Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-87/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli 22(103)-1065/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2014-cü il 03 iyul tarixli 137 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 36 ay müddətinə qaytarmaq şərti ilə 15.000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. 2. 2020-ci il 02 iyul tarixli arayışa əsasən 2014-cü il 3 iyul tarixli İNM**********030000 saylı kredit müqaviləsi üzrə Cavabdeh 2017-ci il 03 iyul tarixə kimi 9070 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1044 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1377 manat, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilm iş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla 1370 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 12.863 manat qeyd olunmuşdur.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2020-ci il 11 dekabr tarixli, 9/5220 saylı rəyində qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə borcu 2017-ci il 03 iyul tarixə müqavilə müddətinin sonuna 11.429,28 manat (əsas borc üzrə 10.848,52 manat, faiz borcu üzrə 580,76 manat), 2020-ci il 25 iyun tarixə iddia ərizəsinin verildiyi tarixə illik 5%-lə hesablanmaqla 13.044,50 manat (əsas borc üzrə 10.848,52 manat, faiz borcu üzrə 580,76 manat və faiz borcu ilki 5%-lə hesablanmaqla 1615,22 manat) müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9070,73 manat əsas, 1044,42 manat faiz, 1377,23 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1370,88 manat faiz məbləği olmaqla, cəmi 12.863,26 manat məbləğində kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, i ddiaçı ilə cavabdeh arasında bağlanmış 2014-cü il 03 iyul tarixli, 137 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% ödənilmək şərtilə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 9070,73 manat əsas, 1044,42 manat faiz, 1377,23 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1370, 88 manat faiz məbləği olmaqla, ümumilikdə 12.863,26 manat borcu mövcuddur.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 472.1, 472.2, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 4.1, 140, 150-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 fevral tarixli e-2-2(113)-203/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 9070,73 manat məbləğində əsas borc, 580,76 manat faiz borcu, 200 manat cərimə borcu və iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınmaqla 1370,88 manat olmaqla ümumilik də 11.222,37 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Fərrux Qasımov).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki i, iddia ərizəsində tələb olunan əsas borc 9070,73 manat, faiz borcu 1044,42 manat, müqavilə müddəti bitdikdən sonra illik 5%lə hesablanan faiz borcu 1370,88 manat göstərilsə də, ekspert rəyində əsas borc 10.848,52 manat, faiz borcu 580,76 manat, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan faiz borcu 1615,22 manat müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarını MM-nin 427.3, 442.1 və 739-cu maddələrinin tələbləri baxımından qiymətləndirərək belə qənaətə gəlmişdir ki, 9070,73 manat məbləğində əsas borc, 580,76 məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%- lə hesablanan faiz borcu 1370,88 manat olmaqla ümumilikdə 11.022,37 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 9070,73 manat məbləğində əsas borca tənasübsüz olaraq 1377,23 manat cərimə hesablanmasını əsaslı hesab etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı uzun müddət ərzində məhkəməyə müraciət etməyib zərərin artmasına şərait yaratdığına görə hesablanmış 1377,23 məbləğində dəbbə pulunun məbləği azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni həmçinin MM-in 21.3, 462.1, 463.1, 467, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarı, MPM-nin 119.1, 216-220 227, 233, 358, 360 və 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 12.Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli, 2-2(103)-1065/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Vüsalə Baxışova (sədrlik edən məruzəçi), Raqib Qurbanov və Vidadi Məmmədov).
14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2014-cü il 03 iyul tarixli kredit müqavləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə qaytarmaq şərti ilə 15.000 manat məbləğində kredit verməyi, cavabdeh krediti qəbul edərək göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. 2020-ci il 02 iyul tarixli arayışa əsasən həmin kredit müqaviləsi üzrə cavabdehə 03 iyul 2017-ci il tarixə kimi 9070 manat müqavilə müddəti üçün borc hesablanmış və tələb olunan faizlər 1044 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1377 manat, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla 1370 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 12.863 manat qeyd olunmuşdur.
15. Məhkəmə iş üzrə ekspert rəyini (bax yuxarıda § 3) işdə olan digər sübutlarla qiymətləndirərək iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.
16. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibətdə həmin məhkəmə göstərmişdir ki, iddia ərizəsinə əlavə edilmiş MAPS arayışında iddiaçının ünvan 1 ünvanda qeydiyyatda olduğu göstərilmişdir. İşin materiallarına əlavə edilmiş poçt zərflərindən görünür ki, cavabdehin qeydiyyatda olduğu həmin ünvan üzrə məhkəmə bildirişləri göndərilmiş, lakin həmin ünvanda yaşamadığına dair qeydlə məhkəməyə qaytarılmışdır. Göründüyü kimi məhkəmə tərəfindən cavabdehin məhkəmə iclaslarında iştira kının təmin edilməsi üçün zəruri prosessual tədbirlər görüldüyündən apellyasiya şikayətinin dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 21.3, 427.3, 442.1, 739-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 15 oktyabr tarixində elektron məhkəmə informasiya sistemində yerləşdirilmişdir. 19. 2021-ci il 15 dekabr tarixində cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 29 sentyabr tarixli, 2-2(050)-1065/2021 saylı qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları a) Kassasiya şikayətinin dəlilləri:
20. MPM-nin 9.3-cü maddəsi pozulmuşdur- İşin materiallarından və apellyasiya şikayətindən göründüyü kimi, cavabdehin nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə məlumatı olmamış və bu səbəbdən də məhkəmə işə çəkişmə prinsipini pozmaqla baxmışdır. Halbuki, məhkəmənin birinci vəzifəsi tərəflərin məhkəmə iclasında iştirakını təmin etmək olmuşdur.
21. MPM-nin 135.6-cı maddəsinin tələbləri pozulmuşdur- Apellyasiya instansiya məhkəməsi tərəfin iştirakını təmin etmək üçün elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə bildirişi yerləşdirməsi ilə kifayətlənmiş, lakin qanunun tələbinə əsasən bildirişin digər elektron vasitələr və poçt vasitəsi ilə tərəfə çatdırılmasını təmin etməməklə cavabdehin məhkəmə iclasında iştirak etməsi və iddiaya qarşı öz sübut və etirazını təqdim etmək imkanını təmin etməmişdir. Halbuki, işin materiallarından da göründüyü kimi iddia ərizəsi iddia müddətinin ötürülməsi ilə məhkəməyə təqdim edilmiş və cavabdehin məhkəmə iclaslarında iştirakı lazımi qaydada təmin edilmədiyindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəni də məhkəməyə təqdim edə bilməmişdir.
22. İşin materiallarında olan kredit müqaviləsindən də göründüyü kimi, tərəflər arasında bağlanmış 2014-cü il 03 iyul tarixli, 137 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% ödənilmək şərtilə 15.000 manat məbləğində kredit verilmişdir. Lakin, krediti götürərkən cavabdehin fərdi sahibkar statusunda olması hazırkı mübahisənin kommersiya məhkəməsind ə baxılması anlamına gəlmir. Çünki, tərəflər sahibkarlıq fəaliyyətinin subyekti olmasına baxmayaraq, işin kommersiya məhkəməsində baxılması üçün münasibətlərində tələb olunan digər elementlər hazırkı mübahisədə mövcud deyildir. Bu səbəbdən də hesab edilir ki, iddia tələbi ümumi məhkəmədə baxılmalı olduğu halda işə baxan apellyasiya instansiya məhkəməsi bu hala qiymət verməmişdir.
23. Cavabdeh kassasiya şikayətində MM-in 372.1, 373.1, 373.2, 377.1, 377.2-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 03 iyun tarixli Qərarına, “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2009-cu il 7 iyul tarixli Qərarına, “İşlərin ümumi və yaxud kommer siya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 10, 11, 12, 13, 20, 26-cı bəndlərinə, MPM-in 1.1, 9.3, 24.2, 26.1, 135.6, 372.1, 372.7, 387.2.9, 416.1, 416.2, 417.1.3, 418.1, 418.4, 418.5-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. I. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kas sasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərarını iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istin ad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə
21. Zərərin əvəzinin ödənilməsi “... 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəki nməkdən ibarət olmasın.” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduq da, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır”. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. Cavabdehin şikayətində maddi hüquq normalarının pozuntusuna dair dəlillərin olmaması göstərilmişdir.
32. Cavabdehin prosessual hüquq normasının pozulması ilə bağlı dəlili MPM-nin 9.3cü maddəsinin pozulması, işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərd ar edilməməsi və çəkişmə prinsipinin pozulmasından ibarətdir. Həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir.
33. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır (bax yuxarıda § 16).Cavabdehin apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə gəldikdə, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən apellyasiya şikayəti MPM-nin 10-1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə verilmişdir. Bu baxımdan məhkəmə bildirişi cavabdehin elektron kabinetinə yerləşdirilmişdi r ki, bu da MPM-nin 135.6-cı maddəsinin tələblərinə (bax yuxarıda § 16) uyğun olmuşdur.
34. Kassasiya şikayətinin «Digər məsələlər» hissəsində cavabdehin digər istinadları ondan ibarətdir ki, sahibkarlıq fəaliyyətini həyata keçirsə də, baxılan iş üzrə mübahisə kommersiya mübahisəsi deyildir; eləcə də iş üzrə iddia müddəti ötürülsə də, məhkəmə iclaslarında iştirak edə bilmədiyindən iddia müddətinin tətbiqinə dair ərizə verə bilməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, işin materiallarından göründüyü kimi, mübahisə fərdi sahibkar olan cavabdehin fərdi istehlak məqsədləri üçün bağladığı kredit müqaviləsindən yaranmamışdır. Tərəflər arasında bağlanmış və iddianın qaldır ılmasına əsas olmuş 2014-cü il 03 iyul tarixli kredit müqaviləsində kreditin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədləri, başqa sözlə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verildiyi göstərilmişdir (i.v 19). Bu baxımdan Kollegiya hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi aidiyyəti kommersiya məhkəməsində baxılması MPM-nin 26-cı maddəsinin və Ali Məhkəmənin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətləri haqqında” 2020-ci il 18 sentyabr tarixli Qərarının tələblərinə uyğun olmuşdur.
36. İddia müddətinin tətbiqinə dair ərizə verilməsinə gəldikdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitus iya Məhkəməsi Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2008-ci il 08 may tarixli qərarında göstərilmişdir ki, «birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar q əbul etməlidir».
37. Baxılan iş üzrə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən elektron qaydada apellyasiya şikayəti verilsə də, nə apellyasiya şikayətində iddia müddətinin tətbiqi məsələsi göstərilmiş, nə də iddia müddətinin tətbiqinə dair ayrıca ərizə verilməmşdir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli 2-2(103)-1065/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi nir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov