Məhkəmə qərarları › İş №2-2(102)-86/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-86/2022

15.03.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-86/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: sayğacın çıxarılması, borc, sahibkarlıq sahəsində aparılan yoxlamalar, vahid məlumat reyestri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)-862/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 15 aprel tarixdə təsdiq edilmiş SS 29/1640-00582 nöm rəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Salyan rayonu ərazisində yerləşən İddiaçı (bundan sonra – iddiaçı) məxsus təsərrüfat obyektinin (istixananın) qaz xətti üzrərində quraşdırılmış G-250 markalı 75158672 nömrəli rotor tipli “Elster” qaz sayğacı 2020-ci il 10 mart tarixində xəttdən çıxarılmış, 2020-ci il 15 aprel tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texnik baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: a) ilkin baxış zamanı sayğacın daxili çirklidir. İmplus ötürücüsünün qulaqcığı qırıqdır. İmpuls ötürücüsü öz yuvasından aralı vəziyyətdədir. İmpuls ötürücüsünə vurulan qurğuşun plombun üzərində əzik izləri var. Göstəricilər arasında fərq mövcuddur. Mexaniki hissə işləkdir. b) 2019-cu il 7 noyabr - 2020-ci il 10 mar t tarixləri əhatə edən saatlı arxivə əsasən maksimal mütləq təzyiq P=3.13 bar, Pbaza=1.01325, Tbaza=20 dərəcə selsidir. Korreksiya olunmuş maksimal qaz həcmi 167 m3 korreksiya olunmamış qaz həcmi 112 m3 qeydə alınmışdır. Saatlıq arxivlərə əsasən elektrik hissə sərfiyyatı fasilələrlə qeydə almış, 2020-ci il 20 yanvar tarixindən sonra fasilələrin intervalı artmışdır. 2019-cu il 7 noyabr - 2020-ci il 20 yanvar tarixləri aralığında elektron hissənin qeydə aldığı sərfiyyat Vm=63252 m3, Vb=113237 m3, xətdə təzyiq 1.27-2.64 bar civarında dəyişmişdir. 2020-ci il 21 yanvar - 2020-ci il 10 mart tarixləri aralığında elektron hissənin qeydə aldığı sərfiyyat Vm=3208 m3, Vb=6002 m3, xətdə təzyiq 1.26-3.13 bar civarında dəyişmişdir. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Tempratur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 48831 m3 azdır. Sınaq qurğusunun nəticəsinə görə mexaniki hissə minimal sərfiyyatda fırlanmır. Yoxlamanın nəticəsi: Minimal sərfiyyatda sayğac hesabat aparmır. İmpuls ötürücüsü tələb olunur.

2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2020-ci il 27 aprel tarixli, ******* nömrəli aktdan görünür ki, Salyan rayonu ərazisində yerləşən abonent kodu **********00041 olan iddiaçıya məxsus təsərrüfat obyektində (istixana) qaz sayğacına baxış keçirilərkən sayğacın sərfiyyata uyğun olmadığı aşkar olunmuş və sərfiyyata uyğun sayğacın quraşdırılması və dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. 3. “Azəriqaz'' İstehsalat Birliyinin dəymiş ziyanın bərpasına dair 2020-ci il 30 aprel tarixli tələbnaməsindən görünür ki, Salyan rayonu əraz isində yerləşən istehlakçı İddiaçı məxsus istixanada quraşdırılmış G-250 markalı 75158672 nömrəli qaz sayğacında 2019cu il 7 noyabr - 2020-ci il 10 mart tarixləri əhatə edən saatlı arxivə əsasən elektron hissə sərfiyyatı fasilələrlə qeydə alınmış, elektron göstərici Vt mexaniki göstəricidən 48831 m3 az olduğu aşkar edilimiş, hesabat aparılmış və 48831x2.2=107428 m3 qaz sərfiyyatı aparılmaqla “Azəriqaz'' İstehsalat Birliyinə (bundan sonra – cavabdeh) ziyan vurulmuşdur.

4. İddiaçının abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə 2020-ci ilin aprel ayına görə aktlar qrafasında 21.485,60 manat borcu vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı 2020-ci il 29 sentyabr tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciə t edərək cavabdeh tərəfindən əsassız hesablanmış 21.485,60 manat borcun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus tərəvəz məhsulları istixanasında olan sayğaca cavabdehin işçiləri tərəfindən hər ay baxış keçirilməklə göstəriciləri götürülərək hesab faktura təqdim edilmiş, iddiaçı isə istifadə etdiyi qazın dəyərini vaxtında ödəmişdir. Sayğaca dəfələrlə baxış keçirilərkən nöqsanların aşkar olunmadığına baxmayaraq, cavabdehin nümayəndələri tərəfindən 2020-ci ilin mart ayında sayğac çıxardılaraq dövlət yoxlamasına aparılmış, 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral və mart aylarında sayğacın işləmədiyi və nöqsanların olduğu bildirilərək cərimə hesablanmışdır. Halbuki, sayğacda nöqsanlar olsaydı cavabdehin həmin dövr ərzində sayağaca 12 dəfə baxış keçirmiş işçiləri tərəfindən aşkar olunardı. Həmçinin, cavabdeh tərəfindən “Qazdan istifadə qaydaları”nın tələbləri pozularaq sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsinin hüquqi əsası bildirilməmiş, sayğac çıxarılarkən və yoxlanılarkən onun iştirakı təmin edilməmiş, cərimənin nəyə görə hesablandığı əsaslandırılmamışdır. Cavabdeh həmçinin, “Sahbkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanunun da tələblərini pozmuşdur. Həmin Qanunun tələblərinə əsasən isə, bu qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulmas ilə, o cümlədən yoxlamaların vahid məluma t reyestrində qeydə alınmadan aparılan yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 mart tarixli, e-2-2(113)-258/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – E.Əliyev).

8. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş mübahisələndirilən aktdan cavabdehin yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əmək etmədiyi müəyyən olunmuşdur. Belə ki, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndlərinə istinad etməklə əsaslandırılmışdır.

10. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)-862/2021 saylı qətnaməsi ilə apellyasiya şi kayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər - V.Məmmədov və V.Baxışova).

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Hazırki halda isə, cavabdeh istinad etdiyi yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda, həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz.

13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

14. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 13 oktyabr tarixdə iddiaçı və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

15. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

16. Məhkəmə cavabdeh tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya məxsus istixanada heç bir yoxlama aparılmamış, yalnız istismarda olan qaz sayğacı işləmədiyi üçün istismardan çıxarılaraq müvəqqəti sayğac quraşdırılmışdır. Məhkəmə əsassız olar aq qaz sayğacının çıxarılmasını yoxlama kimi qiymətləndirmişdir. "Sahibkarlıq sahəsinda aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanunun tətbiq dairəsi yoxlayıcı orqanlar tərəfindən sahibkarliq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tadbirlərinə şamil edilir. "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız "Qazdan istifadə Qaydaları"nin 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və Azərbaycan Respublikası Nazirler Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş "Ölçmə vasitələrinin yoxl anılması Qaydası və yoxlama nişanına dair Tələblər"-in 2.13-cü bəndinə əsasən, ölçmə vasitələrinin dövri yoxlaması, həmçinin sifariş əsasında yoxlama nişanı zədələndikdə, yoxlama haqqında şəhadətnamə qüvvədən düşdükdə, uzunmüddətli saxlamadan sonra ölçmə vasitəsi istismara buraxıldıqda (yoxlama arası interval bir dəfədən çox olduqda), təkrar tənzimləmə (yustirləmə) və ya sazlamanın aparılması, ölçmə vasitəsinə məlum va ya ehtimal edilən zərbə təsiri zamanı, hamçinin cihazın qeyri məqbul işləməsi zamanı həyata keçirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin veri ldiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə

3. Yoxlamaların qanuniliyi 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağl ı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. M a d d ə

31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdi kləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirler Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş "Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər" 2.14. Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” Kassasiya instans iyası məhkəməsinin mövqeyi

20. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

22. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

23. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçıya məxsus istixanada heç bir yoxlama aparılmadığından və yalnız istismarda olan qaz sayğacı işləmədiyi üçün istismardan çıxarılaraq müvəqqəti sayğac quraşdırıldığından məhkəmənin cavabdeh tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğuna dair gəldiyi nəticə düzgün olmamışdır.

24. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin kassasiya şikayətinin göstərilən dəlili ilə mübahisələndirilən mövqeyi ilə razılaşdığını bildirir.

25. Belə ki, Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın tələblərinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdi kdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər (Qaydaların 2.11-1, 2.11-2-ci bəndləri).

26. Göründüyü kimi, Qaydalar həmçinin cavabdehin qaz sayğaclarının yoxlanılması ilə bağlı fəaliyyətinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməli olduğunu nəzərdə tutmuşdur. Bu səbəbdən, apellyasiya məhkəməsi cavabdeh tərəfindən yoxlamanın həmin Qanunun tələblərinə uyğun yerinə yetirilib-yetirilmədiyinə dair hüquqi qiymətləndirmə aparmaqda haqlı olmuşdur. Cavabdeh sadəcə sayğacın işləməməsi səbəbindən çıxarılaraq başqa sayğacla əvəz olunduğunu bildirsə də, iş materiallarında olan qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında aktdan sayğacın yoxlanıldığı müəyyən olunur.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin Azərbaycan Respublikası Nazirler Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş "Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər"ə istinad olunan dəlilinə münasibətdə qeyd edir ki, həmin Tələblərin 2.14-cü bəndinə əsasən, Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır. Göründüyü kimi, istinad olunan Tələblərin müvafiq normasında da, yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini özündə əks etdirmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdeh isə istinad etdiyi dəlilləri sübuta yetirə bilməmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməs inin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)-862/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

30. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

31. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)-862/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar