Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-91/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı-nin cavabdeh X3 qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil1, cavabdeh Vüqar Əliyevin və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı-nin cavabdeh X3 qarşı pul tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 25 oktyabr 2018-ci il tarixli 2-2(103)-504/2018 qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 20 fevral 2019-cü il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, ona sığortaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. 2016 və 2017-ci illər ərzində cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və digər sığorta növləri üzrə 955 ədəd müqavilə bağlanmış, lakin onların 81496 manat məbləğdəki dəyərini sığortaçıya ödəməmişdir. Sığorta haqlarının sığortaçıya ötürülməsini gecikdirdiyinə görə 30.05.2017-ci il tarixə cavabdehin ödəyəcəyi dəbbə pulu 19808 manat təşkil edir. Belə ki, sığorta vasitəçisi sığorta haqqının Azərbaycan Res publikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödənilir. İddiaçıya 19 ədəd nömrə dəyişmə və ləğv əməliyyatları üzrə ANVSMM icbari sığortası şəhadətnaməsi blankı və 5 ədəd daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi blankı cavabdeh tərəfindən geri qaytarılmamışdır. Hər bir qaytarılmamış icbari blankının cəriməsi 100 manat olduğundan geri qaytarılmamış blanklara görə cərimə 2400 AZN təşkil edir. Bundan əlavə, cavabdehin tələbi ilə agent səhvi kimi xitam verilmiş 9 müqavilə üzrə xitamla bağlı ötən günlər üçün ödəməli olduğu sığorta haqqı 211,91 manat təşkil edir. Bağladığı müqavilələri cavabdeh onun adı na verilmiş loqin parolla sistemə daxil olaraq əməliyyat etmiş, lakin bir müddətdən sonra sığorta şirkətinə müraciət edərək müqavilənin ləğv edilməsini xahiş etmişdir. Sığorta şirkəti də öz növbəsində müqaviləni ləğv etmiş, lakin sığorta şəhadətnaməsinə xitam verilmə anına kimi riskləri daşıdığına görə şəhadətnamənin qüvvədə olma müddəti üzrə sığorta haqqı sığorta şirkətinə ödənilməlidir. Cavabdeh tərəfindən təqdim edilən qəbzlər üzrə ödəniş edilmişdir, lakin bu ödənişlər iddia tələbinə aid deyil, başqa müqavilələr üzrə aparılmış ödənişlərdir. İddiaçı-nin cavabdeh X3 qarşıcavabdehdən onun xeyrinə 81496 manat sığorta haqqı üzrə borcun, 19808 manat dəbbə pulunun, 2400 manat geri qaytarılmamış blanklara görə cərimənin, 211,91 manat xitamla bağlı sığorta haqqının və 30 manat ödənilmiş dövlət r üsumunun, cəmi 103945,91 manatın tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 22 iyun 2018-ci il tarixli iş № 2-2(81)-86/2018, (sədrlik edən hakim İ.Əhmədov) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 81496 manat sığorta haqqı üzrə borcun, 500 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 82026 manatın iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsinin iddiaçının iddia ərizəsinin təmin olunduğu hissəsində ləğv edilməsini, iddia ərizəs inin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsinin iddianın rədd edilməmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 25 oktyabr 2018-ci il tarixli iş № 2-2(103)-504/2018 (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və R.Qurbanov) qətnaməsi ilə cavabdeh X2 apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2-2(81)-86/2018 nömrə li qətnaməsinin qismən - “İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 81496 manat sığorta haqqı üzrə borc, 500 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 82026 manatın iddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun.” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi və eyni hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi qətnamədə müxtəlif prosessual hüquq normalarına istinad etmiş və belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya borcu yoxdur. Buna səbəb kimi göstərilir ki, “...iddiaçı tərəfindən öz tələblərinin əsaslılığının sübuta yetirilməsi ilə bağlı mülki prosessual forma və məzmunda heç bir mötəbər sübut təqdim edilməmişdir”. Hesab edir ki, sübutların bu formada qiymətləndirilməsi mahiyyəti üzrə işə baxan məhkəmə üçün yolverilməzdir. Çünki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə “heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. Bu o deməkdir ki, hər bir sübut ayrılıqda qiymətləndirilməli, hər hansı sübutun mümkünlüyü və ya qəbul edilib-edilməməsinin səbəbi göstərilməlidir. Sübutların toplu şəkildə qiymətləndirilməsi mülki prosessual hüquq normalarına ziddir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəfl ərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmununu müəyyən edən Mülki Prosessual Məcəllənin 392.1.4-cü maddəsinə görə qətnamədə şikayət verilən qətnamənin, apelyasiya şikayətinin, təqdim edilmiş sübutların, işə apelyasiya instansiyasında baxılarkən iştirak etmiş şəxslərin izahatlarının qısa məzmunu göstərilməlidir. Bu maddənin mənasına görə hər bir sübutun məzmunu göstərilməklə, hər birinə ayrıca qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 380.1-ci maddəsinə əsasən tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə ol an sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Lakin məhkəmə bu prosessual normaya da riayət etməmiş və heç bir sübutu məhkəmədə araşdırmamışdır. Bakı Apelyasiya Məhkəməsi qətnamədə (səhifə 9, abzas 5, cümlə 3) qeyd edir ki, “955 ədəd sığorta müqaviləsinə görə 81496 manat məbləğin ona ödənilmədiyini irəli sürən iddiaçı bu 955 müqavilənin hər birinin tarixini, nömrəsini, predmetini, dəyərini, cavabdehin müqavilə üzrə aldığı pul vəsaitinin məbləğini, həmin müqavilədən əldə etdiyi vəsaitin hansı hissəsinin iddiaçıya hansı üsulla ödəməli olsa da, qismən yaxud bütövlükdə ödəmədiyini sözügedən müqavilənin əslini və müvafiq yazılı açıqlama təqdim etmək yolu ilə dəqiqliklə b ildirməli olduğu halda, bunu etməmiş, özü tərəfindən tərtib olunan qısa məzmunlu arayışlarla iddianı sübuta yetirmə vəzifəsini bitmiş saymışdır”. Məhkəmənin belə bir mülahizəni yazması, tərəflərin münasibətləri üzrə səhv, aşağıdakı maddi və yuxarıda qeyd olunan prosessual hüquq normalarına zidd qənaətə gəldiyini göstərir. Birincisi, iddia ərizəsinə əlavə edilmiş sığorta agentinin debitor borcu haqqında cədvəldə bütün bu məlumatlar əks olunsa da, Bakı Apelyasiya Məhkəməsi nədənsə onları görməmişdir. Bununla da sübutlara qiymət verərkən prosessual hüquq normalarını pozmuşdur. Belə ki, 955 müqavilənin hər birinin tarixi (başlama tarixi), nömrəsi, predmeti (hansı sığorta növünə aid olması müqavilə nömrəsində görünür), dəyəri (sığorta haqqı), cavabdehin aldığı və iddiaçıya ödəmədiyi vəsait (vax tı keçmiş borc, AZN), hətta müqavilənin valyutası, valyutada dəyəri və manat ekvivalenti, müştərinin (sığortalının) adı və s. məlumatlar göstərilməklə, “müvafiq yazılı açıqlama təqdim etmək yolu ilə dəqiqliklə” bildirilmişdir. Müştəridən alınmış sığorta haqqının iddiaçıya ödəmə üsulunu əlavə bildirməyə ehtiyac yoxdur, çünki: 1) Mülki Məcəllənin 941.5-ci maddəsində göstərilmişdir, (941.5. Sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına-köçürməlidir; 01 yanvar 2016-il tarixdən qüvvədə olan redaksiyada), 2) İddia ərizəsində Mülki Məcəllənin 941.5ci maddəsinə istinad olunmuşdur, 3) iddia ərizəsinə əlavə edilmiş agent müqaviləsinin 5.1–5.3cü bəndlərində göstərmişdir (Sığorta haqqı agentə nağd ödə nildiyi üçün 5.2-ci bənd tətbiq olunmalı: Sığorta agenti qəbzin surətini, qəbz üzrə pul vəsaitləri, sığorta müqaviləsi (və ya şəhadətnamə) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq Sığortaçıya hesabat formasında təqdim etməyə borcludur). İkincisi, “sözügedən müqavilənin əslini” təqdim etməyə gəldikdə, yaşadıqları yüksək texnologiyalar dövründə sığorta müqavilələri artıq kağız formada deyil, elektron formada bağlanır. Sığortaçı bütün sığorta müqavilələrini elektron formada bağlayır, müqavilənin informasiya sistemində mövcud olması, onun kağız formasının saxlanması üçün zəruri şərt deyil. Borc cədvəlində görünən müqavilələrin 96 faizi icbari sığorta növlərinə aiddir (müqavilə nömrəsində AE, BA, GA, TA, RA başlığı olanlar). “İcbari sığortalar haqqında” Qanunun 8.1-1-ci maddəsinə görə icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Üçüncüsü, iddiaçının “özü tərəfindən tərtib olunan qısa məzmunlu arayışlar” işə baxan birinci instansiya məhkəməsinin tələbi ilə təqdim olunmuş və iddia tələbini, onun yaranma mexanizmini, sığorta müqavilələrinin agent vasitəsilə bağlanması qaydasını və s. izah etmək məqsədi daşıyır. İddiaçının əsas sığorta haqqı tələbi bu arayışlarla deyil, işdə olan digər yazılı sübutlarla təsdiq edilir. Maraqlıdır ki, Bakı Apelyasiya Məhkəməsi iddiaçının təqdim etdiyi yazılı sənədləri ayrıca qiymətləndirməməklə yanaşı, cavabdehin şifahi dediyi və ya apelyasiya şikayətində yazdığı fikirlərinə qətnamədə ayrıca ye r vermiş və onlarla bağlı iddiaçıya tənqidi münasibət bildirmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi bu işə müəyyən fasilələrlə bir il müddətində baxmış və işi tam, hərtərəfli təfsilatı ilə, o cümlədən sığorta agenti tərəfindən sığorta müqaviləsinin bağlanması, sığorta haqqının müştəridən alınması və sığortaçıya ötürülməsi xüsusatlarını araşdırdığı halda, Bakı Apelyasiya Məhkəməsi 1 iclaslı dinləmə keçirməklə işi yekunlaşdırmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-2(103)-504/2018 saylı qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasa siya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə da vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi isə dəyişiklik edilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh V.Əliyev də, onun vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyas ı məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi isə dəyişiklik edilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 25 oktyabr 2018-ci il tarixli, 2-2(103)-504/2018 saylı qətnamə ilə, cavabdeh X2 apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2-2(81)-86/2018 nömrəli qətnaməsinin qismən - “İddia tələbi qismən təmin edilməsi, cavabdeh X1 81496 manat sığorta haqqı üzrə borc, 500 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 82026 manatın iddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun.” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi və eyni hissədə iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 88, 89.3, 371, 372-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi borcun məhz bu miqdarda olması iddiaçının özünün tərtib və təq dim etdiyi materiallardan başqa heç bir mötəbər sübutla təsdiq olunmur. Bu rəqəmin bir neçə dəfə az, yaxud çox olduğu iddiaçı tərəfindən irəli sürülsə idi, yenə də bu hal iddiaçının subyektiv mövqeyindən asılı qalacaq və ona görə də verilən hüquqi qiymət dəyişməyəcəkdir. Bu da o deməkdir ki, tələb olunan məbləğdə təmin olunan iddia eyni “dəlillər” əsasında, lakin bu dəfə iddiaçının istəyinə uyğun olaraq daha az və ya artıq məbləğdə də təmin oluna bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” Sığorta şirkəti ASC-nin kasasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, iddiaçı kasasiya şikayətində ilk olaraq göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində apelyasiya instansiyası məhkəməsinin “… iddiaçı tərəfindən öz tələblərinin əsaslılığının sübuta yetirilməsi ilə bağlı mülki prosessual forma və məzmunda heç bir mötəbər sübut təqdim edilməmişdir” qənaətinə gəlməsi, iddiaçının fikrincə sübutların bu formada qiymətləndirilməsi mahiyyəti üzrə işə baxan məhkəmə üçün yolverilməzdir. Çünki Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə “heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. Bu, o deməkdir ki, hər bir sübut ayrılıqda qiymətləndirilməli, hər hansı sübutun mümkünlüyü və ya qəbul edilib-edilməməsinin səbəbi göstərilməlidir. Sübutların toplu şəkildə qiymətləndirilməsi mülki prosessual hüquq normalarına ziddir. Burada iddiaçı Mülki Prosessual Məcəllənin 80, 88-ci maddələrinə əsaslanır. Həmçinin sözügedən dəlilin davamı olaraq iddiaçı Mülki Prosessual Məcəllənin 392.1.4cü maddəsinə istinad etməklə kasasiya şik ayətində göstərmişdir ki, bu maddənin mənasına görə hər bir sübutun məzmunu göstərilməklə, hər birinə ayrıca qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, əvvəla qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin “Sübutların qiymətləndirilməsi” adlanan 88-ci maddəsində deyilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apelyasiya instansiyası məhkəməsi də hazırki işi həll edərkən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə riayət edərək sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət vermişdir. İddiaçının kasasiya şikayətində yazdığı ifadələr, yəni, “… iddiaçı tərəfindən öz tələblərinin əsaslılığının sübuta yetirilməsi ilə bağlı mülki prosessual forma və məzmunda heç bir mötəbər sübut təqdim edilməmişdir”, sübutların, iddiaçının təbirincə desək, toplu şəkildə qiymətləndirilməsi kimi qələmə verilə bilməz, belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara yekun qiymət verərək onları mötəbər saymamışdır ki, sübutların mötəbər olub-olmaması terminindən məhkəmə təcrübəsində geniş istifadə olunur. Digər tərəfdən qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 392-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: qətnamənin çıxarılma vaxtı və yeri; qətna məni çıxarmış məhkəmənin adı və tərkibi; apelyasiya şikayətini vermiş şəxs; şikayət verilən qətnamənin, apelyasiya şikayətinin, təqdim edilmiş sübutların, işə apelyasiya instansiyasında baxılarkən iştirak etmiş şəxslərin izahatlarının qısa məzmunu; məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar; apelyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri. Apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 25 oktyabr 2018-ci il tarixli qətnaməsi Mülki Prosessual Məcəllənin 392-ci maddə sinin tələblərinə tam olaraq cavab verir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sübutların araşdırılması və qiymətləndirilməsi sözügedən qətnamənin 9-cu səhifəsinin (İİİ cild, iş vərəqi 50) 4 və 5-ci abzaslarında öz əksini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının yuxarıda qeyd edilmiş dəlilini əsassız hesab edir. İddiaçının kasasiya şikayətində göstərdiyi digər dəlili isə ondan ibarətdir ki, “məhkəmə bu prosessual normaya (burada Mülki Prosessual Məcəllənin 380.1-ci maddəsi qeyd edilmişdir) da riayət etməmiş və heç bir sübutu məhkəmədə araşdırmamışdır”. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, Mülki Prosessual Məcəllənin 380.1-ci maddəsinə müvafiq olaraq tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Sözügedən prosessual hüquq maddəsinin dispozisiyasından göründüyü kimi tərəflərin izahatlarından sonra zərurət olduqda işdə olan sübutları elan edir. Başqa sözlə, mülki-prosessual qanunvericilik sözügedən məsələni məhkəmənin ixtiyarına buraxmışdır. Bununla yanaşı, həmin maddənin dispozisiyasının ikinci hissəsinə də, yəni “habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır” müddəasına apelyasiya instansiyası məhkəməsinin riayət etməməsi ilə əlaqədar iddiaçı hər hansı bir dəlil gətirməmişdir. İddiaçının növbəti dəlili - “955 ədəd sığorta müqaviləsinə görə 81496 manat məbləğinin ona” ödənilməməsi ilə əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi yazmışdır ki, iddiaçının “özü tərəfindən tərtib olunan qısa məzmunlu arayışlarla iddianı sübuta yetirmə vəzifəsini bitmiş saymışdır”. İddiaçının qənaətinə görə məhkəmənin belə bir mülahizəni yazması, tərəflərin münasibətləri üzrə səhv, maddi və yuxarıda qeyd olunan prosessual hüquq normalarına zidd qənaətə gəldiyini göstərir. Birincisi, iddia ərizəsinə əlavə edilmiş sığorta agentinin debitor borcu haqqında cədvəldə bütün bu məlumatlar əks olunsa da, Bakı Apelyasiya Məhkəməsi nədənsə onları görməmişdir. İkincisi, “sözügedən müqavilənin əslini” təqdim etməyə gəldikdə, yaşadığımız yüksək texnologiyalar dövründə sığorta müqavilələri artıq kağız formada deyil, elektron formad a bağlanır. Sığortaçı bütün sığorta müqavilələrini elektron formada bağlayır, müqavilənin informasiya sistemində mövcud olması, onun kağız formasının saxlanması üçün zəruri şərt deyildir. Üçüncüsü isə, “işdə qısa məzmunlu arayışlardan” başqa digər yazılı sübutlar var. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi bu məsələdə düzgün olaraq Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 88-ci maddələrinə istinad etmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab ol unur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin iddiaçı tələbini faktiki cəhətdən 2016 və 2017-ci illər ərzində cavabdehin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və digər sığorta növləri üzrə 955 ədəd müqavilə bağlaması, onların 81496 manat məbləğdəki dəyərini sığortaçıya ödəməmə si, sığorta haqlarının sığortaçıya ötürülməsini gecikdirdiyinə görə dəbbə pulunun 19808 manat təşkil etməsi, iddiaçıya 19 ədəd nömrə dəyişmə və ləğv əməliyyatları üzrə ANVSMM icbari sığortası şəhadətnaməsi blankı və 5 ədəd daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsini geri qaytarmaması, hər bir qaytarılmamış icbari blankının cəriməsinin 100 manat olması və geri qaytarılmamış blanklara görə cərimənin 2400 manat, cavabdehin tələbi ilə agent səhvi kimi xitam verilmiş 9 müqavilə üzrə xitamla bağlı ötən günlər üçün ödəməli olduğu sığorta haqqının isə 211,91 manat təşkil etməsi ilə əsaslandırmağa çalışsa da, haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən öz tələblərinin əsaslılığının sübuta yetirilməsi ilə bağlı mülkiprosessual hüquqi forma və məzmunda heç bir mötəbər sübut təqdim olunmam ışdır. Belə ki, 955 ədəd sığorta müqaviləsinə görə 81496 manat məbləğin ona ödənilmədiyini irəli sürən iddiaçı bu 955 müqavilənin hər birinin tarixini, nömrəsini, predmetini, dəyərini, cavabdehin müqavilə üzrə aldığı pul vəsaitinin məbləğini, həmin müqavilədən əldə etdiyi vəsaitin hansı hissəsinin iddiaçıya hansı üsulla ödəməyə borclu olsa da qismən, yaxud bütövlükdə ödəmədiyini sözügedən müqavilənin əslini və müvafiq yazılı açıqlama təqdim etmək yolu ilə dəqiqliklə bildirməli olduğu halda, bunu etməmiş, özü tərəfindən tərtib olunan qısa məzmunlu arayışlarla iddianı sübuta yetirmə vəzifəsini bitmiş saymışdır. Həmçinin iddiaçının təqdim etdiyi kserosurət 20 iyul 2016-cı il tarixli 12259 nömrəli Daxili qaimə formasında cəmi 233 icbari avtomobil sığortası blankının cavabdehə təhvil verildiyi göstərilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının təbirincə desək, “yaşadığımız dövr yüksək texnologiyalar dövrü” olsa da Mülki Prosessual Məcəllənin “Yazılı sübutlar” adlanan 89-cu maddəsi mövcuddur ki, orada yazılı sübutların anlayışı və yazılı sübutlara olan tələblər müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazili sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktl ar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə görə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə müvafiq olaraq lazimi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmşidir ki, işdə olan və iddiaçı tərəfindən sübut kimi təqdim olunan heç bir sənəd əsli və yaxud notariat qaydasında təsdiq edilmiş surəti deyildir. Belə olan halda sözügedən sənədlər mötəbər sübut kimi qəbul oluna bilməz və iddiaçının iddiasının sübut bazasını təşkil edə bilməz. Həmçinin iddiaçı kasasiya şikayətində göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsi iddiaçının təqdim etdiyi yazılı sənədləri ayrıca qiymətləndirməməklə yanaşı, cavabdehin şifahi dediyi və ya apelyasiya şikayətində yazdığı fikirlərinə qətnamədə ayrıca yer vermiş və onlarla bağlı iddiaçıya tənqidi münasibət bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, əvvəla yuxarıda artıq göstərildiyi kimi həmin sənədlər Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə cavab vermir, bu baxımdan da sübut kimi qiymətləndirilə bilməz, iddiaçının təqdim etdiyi digər sənədlər isə birtərəfli qaydada, yəni, iddiaçının yalnız özü tərəfindən tərtib edilmiş, cavabdeh tərəf isə onları təsdiqləməmişdir. İddiaçı kasasiya şikayətində bununla yanaşı göstərmişdir ki, birinci instansiya məhkəməsi bu işə müəyyən fasilələrlə bir il müddətində baxmış və işi tam, hərtərəfli təfsilatı ilə, o cümlədən sığorta agenti tərəfindən sığorta müqaviləsinin bağlanması, sığorta haqqının müştəridən alınması və sığortaçıya ötürülməsi xüsusatlarını araşdırdığı halda, Bakı Apelyasiya Məhkəməsi 1 iclaslı dinləmə keçirməklə işi yekunlaşdırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, əvvəla Mülki Prosessual Məcəllənin heç bir normasında məhkəmə baxışının keçirilməsinin minimum və ya maksimum sayları müəyyən edilməmişdir. Sadəcə olaraq Mülki Prosessual Məcəllənin 368.3-cü maddəsində deyilir ki, qanunda ba şqa müddət müəyyən edilməyibsə, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Digər tərəfindən, hazırkı iş üzrə iddiaçının yazdığı kimi 1 iclas deyil, apelyasiya instansiyası məhkəməsində iki məhkəmə baxışı, 20 sentyabr və 25 oktyabr 2018-ci il tarixlərində keçirilmiş və 25 oktyabr 2018-ci il tarixdə iş üzrə qətnamə qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-2(103)504/2018 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416,417.1.1, 419-cu maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın 25 oktyabr 2018-ci il tarixli, 22(103)-504/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-2(102)-91/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-91/2019
20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver