Məhkəmə qərarları › İş №2-2(103)-1107/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1107/2025

27.11.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1107/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2 Agentliyi” X9) qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə aktiv sərfiyyatın 5 faizi həcmində hesablanmış 130393,41 manat cərimənin silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" ASC-nin Abşeron RETSİ-nin iddiaçıya göndərdiyi xx.xx.2025-ci il tarixli məktubunda xx.xx.2024-cü il tarixə 7636,84 manat, xx.xx.2024-cü il tarixə 10307,68 manat, xx.xx.2024-cü il tarixə 11225,92 manat, xx.xx.2024-cü il tarixə 8367,54 manat, xx.xx.2024-cü il tarixə 5457,9 manat, xx.xx.2024-cü il tarixə 9384,96 manat, xx.xx.2024-cü il tarixə 14081,82 manat, xx.xx.2024-cü il tarixə 2845,08 manat, xx.xx.2024-cü il tarixə 12755,1 manat, xx.xx.2024-cü il tarixə 15235,9 manat, xx.xx.2024-cü il tarixə 6268,68 manat və xx.xx.2025-ci il tarixə 15909,72 manat (cəmi 119 476,60 manat) reaktiv əmsalının qiymət hədləri pozulduğu üçün aktiv sərfiyyatın 5 faizi həcmində cərimə tətbiq edildiyi qeyd olunmuşdur. Daha sonra isə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər reaktiv enerjiyə görə 10916,81 manat əlavə cərimə hesablanmış və bununla bağlı xx.xx.2025-ci il tarixli elektron qaimə göndərilmişdir. Reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə yuxarıda qeyd olunan məbləğlərdə aylıq cərimə əmsallarının hesablanması və istehlakçıdan ödənilməsinin tələb edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2 və 8.36-cı bəndlərinə zidd olduğundan tamamilə əsassızdır. Belə ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Elektrik enerjisindən istifadəyə görə hər ay istehlakçıya təqdim edilən məlumatda (hesabda) istifadə olunmuş aktiv enerji haqqı ilə bərabər, reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə də tətbiq edilmiş cərimə məbləğidə göstərilməklə tələb edilməlidir. Buna baxmayaraq, bu günədək olan hesablaşma dövründə İddiaçı MMC-yə təqdim edilmiş məlumatda (hesabda) yalnız istifadə olunmuş aktiv enerji haqqı barədə məlumatlar əks olunmuş və həmin məlumatlarda reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə də tətbiq edilmiş cərimə məbləği göstərilməmiş və ödənilməsi tələb edilməmişdir. Bu səbəbdən də iddiaçı bu günədək olan hesablaşma dövründə təqdim edilmiş məlumatda (hesabda) hesablanmış Həmçinin Qaydaların 8.36-cı bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında, enerji təchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında hesabat dövründə reaktiv enerjiyə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılır. Reaktiv əmsalın qiymət hədləri pozulduğu üçün aktiv sərfiyyatın 5 faizi həcmində cərimə hesablanarkən Qaydaların 8.36-cı bəndinin tələbləri pozulmuş, enerjitəchizatı müəssisəsinin elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum (saat 8:00-dan 23:00-dək) və minimum (saat 23:00-dan 8:00-dək) yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanının olmasına baxmayaraq, hesablaşmanın qeyd olunan qaydada aparılması təmin edilməmiş, bununla da reaktiv əmsalının qiymət hədləri pozulduğuna görə hesablanmış cərimə məbləği həddən artıq yüksək məbləğdə hesablanmışdır. 2.4. Bundan başqa, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Sumqayıt filialı tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, reaktiv enerjinin kompensasiyası üçün obyektdə quraşdırılmış statik kondesatorlardan ibarət kompensasiya qurğuları enerji sisteminin maksimim yük saatlarında reaktiv güc əmsalının 0,28-0,3 hədlərində saxlanılmasını təmin edir. Göründüyü kimi, maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılaraq yoxlanılması təmin edilmiş olsa idi, o zaman hesablanmış cərimə məbləğləri də yüksək olmazdı.

3. . Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatı aparılaraq yoxlanılması təmin edilmiş olsa, cərimə ancaq minimum yük saatları üzrə aktiv enerjinin 5% həcmində hesablanacaq, nəticədə cərimə məbləği cavabdehin hesabladığı məbləğdən dəfələrlə az olacaqdı. Belə ki, reaktiv enerjinin kompensasiyası üçün obyektdə quraşdırılmış statik kondesatorlardan ibarət kompensasiya qurğuları enerji sisteminin maksimim yük saatlarında reaktiv güc əmsalının 0,28-0,3 hədlərində saxlanılmasını təmin edir. Bu isə “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğundur. Reaktiv güc əmsalının hədləri yalnız minimum yük saatlarında pozulur. Yalnız fevral ayında göndərilən elektron qaimədə cərimə tələb edilmiş, əvvəlki aylar üzrə cərimədən xəbərsiz olmuşlar.

4. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı yoxdur. Həmçinin cavabdeh sayğacın yaddaşını oxumaq üçün xüsusi texniki vasitəyə malik deyildir. Sayğacın adi oxunması imkan vermədiyi halda, minlərlə istehlakçının sayğacını xüsusi cihazla oxumaq mümkün deyildir. Buna görə də Qaydaların tələblərinə uyğun olaraq reaktiv güc əmsalı hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır. Həmçinin iddaçıya hər ay hesab ödəniş vərəqi təqdim edilmişdir.

5. Üçüncü şəxsin nümayəndəsi bildirir ki, iddiaçıya məxsus müəssisəyə baxış zamanı müəyyən olunmuşdur ki, maksimum yük saatlarında reaktiv güc əmsalının normalar daxilində olmasına baxmayaraq, minimum yük saatlarında reaktiv güc əmsalının aktiv güc sərfiyyatından bir neçə dəfə çox olması ümumi nəticədə reaktiv güc əmsalının normadan çox olmasına səbəb olur. Lakin hesablaşmalarda cavabdeh “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərini pozur. Belə ki, hesablaşma elektrik sayğacları ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına imkan verir. Belə olan halda, iddiaçıya yalnız minimum saatlara görə aktiv enerjinin 5% həcmində cərimə hesablanmalıdır. X2 Agentliyi iddiaçıya məxsus sayğacların ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatı məlumatlarını məhkəməyə təqdim edə bilməz. Belə ki, sayğacın yaddaşı xüsusi cihaz vasitəsi ilə oxunmalıdır. Agentlikdə belə bir texniki təminat, cihaz mövcud deyildir. Onlarda olan məlumata əsasən belə cihazlar "xxxx" ASC-də var.

6. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 2024-cü ilin dekabr ayının əvvəlində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron RETSİ tərəfindən İddiaçı MMC-yə verilən şifahi məlumatda Cəmiyyətin “reaktivenerji”yə görə küllimiqdarda borcu olduğu və həmin borcun ödənilməsi bildirilmişdir. İddiaçıMMC istehlak etdiyi elektrik enerjisinin dəyərini Cavabdeh Açıq Səhmdar Cəmiyyətitərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında ödəmiş və 2024-cü ili ərzində Cəmiyyətə təqdim edilmiş bütün qaiməfakturalarda yalnız “aktivenerji” sərfiyyatına görə istifadə edilən elektrik enerjisinin yekunməbləği göstərilmişdir. Bir sözlə 2024-cü il üzrə Cəmiyyətə“reaktiv enerji”yə görə hər hansıelektron qaimə-faktura və ya bildiriş təqdimedilməmişdir. Qeyd olunan halın, yəni elektrin enerjisi sərfinə görə hesablaşmalarda qayda pozuntusuna yol verilməsi və Cəmiyyətə əlavə vəsaitinhesablanması barədə məsələnin araşdırılması üçün xx.xx.2024cü il tarixliməktubla AzərbaycanRespublikasınınEnergetika Nazirliyinə müraciətedilmişdir. Həminmüraciətimiz Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyinin Sumqayıt Filialında araşdırılımış və müraciətimizin nəticəsibarədə Cəmiyyətə xx.xx.2024cü il tarixli məktub ünvanlanmışdır. Qeyd olunan məktubda aparılan araşdırma zamanı 2024-cü ilin fevral ayından başlayaraq hər hesablaşma dövründə reaktiv güc əmsalının 0,35-dən yuxarı olması müəyyən edilərək sahibkarlıq obyektinə elektrik enerjisi sərfinə görə hesablaşmalarda 5% cərimə tətbiq edildiyinin müəyyən edildiyi qeyd olunmuşdur. Həmçinin sözügedən məktubda qeyd olunmuşdur ki, araşdırma zamanı reaktiv enerjinin kompensasiyası üçün obyektdə quraşdırılmış statik kondesatorlardan ibarət kompensasiya qurğuları enerji sistemin maksimum yük saatlarında reaktiv güc əmsalının 0,28-0,3 hədlərində saxlanılmasını təmin etdiyi, buna baxmayaraq minimum saatlarda istehsalatda elektrik avadanlıqlarının və reaktiv enerjinin kompensasıyası üçün nəzərdə tutulmuş qurğuların iş rejiminin düzgün tənzimlənməməsi nəticəsində reaktiv enerji sərfi artır və ümumi nəticədə reaktiv güc əmsalının buraxıla bilən hədddən yuxarı olmasına gətirib çıxarır. Bundan sonra tərəfimizdən 2024-cü ilin bütün hesablaşma dövrü üzrə İddiaçı MMC-yə reaktiv enerjisərfinə görə hansı məbləğdə cərimənin hesablanması barədə məlumat verlməsi barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin AbşeronRETSİnə müraciət edilmişdir. Bununla bağlı qeyd edirik ki, reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə yuxarıda qeyd olunan məbləğlərdə aylıq cərimə əmsallarının hesablanması və istehlakçıdan ödənilməsinin tələb edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli qərar ıilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2, 8.36 və 8.38-ci bəndlərinə zidd olduğundan tamamilə əsassızdır. Göründüyü kimi enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Elektrik enerjisindən istifadəyə görə hər ay istehlakçıya təqdim edilən məlumatda (hesabda) istifadə olunmuş aktiv enerji haqqı ilə bərabər, reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə də tətbiq edilmiş cərimə məbləğidə göstərilməklə tələb edilməlidir. Buna baxmayaraq 2024-cü ilin yanvar ayından xx.xx.2025-ciil tarixinədək olan hesablaşma dövründəİddiaçı MMC-yə təqdim edilmiş məlumatda (hesabda) yalnız istifadə olunmuş aktiv enerji sərfiyyatı barədə məlumatlar əks olunmuş (reaktiv enerjiyə görə hesablaşma barədə elektron qaimə fakturalar xx.xx.2025-ci il tarixindən sonra Cəmiyyətə təqdim edilməyə başlanılmışdır) və həmin məlumatlarda reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə tətbiq edilmiş cərimə məbləği göstərilməmiş və ödənilməsi tələb edilməmişdir. Bu səbəbdən də İddiaçı MMC bu günədək olanhesablaşma dövründə təqdim edilmiş məlumatda (hesabda) hesablanmış aktiv enerji haqqının ödənilməsini təmin etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Sumqayıt Filialı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli Mütəxəssis Rəyində işin halları ətraflı şəkildə şərh olunaraq, "xxxx" ASC tərəfindən reaktiv güc əmsalına görə İddiaçıMMC-yə hesablanmış cərimənin Qaydaların yuxarıda qeyd olunan tələblərinə zidd olduğu qeyd edilmişdir. Buna baxmayaraq işə baxan məhkəmə cavabdeh təşkilatın maksimum və minimumum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanlarının olmadığına istinad edərək, Qaydaların 8.40-cı bəndini mübahisəyə tətbiq edərək iddia tələbinin əsassız olmasına dair nəticəyə gəlmişdir. Cavabdeh təşkilatın İddiaçı MMC tərəfindən elektrik enerjisi istehlak edən zaman reaktiv güc əmsalının pozulmasını müəyyən etməsi, cavabdeh təşkilatın müvafiq texniki imkanlara malik olduğunu özündə ehtiva edir. Bir sözlə cavabdeh təşkilat müvafiq texniki imkana malik olmasaydı, o zaman İddiaçı MMC tərəfindən reaktiv güc əmsalının pozulmasını halını müəyyən edə bilməzdi. Bu fakt cavabdeh təşkilatın məhkəmə iclasında iştrak edən nümayəndəsi, İnformasiya Araşdırma İdarəsinin X3 baş mütəxəssisi Qabil Məlikov tərəfindən da təsdiq edilmişdir. Bu fakt cavabdeh təşkilatın məhkəmə iclasında iştrak edən nümayəndəsi, İnformasiya Araşdırma İdarəsinin X3 baş mütəxəssisi Qabil Məlikov tərəfindən da təsdiq edilmişdir. "xxxx"ASC-nin əməkdaşlarınında hər gün qeyd olunan sayğaca baxış keçirməyə texniki imkanları mövcuddur. İddiaçı MMC-yə verilən elektrik enerjisinin sərfiyyatını müəyyən edən sayğaclar Cəmiyyətin fəaliyyət göstərdiyi qapalı ərazidə deyil, Masazır yarımstansiyasının paylayıcı qurğusunda yerləşir. Qeyd olunan yarımstansiyada hər gün növbətçi əməkdaş fəaliyyət göstərir və həmin məsul şəxsin gün ərzində istənilən vaxt sayğacı yoxlmaq imkanı vardır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

9. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda

12. Qaydaların 8.36-cı bənində əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında, enerji təchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında hesabat dövründə reaktiv enerjiyə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılır.

13. Qaydaların 8.37-ci bəndinə əsasən, hesabat dövründə elektroenergetika sisteminin maksimum yük saatlarına aid reaktiv güc əmsalı gündəlik maksimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi, elektroenergetika sisteminin minimum yük saatlarına aid reaktiv güc əmsalı gündəlik minimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır.

14. Qaydaların 8.38-ci bəndinə əsasən, reaktiv güc əmsalı (tgφ) elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ötürücü elektrik şəbəkəsi üçün dövlət elektroenergetika müəssisəsi, paylayıcı elektrik şəbəkəsi üçün isə enerjitəchizatı müəssisəsi tərəfindən hesablaşma dövrü üzrə hesablanır, ikitərəfli aktla rəsmiləşdirilir və ödəniş sənədində qeyd olunur.

15. Qaydaların 8.39-cu bəndinə əsasən, elektroenergetika sisteminin maksimum və minimum yük saatları dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Bu saatlar alqı-satqı müqavilələrində qeyd olunmadıqda, həmin hesablaşma dövrü üçün maksimum yük saatları 08:00-dan 23:00-dək və minimum yük saatları 23:00-dan 08:00-dək müddətlər qəbul edilir. Hər gün üçün bu saatların cəmi 24 saata bərabər olmalıdır.

16. Qaydaların 8.40-cı bəndinə əsasən, hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı olmadığı halda, reaktiv güc əmsalı (tgφ) hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğaclarının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

17. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Hazırda tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda təsbit edilmiş reaktiv güc əmsalının qiymət hədləri pozulduğu üçün cavabdeh tərəfindən elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq edilməsi ilə bağlı yaranmışdır.

25. "xxxx" ASC Abşeron RETSİ ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixli “Enerjitəchizatı” müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalanmışdır.

26. Müqavilənin 12-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur.

27. Müqavilənin 12-1-ci bəndinə əsasən, Enerjitəchizatı müəssisəsi və abonent tərəfindən reaktiv güc əmsalının (tgıp) maksimum (tgıpmax) və ya minimum (tgçrnin) qiymət hədləri pozulduğu halda, hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5% məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir.

28. Müqavilə tərəflərin imza və möhrü ilə təsdiq edilmişdir.

29. “Elektrik enerjisindən istifadə qaydaları”na 10 nömrəli əlavəyə əsasən, Elektroenergetika sisteminin maksimum yük saatlarında reaktiv güc qurğuları (o cümlədən, statik kondensator batareyaları, sinxron mühərriklər) olan elektrik enerjisinin istehlakçıları tərəfindən alqı-satqı müqavilə münasibətində olduğu dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsinə alqı-satqı müqaviləsində razılaşdırılmış halda və həcmlərdə reaktiv gücün (enerjinin) ötürülməsi həyata keçirilir. Bu kateqoriyadan olan istehlakçılar üçün reaktiv gücün tənzimləmə müddətlərində reaktiv güc əmsalının minimum qiyməti sıfır (tgφmin = 0) müəyyən edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda və 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarının 7.5-ci bəndinə əsasən, Elektroenergetika sisteminin maksimum və minimum yük saatları Satıcı ilə Alıcı arasında qarşılıqlı olaraq razılaşdırılmadıqda, hesablaşma dövrü üçün maksimum yük saatları 08:00-dan 23:00-dək və minimum yük saatları 23:00-dan 08:00-dək müddətlər qəbul edilir. Hər gün üçün bu saatların cəmi 24 saata bərabər olmalıdır.”

31. Həmin qaydaların 11-1-ci bəndinə əsasən Enerjitəchizatı müəssisəsi və abonent tərəfindən reaktiv güc əmsalının(tgφ) maksimum(tgıpmax) və ya minimum (tgçrnin) qiymət hədləri pozulduğu halda, hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5% məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin mübahisəsiz halına əsasən, mübahisələndirilən dövrdə iddiaçı tərəfindən reaktiv güc əmsalının qiymət hədləri pozulmuşdur. Tərəflər arasında bağlanmış enerjinin alqı-satqısı müqaviləsinə əsasən iddiaçı reaktiv güc əmsalının qiymət hədləri pozulduğu halda sayğacının aktiv enerji göstərişinin 5% məbləğində cərimə ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

33. Birinci instansiya məhkəməsi haqlı olaraq qyed etmişdir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nda reaktiv enerjiyə görə hesablaşmalarla bağlı müəyyən olunmuş ümumi tələblərdən başqa xüsusi tənzimləmə həyata keçirilmiş və maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkan olmadığı halda, hesablaşmanın aparılmasının digər qaydası nəzərdə tutulmuşdur. Bu qaydalar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda təsbit edilmiş reaktiv güc əmsalının qiymət hədlərinin pozulması zamanı olan hesablamalardır.

34. Belə ki, Qaydaların 8.40-cı bəndinə əsasən, hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı olmadığı halda, reaktiv güc əmsalı (tgφ) hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğaclarının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır.

35. Apellyasiya şikayətinə də iddiaçı sübut əlavə etməmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər iddia ərizəsində qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə münasibət bildirildiyindən kollegiya yenidən münasibət bildirilməsinə zərurət görmür.

36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar