Məhkəmə qərarları › İş №2-2(103)-1192/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1192/2024

06.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1192/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5437/2024 saylı qərardadından Ərizəçi MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023- 00785 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-2-2(113)-5437/2024 saylı qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. İş üzrə Maraqlı şəxs apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5437/2027 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5437/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e2-2(113)-5437/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət Maraqlı şəxs Oktay qızına münasibətdə buraxılmamış hesab edilmiş və apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(113)-5437/2024 saylı qərardadının ləğv edilməsini, maraqlı şəxsin vəkili və nümayəndəsi tərəfindən verilmiş ötürülmüş müddətin bərpa edilməsinə dair ərizənin rədd edilməsini və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-5437/2024 saylı qətnaməsi elə həmin gün tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Maraqlı şəxsin vəkili və nümayəndəsinin də bundan məlumatı olmuşdur. Qətnamədən şikayət vermək üçün nəzərdə tutulan müddət xx.xx.2024-cü ildə bitmişdir. Nümayəndə işdə iştirak edən şəxs olmasa da, işdə iştirak edən şəxsin ona verdiyi səlahiyyətlər həcmində həmin şəxsi təmsil edir, yəni onun adından və onun maraqları naminə, təmsil etdiyi şəxsin müvafiq prosessual hüquqlarını və vəzifələrini həyata keçirir. Təmsil olunan şəxs isə öz mülahizəsi ilə məhkəmə icraatının aparılmasında ya özü bilavasitə iştirak etmir, yalnız nümayəndəsi iştirak edir, yaxud da nümayəndəsi ilə yanaşı, özü də iştirak edir. Lakin təmsil olunan şəxsin özünün təmsilçi ilə yanaşı icraatda iştirak etməsi və ya etməməsi onun nümayəndəsinin həyata keçirdiyi və ya keçirməli olduğu prosessual hərəkətlərin hüquqi nəticələrinə heç bir təsir göstərmir. Belə ki, MPM-in 74.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin prosessual hərəkətlərdən biri də məhkəmə aktlarından şikayət verilməsidir. Nümayəndə bütün prosessual hərəkətləri, o cümlədən məhkəmə aktlarından şikayət verilməsini qanunla müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirməyə borcludur. Bu baxımdan, hər bir işdə iştirak edən şəxs özünə nümayəndə seçərkən, onun səlahiyyətlərinin həcmini müəyyən edərkən öz təmsilçisinin onun adından və onun maraqları naminə həyata keçirdiyi prosessual fəaliyyətin uğurları kimi, bütün mümkün risklərinin də məhz təmsil olunanın üzərinə düşdüyünü yaxşı anlamalı, öz nümayəndəsi ilə münasibətlərini düzgün qurmalı, onun fəaliyyətinin nəticələri ilə vaxtında və yaxından maraqlanmalıdır. İş materialllarında olan Maraqlı şəxs tərəfindən Vəkil xx.xx.2024-cü il tarixdə verilmiş etibarnamədən aydın olur ki, “mülki, kommersiya, inzibati işlər üzrə maraqlı şəxsi birinci və apellyasiya instansiya məhkəmələrində, AR Ali Məhkəməsində və Konstitusiya Məhkəməsində təmsil etmək, Maraqlı şəxs adından iddia ərizələri, apellyasiya və kassasiya şikayətlərini vermək, imzalamaq və s” kimi səlahiyyətlər nümayəndə və Vəkil etibar edilmişdir. Vəkil özü Bakı Kommersiya Məhkəməsində keçirilən iclaslarda iştirak etməli və elektron kabinetinə yerləşdirilən qətnamədən qanunda nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti verməli idi. Maraqlı şəxsin özünün təmsilçi ilə yanaşı icraatda iştirak etməməsi onun nümayəndəsinin həyata keçirdiyi və ya keçirməli olduğu prosessual hərəkətlərin hüquqi nəticələrinə heç bir təsir göstərmir. Bakı Kommersiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2-2(113)-5437/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv edilməli, müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-5437/2024 saylı qətnaməsi, xx.xx.2024-ca il tarixdə Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirildiyi halda maraqlı şəxsin nümayəndəsi və vəkili həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.8-ci maddəsində isə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1.-ci maddəsinə görə aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi müddətin buraxılmamış hesab edilməsi barədə nəticəyə gələrkən maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil işə Bakı Kommersiya Məhkəməsində baxılarkən işdə iştrak etməməsinə və Bakı Kommersiya Məhkəməsi üçün order təqdim etməməsinə istinad etmiş və qətnamənin Vəkil təqdim edilməsini maraqlı şəxsə rəsmi təqdim etmə kimi qiymətləndirməmiş, lakin bu zaman Vəkil maraqlı şəxsi məhkəmələrdə təmsil etmək səlahiyyətinin verilməsinə dair etibarnamənin maraqlı şəxs tərəfindən ləğv edilmədiyini, digər tərəfdən qətnamədən hazırkı apellyasiya şikayətinin maraqlı şəxsin adından məhz Vəkil tərəfindən verildiyini, göstərilən halların isə maraqlı şəxs ilə vəkil arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin davam etməsinə dəlalət etməsini nəzərə almamış, bununla da işin hallarına mahiyyəti üzrə düzgün qiymət verməmişdir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və borclunun şikayətinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5437/2024 saylı qərardadı ləğv edilsin, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə münasibət bildirilməsi üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar