Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-81/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı tələbi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə kommersiya mübahisələrinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 oktyabr tarixli 2-2(105)-115/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayət lərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçınə məxsus (əvvəlki adı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti) Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən əmlak kompleksində yerləşən və “Duyğu” restoranı adı ilə fəaliyyət göstərən sahibkarlıq obyekti 2009-cu ildə Cavabdeh (bundan sonra – “Cavabdeh”) (VÖEN **********), 2014-cü ildən isə X1 (bundan sonra – “R.Mehdiyev”) icarəyə verilmişdir.
2. Həmin sahibkarlıq obyektinin R.Mehdiyevə icarəyə verilməsi ilə əlaqədar sonuncu dəfə bir il müddətinə 2017-ci il 1 yanvar tarixli 04 nömrəli İcarə Müqaviləsi bağlanmış və həmin Müqavilədə icarəçi (R.Mehdiyev) tərəfindən icarə verənə (İddiaçı MMC-yə) hər ay 1.500 manat məbləğində icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. 3. 2018-ci il 31 dekabr tari xində icarəçi R.Mehdiyevin VÖEN-in fəaliyyəti 5 il müddətinə dayandırılmışdır. Lakin həmin icarə obyekti bütün bu müddət ərzində faktiki olaraq icarəçinin yaxın qohumu Cavabdeh tərəfindən idarə və istifadə olunmuşdur. 4. 2020-ci ilin avqust ayında İddiaçı QSC (iddiaçı) icarə münasibətlərinə xitam verildiyi üçün qalıq icarə pulu ödənilməklə, icarə obyektinin təhvil verilməsini tələb etsə də, R.Mehdiyev və Cavabdeh (cavabdehlər) həmin icarə obyektini iddiaçıya təhvil verməmişdir. Buna görə də, iddiaçı 2020-ci il 4 sentyabr tarixində cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tərəflər arasında bağlanmış 2017-ci il 1 yanvar tarixli 04 nömrəli İcarə müqaviləsinə 2020-ci il 11 avqust tarixindən xitam verilməsini nəzərə alaraq iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə 10.00 0 manat təzminat və 2020-ci il 1 sentyabr tarixinə heablanmış 3.750 manat icarə haqqı borcu olmaqla, cəmi 13.750 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması və cavabdehlərin icarə obyektindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli 2-2(119)-599/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı QSC-yə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 2017-ci il 1 yanvar tarixli 04 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən R.Mehdiyev və Cavabdeh çıxarılması və onlardan müştərək qaydada 2020-ci il 1 sentyabr tarixinə hesablanmış 3.750 manat məbləğində icarə borcu və 15 manat məbləğində ödənilmiş dövl ət rüsumu olmaqla, cəmi 3.765 manat məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir.
6. Qanuni qüvvəsini almış həmin qətnamə 2021-ci il 5 oktyabr tarixində müvafiq qaydada icraya yönəldilmiş və Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş 2022-ci il 25 fevral tarixli Akt əsasında İddiaçı MMC-yə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 2017-ci il 1 yanvar tarixli 04 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən Cavabdeh çıxarılmışdır.
7. İddiaçı MMC tərəfindən təqdim olunmuş 2023-cü il 1 iyun tarixli Maliyyə Arayışına əsasən, “Xəzər" MMC (QSC)-nin İdarə Heyəti ekspertlərin iştirakı ilə Cavabdeh 17 ay ərzində obyekti qanunsuz işlətdiyi dövrdə vurduğu ziyan olaraq 226 yer tutumun a görə hər yer üçün gündə 25 manat mənfəət hesablamış və bu hesabat istintaqa da təqdim edilmişdir. Lakin istintaq zamanı müstəntiq “Xəzər" MMC-nin hesablamasını ləğv edərək, yalnız mövcud icarə haqqı hesabı ilə hesablamanı qəbul etmişdir. Odur ki, mövcud icarə haqqı aylıq 4.000 manat olduğu üçün, 17 ay x 4000 manat = 68.000 manat məbləğində ziyan hesablanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 15 fevral tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya vurduğu 68.000 manat maddi ziyanın, məhkəməyə ödənilmiş 294 manat dövlət rüsumunun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat xərcin cavabdehdən alınaraq iddiaçının x eyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 2017-ci il 1 yanvar tarixli 04 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər R.Mehdiyev və Cavabdeh çıxarılmışlar, cavabdehlərdən müştərək qaydada 2020-ci il 1 sentyabr tarixinədək hesablanmış 3.750 manat məbləğində icarə borcunun iddiaçının xeyrinə tutulması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli 2-2(119)599/2020 nömrəli qətnaməsi qəbul olunduqdan sonra da Cavabdeh həmin icarə obyektindən çıxmayaraq, icarə obyektini iddiaçıya təhvil verməmiş, Cavabdeh həmin icarə obyektindən yalnız 2022-ci il 25 fevral tarixində çıx mış, çıxdıqdan sonra iddiaçı tərəfindən həmin obyekt aylıq 4.000 manat olmaqla başqa bir şəxsə icarəyə verilmiş, faktiki olaraq Cavabdeh icarə obyektini 2022-ci il 25 fevral tarixinədək təhvil verməyərək, özündə saxlamaqla iddiaçını bütün bu müddət ərzində aylıq 4.000 manat məbləğində icarə haqqından məhrum edərək, iddiaçıya hər ay 4.000 manat məbləğində ziyan vurmuş və Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli 2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən isə icarə haqqı yalnız 2020-ci il 1 sentyabr tarixinədək hesablanaraq tutulmuş və buna görə də icarə obyektindən çıxanadək cəmi 17 ay üçün hər ay 4.000 manat olmaqla, ümumilikdə iddiaçıya cəmi 68.000 manat məbləğində (17 ay x 4000 manat = 68000 manat) ziyan vurmuş, yəni Cavabdeh 17 ay ərzində məlum icarə obyektini ica rə haqqı ödəmədən qanunsuz işlədib iddiaçını hər aya görə ödəniləcək 4.000 manat icarə haqqından məhrum etməklə, iddiaçıya ümumilikdə 68.000 manat məbləğində maddi ziyan vurmuşdur.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 1 iyun tarixli e-2-2(119)-325/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 25.500 manat məbləğində maddi ziyan, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 manat hissəsi və 166,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25.866,50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim - Z.Sadiqov).
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış sonuncu 2017-ci il 1 yanvar tarixli 04 nömrəli İcarə Müqavil əsində aylıq icarə haqqı 1.500 manat məbləğində olmuş və eyni zamanda, hazırkı iddia ərizəsində dəymiş ziyanın “17 ay müddətinə hesablanması” ilə əlaqədar hər iki tərəfin istinad etdiyi Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli e-2-2(119)- 599/2020 nömrəli qətnaməsində də mübahisəli icarə sahəsi üzrə icarə haqqının aylıq 1.500 manat məbləğində olması müəyyən olunmuşdur. Həmçinin, cavabdeh tərəfin “iddia tələbinə qarşı verilmiş yazılı Mülahizə”də Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsində tutulan icarə haqqının hesablandığı 2020-ci il 1 sentyabr tarixindən sonra məlum icarə obyektinin 17 ay ərzində cavabdehin faktiki istifadə və sahibliyində olması mübahisələndirilməsə də, bu aylar üçün icarə haqqı kimi dəymiş ziyanın iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi “aylıq 4.000 manatdan” deyil, 2017-ci il 1 yanvar tarixli 04 nömrəli İcarə müqaviləsində və məlum qətnamədə qeyd olunan “aylıq 1.500 manat” olmaqla hesablanmalı olması, lakin “pandemiya” ilə əlaqədar restoranların işləməməsi və digər hallara (“Mülahizə”də ətraflı göstərilmişdir) görə cavabdehin bu aylar üçün hər hansı bir məbləğdə icarə haqqı ödəməli olmadığı qeyd olunmuşdur.
12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 675, 700.1, 701.2.4, 705-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3, 119.1, 119.2-ci; Mediasiya haqqında Qanunun 36.5-ci, “Dövlət rüsumu haqqında” Qanununu 8.1.3-cü maddəsinə istin ad etməklə əsaslandırmışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, cavabdehin iddiaçıya vurduğu 68.000 manat maddi ziyanın, məhkəməyə ödənilmiş 294 manat və apellyasiya şikayəti üçün ödənilmiş 149 manat dövlət rüsumları və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manatın cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 oktyabr tarixli 2-2(105)-115/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmi ş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – A.Süleymanova və F.Məmmədov).
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aylıq icarə haqqı 1.500 manat olmaqla, “2020-ci il 1 sentyabr tarixinədək hesablanmış 3.750 manat məbləğində icarə pulunun tutulması” və “icarə obyektindən çıxarılma” barədə Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi əsasında cavabdeh R.Mehdiyev heç bir maneçilik törətmədən icarə obyektindən çıxsa da, digər Cavabdeh 2022-ci il 25 fevral tarixinədək həmin icarə sahəsindən çıxmayaraq, həmin obyekti öz faktiki sahibliyində və istifadəsində saxlamış və yalnız 2022-ci il 25 fevral tarixində qeyd olunan sahədən çıxaraq, onu iddiaçıya təhvil vermişdir. Bundan sonra isə iddiaçı cavabdehə qarşı “68.000 manat məbləğində maddi ziyanın tutulması” üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini “Cavabdeh icarə sahəsindən çıxarıldıqdan sonra, həmin sahənin digər bir icarəçiyə aylıq 4.000 manat olmaqla icarəyə verilməsi” və həmin icarə sahəsindən cavabdehin 17 ay ərzində heç bir icarə haqqı ödəmədən istifadə etdiyi üçün iddiaçıya cəmi 68.000 manat (17 x 4.000 = 68.000) məbləğində ziyan vurulması ilə əsaslandırmışdır. Hər iki tərəf, “icarə sahəsindən Cavabdeh 2020-ci il 1 sentyabr tarixindən etibarən 17 ay ərzində icarə haqqı ödəmədən istifadə etməsini” mübahisələndirməmişlər.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 425.2, 675, 700.1, 701.2.4, 705-ci və MPM-in 14.1, 14.2, 7 7.1, 88, 217.4, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək qətnaməni ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Cavabdeh kassasiya şikayəti verərək qətnaməni ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
20. MM-in 152.1, 425, 675, 700.1, 701.2.4, 705-ci maddələrinin tələbləri pozulmuşdur Məhkəmə belə bir qənaətə gəlmişdir ki, cavabdeh müqavilədə göstərilən 1.500 manat aylıq icarə haqqını 17 ay ərzində ödəməmişdir. Ona görə də 25.500 manat ödəməlidir. Lakin cavabdeh vicdansızcasına hərəkət edərək iddiaçıya qarşı faktiki zorakılıq və dələduzluq etm işdir. Ona görə də iddiaçının aylıq 4.000 manat icarə haqqı tələb etmək hüququ vardır. Belə ki, hal-hazırda da həmin obyektin aylıq icarə haqqı 4.000 manatdır.
21. Məhkəmə işə baxarkən maddi normaların tələblərini pozmuş, mübahisəyə düzgün qiymət verməmişdir. İşə baxılarkən ayrı-ayrı məhkəmə tərkibləri arasında mübahisənin əsası, əmlak və pulun və borcun məbləğinin və sairənin müəyyən edilməsinə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə Ali Məhkəmənin mübahisəli hüquqi məsələyə dair vahid hüquqi mövqeyini təsbit edən qərarının qəbul edilməsi zərurəti yaranmışdır. Məhkəmələrin qətnamələri qanunsuz və əsassız hesab edilməli, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməlidir. Məhkəmə hazırki iş üzrə qeyd olunan hissədə qətnaməni kobud maddi və prosessual hüquq pozuntuları ilə qəbul etmiş, heç bir qanuni əsas olmadan iddia tələblərini əsassız və qanunsuz olaraq tam təmin etməli olduğu halda, qismən təmin etmişdir ki, belə bir qətnamə qüvvədə saxlanıla bilməz. Bu da məhkəmənin qərəzliliyini, həm də bir ədalət prinsipi baxımından qanunsuzluğunu göstərir. Bu da sonda iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
22. MPM-in 9, 14.1, 14.2, 71, 76.1, 76.2, 77.1, 88, 106.1, 106.3, 217.1, 217.3, 217.4, 218.1, 218.03, 386-cı maddələrinin tələbləri pozulmuşdur - İddia tələblərinin əsasını təşkil edən hallar və sübutlar məhkəməyə təqdim edilərək, icarə haqqının aylıq 4.000 manatdan hesablanması və 17 ay ərzində iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən müdaxiləsi nəticəsində ümum ilikdə 68.000 manat ziyan dəyməsi tam sübut olunmuşdur. Lakin cavabdeh iddia tələblərinə qarşı heç bir tutarlı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq, məhkəmə iddia tələblərini qanunsuz və əsassız olaraq qismən təmin etmişdir. Məhkəmə kassator tərəfindən təqdim olunan sübutlara düzgün qiymət verməmiş, nəticədə 68.000 manat icarə borcunu təmin etməmişdir. Beləliklə də, təkcə ödənilməmiş icarə haqqı üzrə məhkəmənin qətnaməsinə əsasən iddiaçıya 42.500 manat ziyan vurulmuşdur.
23. Kassator əlavə olaraq bildirir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 1 iyun tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 oktyabr tarixli qətnamələrində tərəflər arasında bağlanmış 2017-ci il 1 yanvar tarixli 04 nömrəli sonuncu icarə müqaviləsinin aylıq icarə haq qı 1.500 manat göstərilmişdir. Həmçinin Cavabdeh vermiş olduğu kassasiya şikayətində göstərmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində dünya üzrə pandemiya olması nəzərə alına bilməzdi və s. Lakin, nəzərə alınmalıdır ki, elə ona görə də o icarə müqaviləsinə 2020-ci il 11 avqust tarixindən xitam verilib və cavabdehlər obyektdən çıxarılıblar. Cavabdehin nümayəndəsinin qətnamənin tam icra olunması ilə bağlı mülahizələri əsassızdır. Belə ki, cavabdehlər obyektdən tam çıxarılmışlar, sadəcə olaraq 3.750 manat borcun ödənilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir ki, qətnamə tam icra olunmayıb. Cavabdeh və nümayəndəsi Ali Məhkəmənin Plenumuna müraciət etsələr də, Ali Məhkəmənin 2023-cü il 2 may tarixli 132(102)-20/2023 nömrəli Qərardadı ilə cavabdehlərin yeni açılmış hallar yaranması ilə bağlı ərizəsini rədd edilib. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri 24. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri pozulmuşdur - İşin hallarından göründüyü kimi sözügedən obyekt Cavabdeh faktiki istifadəsində olsa da, pandemiya ilə əlaqədar olaraq o, həmin obyektdən azad şəkildə istifadə edə bilməmiş və gəlir əldə edə bilməmişdir.
25. MPM-in 9.3-cü və 14.2-ci maddələrinin tələbləri pozulmuşdur - Məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən prosessual hüquq norm alarının çoxnömrəli pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, Cavabdeh məlum icarə obyektini iddia tələbinin əsaslandırıldığı “17 ay özündə saxladıqdan sonra təhvil verməsi" ilə əlaqədar ödənilməyən icarə haqqı üzrə dəymiş maddi ziyan qismində hər ay uçun 4.000 manatdan deyil 1.500 manatdan müvafiq hesablama aparılaraq, iddiaçıya 17 ay ərzində vurulmuş maddi zərərin miqdarı 25.500 manat məbləğində müəyyən edilməlidir (1.500 manat x 17 ay = 25.500 manat).
26. Həmçinin, həmin müddət ərzində yəni, 2020-ci il 15 oktyabr tarixindən 2022-ci il 25 fevral tarixinədək pandemiya olduğu üçün obyekt işləməmişdir. Sadəcə məhkəmədə mübahisə olduğu üçün obyekt Cavabdeh məcburi istifadəsində olmuşdur. Yəni məhkəmələrin son qərarını gözləmişdir. Bundan başqa cavabdeh həmin müddət ərzində heç bir gəlir əldə etməmişdir.
27. MPM-in 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur - Məhkəmə işə baxarkən işi tam mövcud vəziyyətinə əsasən araşdırmamışdır. Belə ki, qətnamədə sübut kimi ancaq iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışına istinad edilmişdir. Halbuki, həmin maliyyə arayışı aydın şəkildə qeyd olunmamışdır.
28. MPM-in 97.1-ci maddəsinin tələbləri pozulmuşdur - Hazırkı iş üzrə qaytarılmalı olan məbləğin nə qədər olmasını müəyyən etmək xüsusi bilik tələb edir. Amma məhkəmə qətnamə qəbul edərkən ancaq maliyyə arayışına istinad etmişdir. Belə olan halda məhkəmə ekspertiza təyin edə və həqiqi borcun nə qədər olmasını müəyyən edə bilərdi. Məhkəmə iclasında vəsatətlə müraciət olunaraq məhkəmə mühasiballıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul olunması tələb edilsə də, məhkəmə əsassız olaraq vəsatətləri təmin etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçının vəkili cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin iddiaçıya vurduğu 68.000 manat maddi ziyan, məhkəməyə ödənilmiş 294 manat, apellyasiya şikayəti üçün ödənilmiş 149 manat və kassasiya şikayəti üçün ödənilmiş 149 manat dövlət rüsumları və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manatın cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə yeni qərarının çıxarılmasını kassasiya instansiyası məhkəməsindən xahiş etmişdir.
30. Etirazda qeyd olunan dəlillər iddiaçının kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir (bax §§20 -23). Kassasiya baxışının hədləri
31. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsin in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etd iyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əml ak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə
701. İcarəyə verilən əşyanın ləvazimatı... 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir;...” “Maddə
705. İcarəyə verilmiş əşyanın qaytarılmasın ın gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi Halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hə dlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 oktyabr tarixli 2-2(105)-115/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
36. İşin məhkəmlər tərəffindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, aylıq icarə haqqı 1500 manatdan olmaqla, “01 sentyabr 2 020-ci il tarixinədək hesablanmış 3750 manat məbləğində icarə pulunun tutulması” və “məlum icarə obyektindən çıxarılma” barədə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)599/2020 nömrəli qətnaməsi əsasında cavabdeh X2 heç bir maneçilik törətmədən icarə obyektindən çıxsa da, digər Cavabdeh 25 fevral 2022-ci ilədək həmin icarə sahəsindən çıxmayaraq, həmin obyekti öz faktiki sahibliyində və istifadəsində saxlamış və yalnız 25 fevral 2022-ci ildə qeyd olunan sahədən çıxaraq, onu İddiaçı MMC-yə təhvil vermişdir. Bundan sonra isə İddiaçı MMC Cavabdeh qarşı “68.000 manat məbləğində maddi ziyanın tutulması” barədə iddia tələbini “Cavabdeh məlum icarə sahəsindən çıxarıldıqdan sonra, həmin sahənin digər bir icarəçiyə aylıq 4000 manat olmaqla icarəyə verilm əsi” və həmin icarə sahəsindən cavabdehin 17 ay ərzində heç bir icarə haqqı ödəmədən istifadə etdiyi üçün iddiaçıya cəmi 68.000 manat (17 x 4000 = 68000) məbləğində ziyan vurulması ilə əsaslandırmışdır. İcarə sahəsindən Cavabdeh 1 sentyabr 2020-ci ildən etibarən 17 ay ərzində icarə haqqı ödəmədən istifadə etməsini” iş üzrə heç bir tərəf mübahisələndirməmişdir.
37. Məhkəmələr iş materiallarını araşdıraraq o nəticəyə gəlmişlər ki, 1 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş iddiaçıya məxsus sahibkarlıq obyektindən Cavabdeh çıxarılması üzrə qanuni qüvvəsini alan Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi qəbul ediləndən sonra sonuncunun həmin icarə obyektindən çıxmayaraq, 25 fevral 2022-ci il tarixinədək həmin obyekti özündə saxlad ığı üçün 01 sentyabr 2020-ci il tarixdən etibarən aylıq 4.000 manatdan olmaqla 17 ay üçün hesablanmış 68.000 manat məbləğində maddi ziyanın İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi qismən təmin edilməli və Cavabdeh icarə haqqı üzrə dəymiş maddi ziyan qismində hər ay üçün 4.000 manatdan deyil, müqavilə ilə razılaşdırılmış 1.500 manatdan müvafiq hesablama aparılaraq, iddiaçıya icarə sahəsindən öz mülahizəsinə uyğun olaraq istifadə edə bilmədiyi üçün 17 ay ərzində vurulmuş maddi zərərin miqdarı 25.500 manat məbləğində müəyyən edilməlidir.
38. Məhkəmələrin maddi ziyanın məbləği üzrə gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasına istinad edərək, hazırda mübahisəli obyektin icarə haqqı 4.000 manat olduğundan, onun cavabdehdən icarə obyektinin təhvil verilmədiyi müddət üçün aylıq 4.000 manat icarə haqqı tələb etmək hüququ olduğu barədə iddiaçının kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşır.
39. Cavabdeh isə kassasiya şikayətində mübahisəli icarə obyektinin faktiki istifadəsində olduğunu mübahisələndirmədən, pandemiya ilə əlaqədar olaraq obyektdən azad şəkildə istifadə etməməsinə və gəlir əldə edə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Cavabdeh məhkəmə qətnaməsi olsa da, uzun müdddət, 17 ay ərzində icarə sahəsindən çıxmamış, qanunsuz olaraq orada fəaliyyətini davam etdirmişdir. Pandemiya ilə əlaqədar olaraq obyektdən azad şəkildə istifadə etməməsi və gəlir əldə edə bilməməsi barədə onun istinad etdiyi hallar isə haz ırkı mübahisənin həlli üçün hər hansı bir əhəmiyyət kəsb etmir və Cavabdeh icarə sahəsindən hər hansı qanuni əsaslar olmadan istifadə etməklə, iddiaçının mülkiyyətçi olaraq MM-in 152-ci maddəsi ilə müəyyən edilmiş hüquqlarını pozmuşdur.
40. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı və cavabdehin kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, işə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış sonuncu icarə müqaviləsində aylıq icarə haqqı 1.500 manat məbləğində olmuş və eyni zamanda, Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsində də mübahisəli icarə sahəsi üzrə icarə haqqının aylıq 1.500 manat məbl əğində olması müəyyən olunmuşdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yaranmış mübahisəni tərəflərin müqavilə münasibətləri çərçivəsində həll etmiş, məhkəmənin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPMin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
42. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdiri lməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 oktyabr tarixli 2-2(105)-115/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
43. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 oktyabr tarixli 2-2(105)-115/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.