Məhkəmə qərarları › İş №2-2(102)-840/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-840/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-840/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı Firmasının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması 26.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması və müqavilə üzrə öhdəliyin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 22 sentyabr tarixli 2-2(103)-589/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keç irərək MÜƏYYƏN ETDİ İddiaçı Firması ( bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə ( bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 2022-ci il 5 iyul tarixli alqı-satqı müqaviləsinə eyni tarixli edilmiş əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6.000 litr dizel yanacaq qatqısının dəyərini təşkil edən 312.000 manatı iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, dövlət rüsumunun əvəzini təşkil edən 100 manatın və hüquqi xidmətə görə ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 avqust ta rixli, e-2-2(113)2872/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir ( hakim Ü.Həsənova). Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-1037/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova). İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. A zərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(102)-116/2025 nömrəli qərarı ilə iddiaçının şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər E.Şamayev və B.Qəribov). Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2025-ci il 22 sentyabr tarixli, 2-2(103)-589/2025 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 5 iyul tarixli alqısatqı müqaviləsinə, 2022-ci il 5 iyul tarixli əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6.000 litr dizel yanacaq qatqısının dəyərini təşkil edən 123.600 manat məbləğinin iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir ( sədrlik edənməruzəçi hakim X. Mərdanova, hakimlər V.Sadıqov və S.Bəhrəmzadə). İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 sentyabr tarixli, 2-2(103)-589/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2025-ci il 19 dekabr tarixli 2-2(102)-840/2025 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Ali Məhkəməyə ünvanlanmış məktubunda hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2025-ci il 22 sentyabr tarixli, 2-2 (103)589/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən elektron qaydada kassasiya şikayəti verildiyindən işin baxışdan çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 22 sentyabr tarixli, 2-2(103)-589/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2025-ci il 19 dekabr 2-2(102)-840/2025 nömrəli qərardadı ləğv edilməli, qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də iş kassasiya baxışından çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025ci il 22 sentyabr tarixli, 2-2(103)-589/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilən kas sasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2025-ci il 19 dekabr tarixli 2-2(102)-840/2025 nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 22 sentyabr tarixli, 2-2(103)-589/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən elektron qaydada verilən kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya işi apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar