Məhkəmə qərarları › İş №2-2(103)-1095/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1095/2025

29.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1095/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi) hakimlər X6 (sədrlik edən və məruzəçi), X9 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-3436/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 22 sentyabr 2023 il tarixli № T/22//23-09 saylı müqavilədən görünür ki, bu müqavilənin predmeti, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X4”nda göstərilən malmateriallan (bundan sonra müqavilədə “Mallar” kimi qeyd ediləcəkdir) “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malları qəbul edib, almağı və onun dəyərin ödəməyi öz üzərinə götürür. Malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzalanacaq müqavilənin ayrılmaz tərkib hissəsi olan X1, Elektron Qaiməfakturaya uyğun olaraq müəyyən ediləcəkdir. Tərəflər razılaşırlar ki, Alıcının adı tərəflər arasındakı hesablaşma sənədlərində və ya yazışmalarda, habelə Satıcının əməliyyat bazasında şərti Cavabdeh MMC kimi qeyd edilə bilər. Müqavilənin 2.1-ci maddəsinə əsasən Malların qiymətləri hər çatdırma partiyasına uyğun tərtib olunmuş “X4”na Elektron Qaimə-Fakturaya, uyğun olaraq müəyyən edilir. Elektron Qaimə fakturanın, Qaimə- Fakturanın Alıcı tərəfindən imzalandığı tarix malların təhvil verildiyi tarix hesab edilir. Müqavilənin 2.3-cü maddəsinə əsasən “Alıcı” və “Satıcı” arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X3’nda, Elektron Qaimə-fakturalarda, Qaimə-Fakturalarda göstərilən qaydada və formada lakin malların təqdim edildiyi tarixdən ən geci 15 (on beş) iş günü ərzində nağd və ya Tərəflərin razılaşmasına əsasən bank ödənişi yolu ilə həyata keçirilməlidir. Ödənişlər Azərbaycan manatı ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə ödənilməlidir. Müqavilənin 6.2-ci bəndinə əsasən, X22 Dəyərini vaxtında ödəməzsə, Satıcı gecikdirilmiş məbləğin hər günü üçün 0.2% dəbbə (cərimə) pulunu Alıcıdan tələb etmək haqqı vardır və cərimə məbləği malların ümumi dəyərinin 30% dən artıq olmamalıdır.

2. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin 28080,46 manat (ƏDV daxil) əsas borcu və və maliyyə arayışının tərtib edildiyi tarixə kimi 7093,13 manat cərimə borcu yaranmış və gecikmə günləri Aktın tarixindən 15 gün sonrakı tarixdən başlayaraq bu günədək hesablanmışdır.

3. xx.xx.2024-cü il tarixli TL № 0300824/20 Təhvil-Təhslim Sənədi üzrə İddiaçı MMC tərəfindən ümumi dəyəri 1963,50 manat olan 55 ədəd Samarskiy praymer bitum 15kq, ümumi dəyəri 3135,60 olan 201 ədəd Stekloızol - XPP 2.1 9 m, ümumi dəyəri 6522,10 olan 346 ədəd Tol-Stekloizol XPP 2.5 avadanlıqlar "X8" MMC təhvil verilmişdir.

4. T/22//23-09 nömrəli xx/xx/2023 ci il tarixli X7 20 X2 əsasən 55 ədəd (1 ədədin qiyməti 35,7) Samarskiy praymer bitum 15kq, 201 ədəd (1 ədədin qiyməti 15,6 manat) Stekloızol - XPP 2.1 9 m, 346 ədəd (1 ədədin qiyməti 18,85 manat) Tol-Stekloızol XPP 2.5, ümumilikdə 13713,021 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. MT2408 seriyalı, 11925672 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 13713,021 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir.

5. xx.xx.2024-cü il tarixli TL № 0260724/18 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC MC tərəfindən ümumi dəyəri 800 manat olan 1000 ədəd Mutlusan 001 020 151025 00 17 Q25 X27 X23 (Boz) avadanlıq, ümumi dəyəri 350 manat olan 500 ədəd Mutlusan 001 020 151020 00 17 Q20 X27 X23 (Boz) Avadanliqlar "X8" MMC təhvil verilmişdir.

6. T/22//23-09 nömrəli xx/xx/2023 ci il tarixli X7 18 X2 əsasən Mutlusan 001 020 151025 00 17 Q25 X27 X23 (Boz) 1000 ədəd (1ədədin qiyməti 0,80 manat olmaqla), Mutlusan 001020 **********Q20 X27 X23 (Boz) 500 ədəd (1 ədədin qiyməti 0,70 manat olmaqla) ümumilikdə 1357 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır.

7. MT2407 seriyalı, 11778306 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1357 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir.

8. xx.xx.2024-cü il tarixli TL № 0290824/19 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC MC tərəfindən ümumi dəyəri 3776 manat olan 5000 ədəd Mutlusan 001 020 151020 00 17 Q20 X27 X24 (Boz) avadanlıqlar "X8" MMC təhvil verilmişdir.

9. T/22//23-09 nömrəli xx/xx/2023 ci il tarixli X7 19 X2 əsasən Mutlusan 001 020 151020 00 17 Q20 X27 X24 (Boz) 5000 ədəd (1 ədədin qiyməti 0,64 manat olmaqla) 3 776 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır.

10. MT2408 seriyalı, 11885443 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3776 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir.

11. xx.xx.2024-cü il tarixli TL № 0050624/15 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC MC tərəfindən ümumi dəyəri 944 manat olan 1 ədəd Lıftturk Transpalet 3000 kg avadanlıq "X8" MMC təhvil verilmişdir.

12. T/22//23-09 nömrəli xx/xx/2023 ci il tarixli X7 15 X2 əsasən Lıftturk Transpalet 3000 kg 1 ədəd (1 ədədin qiyməti 800 manat olmaqla) 944 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. MT2406 seriyalı, 10209513 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 944 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir.

13. xx.xx.2024-cü il tarixli TL № 0260724/17 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 110 manat olan 500 ədəd Ardıc M8 Metal Dubel (Qırmızı Bashlı), ümumi dəyəri 1600 manat olan 2000 m Mutlusan 001 020 151025 00 17 Q25 X27 X23 (Boz), ümumi dəyəri 1050 manat olan 1500m Mutlusan 001 020 151020 00 17 Q20 X27 X23 (Boz Bashlı), ümumi dəyəri 2000 manat olan 640 ədəd Mutlusan 074 048 060025 25mm X18, ümumi dəyəri 2000 manat olan 540 ədəd Mutlusan 074 048 060020 Q20 H Free X18 avadanlıqlar "X8" MMC təhvil verilmişdir.

14. T/22//23-09 nömrəli xx/xx/2023 ci il tarixli X7 17 X2 əsasən Ardıc M8 Metal Dubel (Qırmızı Bashlı) 500 ədəd (1ədədin qiyməti 0,22 manat olmaqla) 110 manat, Mutlusan 001 020 151025 00 17 Q25 X27 X23 (Boz) 2000 m (1 metrin qiyməti 0,8 manat olmaqla) 1600 manat, Mutlusan 001 020 151020 00 17 Q20 X27 X23 (Boz Bashlı) 1500 m (1 metrin qiyməti 0,70 manat olmaqla) 1050 manat, Mutlusan 074 048 060025 25mm X18 2000 ədəd (1 ədədin qiyməti 0,32 manat olmaqla) 640 manat, Mutlusan 074 048 060020 Q20 H Free X18 540 ədəd (1 ədədin qiyməti 0,27 manat olmaqla) 2000 manat, ümumilikdə 4649,20 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır.

15. MT2407 seriyalı 11802259 nömrəli 26 iyul 2024-cü il tarixli elektron qaiməyə əsasən 4649,2 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir.

16. 10.07.2024-cü il tarixli TL № 0100724/16 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 355 manat olan 500 m F25 X19 avadanlıq "X8" MMC təhvil verilmişdir.

17. T/22//23-09 nömrəli xx/xx/2023-cü il tarixli X7 16 X2 əsasən F25 X19 500 m (1 metrin qiyməti 0,71 manat olmaqla) 418,90 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır.

18. MT2407 seriyalı 10786048 nömrəli 10 iyul 2024-cü il tarixli elektron qaiməyə əsasən 418,90 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir.

19. 09.09.2024-cü il tarixli TL № 0090924/21 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 0,75 manat olan 3 ədəd Mutlusan 126 046 130107 X20, ümumi dəyəri 0,75 manat olan 3 ədəd Mutlusan 001 051 030018 0017 Q 18-20 X12, ümumi dəyəri 1,20 manat olan 3 ədəd Mutlusan 001 051 010020 00 17 20mm, ümumi dəyəri 71 manat olan 100 m Mutlusan 001 165 506020 00 12 Q20 X16 Boru 320n, ümumi dəyəri 4,86 manat olan 6 m Mutlusan 001 045 120020 30 17 Q20 X26 Duz Boru 3m, ümumi dəyəri 2,64 manat olan 3 ədəd Mutlusan 999889 20lik Alev İ Yaymayan T Dirsek avadanlıqlar "X8" MMC-yə təhvil verilmişdir.

20. T/22//23-09 nömrəli xx/xx/2023-cü il tarixli X7 21 X2 əsasən Mutlusan 126 046 130107 X20 3 ədəd (1 ədədin qiyməti 0,25 manat olmaqla) 0,75 manat, Mutlusan 001 051 030018 0017 Q 18-20 X12 3 ədəd (1 ədədin qiyməti 0,25 manat olmaqla) 0,75 manat, Mutlusan 001 051 010020 00 17 20mm 3 ədəd (1 ədədin qiyməti 0,40 manat olmaqla) 1,20 manat, Mutlusan 001 165 506020 00 12 Q20 X16 Boru 320n 100 m (1 metrin qiyməti 0,71 manat olmaqla) 71 manat, Mutlusan 001 045 120020 30 17 Q20 X26 Duz Boru3M 6 m (1 metrin qiyməti 0,81 manat olmaqla) 4,86 manat, Mutlusan 999889 20lik Alev İ Yaymayan T Dirsek 3 ədəd (1 ədədin qiyməti 0,88 manat olmaqla) 2,64 manat, ümumilikdə 95,82 (ƏDV daxil) məbləğində razılaşdırılmışdır.

21. MT2409 seriyalı 10543547 nömrəli 09 Sentyabr 2024-cü il tarixli elektron qaiməyə əsasən 95,82 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli TL № 0310124/13 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 906,80 manat olan 1000 metr Erse Cat 6 F/Utp 4x2x23 Awg Erlıne - X13 avadanlıq "X8" MMC-yə təhvil verilmişdir.

22. T/22//23-09 nömrəli xx/xx/2023-cü il tarixli Alqı X11 13 X1 əsasən Erse Cat 6 F/Utp 4x2x23 Awg Erlıne - X13 1000 metr (1 metrin qiyməti 0,91 manat olmaqla) 1070,02 (ƏDV daxil) məbləğində razılaşdırılmışdır.

23. EBDX seriyalı 946767 nömrəli 31 yanvar 2024-cü il tarixli elektron qaiməyə əsasən 1070,02 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir.

24. 26.01.2024-cü il tarixli TL № 0260124/11 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 48 manat olan 80 ədəd Ardic 40 X29 Elemani,ümumi dəyəri 453,40 manat olan 500 m Erse Cat 6 F/Utp 4x2x23 Awg Erline - X15, ümumi dəyəri 124,80 manat olan 40 ədəd Bem 60-805 (0531-0003) 120x120x70mm 8girisli S/U «Are Buat, ümumi dəyəri 161,10 manat olan 18m Ardic 300/50 X21, ümumi dəyəri 53,40 manat olan 6 ədəd 300 X28 Kanali Ucun 90°Donus, ümumi dəyəri 126,60 manat olan 12 m 300/40 X28 Kanali avadanlıqlar "X8" MMC-yə təhvil verilmişdir.

25. T/22//23-09 nömrəli xx/xx/2023-cü il tarixli X7 11 X1 əsasən Ardic 40 X29 Elemani 48 ədəd (1 ədədin qiyməti 0,60 manat olmaqla) 48 manat, Erse Cat 6 F/Utp 4x2x23 Awg Erlıne - X13 500 m (1 metrin 0,91 manat olmaqla) 453,40 manat, Bem 60- 805 (0531-0003) 120x120x70mm 8girisli S/U «Are Buat 40 ədəd (1 ədədin qiyməti 3,12 manat olmaqla) 124,80 manat Ardic 300/50 X21 18m (1 metrin qiyməti 8,95 manat olmaqla) 161,10 manat 300 X28 Kanali Ucun 90°Donus 6 ədəd (1 ədədin qiyməti 8,90 manat olmaqla) 53,40 manat 300/40 X28 Kanali 12 m (1 metrin qiyməti 10, 55 manat olmaqla) 126,60 manat, ümumilikdə 1141,41 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır.

26. EBDX seriyalı 619724 nömrəli 26 yanvar 2024-cü il tarixli elektron qaiməyə əsasən 1141,41 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir.

27. 26.01.2024-cü il tarixli TL № 0260124/12 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 412,50 manat olan 15 ədəd Stekloizol TKP 10 m, ümumi dəyəri 363 manat olan 15 ədəd Bikrost TPP 10m avadanlıqlar "X8" MMC-yə təhvil verilmişdir.

28. T/22//23-09 nömrəli xx/xx/2023-cü il tarixli X7 12 X1 əsasən Stekloizol TKP 10 m 15 ədəd (1 ədədin qiyməti 27,50 manat olmaqla) 412,50 manat, Bikrost TPP 10m 15 ədəd (1 ədədin qiyməti 24,20 manat olmaqla) 363 manat, ümumilikdə 915,09 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır.

29. EBDX seriyalı 623017 nömrəli 26 yanvar 2024-cü il tarixli elektron qaiməyə əsasən 915,09 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir.

30. xx.xx.2025-ci il tarixli MV10e901 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabından Vəkil1 "xxxx" ASC-də olan hesabına 1150 manat məbləğində pul vəsaiti köçürülmüşdür (ödənişin təyinatı kimi 07 aprel 2025 tarixli Ne003 2025 sayli muqavile, Hesab Faktura 003. tarix xx.xx.2025 E qaime MT**********54 göstərilib)

31. 08.04.2025-ci il tarixli MVxnohX1 nömrəli ödəniş tapşırığına əsasən “Termoleader" MMC-nin "xxxx" ASC-də olan bank hesabından X5 hesabına 195,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

32. 08.04.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 1,60 manat dövlət rüsumu ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

33. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 28080,46 manat əsas borcun, müqavilə şərtlərinə uyğun xx.xx.2025-ci il tarixə hesablanmış 7093,13 manat dəbbə məbləğin, hüquqi yardıma görə ödənilmiş 1150 manat və ödənilmiş 196 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 sentyabr 2023 il tarixli № T/22//23-09 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə təmir-tikinti işlərinə aid mal-materialların satışı və cavabdeh tərəfindən də onların dəyərinin ödənilməsi razılaşdırılmışdır. Müqavilə iddiaçı tərəfindən tam icra edilərək ƏDV daxil 28080,46 manat dəyərində mal-material təchiz edilmişdir. Həmin məbləğin əsas hissəsi 23797 manat, ƏDV hissəsi isə 4283,46 manat təşkil etmişdir. İddiaçı tərəfindən tam icra edildiyi halda, cavabdeh əqd üzrə öhdəliyini icra etməmişdir. Halbuki, müqavilənin 2.3-cü bəndinə əsasən təqdim edilmiş mallara görə 15 gündən gec olmayaraq ödəniş edilməliydi. Bu günə həmin müqavilə üzrə cavabdeh tərəfin 28080,46 manat borcu qalmaqdadır. Müqavilənin 6.2 maddəsi ilə razılaşdırılmışdır ki, tərəflərdən biri öhdəliyin icrasının gecikdirilməsinə yol verdikdə icra edilməmiş öhdəliyin hər gecikmə gününə 0,2% faizi miqdarında dəbbə (cərimə) ödənilməlidir və bu məbləğ icra edilməmiş öhdəliyin 30%-dən çox olmamalıdır.

35. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3436/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdеh Cavabdeh MMC-dən 28080 (iyirmi səkkiz min səksən) manat, 46 (qırx altı) qəpik əsas borc, 1404 (min dörd yüz dörd) manat dəbbə pulu, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1150 (min yüz əlli) manat məbləğ və ödənilmiş dövlət rüsumunun 178 (yüz yetmiş səkkiz) manat 46 (qırx altı) qəpiyin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

36. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları və elektron qaimələr) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır.

37. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı avadanlıqların cəmi dəyəri olan 23797 manat və 4283,46 manat ƏDV pul məbləğlərini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 28080,46 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 22 sentybar 2023-cü il tarixli alqısatqı müqaviləsi üzrə 1404 manat müəyyən olunmalıdır.

39. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş 196,90 manat dövlət rüsumunun 178,46 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

40. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385.1, 445.1, 462.1, 465.2, 467, 567, 600.1, 600.4, 627.1, 630.1, 631.1, 637.2-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

41. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3436/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin iddia tələbinin təmin olduğu hissədə ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

42. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərə qiymət verməklə qətnamə qəbul etmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilən malların dəyərinin qismən ödənilməsinin başlıca səbəbi təqdim edilmiş malların müqavilədə qeyd edildiyi kimi lazımi keyfiyyətdə olamaması olmuşdur. Belə ki, cavabdeh təhvil-təslim aktını təsdiq etməsinə baxmayaraq sonradan təqdim edilən mallarda bir sıra qüsurların olduğu müəyyən edilmiş və buna görə də malların dəyəri tam şəkildə ödənilməmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə lazımi keyfiyyətdə malın təqdim edilməsini öz üzərinə öhdəlik kimi götürsə də lakin bu öhdəliyinə əməl etməmişdir. Belə ki, qeyd etdiyimiz bu hal iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 3-cü bəndində öz əksini tapmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satılan malların keyfiyyəti onların uyğunluq sertifikatında qeyd edilən texniki göstəricilərə uyğun gəlmləlidir. Həmçnini adıçəkilən müqavilənin 3.2-ci bəndinə əsasən malların keyfiyyəti müqavilənin şərtlərinə əsasən beynəlxalq standart və normalara uyğun olmalıdır. Satıcı təqdim etdiyi malların keyfiyyətinə görə bu müqavilə ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçı tərəfindən təqdim edilmiş mallardakı qüsurlar ilə bağlı tərəfimizdən dəfələrlə şifahi olaraq məlumat verilməsinə baxmayaraq cavabdeh bu halı təkzib etmişdir. Hətta mala baxış keçirilməsi üçün dəvət edilsələr də onlar baxış keçirməkdən imtina etmişlər. Odur ki, məhkəmə sadalanılan halları araşdırmadan qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

43. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək əsassız olduğunu bildirmiş və onunla əsaslandırmışdır ki, təhvil-təslim aktları mövcuddur. Əgər tərəfimizdən verilən mallarda qüsur aşkar olunmuşdursa cavabdeh bu və ya digər malların alınmasından imtina edərdi. Göndərilən malların hər birinə cavabdeh tərəfindən baxış keçirilmədən alınması heçdə həqiqəti əks elətdirmir. Əgər satılan bu qədər mallarda qüsurların olması açıq gözlə belə görmək mümkün olsaydı bu halda cavabdeh qüsur aktı tərtib edərək rəsmi lisenziyalı labaratoriyanın rəyini əsas götürərək həmin malları geri qaytarmış olardı. Bu barədə iddiaçıya yazılı məlumat verilə bilərdi. Təhvil-təslim aklarına əsasən malların bir çoxu eyni vaxta yox müxtəlif vaxtlarda verilmişdir. Əgər mallar lazımi keyfiyyətdə olmamışdırsa nəyə görə sonradan yeni mallar cavabdeh tərəfindən qəbul edilmişdir. Konkret olaraq qüsurlu mallar barəsində cavabdeh tərəfindən iddiaçıya hər hansı bir rəsmi məlumat verilməmişdir. Müqavilənin 5.6 maddəsində deyilir ki, Malın miqdarı, çeşidi, keyfiyyəti barədə müqavilə şərtləri pozulduqda, Alıcı, həmin pozuntuların aşkar edildiyi, yaxud, malın 5.7 Bu xarakterinə müqavilənin və təyinatına görə aşkar edilməli olduğu vaxtdan etibarən 15 gün müddətində bu barədə Satıcıya xəbər verməlidir. Hər bir halda cavabdeh öz öhdəliyindən boyun qaçırır müqavilə üzrə yaranmış öhdəliyi lazımınca icra etmir. Təhvil-təslim aktları və müqavilə iş materiallarına əlavə olunmuşdur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

43. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili appellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

44. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

48. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

49. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

50. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

51. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

52. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

53. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

54. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

55. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

56. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

57. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

58. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

59. Maddə 581.2. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

60. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

61. Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.

62. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

63. Maddə 598.2. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

64. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

65. Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

72. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

73. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

75. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, cavabdeh qətnaməni iddianın təmin olduğu hissədə mübahisələndirdiyindən qətnamənin qanuni və əsaslığı qismən yoxlanılır. Belə ki, iddiaçı iddianın təmin edilmədiyi hissəsindən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

77. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

78. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

79. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

80. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin mübahisələndirilməyən halıdır.

81. Cavabdeh təqdim edilmiş malların müqavilədə qeyd edildiyi kimi lazımi keyfiyyətdə olmadığnı bildirsə də, bu barədə qarşı tərəfə müraciət etməsi, satılmış malda həqiqətən qüsurların olması və bu qüsurların malda alıcıya təhvil verilənədək yarandığı barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

82. MM-nin 587.2-ci maddəsi ilə alıcıya hüquq verilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Hazırkı halda alıcı müqavilənin icrasından, yəni satılan malın dəyərinin ödənilməsindən imtina etmişdir. Eyni zamanda 588.1-ci maddədə nəzərdə tutulur ki, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

83. Belə olan halda məhkəmə tərəfindən aşağıdakı halların mövcudluğu araşdırılmaqla mübahisəyə hüquqi qiymət verilməlidir: -satılmış malın keyfiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulmuşdurmu; -alıcı malın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmişdirmi.

84. Beləliklə, əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi alıcının üzərinə düşür.

85. Lakin Cavabdeh MMC həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

86. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır.

87. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış məhsullara görə göndərilmiş e-qaimələr üzrə borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 1404 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

88. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci madəsinə əsasən cavabdehə aid edilməlidir.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3436/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar