Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-816/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 noyabr tarixli 2-2(103)745/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasın da baxılmışdır. İş üzrə məhkəmə icraatı a)Birinci instansiya məhkəməsindəki icraat 1.İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı mallar üçün olan borcu 14.151,46 manat, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 2.370,19 manat və məhkəmə xərcləri üçün ödənilən 130 manat olmaqla, cəmi 16.651,65 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 11 aprel tarixli e-2-2(113)-1127/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 14.151,46 manat borc, 700 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 manat olmaqla, ümumilikdə 14.968,46 manat məbləğ ində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Axundova). 3.Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 4.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 iyul tarixli 2-2(103)-745/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edənməruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva). 5.Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kass asiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. 6.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 1 oktyabr tarixli 2-2(103)-745/2025 saylı qərardadı ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdır. 7.Cavabdeh tərəfindən 2025-ci il 28 oktyabr tarixdə elektron kabinet vasitəsilə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermişdir. 8.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 6 noyabr tarixli 2-2(103)-745/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizənin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyul tarixli 2-2(103)745/202 5 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva). 9.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsi (vəkili) Vəkil (bundan sonra-“Vəkil”) qərarın elektron kabinetinə əlavə edilmədiyini bildirsə də, elektron məhkəmə informasiya sisteminə baxış keçirilərkən 2025-ci il 24 iyul tarixli 2-2(103)-745/2025 nömrəli məhkəmə qətnaməsinin və 2025-ci il 1 oktyabr tarixli 2-2(103)-745/2025 saylı qərardadın (kassasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılmasına dair) cavabdehin elektron kabinetinə əlavə edildiyi müəyyən olunur. Həmçinin apellyasiya şikayəti cavabdehə məxsus elektron kabinet vasitəsilə verilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin istinad etdiyi hallar əsassız olmaqla, müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Şikayəti hüquqi şəxsin vəkili və hüquqşünası və ya digər bir əməkdaşı da verə bilərdi. Eyni zamanda onun öz kommersiya fəaliyyətinin hüquqi məsələlərini tənzimləməsi və yarana biləcək məhkəmə mübahisələrində lazımi qaydada təmsil olunması ilə bağlı hüquqşünasının və ya məhkəmədə təmsil etmək üçün hər hansı əməkdaşının və yaxud vəkilinin olmaması riskini özü daşıyır.
11. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilərək kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsinə dair qərard ad qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. MPM-in 405 və 408-ci maddələri üzrə-işin materiallarından göründüyü kimi cavabdeh MMC-nin maddi vəziyyəti ürəkaçan deyil. Eyni zamanda MMC-nin maliyyə vəziyyətindən irəli gələrək hazırda MMC-də kadr çatışmazlığı mövcuddur. MMC elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçsə də, faktiki olaraq həmin elektron kabinetə nəzarət edən məsul şəxs yoxdur. Cavabdehin vəkili olaraq qeyd edir ki, qəbul edilmiş qətnamə cavabdehin elektron kabinetinə yüklənilsə də, vəkil olaraq o həmin işə əlavə edilmədiyindən məlumatsız olmuşur. Hesab edir ki, buraxılmış müddət üzürlü hesab edilərək işin baxılması üçün Ali Məhkəməyə göndərilməsi zərurət təşkil edir. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
15. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və a raşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.”... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qay dada verilməsi tələb oluna bilməz. “Maddə
128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.... 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə
129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son g ünündə qurtarır....” “Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.” “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllə nin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya məhkəməsi tərəfindən qaytarılır: instansiyası... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə məhkəmənin qəbul etdiyi 2025-ci il 24 iyul tarixli qətnaməsi və kassasiya şikayətinin qeyrimümkün hesab edilərək geri qaytarılmasına dair 2025-ci il 1 oktyabr tarixli qərardadı cavabdehin elektron kabinetinə yerləşdirilmiş, həmçinin apellyasiya şikayəti cavabdehə məxsus elektron kabinet vasitəsilə verilmişdir.
19. İddiaçı prosesual müddətin bərpasına dair ərizəsində və kassasiya şikayətində prosessual müddətin ötürülməsinin səbəbi kimi iki hala-1) MMC-nin elektron kabinetə nəzarət edən məsul şəxs olm adığına 2) qəbul edilmiş qətnamə cavabdehin elektron kabinetinə yüklənilsə də, cavabdehin vəkili həmin işə əlavə edilmədiyindən, məlumatsız olmasına əsaslanmışdır.
20. Göründüyü kimi, cavabdehin iş üzrə məhkəmə aktlarını elektron kabinet vasitəsilə əldə etməsi mübahisələndirilmir. Nəzərə alınmalıdır ki, kommersiya mübahisələri üzrə məhkəmə aktının qeyd olunan qaydada-“Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə təqdim olunması MPM-nin 135.8-ci maddəsinin tələblərindən irəli gəlir (bax yuxarıda § 16).
21. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmiş məhkəmə aktından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına gəldikdə qeyd olunmalıdır ki, prosessual müddətin bərpası üçün müddə ti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri özündə ehtiva edən sübutları ərizəsinə əlavə etməlidir. Başqa sözlə, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində müddətin buraxılmasının ondan asılı olmayan səbəblərdən baş verdiyini, müvafiq hərəkətləri etməsinə maneə və məhdudiyyətlərin yaranmasını sübut etməlidir.
22. Lakin baxılan iş üzrə cavabdeh tərəfindən prosessual müddətin bərpasına əsas olan hallara dair mötəbər sübutlar təqdim olunmamışdır.
23. «Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblərdən üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarı).
24. Gös tərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Gəlinən nəticə MPM-nin 133-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008- ci il 8 may tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olduğundan qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
25. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 noyabr tarixli 2-2(103)-745/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q