Məhkəmə qərarları › İş №2-2(103)-1236/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1236/2024

20.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1236/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-7548/2024 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, X11, İddiaçı3, X3, İddiaçı4, X5, X10, X17, İddiaçı5, X14, X18 və İddiaçı6 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “Bakı Tikinti-Quraşdırma“ ASC-də iddiaçıya məxsus səhmlərə uyğun olaraq dividendlərin verilməsi və iddiaçının səhmlərinə uyğun olaraq “Bakı Tikinti-Quraşdırma“ ASC-də olan əmlak payları və ona uyğun torpaq sahələrinin ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-7548/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X11, İddiaçı3, X3, İddiaçı4, X5, X10, X17, İddiaçı5, X14, X18 və İddiaçı6 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dividendlərin hesablanaraq verilməsi və s. tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Qeyd edilən qərardaddan İddiaçı1 tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 7548/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadı ilə iddiaçıların "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən “Bakı Tikinti-Quraşdırma“ ASC-də iddiaçılara məxsus səhmlərə uyğun olaraq dividendlərin verilməsi və iddiaçıların səhmlərinə uyğun olaraq “Bakı TikintiQuraşdırma“ ASC-də olan əmlak payları və ona uyğun torpaq sahələrinin ayrılması barədə iddia tələbi“ barədə iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdə imtina edilmişdir. Məhkəmə Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş “xx.xx.2024-cü il tarixli, 2-2(113)-1730/2024 saylı qətnaməsinə istinad edərək göstərmişdir ki, "xxxx" ASC ləğv prosesindədir. Qanunvericiliyin tələbinə əsasən cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdə, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən edilən hissəsini almaq hüquqi vardır. İş materiallarında kreditorların tələbləri yerinə yetirilməsi ilə bağlı hər hansı bir sübut mövcud deyildir. Kreditorların tələbləri yerinə yetirilmədən iddiaçıların səhmlərinə uyğun olaraq "xxxx" ASC-də olan əmlak payları və ona uyğun torpaq sahələrinin ayrılması tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir”. Hesab edilir ki, iddiaçıların iddia tələbinin yolverilməzliyi ilə əlaqədar məhkəmənin gəldiyi nəticə əsasızdır, qanunla iddiaçılar səhmdarların müəyyən edilmiş hüquqları kobud pozulmuşdur və işin faktiki hallarına uyğun deyildir. Belə ki, iddiaçıların səhmdarı olduğu Cəmiyyətin 24 ildən çox fəaliyyət göstərməsinə baxmayaraq, Cəmiyyətin əsas səhm sahibləri tərəfindən cəmiyyətin ümumi yığıncağı keçirilməmiş və müəssiənin gəlirlərindən səhmdarlara dividentlər verilməmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin Bakı Quraşdırma İdarəsi xx.xx.1987-ci ildə 4 saylı Tikinti Trestinin 4 saylı Bakı Tikinti Quraşdırma idarəsi kimi fəaliyyət göstərmişdir. “Azərsənayetikinti“ Dövlət Şirkətinin 27 aprel 1995-ci il tarixli 68 saylı Əmrinə əsasən Bakı Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. 19 mart 1998-ci il tarixində Bakı Tikinti Quraşdırma İdarəsi Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyat üzrə Bakı Bölgə Şöbəsi tərəfindən “Bakı Tikinti Quraşdırma” Açıq Səmdar Cəmiyyətinin X9 0103-P32-38615 nömrəli Şəhadətnamə verilmişdir. Bakı Tikinti Quraşdırma İdarəsinin Özəlləşdirmə Planı və Emissiya Prospekti hazırlanmış və təsdiq edilmişdir. Həmin sənədə əsasən 01 yanvar 1997-ci il tarixə işçilərin orta illik sayı 45 nəfər olmuş, Əsas fondların balans dəyəri 01 iyul 2000-ci il tarixə ********* manat, cari dövr üçün Emissiya prospekti ********* manat olmuşdur. 14 iyun 2000-ci il tarixinə Cəmiyyətin Nizamnamə kapitalı 18329000 manat, səhmlərin sayı 18932000 ədəd, bir səhmin nominal dəyəri 10000 manat təşkil etmişdir. Bütün səhmlər eyni nominal dəyərə malik olmuşdur. Səhmdar Cəmiyyətin 15% Əmək kollektivi üzvlərinə güzəştli satışa yönəlmiş səhmlər 2840 ədəd və səhmlərin nominal dəyəri 28400000 manat təşkil etmişdir. Müəyyən edilmiş qaydada pul hərracları, investisiya müsabiqələri və hərraclarında satılan adi səhmlərin sayı 5679 ədəd, səhmlərin nominal dəyəri 56790000 manat təşkil etmişdir. "xxxx" ASC-nin yerləşdiyi ərazi dövlət əhəmiyyətli tikinti sahələrinə düşdüyü üçün xx.xx.2008-ci il tarixli Dəyişmə müqaviləsinə əsasən Cəmiyyətin torpaq sahəsi və əmlakları "xxxx" ASC-nin ərazisinə köçürülmüşdür (Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 ünvanı.) Həmin vaxta Cəmiyyətin ümumi yığıncağı çağırılmamışdır. Səhmdarların tələblərinə heç kim əhəmiyyət verməmişdir. O zaman müəssisənin əmlakları əsas səhm sahibi kimi X6 adına şəxsi mülkiyyət kimi sənədləşdirilmişdir. İddiaçılar səhmdarların bundan xəbəri olmamışdır. Bu barədə iddia ərizəsində ətraflı şərh verilmişdir. 2-ci dəfə, Cəmiyyətin əsas səhm sahibi öz səhmlərini Bakı şəhəri, H.Seyidzadə küçəsi, ev 30 a, mənzil 45-də qeydiyyatda olan xx.xx.1963-cü il təvəllüdlü X4 adına keçirmiş, lakin bu dəfə də iddiaçılar - səhmdarlara heç bir məlumat verilməmişdir. Daha sonra X12 ilə X15 arasında xx.xx.2020-ci il tarixində AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və Cəmiyyətin ümumi sahəsi 0,g9 ha olan torpaq sahəsi və 18932 səhm onun adına sənədləşdirilmişdir. Həmin səhmlər 17702 səhmi əhatə edir və həmin səhmlər ******* manat qiymətləndirilmişdir. Bundan sonra Cəmiyyətin sərancamında qalmış 0.5 ha torpaq sahəsi və 1230 səhmin müəssisə rəhbərinə heç bir aidiyyəti olmadığı halda, 2020-ci ildən bu günə kimi özünü Səhmdar Cəmiyyətin sədri kimi təqdim edərək, 1230 səhmə sahiblənərək 0.05 ha ərazidə olan tikililəri icarəyə verərək, səhm sahiblərinə düşən vəsaiti mənimsəmişdir. Hazırda iddiaçılara məlumat vermədən səlahiyyətsiz iclaslar keçirərək iddiaçılar - səhmdarlara məxsus əmlakları idarə edir. Halbuki, həmin səxsi iddiaçılar seçməmiş və ona iddiaçıların - səhmlərini idarə etmək səlahiyyəti verməmişlər. Belə ki, həmin şəxsin iddiaçılar - səhmdarların iştirakı olmadan iclas keçirmək səlahiyyəti olmamışdır. Eyni zamanda, Cəmiyyət öz təyinatı üzrə istehsal fəaliyyəti ilə məşğul olmaq imkanı olmasına baxmayaraq, məqsədli şəkildə istehsalatı dayandırmışdır. Cəmiyyətin rəhbərliyi cəmiyyətin əksər səhmlərinə sahib olmasından istifadə edərək, cəmiyyətin ümumi yığıncaqlarını keçirmir. Daha doğrusu, Cəmiyyət yeni ünvana köçürüləndən bu vaxta kimi iddiaçılar heç vaxt cəmiyyətin ümumi yığıncaqlarına və hər hansı bir iclaslarına çağırılmamışlar. Ümumi yığıncağın keçirilməsi barədə iddiaçıların tələblərinə əməl olunmamışdır. Səlahiyyəti olmayan şəxsin iddiaçılar - səhmdarlara məxsus əmlakları qeyri-qanuni idarə etməklə, məqsədli şəkildə müflisləşdirməyə təhrik etmişdir. Lakin göstərilən halların araşdırılmadan işin məhkəmədə baxılmasının yolverilməzliyi əsası ilə imtina edilməsi qanunsuzdur. Hesab edilir ki, iddiaçıların tələbi məhkəmədə baxılmalı və iddia tələbi üzrə əsaslandırılmış qətnamə qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7548/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçılar ünvan 1 ünvanında yerləşən “Bakı Tikinti-Quraşdırma“ ASC-də iddiaçılara məxsus səhmlərə uyğun olaraq dividendlərin verilməsi və iddiaçıların səhmlərinə uyğun olaraq “Bakı Tikinti-Quraşdırma“ ASC-də olan əmlak payları və ona uyğun torpaq sahələrinin ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. 106-3.5-ci maddəsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi ASC-nin xalis mənfəətinin bölüşdürülməsi və dividend ödənilməsi barədə qərar qəbul edilməsi ümumi yığıncağın səlahiyyətinə aid məsələdir. Odur ki, məhkəmə tərəfindən dividend ödənilməsinə dair mübahisəyə yalnız o zaman baxıla bilər, xalis mənfəətin bölüşdürülməsi ilə bağlı ümumi yığıncağın qərarı mövcud olsun, lakin həmin qərar əsasında dividendlərinin ödənişi həyata keçirilməsin. İş materiallarından isə görünür ki, iddiaçılar tərəfindən dividendlərin ödənilməsi barədə ASC-nin ümumi yığıncağın qərarının mövcudluğunu, lakin həmin qərara uyğun olaraq dividendlərin ödənilməməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, hazırkı halda iddiaçılar faktiki olaraq ASC-nin ümumi yığıncağının səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı məhkəmədə iddia qaldırmışlar. Digər tərəfdən Mülki Məcəllənin: 61.10-cu maddəsinə görə ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. 106-1.3.8-ci maddəsinə əsasən adi səhmin mülkiyyətçisinin cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq hüququ vardır. Göründüyü kimi ASC-nin fəaliyyətinə xitam verildikdə, adi səhm mülkiyyətçisi olan səhmdar yalnız cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq hüququna malikdir. Hazırkı halda iş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh “Bakı Tikinti- Quraşdırma“ ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarı ilə cəmiyyətinin ləğv edilməsi qərara alınmışdır. Digər tərəfdən ləğv prosesində olan “Bakı Tikinti-Quraşdırma“ ASC tərəfindən kreditorların tələblərinin yerinə yetirilməsinə dair iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, ləğv prosesində olan hüquqi şəxs tərəfindən kreditorların tələbləri yerinə yetirilmədən dividendlərin ödənilməsi, iddiaçıların səhmlərinə uyğun olaraq “Bakı Tikinti-Quraşdırma“ ASC-də olan əmlak payları və ona uyğun torpaq sahələrinin ayrılması tələbinə məhkəmə qaydasında baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə işin qəbulundan imtina etməkdə haqlı olmuşdur. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçılaa irəli sürdüyü tələblərlə bağlı ləğvetmə prosesi çərçivəsində ləğvetmə komissiyasına(ləğvedici, təsviyəçi) müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-7548/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar