Məhkəmə qərarları › İş №2-2(102)-782/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-782/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-782/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması tələbinə dair” iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 20 avqust tarixli 2-2(105)-92/2025 nömrəli qətnaməsind ən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu "Mi Mobile” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2021-ci il 19 oktyabr tarixli 1738/K nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 2021-ci il 30 sentyabr tarixli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya 80000 manat məbləğində illik 15% dərəcəsi ilə 36 ay müddətinə kredit verir.

2. Kredit müqaviləsinin təminatı olaraq zamin Aliev Dzhumshud ilə eyni tarixli 1738/Z-1 nömrəli, zamin Cavabdeh2 ilə 1738/Z-2 nömrəli və zamin Cavabdeh1 ilə 1738/Z3 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə lərə əsasən zaminlər kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya tamamilə icra edilmədikdə kredit müqaviləsi üzrə öhdəliyi icra etmələri üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. 3. 2024-cü il 24 dekabr tarixli hesabdan çıxarışa əsasən Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu 2024-cü il 18 dekabr tarixdə zəmanət üzrə "xxxx" ASC-yə 9408,27 manat ödəmişdir.

4. Cavabdehlərə ünvanlanmış pretenziya məktubu ilə yaranmış borc məbləğinin ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC (bundan sonra – “cavabdeh MMC”), Cavabdeh2 (bu ndan sonra – “Cavabdeh2), Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) və Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) müştərək qaydada 6272,18 manat məbləğində əsas borc, 724,57 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 151,14 manat məbləğində faiz borcu, 471,68 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7619,57 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141,08 manat məbləğində dövlət rüsumunun və 0,80 manat məbləğində bank xidmət haqqının iddiaçının xeyrinə tutulması, eyni zamanda cavabdehlərdən müştərək qaydada ödənilmiş zəmanət üzrə 9408,27 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin göstərilən halla rı ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, borclu müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq verilmiş 2021-ci il 30 sentyabr tarixli ZM-1927/2021 nömrəli zəmanət məktubu əsasında Cavabdeh4 MMC-yə ayrılmış kredit üzrə zəmanət öhdəliyinin icrası ilə bağlı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna müraciət edilmiş və Fond 2024-cü il 18 dekabr tarixində həmin günə yerinə yetirilməyən kredit üzrə əsas borc öhdəliyini 60 faizinin, yəni 15680,45 manat əsas borcun 9408,27 manat hissəsini "xxxx" ASC-yə ödəmişdir. Eyni zamanda Fond yuxarıda göstərilən Qaydanın 12.7-ci bəndinə istinad edərək zəmanət üzrə ödənilmiş vəsaitin cavabdehlərdən geri tələb edilməsi hüquqlarının həyata keçirilməsini "xxxx" ASC-yə həvalə etmişdir.

7. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, borcalan Cavabdeh4 MMC-nin 2025-ci il 14 yanvar tarixinə iddiaçıya 6272,18 manat məbləğində əsas borc, 724,57 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 151,14 manat məbləğində faiz borcu və 471,68 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7619,57 manat məbləğində borcu vardır.

8. Cavabdeh2 nümayə ndəsi-vəkil etiraz təqdim edərək iddia tələbinin ona aid hissədə qanunsuz və əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində yazılanları təsdiq edən hər hansı sübut, fakt göstərməmişdir. Tərəflər arasında müqavilə 36 ay müddətinə bağlanmış, müqavilə müddəti bitdikdən sonra da bank faiz borclarını hesablamaqda davam etdirmişdir. Müqavilə üzrə əsas və faiz borcu əsassız və qanunsuz hesablanaraq şişirdilmişdir. Bundan başqa cərimə borcu tamamilə silinməlidir.

9. Cavabdeh3 etiraz təqdim edərək, kreditin restruktrizasiya olunmasını və cavabdehə qalıq məbləğin uyğun şəkildə ödənilməsi haqqında iddiaçıya tövsiyə olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh MMC 2020-ci ilədək inkişaf edən şirkət olduğu ha lda pandemiya dövründə inkişafı dayanmışdır və Azərbaycan Respublikası Dövlət olaraq öz vətəndaşlarına və sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə dəstək olmaq üçün onlara aşağı faizli kreditləri təklif etmişdi. Amma müvəkkil bank olan iddiaçı bu kreditlərdən əlavə gəlir əldə etsə də, öz fəaliyyətində qanunları pozmaqla, sahibkarla düzgün davranmamaqla məsələlərin həllində sahibkarın yanında olmaqdansa onlara daha da çətinlik yaratmaqla məşğuldur. Belə ki, 2023-cü il iyun ayında Dövlət Vergi Xidmətinin səhvən şirkətin hesablarında pul vəsaitlərinin dondurulması haqqında sərəncamı nəticəsində kreditin ödənilməsində çətinlik yaranmışdı. Həmin vaxt bankın əməkdaşları zaminlər tərəfindən ödənişlərin olunmasını tələb etdilər. O, müqavilə üzrə öhdəliyi könüllü icra etmək üçün hesab açı lıb ödəniş olunmasına görə iddiaçının 28 May filialına müraciət etmişdir. Lakin onun Rusiya Federasiyası vətəndaşı olmasına görə bank hesab açmaqda imtina etmişdir. Məcbur olaraq o, digər zamin K.İsazadənin adına hesab açaraq həmin hesab vasitəsilə ödəniş etmiş və hazırda həmin pulun onun vəsaiti olmasını heç cür subut edə bilmir. Bundan başqa həmin dövrdə iddiaçının 28 May filialının rəhbərliyi ilə görüşüb şirkətdə çətinliklər olduğunu və kreditin restruktrizasiyanı, yəni qalıq məbləğinin daha artıq müddətə ödənilməsini xahiş etmişdir. Amma bankın məsuliyyətli şəxsləri bundan imtina etmiş, yenə də zaminlərin kömək etməli olduqlarını söyləmişlər. Dövlət Vergi Xidmətinin sərəncamı 4 aya qədər çəkmiş və hesablardan sərəncam götürüldükdən sonra çətinliklə də olsa öhdəliklər yerinə yetirilmişd ir. 2024-cü il 2 avqust tarixdən sonra Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayon icra və probasiya şöbəsinin qərarı ilə şirkətin hesablarına həbs qoyulmuşdur. Həmin vaxt və ondan sonra şirkətin iddiaçıda olan hesabına pul vəsaitləri daxil olmuşdur. MMC borcun həmin hesabdan silinməsini xahiş etsə də, bank bundan imtina etmişdir.

10. Digər cavabdeh MMC-nin qanuni təmsilçisi Cavabdeh1 ərizə ilə müraciət edərək iddia tələbinin əsas borc məbləği hissəsində təmin edilməsini, ödənişin gecikməsi ilə bağlı təqdim edilən sübutların nəzərə alınmasını, həbs qoyulmuş hesabın istifadəsiz olması səbəbindən gecikmənin obyektiv olduğunun nəzərə alınmasını, şirkətin çətin vəziyyətdə olmasını nəzərə alaraq aylıq 1800 manat ödəniş olunması üçün vaxt verilm əsini və 2024-cü il 5 avqust tarixindən hesablanmış faiz və dəbbə pulunun hesablanmamasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh iddia ərizəsində göstərilən kreditin mövcudluğunu və onun bir hissəsinin ödənilmədiyini inkar etmir. MMC müvafiq müddət ərzində kreditin böyük bir hissəsini vaxtında ödəmiş və bu ödənişlər iddia ərizəsində nəzərə alınmamışdır. Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən cəmiyyətin hesabı üzərinə həbs qoyulduğundan hesabdan ödəniş etmək mümkün olmamışdır. Buna görə bankla əlaqə saxlanılmış, ödənişin həbs qoyulan hesabdan silinməsi xahiş olunmuşdur. Lakin bankın icra həbsi səbəbindən bu ödənişi həyata keçirməkdən imtina etməsi nəticəsində ödəniş gecikmişdir.

11. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 14 may tarixli e-2-2(119)549/ 2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdеhlərdən müştərək qaydada 6272,18 manat məbləğində əsas borc, 724,57 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %- lə hesablanmış 151,14 manat məbləğində faiz borcu, 471,68 manat məbləğində cərimə, 0,8 manat məbləğində xidmət haqqı və 141,08 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7761,45 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehlərdən müştərək qaydada zəmanət üzrə ödənilmiş 9408,27 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə tutulması qət edilmişdir (hakim Həlimə Alıyeva).

12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, borcalan MMC 2021-ci il 19 oktyabr tarixli 1738/K saylı kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikl əri pozmuş və onları lazımınca icra etməyərək borcverən iddiaçıya ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir, ona görə də iddiaçının tələbi haqlıdır.

13. Həmçinin zaminlik müqavilələrinə görə zaminlər kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya tamamilə icra edilmədikdə kredit müqaviləsi üzrə öhdəliyi icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər, odur ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“M M”) 385.1, 425.1, 427.3, 442.1, 462.1, 465.2, 470.1, 472.1, 743.1, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydasına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 107 119.1, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın rə dd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 avqust tarixli 2-2(105)-92/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – R.Ağayev və M.Hüseynov).

17. Məhkəmə göstərmişdir ki, cavabdehlər götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, iddiaçıya ödənilməli olan əsas borcu müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, kreditordan alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər.

18. Apellyasiya şi kayətinin əsas borc və faiz borcunun əsassız hesablanması barədə dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, kredit tərəflər arasında bağlanmış müqavilə şərtlərinə müvafiq olaraq tələb edilmiş və cavabdehlər ödəniş cədvəlinə uyğun olaraq ödənişlər edilməsinə dair öhdəlik götürmüşlər. Cavabdeh həmçinin müqavilə bitdikdən sonra da faiz hesablanmasını mübahisələndirsə də, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

19. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair dəlilə münasibətdə isə kollegiya göstərmişdir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasə n işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin göründüyü kimi cavabdeh vəsatəti əsaslandırmamış və birinci instansiya məhkəməsində məhkəmə proseslərində iştirak etməsinə baxmayaraq ekspertiza təyin edilməsinə dair vəsatətlə çıxış etməmiş və ondan asılı olmayan səbəblərə görə verilməsini əsaslandırmamışdır.

20. Beləl iklə Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsas borc, faiz borcu və cərimə borcunun cavabdehlərdən tutulmasını iddiaçı bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 425.1, 427.3, 442.1, 462.1, 465.2, 470.1, 472.1, 743.1, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliy yət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydasına, MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 743, 385.1, 425.1, 427.3, 442.1, 462.1, 465.2, 470.1, 472.1-ci maddələri iüzrə - bank tərəfindən əsas və faiz borcu əsassız və qanunsuz hesablanmışdır. Bank ondan borcu tələb etməkdə haqsızlıq edir. İddiаçının iddiа ərizəsində yаzılаnlаrı təsdiq еdən hər hаnsı bir sübut və fаkt göstərilməmişdir. Məhkəmə – mühasibatlıq еkspеrti zаsının təyin еdilməsi zərurəti var idi, müqavilə üzrə düzgün hesablama aparılmamışdır. Borc şişirdilmişdir. Cərimə borcu tamamilə silinməlidir. Məhkəmə nəzərə almamışdır ki, o artıq uzun müddətdir ki, həmin cəmiyyətdə təsisçi deyil, hazırda heç bir yerdə işləmir.

24. MM-in 1091.1 və 1091.2-ci maddələri üzrə - iddiaçı bu maddənin tələblərinə əməl etməyərək ondan artıq pul tələb etməklə əsassız varlanmaq istəyir, bu isə qanunla yolverilməzdir.

25. MPM-in 8, 14, 88, 97.1, 217.1, 217.2, 217.3, 217.4-cü maddələri üzrə - ədalətli məhkəmə araşdırması hüququ pozulmuş, məhkəmə işdə olan sübutlara lazımi hüquqi qiymət verməmişdir. MPM-in normalarının pozulması, həmçinin bəzi normaların düzgün tətbiq edilməməsi nəticədə apellyasiya instansiya məhkəməsinin düzgün olmayan qətnamə qəbul etməsinə gətiri b çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

27. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki hall arın yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edir sə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə

743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə q aytarmağı öhdəsinə götürür....”.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydasının: “... 3.1-ci bəndinə əsasən zəmanət zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından almaq istədikləri kreditlərə verilir.... 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir.”

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

35. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidl ik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

36. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kssasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 20 avqust tarixli 2-2(105)-92/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar