Məhkəmə qərarları › İş №2-2(102)-85/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-85/2020

04.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-85/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: tərəflərin barışıq sazişinin təsdiq olunması 04.03.2020 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-nin vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının e-22(103)-753/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixl i qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında x xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: “Bank VTB (Azərbaycan)” ASC və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı arasında bağlanan 132764-1-12067/1 saylı xx xxxxxxxx 2014-cü il tarixli bərpa olunmayan kredit xətti müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə Bank kredit alana 1-ci tranş üzrə 600.000 manat, 2-ci tranş üzrə 900.000 manat olmaqla ümumilikdə 1.500.000 manat məbləğində bərpa olunmayan kredit xətti açmağı və kredit alanın tapşırığında göstərilən miqdarda kredit verməyi, kredit alan isə bərpa olunmayan kredit xətti üzrə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və q aydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən, kredit bu müqavilə ilə müəyyən olunan şərtlər kredit alan tərəfindən icra edildikdən sonra kredit alanın yazılı tapşırığı əsasında Bank tərəfindən kredit alan üçün açılmış AZ54VTBA**********2764AZN 001 saylı cari hesaba köçürmə yolu ilə verilir. Bu müqavilə üzrə verilən kreditin uçotu ssuda hesabında aparılır; 4.2-ci bəndinə əsasən kredit xətti üzrə kredit kreditalan tərəfindən Banka təqdim edilən “yazılı tapşırıq” da göstərilən miqdarda, lakin müqavilənin 2.1-ci bəndi ilə müəyyən olunan limitdən çox olmamaq şərti ilə verilir; 4.3-cü bəndinə əsasən, kredit xətti üzrə kredit birdəfəlik və ya hissə-hissə götürülə bilər; 4.4-cü bəndinə əsasən, kredit xətti 60 ay müddətinədək verilir; 5.1-ci bəndinə əsasən, kredit alan kreditdən istifadəyə görə Banka illik 13 faiz ödəyir. “Bank VTB (Azərbaycan)” ASC və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı arasında bağlanan xx xxxxxxx 2014-cü il tarixli 132764-1-12067/2 saylı kredit müqaviləsindən görünür ki, 132764-1-12067/1 saylı xx xxxxxxxx 2014-cü il tarixli kredit razılaşmasına uyğun olaraq, kredit verən borcalana müqavilədə, habelə onun əlavələrində göstərilmiş məbləğdə və şərtlərə uyğun olaraq kredit verməyi öhdəsinə götürür, Borcalan isə krediti qaytarmağı, kreditə hesablanmış faizləri ödəməyi və digər öhdəlikləri müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə icra etməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən, kreditin məbləği 1.912. 289 ABŞ dolları və ya Azərbaycan manatında olan ekvivalentidir; 1.3-cü bəndinə əsasən kreditin müddəti müqavilənin imzalandığı gündən etibarən 60 ay müddətindədir; 1.4-cü bəndinə əsasən, kreditin faiz dərəcəsi illik 13 faizdir. Cavabdehin direktoru və fərdi sahibkar olan iddiaçı arasında x xxxxxx 2019-cu il tarixli üzləşmə aktı tərtib olunmuşdur. Həmin aktdan görünür ki, aktın tərtib edildiyi tarixə üzləşmə aparılmış və üzləşmənin nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-dən xx.xx.2014-cü il tarixli 132764-1-12067/1 saylı bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən götürmüş olduğu 1.500.000 manat və xx.xx.2014-cü il tarixli 132764-1-12067/2 saylı kredit müqaviləsinə əsasən götürmüş olduğu 1.912.289 ABŞ dolları məbləğində pul vəsaitini tərəflər arasınd a birgə fəaliyyət haqqında razılaşmaya əsasən şəhərdaxili sərnişin daşıma sahəsində birgə biznesin təşkili üçün yeni nəqliyyat vasitələrinin alınması məqsədi ilə cavabdehin hesabına keçirmişdir. Üzləşmə aparılan tarixə tərəflər arasında əldə olunmuş birgə fəaliyyət haqqında razılaşmaya əsasən cavabdehin iddiaçıya ümumi qalıq borcu 4.436.757 manatdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4.436.757 manat borcun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 445.1, 445.4, 448-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, e-2-2(81)-730/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən cavabdeh tərəfindən məhkəmə kollegiyasına ərizə ünvanlanmış və iddiaçı ilə mübahisənin məhkəmədənkənar həll edilməsi barədə razılığa gələrək xx.xx.2019-cu il tarixdə barışıq sazişi bağlanıldığı bildirilmiş, barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Apellyasiya məhkəməsi barışıq sazişinin əsaslarını təşkil edən halların iddia tələbinin əsası olan hallarla eyni olmaqla məhkəmə araşdırmaları zamanı sübuta yetirilmədiyini qeyd edərək, həmin barışıq sazişini qanuna zidd hesab etməklə təsdiqindən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X5 və X1, e-2-2(103)-753/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi il ə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qətnaməsinin ləğv edilərək barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli barışıq sazişinin 1.1-ci bəndinə əsasən iddiaçı 2-2(102)-85/2020 saylı mülki iş üzrə cavabdehə qarşı qaldırdığı 4.436.757 manat “pul tələbi" barədə iddiası üzrə 436.757 manat hissəsini güzəşt etməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən 2-2( 102J-85/2020 saylı mülki iş üzrə iddiaçıya olan 4.436.757 manat borcundan 1-ci tərəfin 436.757 manat hissəsini güzəşt etməsi müqabilində qalan 4.000.000 manat borcunu son ödəniş tarixi xx xxxxxx 2021-ci il olmaqla 1 il ərzində hissə-hissə ödəməyi öhdəsinə götürür; 1.3-cü bəndinə əsasən tərəflər hazırkı barışıq sazişi ilə müəyyən edilən öhdəlikləri vaxtında və layiqincə icra etməyi öz üzərinə götürürlər və öhdəliyini icra etməyən tərəf Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır; 2-ci bəndinə əsasən barışıq sazişi məhkəmədə təsdiq edildikdən sonra qanuni qüvvəsini alır və tərəflərin razılaşma üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. Bu Sazişin pozulması və ya layiqincə icra edilməməsi icra vərəqəsi verilməsi üçün əsasdır; 3-cü bəndinə əsasən bu barışıq sazişi Azərbayc an Respublikası Mülki Məcəllənin 881-ci maddəsinin tələbinə uyğun hazırlanmışdır və barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Barışıq sazişi cavabdehin direktoru İ.Quliyev və iddiaçı tərəfindən imzalanmışdır. İddiaçı, iddiaçının vəkili və cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında 24 fevral 2020-ci il tarixli barışıq sazişinin şərtlərinin barışıq sazişində olduğu kimi təsdiq edilməsini xahiş etmişlər. əsaslandıma hissəsi: İddiaçı cavabdehdən 4.436.757 manat alınması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsasl andırılmışdır ki, cavabdeh ilə birgə fəaliyyət haqqında razılığa əsasən o, “Bank VTB (Azərbaycan)” ASC-dən xx.xx.2014-cü il tarixli 132764-112067/1 saylı bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən biznesin inkişafı məqsədi ilə 60 ay müddətinə illik 13 faiz hesablanmaqla aldığı 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində və xx.xx.2014-cü il tarixli 132764-1-12067/2 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 13 faizlə hesablanmaqla aldığı 1.912.289 (bir milyon doqquz yüz on iki min iki yüz səksən doqquz) ABŞ dolları məbləğində pul vəsaitini cavabdehin hesabına keçirmişdir. Bu razılığa əsasən cavabdehə avtobus nəqliyyat vasitələri alınmış və müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma həyata keçirilmişdir. Lakin cavabdeh birgə fəaliyyət haqqında razılığın şərtləri ni pozmuş, təqdim etdiyi kredit vəsaitinin bir hissəsini banka geri ödəsə də, qalan hissənin ödənilməsini təmin etməmişdir. Birgə fəaliyyət haqqında razılığa əsasən, onun bankdan götürüb cavabdehə verdiyi kredit məbləğləri faizləri ilə birlikdə 5 il müddətinə geri ödənilməli və bundan başqa hər ilin sonunda xalis mənfəətin 50 faizi miqdarında ona pul vəsaiti ödənilməli idi. Hazırda cavabdehin ona ümumilikdə 4.436.757 manat borcu vardır. Bu borclar üzrə cavabdehlə arasında xx.xx.2019-cu il tarixdə üzləşmə həyata keçirilmişdir və borclar üzrə məbləğlər dəqiqləşdirilmişdir. Tərəflər apellyasiya instansiyası məhkəməsinə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində MPM-in 52.5-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddia tələbi ilə bağlı hər hansı sübut təqdim olunmadığından, qaytarılması tələb edilən borcun yaranma və hesablanma əsası məlum olmadığından və sübuta yetirilmədiyindən, cavabdehin nümayəndəsinin borcun mövcudluğunu etiraf etməsi cavabdehin mənafeyinin pozulmasına gətirib çıxaracaqdır, ona görə də həmin etiraf qəbul edilməzdir. MPM-in 217.3-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya məhkəməsi barışıq sazişini təsdiq etməməsi ilə bağlı gəldiyi nəticəni işdə olan hər hansı sübutla əsaslandırmamışdır. MPM-in 191.4-cü maddəsinin tələbinə görə məhkəmə tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Apellyasiya məhkəməs i barışıq sazişinin təsdiqindən imtina barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. Tərəflər məhkəmə kollegiyasına göndərdikləri müraciətlərində də barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Tərəflər həmçinin məhkəmə kollegiyasına xx xxxxxx 2020-ci il tarixdə təsdiq edilmiş barışıq sazişi təqdim etmiş, məhkəmə iclasında sazişin təsdiq edilməsini xahiş etmişlər. Barışıq sazişinin mətnindən görünür ki, tərəflər razılaşmışlar ki, iddiaçı cavabdehə borcun 436.757 manat hissəsini güzəşt edir, cavabdeh tərəfindən son ödəniş tarixi xx xxxxxx 2021-ci il olmaqla 1 (bir) il müddətində 4.000.000 manat hissə-hissə iddiaçıya ödənilir. MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tər əfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5-ci maddə). İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (191.1-ci maddə). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (191.2-ci maddə). Tərəflərin imzaladığı barışıq sazişinin qanuna zidd olması və ya hər hansı bir şəxsin, o cümlədən cavabdehin hüquqlarını və qanunla qorunan mənafeyini pozması təsdiq olunmur. Məhkəmə tərkibi tərəfindən iddiaçı və cavabdehə barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflər sazişin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmişlər. MPM-in 417.1.5-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası bəhs olunan hüquq normalarına istinad edərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğ v edilməli, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının e-2-2(103)-753/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: Cavabdehin iddiaçıya 4.436.757 manat borcundan 436.757 manat hissəsini iddiaçı cavabdehə güzəşt edir, qalan 4.000.000 (dörd milyon) manat borc son ödəniş tarixi xx xxxxxx 2021-ci il olmaqla 1 (bir) il ərzində hissə-hissə cavabdeh tərəfindən iddiaçıya ödənilir. İş üzrə icraata xitam verilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar