Məhkəmə qərarları › İş №2-2(102)-97/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-97/2022

09.02.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-97/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı X2 Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər 09.02.2022 Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 avqust tarixli, 2-2(103)-781/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 02.02.2017-ci il tarixli, ******* saylı akta görə, **********0075 kodlu abonentə aid sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni rezin boru ilə əlavə xətt çəkilməsi aşkar olunmuş, dəymiş ziyan hesablanmışdır. 2. 28.02.2017-ci il tarixli İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə akta görə, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sərfiyyatın 302140 kub metr olduğu müəyyən edilmişdir. 3. 19.11.2018-ci il tarixli, ******* saylı akta görə, **********0075 kodlu abonentə aid sayğaca baxış keçirilən zaman sayğacın minimal sərfiyyatda 100 faiz xəta ilə işləməsi, xətaların normaya uyğun olmaması müəyyən edilmişdir. 4. 30.11.2018-ci il tarixli İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə akta görə, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sərfiyyatın 1200 kub metr olduğu müəyyən edilmişdir. 5. 29.11.2019-ci il tarixli, ******* saylı akta görə, **********0075 kodlu abonentə aid sayğaca baxış keçirilən zaman təzyiq nəticəsində sayğacın gövdəsinin şişməsi, hesablayıcı mexanizmə keçən qazın sərfini qeydə almaması müəyyən edilmişdir. 6. 29.11.2019-cu il tarixli İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə akta görə, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sərfiyyatın 10584 kub metr olduğu müəyyən edilmişdir. 7. 23**********0075 nömrəli abonent saldosuna görə, 2017-ci il fevral ayında akt əsasında 6.048 manat, 2018-ci il dekabr ayında akt üzrə 240 manat, 2019-cu il noyabr ayında akt üzrə 2.116,80 manat borc müəəyyən olunmuşdur. 8. 10.12.2018-ci il tarixli, 018876 saylı akta görə, 23**********093 kodlu abonentə aid sayğaca baxış keçirilən zaman abonentə məxsus istixanada qeyri-qanuni qazdan istifadə etməsi aşkar olunmuş, dəymiş ziyan hesablanmışdır. - 28.02.2018-ci il tarixli İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə aktdan görünür ki, 018876 saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sərfiyyatın 89072 kub metr olduğu müəyyən edilmişdir. 9. 29.03.2019-cu il tarixli, ******* saylı akta görə, 23**********093 kodlu abonentə aid sayğaca baxış keçirilən zaman abonentə məxsus istixanada quraşdırılan cihazların sayğac sərfiyyatına uyğun olmaması,sayğacın saatlıq sərfinin 25 kub metri aşaması aşkar olunmuş, dəymiş ziyan hesablanmışdır. 10. 30.03.2019-cu il tarixli İtirilmiş təbii qazın dəyərinin hesablanm ası barədə akta görə, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sərfiyyatın 24300 kub metr olduğu müəyyən edilmişdir. 11. 23**********093 kodlu abonent saldosuna görə, abonentə 2016-cı il yanvar ayında akt əsasında 2.880 manat, 2018-ci il dekabr ayında akt üzrə 14.579 manat, 2019-cu il mart ayında akt üzrə 4.860 manat borc müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı X3 (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02.02.2017-cu il tarixli, ******* nömrəli və 19.11.2018-cu il tarixli 0185900, 10.12.2018-cu il tarixli ******* nömrəli və 29.03.2019-cu il tarixli ******* saylı aktlar əsasında hesabladığı 28.962,4 (iyirmi səkkiz min doqquz yüz altmış iki manat 40 qəpik) manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ********** saylı VÖEN əsasında Salyan rayonu, Qaraçala kəndində yerləşən istilikxanalarda 23**********075 və 23**********093 abonent kodu əsasında qazdan istifadə edir. 2017, 2018, 2019-cu il tarixdə Cavabdeh Salyan RQİİ-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı olmadan aktlar tərtib etmişlər. Cavabdeh İB Salyan RQİİ-si tərəfindən yazılmış akta əsasən 28.962,4 (iyirmi səkkiz min doqquz yüz altmış iki manat 40 qəpik) manat borc hesablanmışdır. O, Salyan rayonu, Qaraçala kəndində istixanalar quraşdırmış və tərəvəz yetişdirilməsi ilə məşğul olur. İstixanalarda qaz sayğacı ilə qazdan istifadə edir. İstifa də etdiyi qazın dəyərini tam olaraq ödəmişdir. Cavabdehin işçiləri istixana mövsümü başladıqda müraciəti əsasında istixananın qaz təsərrüfatına baxış keçirdilər və heç bir kənarlaşma olmadığı üçün istixanaya qaz verdilər. Qaz idarəsinin işçiləri mütəmadi olaraq günün istənilən vaxtı və gecə saatlarında istixanaya baxış keçirərkən istixanada sayğacla qazdan istifadə etdiyini, heç bir nöqsan olmadığını görmüşlər. Cavabdehin nümayəndələri tərəfindən yazılmış 02.02.2017-cu il tarixli ******* nömrəli və 19.11.2018-cu il tarixli 0185900, 10.12.2018-cu il tarixli ******* nömrəli və 29.03.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara görə hesablanmış cərimə tamamilə qanunsuzdur. Qaz sayğacı iddiaçının həyətində deyil, küçədə quraşdırılmış heç bir örtük qutu ilə təmin edilməmişdir. Cavabdehin istənilən vaxt sayğacın işləmə prinsipinə nəzarət etmək imkanı var. İddiaçı daimi istixanalarda qazdan istifadə etmişdir. Əgər istixanaların layihəsində cihazlarında hər hansı qanunsuzluq var idisə, qazın verilməsinə icazə verilməzdi.

14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, e-2-2(113)-766/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh tərəfindən 28.02.2017-ci il tarixli ******* saylı akt üzrə 6.048 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt üzrə 240 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt üzrə 2116,80 manat, cəmi – 8.404,80 manat borc 23**********075 nömrəli abonent hesabından; 31.12.2018-ci il tarixli ******* saylı akt üzrə 14.579,60 manat, 31.03.2019-cu il tarixli ******* saylı akt üzrə 4.860 man at, 2016-cı ilin yanvar ayında iddiaçının hesabına əlavə edilmiş 2.880 manat cəmi – 22.319,60 manat borc 23**********093 nömrəli abonent hesabından silinməsi qət edilmişdir (hakim – A.Əliyeva).

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

16. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alındığından, beləliklə, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan, onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

18. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ““Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun”) 3.2-ci, 31.2, 31.2.3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.9-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 avqust tarixli, 2-2(103)-781/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), A.S.Hüseynov və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, e-2-2(113)-766/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qaz təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları Ədliyyə Nazirliyinə verməmiş, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır.

22. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi isə onu göstərir ki, o, nə cavabdehin sözügedən yoxlamaları, nə də ki, bu yoxlamalar nəticəsində tərtib etdiyi aktla razıdı r və onun (nümayəndəsinin) hər hansı aktı imzalaması etiraf kimi qəbul edilə bilməz (bax yuxarıda § 15).

23. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun”un 2.1, 2.3, 3.1, 13.1, 13.2, 13.3, 13.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilmə sini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh tərəfindən iddiaçıya məxsus istixanada heç bir yoxlama keçirilməmişdir. Küçə qaz xəttlərinə və sayğaclara baxış keçirilən zaman iddiaçıya məxsus istixanada sayğacdan kənar xətt, qaz sayğacının işləməməsi, qaz cihazlarının saatlıq qaz sərfinin qaz sayğacının saatlıq qaz sərfindən artıq olması müəyyən edilmiş və akt tərtib edilərək dəymiş ziyan hesablanmışdır.

26. Məhkəmə əsassız olaraq aşkar olunmuş sayğacdan kənar qazdan istifadəni, qaz sayğacının çıxarılmasını yoxlama kimi qiymətləndirmiş, cavabdehin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin cavabdeh tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir.

27. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 33. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrini n sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir”. “Maddə

3. Yoxlamaların qanuniliyi 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktla rı ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”.

34. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, m üşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur”.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. X1 Şəbəkəyə Qoşulması, İstismara Qəbulu və İstismarı 2.10. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlən məsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 avqust tarixli, 2-2(103)-781/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

37. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik y oxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir.

38. Cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etmədiyindən, həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qayda da müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

39. Cavabdeh kassasiya şikayətində iddiaçıya məxsus istixanaya məhz onun təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyətini yoxlamaq məqsədi ilə getdiyini inkar etmir və buna görə də bu yoxlama qanunvericiliyin istinad olunan tələblərinə əsasən yalnız rəsmi reyestrdə qeydiyyatdan keçdikdən sonra həyata keçirilə bilərdi.

40. Digər tərəfdən, iddiaçıya məxsus istixanaya təbii qazın uçotu və TQİQ-na riayət olunmasına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə tə sdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.

41. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin tərəfindən aparılmış yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etmədiyini, iddiaçıya məxsus istixanaya təbii qazın uçotu və TQİQ-na riayət olunmasına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsinin məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sah ibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamalara aid edildiyini, belə yoxlamaların isə hüquqi nəticəsinin olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

42. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 avqust tarixli, 2-2(103)-781/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respubli kası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

44. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 avqust tarixli, 2-2(103)-781/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar