Məhkəmə qərarları › İş №2-2(103)-102/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-102/2020

06.02.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-102/2020 06.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), X2, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürova Ləman Ceyhun qızının iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı «borcun silinməsi tələbinə dair» iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-699/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxara M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə («İB») qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 5.126,40 manat borcun silinməsi və ödənilmiş 30 manat dövlət rusumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçılara məxsus, Bakı şəhəri, Novxanı kəndində yerləşən «Ulduzlar bağı» restoranında (VÖEN **********) iddiaçıların iştirakı olmadan qaz sayğacına baxış keçirərək, yenisi ilə əvəz etmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istimara qəbulu haqqında» xx.xx.2018-ci il tarixli aktına əsasən sayğaca labortoriyada texniki baxış keçirilmiş, bu zaman kənar müdaxilə aşkar aşkar edilməmiş, normaya uyğun və batareya tələb olunduğu müəyyən edilmiş, Lakin sonradan əsassız olaraq cavabdehin əməkdaşları tərəfindən qaz borusuna kənar müdaxilə olunması barədə xx.xx.2019-cu il tarixli ******* №li akt tərtib edilmiş və bu barədə bildiriş göndərilərək 18% ƏDV daxil 5126,40 manat cərimə hesablanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmiş və bununla bağlı «Təbii qazdan istifadə qaydaların pozulması haqqında» aktlar tərtib edilmiş və dəymiş 5.126,40 manat ziyan hesablanmış, həmin aktı cavabdehin nümayəndəsi imzalamaqdan imtina etmişdir. Məhkəmənin «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanununa istinadən yoxlama vahid məlumat reyestrində qeydə alınmadığında hüquqi nəticəsi olmadığı barədə gəldiyi nəticə əsassızdır. Çünki, obyektdə yoxlama aparılmamış, sadəcə qaz xəttinə baxış keçirilmiş, aşkar olunmuş faktlar aktlaşdırılmışdır. Qanunun 2.1ci maddəsində qeyd olunur ki, yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərəinə bu qanunu tətbiq olunur. Məlum olduğu kimi, tərəflərindən sahibkarlıq fəaliyətinin həyata keçirilən obyektə daxil olmamışdır. Cavabdeh mülki prosessual qanunvericilyiin normalarına (MPM-in 77.1, 335-ci maddələrinə) istinadən hesab edir ki, şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 184,2 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarınına əsasən müəyyən olunur ki, iddiaçıların Bakı şəhəri, Novxanı kəndində yerləşən «Ulduzlar bağı» restoranının icarəçiləri (23-cü vərəq)olduğu, həmin obyektdə təbii qazın alqı-satqısı barədə müqavilə (№0773) əsasında orada quraşdırılmış G-16 markalı qaz sayğacının göstəricilərinə görə istehlak etdiyi işin mübahisələndirilməyən halıdır (nə icarə münqaviləsiəlavə olunmuşdur). İşin mübahisələndirilən halı isə iş materiallarının 24-34-cü vərəqlərinə əsasən müəyyən olunan hallarından isə görünür ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə (saat 15:00-da)istehlaçıya məxsus sözügedən qeyri-yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanımış və xx.xx.2019-cu il tarixdə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li akt tərtib edilmişdir. Həmin aktda iddiaçının nümayəndəsinin aktı imzalamaqdan «imtina» etməsi barədə qeyd olsa da, həmin nümayəndənin onun kimliyi barədə heç bir qeyd mövcud deyil. Aktda baxış keçirilən zaman «sayğacdan rezin şlanqla birləşmə aşkar olunduğu» qeydi təsbit olunmuşdur. Eyni zamanda, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* №-li xx xxxxxx 2018-ci il tarixli aktda təsbit olunur ki, qaz xəttində qaynaq vasitəsi ilə qaynaqlandığı üçün sayğac quraşdırıldıqdan sonra yoxlamaq mümkün olmadı. Nümayəndəyə arayış təqdim olundu. İşlənən material Araqatı 50 mm- 1 əd. məftil 2 metr, Bolt 16x40 8 əd» (Akt iddiaçıların (nümayəndələrinin iştirakı olmadan tərtib olunmuşdur). Həmçinin cavabdehin əməkdaşları tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə tərtib olunmuş «Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında» digər bir aktda isə qeyd olunur ki, xx.xx.2018-ci il tarixində xətdən çıxarılmış sayğaca laboratoriyada baxış keçirilərkən sızma müəyyən olunmamış, temperatur və təzyiq çeviricilərinin və xətaların norma normal olduğu aşkar olunmuşdur (Akt iddiaçıların iştirakı olmadan tərtib olunmuşdur). Beləliklə yoxlamanın nəticəsi olaraq tərtib olunmuş xx.xx.2019-cu il tarixli hesab fakturaya əsasən cavabdeh tərəfindən iddiaçılara məxsus qeyri-yaşayış sahəsi («Ulduzlar bağı» restoranı) üçün, həmin tarixə 18%ƏDV daxil 5.126,40 manat məbləğində əlavə sərfiyyat hesablanmış və ödənilməsi tələb olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tədqiq olunan aktların nəticəsi olaraq iddiaçıdan ödənilməsi tələb olunan həmin məbləğ əsassızdır. Birincisi ona görə ki, həmin aktlar iddiaçların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan birtərəfli qaydada tərtib olunmuşdur. İkincisi, tədqiq olunan aktlardan göründüyü kimi, onlarda təsbit olunan faktlar birbirinə uyğun gəlmir və ziddiyyətlidir. Belə ki, xx.xx.2018-ci tarixli aktda çıxarılmış sayğac yoxlanılarkən hər normaya uyğun olduğu qeyd olunduğu halda, cavabdeh tərəfindən iddiaçıya 5126,40 manat əlavə sərfiyyat hesablanmısı başa düşülən deyil. Üçüncüsü, iddiaçının işdə olan abonent hesab vərəqindən görünür ki, 2018-ci ildə qaz sərfinin məbləği (aylıq sərf 212-495 manat civarında olmaqla) 1.641,40 manat təşkil etmiş, faktiki olaraq iddiaçı tərəfindən 1771 manat ödəniş edilmişdir (müqayisə üçün:2016cı ildə sərfiyyat 1535,40 manat, ödəniş 1591 manat təşkil etmişdir). Göründüyü kimi, yoxlamanın nəticələrinə görə üç dəfədən də çox iddiaçıya sərfiyyat hesablanmışdır. Dördüncü bir tərəfdən, AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il, 80 №-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmsına görə cavabdehliyi qaz paylayıcısı, yəni, konkret halda, cavabdeh özü daşıyır. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıların hüquqa zidd hərəkətlərinin mövcüdluğu sübuta yetirilmir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbindən isə görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, yalnız təqsirli, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki məsuliyyət yaradır. Bu baxımından iddiaçıların təqsirli hüquqa zidd hərəkətinin mövcudluğu müəyyən olunmadığı halda onları mülki məsuliyyəti istisna olunur. Məcəllənin 1097.1-ci maddəsindən isə görünür ki, məhz mülki hüquq pozuntusu törətmiş şəxs vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bundan əlavə, tədqiq olunan aktlardan göründüyü kimi, cavabdehin əməkdaşları tərəfindən istehlaçıya məxsus obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanımış və obyektdə quraşdırılmış qaz sayğacına texniki baxış keçirilmişdir. «Qazdan istifadə Qaydalarının» 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, qaz təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh İB - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçılara məxsus obyektdə təbii qazın uçotu və təbii qazdan istiafadə qaydalaına (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı aparılan baxış – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirə bilərdi. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan tələblərə riayət olunmamış, baxış əvvəlcədən Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Belə olan halda, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq bu cür baxışın hüquqi nəticələri ola bilməz, əhəmiyyətsizdir. Beləliklə də qeyd olunanlar birmənalı onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunması və hesablanmış 5.126,40 manat borcun silinməsinin qət olunması - işin hallarına, maddi hüquq normalarına uyğun olan nəticədir. Bu mənada, cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-699/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən vəMPM-in 372, 382, 384, 392 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-699/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar