Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-90/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina (kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu вя Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli, 2-2(103)-1068/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən veril miş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 15.540 manat məbləğində pulun, həmin məbləğə 2022-ci il 4 aprel tarixindən qətnamə çıxarılan günədək 2023-cü və 2024-cü illəri üzrə bank uçot dərəcəsi (8%) ilə hesablanmış faizlərin və ödənilmiş 137 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 avqust tarixli e-2-2(113)-2537/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası “15540 manat məbləğində pula 2022-ci il 4 aprel tarixdən qətnamə çıxarılan günədək 2023-cü və 2024-cü illəri üzrə bank uçot dərəcəsi (8%) ilə hesablanmış faizlərin tutulması” hissəsində baxılmamış saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 avqust tarixli, e-2-2(113)-2537/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim N.Əhmədova). İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli, 2-2(103)-1068/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət ed ilmişdir ( sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova). Qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmi n forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki halda iddiaçı kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPMnə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində Azərbaycan Respublikası Mülki Məcəl ləsinin, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin müvafiq maddələri sadalanmaqla, mətnləri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının po zulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli, 2-2(103)-1068/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikay ətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-90/2025
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-90/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver