

65. Əlavə olaraq kollegiya qeyd edir ki, iş üzrə verilmiş bir neçə ekspert rəyləri arasında ziddiyyətlərin olması birmənalı olaraq təkrar ekspertizanın təyin edilməsi əsasını yaratmır. Belə ki, MPM-in 102.2-ci maddəsinin göstərişləri imperativ deyil, dispozitiv xarakter daşıyır və həmin məsələ hər bir konkret işin hallarından asılı olaraq məhkəmə tərəfindən həll edilir. Hazırkı işdə də apellyasiya məhkəməsi öz səlahiyyətləri daxilində rəylərə qiymət verərək iş üzrə təkrar ekspertizanın təyin edilməsini zəruri hesab etməmişdir.

66. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

67. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 20 avqust tarixli 2-2(107)-2/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar