Məhkəmə qərarları › İş №2-2(102)-93/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-93/2023

19.01.2023 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-93/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh, X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlu və Mülki Kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh, X2 qarşı pul tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Şirvan Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı – cavabde hlərdən dəymiş maddi ziyana görə 177.600 manat pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 manat dövlət rüsumunun, cəmi 178.068 manat pul vəsaitinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Salyan Rayon Məhkəməsinin 2(057)-1020/2022 saylı, 2022-ci il 11 aprel tarixli qərardadı ilə İddiaçı Cavabdeh və X2 qarşı dəymiş maddi ziyan tələbi barədə 2(057)1020 saylı mülki işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – A.Səmədov).

3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan həmin mubahisəyə (kommersiya mübahisəsi) mülki məhkəmə icraatı qaydasında ko mmersiya məhkəməsində baxılmalıdır. İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyatda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur, onların arasındakı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır.

4. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 16 dekabr tarixli, 2-2(121)-3078/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı pul tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – E.Abdullayev).

5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə iddiaçı vergi ödəyicisi olaraq vergi orqanlarında qeydiyyatdan keçmədiyindən subyektiv tərkib baxımından hazırki mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxıla bilməz.

6. Belə ki, iş materiallarından görünür ki, İddiaçı (FİN xxxxxxx) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsi 2022-ci il 11 aprel tarixli, 2(057)-1020/2022 saylı qərardadını iş üzrə iddiaçı olmayan, 1976-cı il 3 oktyabr tarixdə doğulmuş, qeydiyyat ünvanı Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, ev 136, mənzil 87 ünvanında qeydiyyatda olan İddiaçı (FİN 6VU0T36) münasibətdə qəbul etmişdir. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən əldə edilmiş çıxarışla FİN nömrəsi 6VUOT36 olan İddiaçı vergi ödəyicisi olduğu müəyyən olunur. Lakin, iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən hazırki iş üzrə iddiaçının 1979-cu il 28 dekabr t arixdə doğulmuş, FİN nömrəsi xxxxxxx, qeydiyyat ünvanı Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 241 olan İddiaçı olduğu müəyyən olunur. Habelə, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan və internet vergi idarəsinin rəsmi internet səhifəsindən görünür ki, hazırki iş üzrə İddiaçı vergi ödəyicisi olaraq vergi orqanlarında qeydiyyatdan keçməmiş və onun barəsində vergi məlumatları aşkar edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı vergi orqanlarında qeydiyyatdan keçməyən, FİN nömrəsi xxxxxxx olan İddiaçıdur. Belə olduğu təqdirdə subyektiv tərkib baxımından işin kommersiya mübahisəsi kimi baxılması mümkün deyildir.

8. Gəldiyi nəticəni məhkəmə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkə mələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 10, 11, 12-ci bəndlərinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra –“VM”) 6.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 32.7-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir:... 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan mü əssisə və təşkilatlardan başqa);...”

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 saylı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:... 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər bir i müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü ki mi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tə rəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əla qədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırki iş baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir.

13. Öncə qeyd olunmalıdır ki, MPM-in 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

14. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, h əmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

15. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

16. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

17. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Rayon məhkəməsinin qərardadında hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması qeyd edilsə də, işdə iştirak edən şəxslərin subyektiv tərkibi tam müəyyənləşdirilməmişdir.

18. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmiş şəxs İddiaçı (FİN xxxxxxx) olmuşdur. Məhkəmə aidiyyatı ilə bağlı məsələni həll edərkən aşağı instansiya məhkəməsi iddiaçı və cavabdehin fərdi sahibkar statusuna, iddiaçının VÖEN **********, cavabdehin isə VÖEN ********** malik olmaları ilə əsaslandırmış, lakin iddiaçının qeyd edilmiş VÖEN nömrəsi üzrə fərdi sahibkar statusuna malik olmasının ona aid olan fərdi məlumatları ilə üst üstə düşüb-düşməməsi faktını tam araşdırmamı şdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən, hazırkı iş üzrə iddiaçı 1979-cu il 28 dekabr tarixdə doğulmuş, qeydiyyat ünvanı Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 241, FİN nömrəsi xxxxxxx olan İddiaçıdur. Halbuki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan və internet vergi idarəsinin rəsmi internet səhifəsindən görünür ki, hazırki iş üzrə İddiaçı vergi ödəyicisi olaraq vergi orqanlarında qeydiyyatdan keçməmiş və onun barəsində vergi məlumatları aşkar edilməmişdir. VÖEN ********** isə ad, soyad, ata adı ilə eynilik təşkil edən başqa şəxsə 1976-cı il 3 oktyabr tarixdə doğulmuş, Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, ev 136, mənzil 87 ünvanında qeydiyyatda duran və şəxsiyyət vəsiqəsinin FİN nömrəsi 6VU0T36 olan İddiaçı məxsusdur. Belə olan təqdirdə subyektiv tərkibə rəğ mən işin kommersiya mübahisəsi kimi baxılması mümkün deyildir və Salyan Rayon məhkəməsinin mövqeyi məqbul sayıla bilməz.

19. Qeyd olunmalıdır ki, sahibkarlıq fəaliyyəti sahəsində münasibətlər “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmişdir. Qanunun sahibkarlıq subyektlərinin dairəsini müəyyən edən 3-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı da sahibkarlıqla məşğul ola bilər. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şə xs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. VM-in 16.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır.

20. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə VM-in 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir.

21. Hazırki iş üzrə iddiaçının VÖEN-ə malik olması müəyyən edilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrı lıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

22. Həmin qərarın 11-ci bəndində göstərilir ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır.

23. Qarışıq məhkəmə tərkibi həmçinin onu qeyd edir ki, iddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 (hazırkı işdə cavabdehlər) cavabdeh İddiaçı qarşı pul və s. tələbi ilə bağlı iş üzrə məhkəmə aidiyyəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 13 aprel tarixli qərarı ilə cavabdeh İddiaçı şikayəti təmin edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. X4 Məhkəməsi 2022-ci il 18 may tarixli qərardadı ilə iddiaçı Cavabdeh (müstəqil tələb irəli sürən üçüncü şəxs X3) iddia ərizələri MPM-in 150, 152, 149-cu maddələrinə istinad edilməklə geri qaytarılmış və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onların ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında isə göstərilən iş üzrə onların tərəfindən Şirvan Kommersiya Məhkəməsinə yenidən müraciət edilməsi ilə bağlı hər hansı bir məhkəmə aktı mövcud deyildir. Bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 13 aprel tarixli qərarı hazırki iş üzrə hər hansı prosessual hüquqi əhəmiyyət kəsb etmir və nəticə yaratmır.

24. Həmin Məcəllənin 32.7-ci maddəsinə ə sasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə hesab edir ki, göstərilən halları dəqiq müəyyənləşdirmədən hazırki işə kommersiya məhkəməsində baxıla bilməz.

26. MPM-in 403-1.9.2-ci maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi i ddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.

27. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda göstərilən xüsusatların aydınlaşdırılması üçün MPM-nin 403-1.9.2-ci maddəsinin tələbi baxımından iş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə, yəni Salyan Rayon Məhkəməsinə göndərilməlidir.

28. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 25, 26, 32.7, 403-1.6, 403-1.7-ci maddələrini rəhbər tutaraq. Q ə r a r a a l d ı:

29. İddiaçı Cavabdeh, X2 qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar