Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-803/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququna müdaxilə nəticəsində dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 iyul tarixli, 2-2(103)-659/2025 nömrəli q ətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 44 ünvanında yerləşən 0,07006 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarış əsasında 2010-cu il 2 mart tarixində mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. 2. "xxxx" ASC (hazırda "xxxx" Bank ASC) ilə X6 (borc alan) arasında 2010-cu il 3 mart tarixində 2400 (G) nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Çingiz Ağayevə 24 ay müddətinə, illik 18% ödəməsi şərtilə 1.000.000 manat məbləğində kredit verilmiş, kredit öhdəlikləri nin icrasını təmin etmək məqsədilə bankla X2 arasında sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 44 ünvanında yerləşən 0,07006 ha torpaq sahəsinin ipotekaya qoyulması barədə 2010-cu il 3 mart tarixli 2400 (İ) nömrəli ipoteka müqaviləsi bağlanılmış və ipoteka predmeti 1.686.000 manat məbləğində qiymətləndirilmişdir.
3. Kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyindən bank “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2017-ci il 12 oktyabr tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
4. Həmin qətnamədən İddiaçı ASC-nin verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia t ələbi qismən təmin edilərək, X3 "xxxx" İKB ASC-nin (İddiaçı ASC) xeyrinə 999.307 manat əsas borcun, 198.812,88 manat faiz borcunun, 49.965 manat cərimənin və 18 manat dövlət rüsumunun, cəmi 1.248.102,88 manatın tutulması, tutmanın X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44 ünvanında yerləşən 0,07006 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 350.000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına X5 banka olan borcunun ödənilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 25 oktyabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Həmin qətnamə icraya yönəldilmiş, Yas amal rayon İcra şöbəsinin icra məmurunun sifarişi əsasında hərraclar keçirilmiş, 2022-ci il 12 may tarixli 13/01 nömrəli “Hərracın yekunları barədə protokol” əsasında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 44 ünvanında yerləşən 0,0701 ha torpaq sahəsi İddiaçı ASC tərəfindən 223.125 manat qiymətlə əldə olunmuşdur və hazırda sonuncunun mülkiyyətindədir.
7. Təsisçilərindən biri məhz X2 olan "xxxx" MMC-nə Bakı şəhər İcra Hakimiyyəti başçısının 2005-ci il 20 may tarixli 126 saylı sərəncamı ilə Yasamal rayonu, H.Cavid prospekti, 558-556-cı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2005-ci il 20 may tarixli 126 nömrəli sərəncamının 21-ci bəndi və 2014-cü il 29 oktyabr tarixli 520 nömrəli sərəncamı ilə Bakı şəhəri, H.Cavid prospekti 44 ünvanında yaşayış binasının tikintisi üçün həmin MMC-yə 0,81 ha torpaq sahəsi ayrılmış, 11736 nömrəli inşaat pasportu tərtib olunmuş və 1 ədəd 2 girişli (Baş plan üzrə A və B blokları) 16 mərtəbəli yaşayış binasına dair işçi layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2011-ci il 6 sentyabr tarixli 18/04-395 nömrəli məktubu ilə razılaşdırılmış, sonradan, “A” blokuna dair işçi layihənin yeni variantı Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2015-ci il 15 sentyabr tarixli 18/04-395 nömrəli məktubu ilə razılaşdırılmış və həmin blokun tikinti işlərinə başlanılması üçün əsas olan 2015-ci il 12 noyabr tarixli 119 nömrəli xüsusi nişan verilmişdir.
8. İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44 ünvanında yerl əşən 0.0701 ha torpaq sahəsinin bir hissəsində hündürmərtəbəli bina inşa edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 1.686.000 manat məbləğində pulun və 1.633 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44 ünvanında yerləşən 0,0701 ha torpaq sahəsi (bundan sonra – “torpaq sahəsi”) üzərində cavabdeh tərəfindən qanunsuz olaraq çoxmərtəbəli yaşayış binası inşa edilmiş və bankın mülkiyyət hüquqları pozulmaqla faktiki olaraq maddi ziyan vurulmuşdur. Banka vurulmuş maddi ziyanın məbləği 1.686.000 manat təşkil edir. Belə ki, 2010-cu il 3 mart tarixli ipoteka müqaviləsinə əsasən hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dəyəri 1.686.000 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 350.000 manat müəyyən edilsə də, məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində “Hüquq və Torpaq Məsələləri "xxxx" MMC-nin 2021ci il 12 fevral tarixli rəyində göstərilmişdir ki, “torpaq sahəsi zəbt olunaraq bir çox hissəsində çoxmərtəbəli yaşayış binası, su hovuzları inşa edilməsəydi və qalan hissəsi isə yeni tikilinin həyətyanı sahəsi kimi istifadə olunmasaydı torpaq sahəsinin dəyəri təxminən 1.500.000 manat təşkil edərdi. Lakin torpaq sahəsində qeyd olunan tikililər inşa edildiyindən bazar dəyəri kəskin şəkildə ucuzlaşıb və hazırkı vəziyyətdə əmlak 1.000.000 manat civarında dəyər itkisinə məruz qalmışdır”. Beləliklə rəydə qeyd olunmuşdur ki, torpaq sahəsinin hazırkı şəraitdə real bazar dəyəri təqribən 500.000 manat, likvid dəyəri isə təqribən 350.000 manat təşkil edir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin tikintilər aparılmadan boş vəziyyətdə dəyəri ipoteka müqaviləsi ilə 1.686.000 manat, ekspert rəyi ilə 1.500.000 manat müəyyən olunmuşdur. Lakin cavabdeh tərəfindən qanunsuz olaraq bankın mülkiyyətində olan torpaq sahəsində çoxmərtəbəli bina inşa edilməsi nəticəsində dəyəri kəskin şəkildə aşağı düşmüşdür. Hazırda iddiaçı mülk iyyətində olan torpaq sahəsində cavabdehin apardığı qanunsuz tikililərə görə istifadə edə bilmir. Ona görə də, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq torpaq sahəsinin ipoteka müqaviləsində müəyyən olunmuş dəyəri, yəni 1.686.000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
11. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək dəymiş zərərin əvəzi olaraq 1.828.439 manat pulun və 1.704,22 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 13 yanvar tarixli, e-2-2(113)-955/2025 nömrəli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
13. Bakı Kommersiya Məhkəməsinin 202 5-ci il 7 aprel tarixli, e-2-2(113)-955/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Ü.Həsənova).
14. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024-cü il 19 iyul tarixli, 316-16/2-10/6221-9/6343 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə görə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX də aparılmış ********** nömrəli 2022-ci il 25 fevral tarixli qeydə əsasən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində hündürmərtəbəli bina inşa edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdə aparılmış ********** nömrəli 2022-ci il 25 may tarixli qeydə əsasən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən tikilinin qanuni və ya qanunsuz olub-olma masının o cümlədən bu səbəbdən mülkiyyətçi iddiaçıya dəymiş maddi zərərin müəyyənləşdirilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Torpaq sahəsinin bir hissəsində hündürmərtəbəli bina inşa edildiyindən, mülkiyyətçi iddiaçının Azərbaycna Respublikası ƏMDK yanında DƏDRX-də aparılmış ********** nömrəli 2022-ci il 25 may tarixli qeydə əsasən mülkiyyətində olan torpaq sahəsindən hazırda istifadə etmək imkanı yoxdur. DƏDRX-də aparılmış ********** nömrəi 2022-ci il 25 may tarixli qeydə əsasən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin mövcud bazar dəyərinin təqribən 1.828.439 manat olduğu müəyyən olunmuşdur.
15. Birinci instansiya məhkəmə müəyyən etmişdir ki, iddiaçı ona zərər vurulduğunu iddia etsə də, 2022-ci il 12 may tarixli, 13/01 nömrəli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokola görə, torpaq sahəsi iddiaçı tərəfindən 223.125 manat qiymətlə 2022-ci il tarixdə əldə olunmuşdur.
16. Məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş sorğuya cavablara görə, Yasamal Rayon İcra Hakimiyyətinin 2005-ci il 14 mart tarixli 324/d nömrəli razılıq məktubunu nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2005-ci il 20 may tarixli 126 nömrəli sərəncamının 21-ci bəndi və 2014-cü il 29 oktyabr tarixli 520 nömrəli sərəncamı ilə torpaq sahəsində yaşayış binasının tikintisi üçün cavabdehə 0,81 ha torpaq sahəsi ayrılmış, 11736 nömrəli inşaat pasportu tərtib olunmuş və 1 ədəd 2 girişli (Baş plan üzrə A və B blokları) 16 mərtəbəli yaşayış binasına d air işçi layihəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2011-ci il 6 sentyabr tarixli 18/04-395 nömrəli məktubu ilə razılaşdırılmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin torpaq sahəsini əldə edən zaman orada müvafiq tikililər artıq mövcud olmuş, “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxılan zaman da bu barədə məlumatlı olmuş, bununla da o, zərər görməsi riskini əvvəlcədən gözə alaraq torpaq sahəsini əldə etmişdir. Belə olan halda, cavabdehin ona istinad olunan hərəkətlərlə zərər arasında səbəbli əlaqədən və mülki hüquq pozuntusuna görə mülki məsuliyyətinin yaranmasından bəhs oluna bilməz.
18. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya zərər vurması faktı öz təsdiqini tapmadığı üçün, onun iddiaç ı qarşısında eyni əsasla hər hansı öhdəlikləri də əmələ gəlməmiş, iddiaçı sözügedən əsasla cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa, yəni ondan tələb etmək hüququna və müdafiə hüququna malik olmamışdır.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 386.1, 1096.1, 1096.2 və 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 78.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
20. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 iyul tarixli, 2-2(103)-659/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iddia tələbi qismən təmin edilərək, cavabdehdən torpaq sahəsinin zəbt olunmasına görə kompensasiya qismində 1.276.875 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1.704,22 manat pul vəsaitin iddiaçının xeyrinə tutulması, iddiaçının üzərinə, müvafiq kompensasiyanın ödənilməsi müqabilində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44 ünvanında yerləşən 0.0701 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüququndan cavabdehin lehinə imtina etmək vəzifəsinin qoyulması, cavabdehdən kompensasiya qismində 1.276.875 manatın iddiaçının xeyrinə tutulması ilə, onun torpaq sahəsi üzərindəki mülkiyy ət hüququndan cavabdehin lehinə imtina etmək vəzifəsinin eyni anda icra olunması qət edilmişdir (sədrlik edən – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı işin hallarına istinadla düşdüyü zərərin əvəzi kimi 1.828.439 manatın cavabdehdən öz xeyrinə tutulmasını tələb etmişdir, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməyərək iddia tələbinə ümumiyyətlə münasibət bildirməmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, təcrübədə bir şəxsin mülkiyyətində olan torpaq sahəsində başqasının tikili inşa etməsi kimi vəziyyətlərə rast gəlinir. Bu kateqoriyadan olan işlərdən görünür ki, tikilinin (və ya onun bir hissəsinin) üzərində inşa edildiyi torpaq sahəsinin mülkiyyətçiləri sonradan həmin tikilinin sökülməsi və ərazinin boşaldılaraq təhvil verilməsi və ya hazırkı işdə olduğu kimi torpaq sahəsinin kompensasiyasının ödənilməsi haqqında iddialar qaldırırlar. Belə iddiaların qanuni və ədalətli həlli üçün torpaq mülkiyyətçisi ilə inşaat aparmış şəxs arasındakı hüquq münasibətlərinin mahiyyətini, onların qarşılıqlı öhdəliklərini, eləcə də mübahisə obyekti olan tikili və torpaq sahəsinin hüquqi vəziyyətini düzgün şəkildə müəyyənləşdirmək zərurəti meydana çıxır.
24. Baxılan işin müəyyən edilmiş hallarına görə, Cavabdeh MMC özünə məxsus material ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşaat aparmışdır. Bu hal bir şəxsin özünə məxsus materiallarla başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması vəziyyətinə uyğun gəlir. Odur ki, mövcud vəziyyətdə tərəflərin bir-birinə qarşı hansı tələb hüquqlarına malik olması nəzərdən keçirilməlid ir. Qeyd olunan məsələlər ölkədə vahid məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin “ulduz” nişanı ilə indeksləşdirilmiş xx.xx.2025-ci il tarixli qərarında aydınlıq gətirilmişdir. Baxılan işdə mübahisəli hüquq münasibəti də məhz bu xarakterli iddia ilə bağlıdır.
25. Göstərilənləri nəzərə almaqla kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır və qətnamə ləğv olunaraq, mübahisə üzrə Mülki Məcəllənin 11.1-ci, 172.3-cü, 172.4-cü və 173.3-cü maddələri çərçivəsində, kassasiya instansiyası məhkəməsinin sözügedən qərarında şərh olunan hüquqi mövqelərə uyğun yeni qətnamə çıxarılmalıdır.
26. Bu kontekstdə kollegiya bir daha qeyd etmişdir ki, mülkiyyətində olan 0.0701 ha torpaq sahəsinin bir hissəsində hündürmə rtəbəli binanın inşa edilməsi səbəbindən İddiaçı ASC-nin torpaq sahəsindən istifadə etmək imkanının aradan qalxdığı işin müəyyən olunan halıdır və bank, torpaq sahəsinin iqtisadi təyinatından uma biləcəyi faydanı ümumiyyətlə itirmiş vəziyyətdədir.
27. İddiaçıya ödənilməli olan kompensasiya məbləğini müəyyənləşdirərkən kollegiya, torpaq sahəsinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunan qiymətini, yəni “...zəbt olunaraq bir çox hissəsində çoxmərtəbəli yaşayış binası, su hovuzları inşa edilməsəydi və qalan hissəsi yeni tikilinin həyətyanı sahəsi kimi istifadə olunmasaydı” realizə edilə biləcək dəyərini (1 500 000 manat) əsas götürmüş, bununla yanaşı həmin məbləğin, bankın torpaq sahəsini hərracdan əldə edərkən azad olduğu alış qiyməti (223 125 manat ) həcmində azaldılmasını düzgün hesab etmişdir.
28. Bu qənaətə gələrkən kollegiya, həm torpaq sahəsinin ipoteka ilə yüklü edilərkən müəyyənləşdirilmiş qiymətini, həm mülkiyyət hüququnu əldə edərkən iddiaçının faktiki olaraq ödəniş həyata keçirmədiyini (alış qiymətindən azad olması səbəbindən), həm də ötən müddət ərzində iddiaçının məhrum qaldığı əmlak hesabına cavabdehin qənaət etdiyi vəsaitin həcmini nəzərə almışdır.
29. Kollegiya həmçinin hesab etmişdir ki, iddiaçıya müvafiq kompensasiyanın ödənilməsi müqabilində bank, torpaq sahəsi üzərindəki mülkiyyət hüququndan cavabdehin lehinə imtina etməli, müvafiq öhdəliklər eyni anda icra olunmalı, bundan sonra hazırkı qətnamə əsasında torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmalıdır.
30. Həmçinin kollegiya qeyd etmişdir ki, hazırkı qətnamənin icra olunması, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsinə və X5 banka olan borcunun ödənilmiş hesab olunmasına zəmin yarada bilər.
31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, MM-in 11.1, 21, 135.4, 135.9, 135.10, 152.1, 152.5, 157.4, 172.3, 172.4, 173.1, 173.2, 173.3, 173.4, 180.1, 188.1, 203.3, 203.5, 204.1, 211, 238.1, 238.3, 250.1, 425.1, 1096.1, 1097.1-ci, 1108.1 və 1115-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xa hiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. MM-in 21, 152, 154.3, 238.1, 1096.1 və 1097.1-ci maddələri üzrə - iddiaçı iş üzrə torpaq sahəsinə dair 2022-ci il 25 may tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etməyinə baxmayaraq, cavabdeh həmin torpaq sahəsində qanunsuz olaraq çoxmərtəbəli yaşayış binası inşa etmiş və banka maddi zərər vurmuşdur. Cavabdeh tərəfindən torpaq sahəsində qanunsuz olaraq hündürmərtəbəli bina inşa edilmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İşin hallarına görə də, cavabdehin qanunsuz əməlləri sayəsində iddiaçının sahiblik, istifadə və sərəncam hüquqları tamamilə pozulmuş və sözügedən əmlaka dair heç bir mülkiyyət hüququnu həyata keçirə bilməmişdir. İş üzrə torpaq sahəsinin m övcud bazar dəyəri keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, 1.828.439 manat olduğu müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikili inşa edildiyindən onun həmin torpaq sahəsindən istifadə etmək imkanı qalmamış və bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir.
34. MPM-in 88, 390 və 417-ci maddələri üzrə - məhkəmə iddiaçıya dəymiş zərəri müəyyən edərkən Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli qətnaməsi ilə əmlakın müəyyən edilmiş qiymətinin 1.500.000 manat olmasını əsas götürmüş və bundan əlavə iddiaçının torpaq sahəsini hərracdan əldə edərkən azad olduğu alış qiyməti (2.231.235 manat) həcmində azaldılmasını da düzgün hesab etmişdir. Lakin, iş materiallarına əlavə edilmiş ipoteka müqaviləsində əmlakın dəyəri 1.68 6.000 manat, ekspert rəyində isə əmlakın mövcud bazar qiyməti 1.828.439 manat olduğu göstərilmişdir. Odur ki, məhkəmə sübutlara obyektiv yanaşmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
36. Kassasiya şikayətində iddianın torpaq sahəsinin dəyəri ilə bağlı hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki “Maddə
21. Zərərin əvəzinin ödənilməsi Məcəlləsinin müvafiq müddəalarında 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vu rulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə
204. Mülkiyyət hüququndan imtina 204.1. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imt ina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır.” “Maddə
211. Mülkiyyət qiymətləndirilməsi hüququna xitam verildikdə əmlakın Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.”
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisə ləndirilmir və yenidən sübut edilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qərardadına dəyişiklik edə bilər;” qətnamə və ya “Maddə
418. Apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi torpaq sahəsinin zəbt olunmasına görə cavabdehdən tutulan kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilməlidir.
40. Belə ki, mülki prosesdə sübutetmə predmeti dedikdə, işin düzgün həlli üçün sübut edilməli olan halların məcmusu başa düşülür. Sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələ b və etirazlarının mahiyyəti, habelə həmin mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunu ilə müəyyən olunur.
41. Mülki prosesdə işin mübahisəsiz halları dedikdə isə MPM-in 82-ci maddəsində göstərilən hallar, habelə tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Sonuncu ilə bağlı qeyd edilir ki, MPM-də həmin məsələ birbaşa tənzimlənməsə də, məhkəmə təcrübəsi belə formalaşmışdır ki, belə hallar işin mübahisəsiz halları kimi qiymətləndirilir. Eyni zamanda, işin mübahisəsiz halları müəyyən edilərkən MPM-in 81-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Ona görə də, tərəflərin mübahisələndirmədiyi hallar və ya etiraf etdiyi faktlar MPM-in 81-ci maddəsində göstərilən hallara aid olduqda, həmin hallar tərəflərin mövqeyi ilə deyi l, yalnız müvafiq qanunda və ya digər normativ hüquqi aktlarda müəyyən edilən sübutetmə vasitələri ilə təsdiq edilməlidir.
42. Hazırkı işin halları ondan ibarətdir ki, cavabdeh iddiaya etiraz etməmiş və iddiaçının istinad etdiyi halları, o cümlədən mübahisəli torpaq sahəsinin dəyəri ilə bağlı məbləği mübahisələndirməmişdir. Eyni zamanda, işin həmin halı MPM-in 81-ci maddəsində göstərilən hallara aid deyildir.
43. Belə olan halda isə mübahisəli torpaq sahəsinin dəyərinin 1.828.439 manat təşkil etməsi işin mübahisəsiz hallarına aiddir və sübutetmə predmetinə daxil edilə bilməz.
44. Apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almamış və iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğini müəyyən edərkən, torpaq sahəsinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunan qiymətini əsas götürmüşdür. Lakin qətnamədə bunun səbəbləri göstərilməmiş və hansı dəlillərə görə işin mübahisəsiz hallarının nəzərə alınmaması və məhz həmin qətnamə ilə müəyyən edilən halların əsas götürülməsi əsaslandırılmamışdır.
45. Eyni zamanda, apellyasiya məhkəməsinin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımır. Çünki hazırki iş üzrə cavabdeh həmin işdə iştirak edən şəxs olmamışdır. Belə olan halda isə həmin qətnamə ilə müəyyən edilən faktlar MPM-in 82.3-cü maddəsində müəyyən edilən faktlara aid edilə bilməz.
46. Qeyd olunanlardan müəyyən edilir ki, apellyasiya məhkəməsi işin mübahisəsiz hallarını nəzərə almamaqla və sübutetmə predmetini düzgün müəyyən etməməklə, habelə bu məsələlərl ə bağlı gəldiyi nəticəni əsaslandırmamaqla prosessual normaların tələblərini pozmuşdur. Bunun nəticəsində isə cavabdehdən tutulan kompensasiyanın məbləğinə aid hissədə düzgün olmayan qətnamə qəbul etmişdir.
47. Belə ki, kompensasiyanın məbləği mübahisəli torpaq sahəsinin bazar dəyərinə uyğun müəyyn edilməlidir. Həmin dəyər isə işin mübahisəsiz halı olmaqla 1.828.439 manat təşkil edir. Ona görə də, bununla bağlı kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilir.
48. Eyni zamanda, məhkəmə kollegiyası kompensasiyanın hesablanması zamanı iddiaçının torpaq sahəsini hərracdan əldə edərkən ödəməkdən azad olduğu alış qiymətinin nəzərə alınması ilə bağlı dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instan siyası məhkəməsinin həmin hissədə müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.
49. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, kompensasiya məbləği mübahisəli torpaq sahəsinin dəyəri olan 1.828.439 manat əsas götürülməklə və iddiaçının hərrac zamanı azad olduğu alış qiyməti – 223.125 manat çıxılmaqla hesablanaraq 1.605.314 manat məbləğində müəyyən edilməlidir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli və yuxarıda göstəriləblərə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.
51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 iyul tarixli, 22(103)-659/2025 nömrəli qətnaməsi torpaq sahəsinin zəbt olunmasına görə cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulan kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh "xxxx" MMC-dən tutulan kompensasiyanın məbləği 1.605.314 (bir milyon altı yüz beş min üç yüz on dörd) manat məbləğində müəyyən edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.