Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-80/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X3 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 oktyabr tarixli 2-2(107)-111/2024 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrıayrılıqda “Cavabdeh2”, “Cavabdeh1”) müştərək qaydada 43.500 manat əsas borc, 222,67 manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat, cəmi 44.222,67 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il 7 avqust tarixindən 14 avqust tarixinədək cavabdehlər onun həyətində olan quraqlıqda saxladığı, hər kiloqramının dəyəri 0,55 manat olan toxumluq buğda məhsulundan 169400 kq tox umluq buğdanı nisyə alaraq İmişli rayonu Sarxanlı kəndinə aparmışlar. Onlar həmin buğdanın dəyəri olan 93.170 manat puldan 35.500 manatlıq hissəsini iddiaçıya ödəməmişlər. Əlavə olaraq cavabdehlər hər birinin dəyəri 88,89 manat olan 90 kisə ammofos gübrəsini nisyə almış və həmin gübrənin dəyəri olan 8.000 manat pulu iddiaçıya ödəməmişlər. Beləliklə, cavabdehlərin iddiaçıya 43.500 manat ödənilməmiş borcları qalmışdır.
3. Cavabdeh1 iddiaya etiraz etmiş və bildirmişdir ki, 2021-ci ildən gübrə satışı ilə məşğuldur, iddiaçı ona 200 ton taxılının olduğunu bildirmiş və köməklik göstərilməsini xahiş etmişdir. X1 ilə razılaşmışlar, Əlişükür buğdanı alıb üstünə 0.05 manat qoyaraq başqa alıcılara satırdı, 2022-ci il 9 avqust tarixində 600 kisə gübrəni iddiaçıya vermişlər. Qəbzlərə ona görə imza çəkmi şdir ki, Əlişükürdən alacağı vardı və onu alıb iddiaçıya verməli idi. Əlişükürün iddiaçıya borcu olmuş və həmin borcları o özü ödəmişdir. Əlişükürdən həmin pulun alınıb ona verilməsi üçün iddiaçıdan köməklik göstərməsini istəmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur.
4. Cavabdeh2 da iddiaya etiraz etmiş və bildirmişdir ki, oğlu Cavabdeh1 iddiaçıdan buğda almamış, əksinə iddiaçının onun oğluna borcu vardır. Əlişükür iddiaçıdan buğda almış, oğlu zamin duraraq Əlişükür pulu ödəmədiyi təqdirdə o, ödəyəciyini bildirmişdir. Sonradan 35500 manat borca dair qəbzi imzalamışdır. Bundan sonra oğlu tərəfindən iddiaçıya 35500 manat borc da tam ödənilmiş, 600 kisə gübrə ona təhvil verilmiş, hər kisənin qiyməti isə 89 manat olmuşdur. İddiaçının onun oğluna 17900 manat borcu vardır.
5. Şəki Kommersiya M əhkəməsinin 2024-cü il 11 iyul tarixli e-2-2(117)-656/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 35.500 manat məbləğində əsas borc, 181,99 manat dövlət rüsumu və 300 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş pul tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur (hakim - M.Hüseynov).
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında taxıl bitkisinin və gübrə alqı-satqısı ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında hər hansı bir yazılı alqısatqı müqaviləsi bağlanmasa da, sonradan tərəflərin imzaları ilə rəsmiləşdirilmiş sənədlərə istinadən iddiaçı borcunu tələb edir.
7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış 5 ədəd qəbzin məzmunundan və iddiaçı, həmçinin cavabdehlərin m əhkəmə iclasında və yazılı izahatından müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıya məxsus taxılın alqı-satqısı ilə bağlı bilavasitə iddiaçı ilə danışıqlar aparmış, qəbzlərin bir qismində borcun cavabdeh özünə və atasına məxsus olduğunu qeyd etsə də, yalnız 2022-ci il 12 dekabr tarixli aktda X2 atası X5 buğda bitkisini almaqda vasitəçilik etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və imzalanmış qəbzlərdən müəyyən edilmişdir ki, bütün borcla bağlı danışıqlar iddiaçı ilə cavabdehlər arasında aparılmış, ödəniş 93.170 manat məbləğində ümumi borcdan edilən bütün ödənişlər cavabdehlər tərəfindən edilmiş, Cavabdeh1 isə məhkəmə iclasında Əlişükürün borcunun olmadığını bildirməsi, sonuncunun borcunun ödəməsini o, üzərinə götürdüyünü, eyni zamanda Cavabdeh2 məhkəməyə göndərdiyi izahat ında da oğlunun qeyd edilən borcu oğlu tərəfindən ödənilməsini öz üzərinə götürdüyünü bildirmişdir. Bu hal 2022-ci il 12 dekabr tarixli aktda da öz əksini tapmışdır. Cavabdehlər tərəfindən imzalanmış akt və qəbzlərdə iddiaçıya olan borc ödənildikcə azalmış məbləğ qeyd edilmişdir. Lakin işdə olan 2022-ci ilin iyul və dekabr ayında imzalanmış akt və qəbzlərdə bir-birinə ziddiyyət vardır. Məhkəmə isə cavabdehin borclarını yuxarıda sadalanan hallar nəzərə alınmaqla 2022-ci il 22 iyul tarixli cavabdehlər tərəfindən tərtib edilmiş və imzalanmış qəbzdə iddiaçıya 35.500 manat borclarının olduğunu daha inandırıcı və əsaslı qəbul etmişdir. Bundan əlavə iddiaçı ərizəsində də 8.000 manat gübrə üçün verdiyi pulun əvəzində ona gübrənin verilmədiyini və onun qaytarılmadığını bildirmişdir. Qeyd edilən m əbləğ çıxılarsa yerdə qalan məbləğ 35.500 manat təşkil etmiş olar. İddiaçı tərəfindən əlavə olaraq cavabdehlərə 8.000 manat pulun verilməsi təsdiq edilmir. Bundan əlavə iddiaçı özü də qismən etiraf etmişdir ki, cavabdehlər ona ümumilikdə 93.170 manat ümumi borcdan 57.670 manat pul qaytarmış, borc 35.500 manat təşkil etmişdir. Cavabdehlər birlikdə bütün qəbz və aktlarında öhdəliklərinin mövcud olması ilə bağlı irəli sürülən arqumentləri və həmin sənədləri öz iradələri əsasında imzaları ilə təsdiq etməsi məhkəmədə hər iki cavabdehin müştərək olaraq cavabdehlik daşıması qənaətinə gəlməyə əsas verir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 567, 568.1, 568.2, 598.1, 598.2, 598.3, 600.1, 600.2-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 2.1, 2.2, 8.1, 9.1, 47.1, 81, 119, 121.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək həmin qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 oktyabr tarixli 2-2(107)-111/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən yəni, Cavabdeh2 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddianın Cav abdeh2 aid hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Ə.Kərimov, hakimlər – E.Hüseynov və T.Həsənov).
11. Məhkəmə apellyasiya şikayətlərinin iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətlərin dəlilləri həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
12. Belə ki, birinci instansiya məhkəməsi cavabdehlərdən Cavabdeh2 münasibətdə iddia tələbini təmin edən zaman qətnaməni tərəflər arasında tərtib edilmiş və imzalanmış qəbzlər və aktlara istinad etmişdir. İş materiallarına əlavə edilmiş bütün akt və qəbzlərdə Cavabdeh1 iş üzrə iddiaçıya müəyyən məbləğlərdə borcu olduğunu etiraf etmiş, akt və qəbzlərin heç bir yerində isə Cavabdeh2 da borclu olduğu qeyd edilməmiş dir.
13. Bundan başqa, iddiaçı özü də onun həyətindən buğdaları Cavabdeh1 daşıdığını bildirmişdir. Yalnız, iş materiallarına əlavə edilmiş 2022-ci il 22 iyul tarixli qəbzdə qeyd edilmişdir ki, “........ Bu qəbzi tərtib edirik ondan ötrü ki, mənim İddiaçı 35.500 manat nağd pul borcum var. Həmin 35.500 manatı 2022-ci il Noyabr ayının axırına kimi borcumu ödəməliyəm. Qəbzin doğruluğunu öz imzalarımızla təsdiq edirik”. Birinci instansiya məhkəməsi də, həmin qəbzə istinad edərək Cavabdeh2 münasibətdə də iddia tələbinin qismən təmin etmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş qəbz və aktlar mübahisə subyektlərinə münasibətdə vahid sənəd kimi qəbul edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş qəbz və aktlarda borclu kimi ancaq Cavabdeh1 çıxış etmiş və hər zaman iddiaçıya borcu olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi 2022-ci il 22 iyul tarixli qəbzi hazırkı iş üzrə cavabdehlərdən hər ikisi tərəfindən imzalanmasını əsas götürərək iddia tələbini Cavabdeh2 aid hissədə də təmin etmişdir. Lakin, işə baxan hakim 2022-ci il 22 iyul tarixli qəbz imzalan zaman tərəflərin əsl niyyətlərini və iradə ifadələrini müəyyən etməmişdir. Bundan başqa, 2022-ci il 22 iyul tarixli qəbzdən xüsusən müəyyən edilir ki, həmin qəbzdə....... “mənim” borcum var və........ “borcumu ödəməliyəm”........ kimi ifadələr işlədilmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman isə 2022-ci il 22 iyul tarixli qəbzdə olan ifadələr yanlış olaraq......... “onların İddiaçı 35.500 manat borcları vardır....... noyabr ayının sonuna k imi ödəyəcəklər.” kimi göstərilmişdir. Göründüyü kimi, 2022-ci il 22 iyul tarixli qəbzdə olan ifadələr “birinci şəxsin” adından yazılsa da, birinci instansiya məhkəməsində həmin ifadələri cəm halında yəni, “biz (bizim)” kimi nəzərə alınmışdır. Həmçinin, qəbzi tərtib etməkdə tərəflərin əsl məqsədi (iradə ifadələri) də, cavabdehlərdən Cavabdeh1 borclu olduğunu müəyyən etmək və borcun ödəniləcəyi zamanı dəqiqləşdirmək olmuşdur. Həmçinin, iş materiallarında olan bütün qəbz və aktlarda digər şəxslərlə yanaşı Cavabdeh2 da adı keçir və o, aktları cavabdehlik daşıdığı (üzərinə hər hansı öhdəlik götürmək üçün deyil) üçün yox, Vüsalın atası olduğu üçün imzalamışdır. Əgər akta imza edənin hər bir şəxsin orada yazılmış borca görə cavabdehlik daşıdığı nəzərə alınsa onda, aktı imzalayan digər şəxslər də işdə cavabdeh qismində çıxış etməli idilər. Bundan başqa, iddiaçı da izahatında bildirmişdir ki, Cavabdeh2 oğlu Vüsalın atası olduğu və oğlu ilə birlikdə ticarət etdikləri üçün cavabdeh qismində qoyulmuşdur. Tərəflərin yuxarıda qeyd edilən iradə ifadəsi onunla da öz təsdiqini tapır ki, tərəflər arasında imzalanmış 2022-ci il 12 dekabr tarixli sonuncu aktda da cavabdehlərdən Cavabdeh2 hazırkı iş üzrə iddiaçıya borclu olması qeyd edilməmişdir. Qeyd edilənlərə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi yuxarıda sadalanan halları nəzərə almamış və yekunda yanlış nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 iddia tələbinə münasibətdə cavabdehlik daşamadığından iddia tələbi ona aid hissədə təmin edilməməlidir.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətl ərinin Cavabdeh1 da hal-hazırda iddiaçıya hər hansı borcu olmaması ilə bağlı dəlillərinə münasibət bildirən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətləri həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 izahat verərək 2022-ci il 9 avqust tarixdə 600 kisə gübrəni hazırkı iş üzrə iddiaçıya verdiyini bildirmişdir. Cavabdeh həmin halları sübut etmək üçün məhkəməyə şahid təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində dindirilmiş şahidin ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, mülki prosesdə əsas sübut növlərindən biri də şahid ifadələridir. Şahid iş üçün əhəmiyyət kəsb edən halları bilən və işin nəticə sində maraqlı olmayan şəxs olmalıdır. Şahid ifadəsindən isə müəyyən edilir ki, X6 iş üzrə cavabdeh Vüsalın yanında işləyir. Göründüyü kimi, yuxarıda adı sadalanan şahid maddi cəhətdən cavabdehdən asılı olmaqla işin nəticəsində maraqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, şahidin ifadəsi hər hansı başqa vasitə ilə təsdiq olunmadığından məhkəmə kollegiyası bu ifadəni sübut qismində qəbul etməmişdir.
16. Cavabdeh1 polis şöbəsində tərəfləri özü tanış etdiyini və sövdələşməni (vasitəçiliyi) özü etdiyini bildirsə də, daha sonra tərəflərin əvvəlcədən bir-birini tanıdıqlarını bildirmişdir. Bu hal bir daha onu təsdiq edir ki, Cavabdeh1 izahatlarında səmimi olmamış və bir-birindən fərqli izahatlar vermişdir.
17. Məhkəmə kollegiyası iddiaçı tərəfin cavabdehin borcunun əvəzi olar aq ona 23.800 manatlıq gübrə verməsi və ümumilikdə borcundan 49.670 manat pul verməsi ifadəsini inandırıcı və məntiqi hesab etmişdir. Belə ki, Cavabdeh1 2022-ci il 12 dekabr tarixli aktda iddiaçıya qalıq kimi 43.500 manat qalmış borcun əvəzinə gübrə göndəriləcəyini və ümumiyyətlə borcun hələdə var olduğunu qeyd etsə də, 2022-ci il 12 dekabr tarixindən sonra gübrənin göndərilməsi və ya cavabdeh tərəfindən hər hansı pulun ödənilməsi sübut olunmur. Yəni, Cavabdeh1 2022-ci il 12 dekabr tarixdə iddiaçıya 43.500 ödənməli borc olduğunu etiraf etmiş və həmin borca görə gübrə veriləcəyini qeyd etmişdir. 2022-ci il 12 dekabr tarixindən sonra isə iddiaçıya ödəniş edilməsi müəyyən edilməmişdir.
18. Kollegiya qeyd etmişdir ki, gübrənin 2021-ci ilin sonlarında, hətta 2022-ci ilin avqust ayında verilməsi nəzərə alınsa belə Cavabdeh1 2022-ci il 12 dekabr tarixində akt imzalayaraq (cavabdeh həmin aktın onun tərəfindən imzalanmadığını heç bir zaman mübahisələndirməmişdir) 43.500 ödənməli borc olduğunu etiraf etmişdir. Göründüyü kimi, cavabdeh tərəfin arqumentləri iş materialları ilə öz təsdiqini tapmır.
19. Bundan başqa, məhkəmə kollegiyası qeydiyyat kitabından çıxarışla bağlı qeyd etmişdir ki, həmin kitab cavabdehlərə məxsus olmuşdur. Eyni zamanda, qeydiyyat kitabından çıxarışlarda borcun ödənildiyi qeyd edilsə də, yalnız cavabdehlərin iradəsi ifadə olunmaqla həmin qeydlər birtərəfli qaydada yazılmışdır. Həmin sənədlərdə iddiaçının isə imzası olmamış və iradəsi ifadə olunmamışdır. Odur ki, qeyd edilən sənədlər də borcun qaytarılması hissəsində sübut kimi qəbul edilə bilməzdi.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 2022-ci il 12 dekabr tarixli aktda iddiaçıya qalıq kimi 43.500 manat qalmış borcun olduğunu və onun əvəzinə gübrə göndəriləcəyini və ümumiyyətlə borcun hələ də var olduğunu bildirmişdir. Göründüyü kimi, 2022-ci il 12 dekabr tarixindən sonra gübrənin göndərilməsi və ya Cavabdeh1 tərəfindən iddiaçıya hər hansı pulun ödənilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə 35.500 manat borcu tutaraq iddiaçıya verməkdə haqlı olmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.1, 385.1, 386.1, 425.1, 442, 445.1, 445.2, 443.1, 448.1, 448.2, 449.1, 465.2, 567, 597.1, 600.1, 600.2-ci; MPM-in 14.2, 77.1, 88, 119.1, 217.2, 217.3, 372.1, 372.2, 37 2.6, 372.7, 384.0.2, 385.1.1385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Cavabdeh1 kassasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin olunan hissədə ləğv edərək, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdeh1 kassasiya şikayətinin dəlilləri
24. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsi üzrə - mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış, mövcud sübut və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi üzrə apellyasiya instansiya məhkəməsi qanunvericilik normalarına düzgün istinad etməmiş, istinad edilmiş qanunvericilik normaları düzgün təfsir edilməmiş və qəbul edilmiş müvafiq qətnamə məhkəmə tərəfindən qanunamüvafiq qaydada əsaslandırılmamışdır.
26. MM-in 385.1-ci maddəsi üzrə - məhkəmə bu normanı düzgün tətbiq etməməklə səhvə yol vermişdir. Belə ki, Cavabdeh1 nə iddiaçı, nə də ki, Əlişükür qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır.
27. MM-in 567-ci maddəsi üzrə - məhkəmə bu normanı maddəsinin tələbini pozmaqla işin hallarını düzgün qiymətləndirmədən yalnış nəticəyə gəlməklə qanunsuz və əsass ız qətnamə qəbul etmişdir.
28. MPM-in 8.1 və 9.1-ci maddələri üzrə - məhkəmə tərəfindən mülki prosessual qanunvericilikdə qeyd olunan hüququn ümumi prinsiplərinə əməl edilməmiş, məhkəmə tərəfindən mübahisəyə dair qərar qəbul edilərkən iş materialları düzgün araşdırılmamış və faktlar və sübutlar işə dair qərar qəbul etmək üçün yetərli olmamışdır.
29. MPM-in 77.1-ci maddəsi üzrə - iddiaçı iddiasında göstərilən əsasları sübut edə bilməmişdir. Əksinə cavabdeh tərəf öz etirazını kifayət qədər əsaslandırmış, bu barədə şahid ifadəsi, cavabdehlərin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və Cavabdeh1 qeyd kitabçası ilə iddiaçının iddiası və arqumentləri tam təkzib olunmuşdur.
30. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə iş üzrə sübutları düzgün qiymətləndirməmiş, işə oby ektiv yanaşmadan qərəzli qətnamə qəbul etməklə səhvə yol vermişdir.
31. MPM-in 217-ci maddəsi üzrə - məhkəmə qətnaməsi istinad edilən qanunvericiliyin tələblərinə uyğun olmadığından, düzgün hüquq normalarına istinad edilmədiyindən, istinad edilən hüquq normaları düzgün tətbiq edilmədiyindən qanuni və əsaslı hesab edilə bilməz. b) İddiaçının kassasiya şikayətinin dəlilləri
32. MM-in 385.1-ci maddəsi üzrə - məhkəmə heç bir əsas olmadan işdə kifayət qədər sübutlar mövcud olmasına baxmayaraq, Cavabdeh2 münasibətdə iddianın təmin olunmamalı olması qənaətinə gəlmişdir.
33. MPM-in 9.1 və 9.3-cü maddələri üzrə - məhkəmənin gəldiyi nəticə faktlara deyil, formal mülahizələrinə əsaslanır. Apellyasiya instansiyası məhkəməsi mötəbər sübutlara tənqidi yanaşsa da bunu əsaslandıra bilməmiş, cavabdeh tərəf in formal mülahizələrinə tənqidi yanaşmamışdır.
34. MPM-in 14.2 və 77.1-ci maddələri üzrə - cavabdeh tərəf iddianı qəbul etməsə də iddiaçının iddiasının əsaslı olmadığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf isə öz iddiasının tam əsaslı olduğunu sübut edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmə iddianı tam deyil, qismən təmin etmişdir. Hazırkı halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür və o, öz iddia tələbini qanunvericiliklə nəzərdə tutulmuş qaydada tamamilə sübuta yetirmişdir.
35. MPM-in 88 və 217-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsi heç bir araşdırma aparmadan, heç bir sübuta istinad etmədən sadəcə formal mülahizələr əsasında qətnamə qəbul etmişdir. Cavabdeh2 şəxsən özü məhkəmə iclaslar ında iştirak etməmiş, iddiaçıdan nisyə buğda almasını inkar etməmişdir. Birinci instansiya məhkəməsinə onun adından təqdim edilmiş izahatı onun vəkili və nümayəndəsi olan şəxs təqdim etmişdir. Həmin izahatda qeyd edilənlər Cavabdeh2 fikirləri deyil, nümayəndəsi və vəkil tərəfindən məhkəməni yanıltmağa yönəldilmiş yalan və saxta iddialardır. İş materiallarında olan qəbz və aktlara Cavabdeh2 öz iradəsi ilə imza etmiş, ona hər hansı təsir və ya təzyiq edilməmişdir. Cavabdeh2 özünü iddiaçıya borclu hesab etməsəydi həmin sənədlərlə imza etməzdi. Əgər iddiaçıya yalnız Cavabdeh1 borclu olmuş olsaydı qəbzlərdə yalnız onun özünün imzası kifayət idi. Həqiqətdə cavabdehlər hər ikisi nisyə taxıl alışında iştirak etmişlər və həmin əməliyyatdan yaranan borc məbləğinə görə də birlikdə məsuliyyət daşımalı dırlar. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
37. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yoxlanılır. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.” “Maddə
567. Alğı-satqı mü qaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.”
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
42. Kassasiya şikayətində istinad olunan MM-in və MPM-in maddələrinin pozulmasına dair qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdiyi sübutları qiymətləndirmiş, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halları n müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, iş üzrə hansı maddi hüquq normalarının tətbiq edildiyini, işin halları barədə əsaslandığı sübutları, qəbul etmədiyi sübutları və halları, habelə belə sübutları və halları rədd etmək üçün gətirdiyi dəlilləri və rəhbər tutduğu qanunları göstərmişdir.
43. Eyni zamanda, məhkəmə tərəfindən iddiaçı ilə Cavabdeh1 arasında nisyə alqısatqı müqaviləsinin bağlanması müəyyən edilmiş və həmin münasibətlərə tətbiq edilməli olan MM-in 567, 600.1, 600.2-ci maddələri tətbiq edilmiş, həmçinin Cavabdeh1 hərəkətlərinə MM-in 442, 445.2, 448.1, 448.2-ci maddələrinə uyğun qiymət verilmişdir.
44. Təqdim edilmiş sübutlara necə qiymət verilməsi, iş üzrə hansı halların müəyyən edilməsi və hansı halların müəyyən edilməməsi isə apellyasiya insta nsiyası məhkəməsinin səlahiyyətinə aiddir və kassasiya şikayətində istinad olunan MM-in və MPM-in maddələrinin tələblərinin pozulmasının təqdim edilmiş sübutlar və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi əsassızdır.
45. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plen umunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 oktyabr tarixli 2-2(107)-111/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanı