Məhkəmə qərarları › İş №2-2(102)-927/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-927/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-927/2025 07.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü (qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakim iAbiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 oktyabr tarixli 2-2(106)-202/2025 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfin dən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ( bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hüseynova (İsayeva) Fazilə Aqil qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı ( bundan sonra birlikdə -“cavabdehlər”, ayrı-ayrılıqda Cavabdeh1, Cavabdeh2, F.İsayeva, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə iddiaçı arasında bağlanmış kredit razılaşmalarının və sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə 022R********** saylı kredit razılaşması üzrə 189 826.91 manat kredit borcu, 12 985.62 manat faiz borcu və 47 187.50 manat cərimə olmaqla ümumilikdə, cəmi 250000 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilm iş 140 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 150 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 məxsus Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 m ümumi sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 250000 manat manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 140 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilmə si üçün ödənilmiş 30 manat rüsumun və 150 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4, Cavabdeh2, F.İsayeva, Cavabdeh1 və Cavabdeh6 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 m ümumi sahədən ibarət qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci i l 3 mart tarixli, e-2-2(121)-12/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər A. Hüseynov və Cavabdeh5 müştərək qaydada kredit razılaşması üzrə 189 826,91 manat məbləğində əsas borc, 12 589,04 manat məbləğində faiz borcu, 15 000 manat məbləğində cərimə borcu, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 150 manat xidmət haqqı və ödənilmiş 140 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 218 135,95 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin -ipoteka predmeti olan Cavabdeh4 məxsus Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 kv/m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaş ayış evinə və ünvan 2 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, Hacıqabul şəhəri, M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 kv/m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 60 660 manat və ünvan 2 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 300 000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən 218 135,95 manat məbləğində pulun iddiaçıya ödənilməsi, həmin fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış ərzində Cavabdeh4, Cavabdeh2, F.İsayeva, Cavabdeh1 və Cavabdeh6 həmin əmlakdan çıxarılması, iddia qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 367,42 manat məbləğində dövlət rüsumu qalığının cavabdehlər Cavabdeh4 və Cavabdeh5 aid edilməsi və onlardan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-ipoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılmasının təmin edilməməsi, həmçinin cərimə borcunun azaldılması hissələrində ləğv edilməsi və həmin hissələrdə də idd ia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qətnamədən cavabdeh A. Hüseynov oğlu tərəfindən də apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin “15.000 manat məbləğində cərimə borcunun tutulması” hisəsində dəyişdirilməsi və həmin məbləğin minimal həddə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Şirvan Apellyasİya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 oktyabr tarixli 2-2(106)-202/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin “ipoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzə rində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılmasının təmin edilməməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi, ipoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların (mübahisəli fərdi yaşayış evi və qeyri-yaşayış sahəsi) boşaldılması, cavabdeh A. Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamə ilə müəyyən edilən “15000 manat cərimə borcunun məbləği”nin dəyişdirilərək cərimə borcunun 5.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim C.İmanov, hakimlər T.Kərimov və Q.Əliyev).

6. Cavabdeh4 tərəfindən qətnamədən kassasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi, şikayətin dəlilləri əsasında yeni qərar qəbul edilməsi və ya həmin hissədə yenidən araşdırma aparılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

8. Belə ki, cavabdeh kassasiya şikayətinin dəlillərində əlavə (təkrar) mühasibatlıq və əlavə ( təkrar) əmtəəşünaslıq ekspertizası barədə vəsatətlərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamasını, həmçinin on dan tutulması tələb olunan cərimə məbləğini mübahisələndirmişdir.

9. Nəzərə alınmalıdır ki, hazırki işdə apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 şikayətinə əsasən onun mübahisələndirdiyi hissədə, yəni “15.000 manat cərimə borcunun məbləğinin Cavabdeh4 tutulması” hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yoxlamış, cavabdehin şikayəti qismən təmin edilmiş, “15000 manat cərimə borcunun məbləği” dəyişdirilərək cərimə borcunun 5000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

10. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən, qətnamənin apellyasiya qaydasında mübahisələndirmədiyi hissələri ilə bağlı əlavə (təkrar) mühasibatlıq və əlavə ( təkrar) əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətlər verilmişdir. Qeyd olunmalıdır ki, cavabde hin həmin vəsatətlərində göstərilən məsələlər apellyasiya baxışının predmetini təşkil etməmiş, bununla bağlı apellyasiya şikayətində hər hansı dəlil irəli sürülməmişdir. Mülki prosessual qanunvericilikdə isə məhkəmə aktının vəsatət əsasında apellyasiya qaydasında mübahisələndirilməsi nəzərdə tutulmamışdır.

11. «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium”“məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. …Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin təl əbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

12. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissəsi (bax § 3) üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilməmişdir.

13. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilən hissəsini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı kassasiya baxışının predmetini 5.000 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

14. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahis ələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (MPM-in 402.1-ci maddəsi).

15. Məhkəmə kollegiyası hesab edir ki, istinad olunan maddənin tələbləri baxımından hazırki işdə Cavabdeh4 apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan MPM-in 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz.

16. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə əssən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

18. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402 və 408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 oktyabr tarixli 2-2(106)-202/2025 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar