Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-81/2017 21.02.2017 ALİ MƏHKƏMƏ İş 2-2(102)-81/2017 Azərbaycan Respublikası adından QƏRAR 21 fevral 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1 və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı1-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı1-nin (bundan sonra iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra cavabdeh) qarşı (müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx-H” MTK-bundan sonra üçüncü şəxs) “cavabdeh ilə iddiaçı arasında bağlanmış 01.09.2006-cı il tarixli, 32 nömrəli müqaviləyə əsasən qanunvericiliklə müəyyən olunmuş vergilər çıxıldıqdan sonr a xalis gəlir müəyyənləşdirilməklə satış qiymətinə ekvivalent məbləğdə mənzil və ya qeyri-mənzil fondunun iddiaçıya verilməsinin təmin olunması” barədə və “üçüncü şəxsin iddiaçıya qarşı iddiaçı ilə cavabdeh arasında bağlanması iddia olunan “qeyd olunan müqavilə üzrə işlərin dəyəri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəzərə alınmadan ilkin olaraq 1.200.000 manat müəyyənləşdirilməklə, tikintinin müddəti 18 ay müəyyənləşdirilmiş və qanunvericiliklə müəyyən olunmuş vergilər çıxıldıqdan sonra xalis gəlirin razılaşdırılmış qaydada satış qiymətinə ekvivalent məbləğində mənzil və ya qeyri mənzil fondunun sifarişçiyə verilməsini təmin etmək icraçıya həvalə olunmuşdur” məzmunlu 01.09.2006-cı il tarixli 32 saylı müqavilənin etibarsız hesab olunması” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə B akı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-643/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 01.09.2006-cı il tarixli, 32 nömrəli müqaviləyə əsasən qanunvericiliklə müəyyən olunmuş vergilər çıxıldıqdan sonra xalis gəlir müəyyənləşdirilməklə satış qiymətinə ekvivalent məbləğdə mənzil və ya qeyri-mənzil fondunun iddiaçıya verilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09.04.2014-cü il tarixli hazırlıq iclasında üçüncü şəxs iddiaçıya qarşı iddiaçı ilə cavabdeh arasında bağlanması iddia olunan “qeyd olunan müqavilə ü zrə işlərin dəyəri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəzərə alınmadan ilkin olaraq 1.200.000 manat müəyyənləşdirilməklə, tikintinin müddəti 18 ay müəyyənləşdirilmiş və qanunvericiliklə müəyyən olunmuş vergilər çıxıldıqdan sonra xalis gəlirin razılaşdırılmış qaydada satış qiymətinə ekvivalent məbləğində mənzil və ya qeyri mənzil fondunun sifarişçiyə verilməsini təmin etmək icraçıya həvalə olunmuşdur” məzmunlu 01.09.2006-cı il tarixli 32 saylı müqavilənin etibarsız hesab olunmasına dair tələb irəli sürərək müstəqil tələb irəli sürən 3-cü şəxs qismində prosesə qoşulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2iqt(81)-1408/14 saylı iş) 04 iyun 2014-cü il tarixli qətnaməsi ilə hər iki iddia təmin olunmamışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04 iyun 2014- cü il tarixli qətnaməsinin surəti iddiaçının hüquqi ünvanına poçt vasitəsilə göndərilmiş və poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə 27 iyun 2014-cü il tarixdə “Alməmmədova” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Sonradan iddiaçı 01 dekabr 2015-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək qətnamənin ona verilməsinin təmin edilməsini xahiş etmiş, həmin qətnamə təkrarən dövlət rüsumu alınmaqla, 25.12.2015-ci il tarixdə Xanlar Məmmədov adlı şəxsə məhkəmə qəbzinə imza edilməklə təqdim edilmişdir. Bundan sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyun 2014-cü il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi, işin apellyasiya şikayətinə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi ni xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini qanunla müəyyən edilmiş müddətdə almadıqlarından, 01.12.2015-ci il tarixdə məhkəməyə rəsmi müraciət etməklə 25.12.2015-ci il tarixdə almışlar və 07.01.2016-cı il tarixdə apellyasiya şikayəti verən zaman müddəti buraxmamışlar. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 yanvar 2016-c il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-184/2016 saylı, 02 mart 2016-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən ve rilmiş şikayətin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1408/14 saylı, 18 yanvar 2016-cı il tarixli qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 27 may 2016-cı il tarixli qərardadı ilə iddiaçının ərizəsinin təmin edilərək 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 04 iyun 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin ötürülməmiş hesab edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan üçüncü şəxs şikayət verərək 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 27 may 2016-cı il tarixli qərardadının ləğv edilərək prosessual müddətin ötürülməmiş hesab olunmasından imtina olunması və birinci instansiya məhkəməsinin 04 iyun 2014-cü il tarixli qətnaməsindən verilmiş şikayətin onu verən hüquqi şəxsə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4-məruzəçi, X5 və X3, 2-2(103)-643/2016 saylı iş) 14 oktyabr 2016-cı il tarixli qərardadı ilə üçüncü şəxsin şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 may 2016-cı il tarixli, 2(81)-1408/2014 saylı qərardadı ləğv edilmiş, iddiaçının apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi barədə ərizəsi təmin edilməmiş, iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2014-cü il ta rixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı kassasiya şikayəti verərək 14 oktyabr 2016-cı il tarixli qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə iclası iddiaçıya heç bir məlumat verilmədən, iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Məhkəmə kollegiyası iddiaçını çağırıb dindirmədən işə baxmışdır. İddiaçı bildirir ki, apellyasiya məhkəməsində olan məhkəmə iclası barədə heç bir məlumatı olmadığı üçün iş birtərəfli qaydada baxılmış qərardad qəbul edilmiş, daha sonra iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. İş birinci instansiya məhkəməsində olarkən şifahi məlumat əldə etmişlər ki, 14 oktyabr 2016-cı il tarixdə apellyasiya məhkəməsi işə baxmışdır. Birinci instansiya məhkəməsində işlə tanış olarkən görmüşlər ki, apellyasiya məhkəməsinin bilərəkdən, qəsdən iddiaçının ünvanını Xətai rayonu, Nobel prospekti 11 deyil, Nobel prospekti 110 qeyd edərək guya bildirişi və məktubu həmin ünvana göndərilməsini təşkil etmiş, nəticədə həmin ünvan olmadığı üçün bildiriş və məktub geri qayıtmışdır. Bildiriş və məktub hazırda da iş materiallarının içindədir. Halbuki, məhkəmə çıxardığı qərardadda özü dəfələrlə iddiaçının ünvanının Xətai rayonu, Nobel prospekti 11 olduğunu qeyd etmişdir. İddiaçı bu faktı məhkəmənin işə qərəzli, qeyr-obyektiv baxmasının nəticəsi kimi qiymətləndirir. Çünki belə bir vəziyyət iddiaçını məhkəmə müdafiə hüququndan istifadə etməsi imkanından məhrum etməsinə gətirib çıxarmışdır. Məhkəmə qərəzli şəkildə məktubları yanlış ünvana göndərmişdir, çünki iddiaçının ünvanı barədə ən azı işdə iddia ərizəsi və digər çoxsaylı sənədlər vardır və eləcə də məhkəmə özü çıxardığı qərardadda iddiaçının ünvanının Nobel prospekti 11 olduğunu qeyd edir ki, həmin sənədlərdə iddiaçının ünvanının Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 11 olduğu dəqiqliklə göstərilmişdir. Məhkəmənin qərardadının əsassız olduğu dəlillərindən biri də budur k i, iddiaçı tərəf məhkəməyə sübut təqdim etmişdir ki, məhkəmə qətnaməsini almamışdır, məhkəmə iş materiallarında bu faktın doğru olmadığını sübut edən heç bir sənəd olmadığı halda, eləcə də bu faktın doğru olub olmadığını yoxlamadan, məktubları qəbul edən şəxs kimi göstərilən şəxsin iddiaçının işçisi olub-olmadığını müəyyən etmədən özünün formal mülahizələri əsasında qərardad qəbul etmişdir. Halbuki, məhkəmə formal mülahizələr əsasında deyil, işdə olan sübutlar əsasında qərar qəbul etməlidir. Bundan başqa məhkəmə çarəsiz qalaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsinin iştirakı ilə elan edilmiş, iddiaçı isə qətnamənin alınması üçün məhkəməyə müraciət etməmişdir. Belə bir münasibət də məhkəmənin iddiaçıya qarşı qərəzli və qeyri-obyektiv olduğunun sübu tudur. Çünki məhkəmə qərarlarının rəsmi qaydada verilməsi qaydası və şərtlərini MPM müəyyən edir. Bundan başqa məhkəmə iş üzrə tərəf olmayan 3-cü şəxsin şikayəti əsasında işə baxmışdır, halbuki, iş üzrə tərəflər iddiaçı və cavabdehdir, üçüncü şəxs isə tərəf deyildir. Azərbaycan Respublikası MPM-in 134.1.5-ci maddəsinə (Rəsmi qaydada verilən sənədlər) əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Qanunvericiliyin tələbinə əsasən də məhkəmə aktı işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra şikayətvermə müddətinin axımı başlayır. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. MPM-in 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bil ər. MPM-in 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq ic ra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Birinci instansiya məhkəməsinin 04 iyun 2014-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddianın rədd edilməsi barədə qətnamə onun iştirakı ilə elan edilmişdir. Birinci instansiya məhk əməsinin 04 iyun 2014-cü il tarixli qətnaməsinin surətinin tərəflərə, o cümlədən iddiaçının iddia ərizəsində qeyd edilən ünvanına göndərilməsi barədə işdə 09 iyun 2014-cü il tarixli məktub mövcuddur (səh.105). İşin 108-ci səhifəsində olan xəbərnamədən görünür ki, iddiaçının ünvanına göndərilən məhkəmə sənədi 27 iyun 2014-cü il tarixdə X.Alməmmədova adlı şəxs imza edilərək qəbul edilmişdir. İddiaçı tərəfindən 04 iyun 2014-cü il tarixli qətnamədən apellyasiya şikayəti 07 yanvar 2016-cı il tarixdə, 1 il 6 aydan sonra təqdim edilmişdir. MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı məhkəmə qətnaməsini 27 iyun 2014-cü il tarixdə alsa da, qanunda nəzərdə t utulan şikayətvermə müddətini buraxmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, məhkəmə qətnaməsi iddiaçının nümayəndəsinin iştirakı ilə elan edilməklə, 27 iyun 2014-cü il tarixdə aldıqdan sonra 1 ay müddətində apellyasiya şikayəti verilmədiyindən şikayət üzrə müddət buraxılmışdır. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağl abatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Apellyasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 14 oktyabr 2016-cı il tarixli məhkəmə iclası barədə iddiaçının nümayəndəsinin 30 sentyabr 2016-cı il tarixdə məlumatlandırılmasına dair telefonoqram olduğundan məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməməsi barədə şikayətin dəlili əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının2-2(103)-643/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: İmza var İmza var İmza var “05” səhifə düzdür Hakim Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-2(102)-81/2017
Ali Məhkəmə Qərar — İş №2-2(102)-81/2017
21.02.2017 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver