Məhkəmə qərarları › İş №2-2(102)-799/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-799/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-799/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 15.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Abbasov Aqil Əzizağa oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı əsassız olaraq əlavə ödənilmiş vəsaitin əvəzləşdirilməsi və qaz sərfiyyatının tarif cədvəlinin “sənaye və kənd təsərrüfatı sahələri” bəndi üzrə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 noyabr tarixli, 2-2(103)-1083/2022 saylı qərardadı ndan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 18 may tarixində Cavabdeh İB-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə əsassız olaraq əlavə ödənilmiş 33.447,65 manat vəsaitin gələcəkdə iddiaçının cavabdehə qaz sərfiyyatına görə yaranacaq borcu hesabına əvəzləşdirilməsi və gələcəkdə qaz sərfiyyatının Tarif Şurası tərəfindən təsdiq olunmuş təbii qazın ölkədaxili tarifləri cədvəlinin “sənaye və kənd təsərrüfatı sahələri” bəndi üzrə hesablanmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Ba kı Kommersiya Məhkəməsinin 2022-ci il 14 sentyabr tarixli, e-2-2(113)-2899/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – Z.Axundova).

3. İddiaçı həmin qətnamədən 2022-ci il 13 oktyabr tarixində apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 noyabr tarixli, 2-2(103)-1083/2022 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və V.Məmmədov).

5. Apelly asiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Apellyasiya şikayətini elektron qaydada iddiaçının nümayəndəsi kimi göstərilmiş Nümayəndə1(bundan sonra-“Nümayəndə1”) imzalamış və şikayətə 2022-ci il 5 may tarixli etibarnamə əlavə edilmişdir. Lakin həmin etibarnamə yalnız daxil olan və göndərilən (xarici) sənədlərin imzalanması üçün verilmiş, etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi göstərilməmiş, etibarnamə ümumiyyətlə məhkəmədə təmsil olunmaq üçün verilməmişdir.

6. Bundan əlavə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin digər, skan olunmuş variantının iddiaçının idarə heyətinin sədri X1(bundan sonra-“X1”) tərəfind ən fiziki imzalanması halı apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanması anlamına gəlmir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatında ərizə, şikayət və digərin sənədin imzalanması dedikdə, yalnız elektron qaydada imzalanma qəbul edilir.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 74.2, 361.2, 363.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Apellyasiya məhkəməsinin qərardadı 2022-ci il 3 noyabr tarixində iddiaçı və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

9. İddiaçı həmin qərardaddan 2022-ci il 14 noyabr tarixində kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. c) Kassasiya şikayətinin dəlilləri

10. Hüquqi şəxs tərəfin dən təmsilçiliklə bağlı işçisinə verilmiş etibarnamədə yalnız “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması” Qaydalarının üç xanasında nəzərdə tutulmuş səlahiyyətlərdən yalnız bir xana işarələnərək göstərilə və mərkəzi elektron sistemi tərəfindən qəbul edilməsi mümkün olan səlahiyyətlər verilə bilərdi. Son nəticədə sözügedən vahid nümunəvi formalı etibarnamədə nəzərdə tutulmuş məzmuna hər hansı əlavələr, o cümlədən “məhkəmə aktlarından şikayətlərin imzalanması” ifadəsinin əlavə edilməsi mümkünsüzdür. Belə ki, əks təqdirdə həmin etibarnamənin mərkəzi elektron sistemdə qeydiyyatı aparıla bilməz. Odur ki, apellyasiya şikayətinə əlavə edilmiş hüquqi şəxs adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamədə vahid nümunəvi formada nəzərdə tutul muş 3-cü xana, yəni “yalnız daxili və göndərilən (xarici) sənədlərin imzalanması hüququ” işarələnərək təsdiq edilmişdir. Sözügedən etibarnamədə 3-cü xana üzrə nəzərdə tutulmuş səlahiyyətlər birbaşa hüquqi şəxsin adından imzalanmış bütün növ sənədlərin göndərilməsini özündə ehtiva edir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə mə hkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəm əsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə kassasiya şikayətinə kassasiya icraatında baxıla bilməz.

13. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı əsassız olaraq əlavə ödənilmiş vəsaitin əvəzləşdirilməsi və qaz sərfiyyatının tarif cədvəlinin “sənaye və kənd təsərrüfatı sahələri” bəndi üzrə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 sentyabr tarixli, e-2-2(113)-2899/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

14. İddiaçı tərəf Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 sentyabr tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Bakı Apell yasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 noyabr tarixli qərardadı ilə iddiaçı tərəfin apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

16. İddiaçı tərəf həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti fiziki olaraq direktor – X1 tərəfindən, elektron qaydada isə Nümayəndə1 tərəfindən imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin şikayəti imzalayan direktorun imzasının elektron qaydada deyil, yəni fiziki olaraq icra edilməsi səbəbi ilə, elektron sistemdə mövcud olan elektron imzanın isə şikayəti imzalamaq səlahiyyəti olmayan şəxs – Nümayəndə1 tərəfindən imzalandığı üçün geri qaytarmışdır.

18. Həm apellyasiya, həm də kassasiya şikayətlərinə Nümayəndə1 İddiaçı MMC-d ə hüquqşünas vəzifəsində işləməsinə dair əmək müqaviləsinin bildirişi əlavə edilmiş, lakin həmin bildirişin verilmə tarixi 2018-ci il 3 avqust tarixi qeyd olunmuşdur.

19. Hazırkı halda isə kassasiya şikayəti təqdim olunarkən şikayətə nümayəndə Nümayəndə4 tam səlahiyyət verən (məhkəmə aktlarından şikayət verilə bilməsi hüququ qeyd olunan) etibarnamə də əlavə olunmuş və beləliklə, şikayət səlahiyyəti olan Nümayəndə1 tərəfindən imzalanmışdır. Lakin kassasiya şikayətində onu tərtib edən vəkilin fiziki olaraq imzası şikayətin skan olunmuş formasında müəyyən edilsə də, elektron məhkəmə sistemində elektron imza vasitəsilə vəkil tərəfindən imzalanmamışdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayənd əsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmişdir.

21. Qeyd edilən funksionallıq(dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilib.

22. Beləliklə 2022-ci il 1 oktyabr tarixindən sonra verilən kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm nümayəndə həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır.

23. Beləliklə, hazırda kassasiya şikayəti elektron qaydada yalnız baş hüquqşünas Nümayəndə4 tərəfindən imzalandığından icraata qəbul edilməsindən imtina edilməlidir.Belə ki, kassatorun vəkili də kassasiya şikayətini elektron qaydada imzalamalı idi.

24. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 11) t ələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.

25. Qeyd edilənlərə əsasən, MPM-in 417.1.7-ci maddəsinə görə, hazırkı iş üzrə kassasiya şikayətinin icraata qəbul olunmasına dair qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

26. Şərh olunanları nəzərə alaraq və MPM-nin 402.1, 408 və 417 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 noyabr tarixli 2-2(103)-1083/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 dekabr tarixli 2-2(102)-799/2022 saylı qərar dadı ləğv edilsin və kommersiya mübahisəsi üzrə iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar