Məhkəmə qərarları › İş №2-2(103)-133/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-133/2024

15.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-133/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, Maraqlı şəxsin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, Ərizəçi MMC və Maraqlı şəxs MMC arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli e-2-2(113)-5258/2023 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər (Ərizəçi MMC və Maraqlı şəxs MMC) arasında bağlanılmış xx.xx.2023- cü il tarixli, MŞB/10-00335 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatı (mediator Vəfa Seyfullayeva) tərəfindən aparılan mediasiya prosesində tərəflər (Ərizəçi MMC və Maraqlı şəxs MMC) arasında xx.xx.2023-cü il tarixli, MŞB/10- 00335 saylı Barışıq sazişi imzalanmışdır. Sazişin 1.4-cü bəndinə əsasən əgər 6 ay ərzində hər bir ay üçün müəyyən edilmiş tarix aralığında (1.3-cü bənd, hər ayın 10-dan gec) aylara bölünmüş məbləğ tam və vaxtında Maraqlı şəxs MMC tərəfindən ödənilməzsə, o zaman cərimələr tətbiq olunacaq. Tərəflər arasında bağlanılmış sazişin şərtləri ilk ayda Maraqlı şəxs MMC tərəfindən vaxtında yerinə yetirilsədə, növbəti sentyabr ayı üçün nəzərdə tutulmuş ödəniş Ərizəçi MMC-yə bu günə kimi ödənilməmişdir. Beləliklə sazişin şərtləri pozulmuşdur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Bu Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Qeyd edilənlərdən görünür ki, tərəflər arasında imzalanmış barışıq sazişinin şərtləri Maraqlı şəxs MMC tərəfindən pozulmuş və o, artıq könüllü olaraq icra olunmur. Belə olan halda sazişin məcburi qaydada icrası üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli e-2-2(113)- 5258/2023 saylı qətnaməsi ilə Ərizəçi MMC və Maraqlı şəxs MMC arasında bağlanmış 11 avqust 2023-cü il tarixli MŞB/10-00335 saylı barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır.

4. Maraqlı şəxs MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, MŞB/10-00335 saylı X1 arasında imzalandıqdan sonra Maraqlı şəxs MMC şirkəti könüllü şəkildə öz öhdəliyinin icra edilməsində maraqlı olmuşdur. Belə ki, iddiaçının da ərizəsində göstərdiyi kimi şirkət barışıq sazişi üzrə təsdiq olunaraq aylara bölünmüş borc məbləğinin ödənilməsini ilk ayda vaxtında həyata keçirmişdir. Barışıq Sazişi üzrə ikinci ödəniş “10” sentyabr 2023-cü il tarixinədək həyata keçirilməli idi, lakin Maraqlı şəxs MMC şirkətində mövcud maliyyə çatışmazlığı səbəbindən şirkətin bank hesabında vəsait olmadığı üçün ödənişin həyata keçirilməsi həmin tarixə qədər mümkün olmamışdır. Buna baxmayaraq Maraqlı şəxs MMC “21” sentyabr 2023-cü il tarixində aylıq ödənilməli olan borc məbləğini qarşı tərəf Ərizəçi MMC-nin bank hesabına köçürmə yolu ilə həyata keçirmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Maraqlı şəxs MMC borcun ödənilməsini ondan asılı olmayan səbəbdən həyata keçirə bilməmişdir. Eyni zamanda onu da vurğulamaq istəyirik ki, Maraqlı şəxs MMC tərəfindən barışıq sazişi üzrə üçüncü ayın ödənişi “10” oktyabr 2023-cü il tarixinədək Ərizəçi MMC-ə ödənilmişdir. Əlavə olaraq bildiririk ki, Maraqlı şəxs MMC barışıq sazişi üzrə dördüncü ayın ödənişini də “10” noyabr 2023-cü il tarixindən gec olmayaraq həyata keçirmişdir və barışıq sazişi üzrə son iki ayın ödənişi də vaxtından əvvəl Ərizəçi MMC-nin bank hesabına köçürülmüşdür. Nəticədə barışıq sazişi üzrə bütün ödənişlər qarşı tərəfə ödənilmişdir. Qeyd olunanlardan görüldüyü üzrə, Maraqlı şəxs MMC öz üzərinə düşən öhdəlikləri könüllü şəkildə icra edir və barışıq sazişinin şərtlərinin yerinə yetirilməsində maraqlıdır. Yuxarıda istinad edilən maddənin məzmunundan görüldüyü üzrə əgər tərəf barışıq sazişinin könüllü icrasından imtina edərsə, digər tərəf həmin sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ancaq Maraqlı şəxs MMC öz öhdəliyinin icrasından imtina etməmişdir. Aylıq ödənişin ondan asılı olmayan səbəblərdən 10 (on gün) müddətinə gecikdirilməsinin könüllü imtina hesab olunması məqsədə uyğun deyildir və digər ayların ödənişlərinin vaxtında həyata keçirilməsi şirkətin barışıq sazişinin şərtlərinin) könüllü olaraq icrasında maraqlı olduğunu bir daha göstərir. Maraqlı şəxs MMC tərəfindən barışıq sazişi üzrə üçüncü ayın ödənişi “10” oktyabr 2023-cü il tarixinədək Ərizəçi MMC-ə ödənilmişdir. Eyni zamanda onu da qeyd edək ki, dördüncü ayın ödənişi də “10” noyabr 2023-cü il tarixinədək həyata keçirilmişdir və barışıq sazişi üzrə son iki ayın ödənişi də vaxtından əvvəl Ərizəçi MMC-nin bank hesabına köçürülmüşdür. Nəticədə barışıq sazişi üzrə bütün ödənişlər qarşı tərəfə ödənilmişdir. Qeyd olunanlardan görüldüyü üzrə, Maraqlı şəxs MMC öz üzərinə düşən öhdəlikləri könüllü şəkildə icra edir və barışıq sazişinin şərtlərinin yerinə yetirilməsində maraqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsənin 389.1-ci maddəsində maddəsində qeyd edilmişdir ki, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Eyni zamanda Mediasiya haqqında qanununn 1.0.7-ci maddəsində barışıq sazişinə verilmiş anlayışda onun tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma olduğu qeyd edilmişdir. Daha sonra Mediasiya haqqında qanunun 33-cu maddəsinə Barışıq sazişidə göstərilməli olan məlumatlar göstərilərkən 33.1.1-ci maddədə “Müqaviləninin tarixi və tərtib olunduğu yer” sözləri göstərilmişdir. Yuxarıda qeyd olunanaları nəzərə alaraq belə nəticəyə gələ bilərik ki, barışıq sazişi təsdiq olunarkən Mülki Məcəllənin müqavilə hüququna dair bəndləri bir başa olaraq tədbiq olunmalıdır və Barışıq Sazişinin ayrı ayrı bəndləri üzrə mübahisələndirilmənin aparılması yol veriləndir. Həmçinin “Mediasiya haqqında qanunun” 34.2-ci maddəsində qeyd olunur ki “Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.” Belə ki, Barışıq Sazişinin 1.5-i madəsində qeyd edilmişdir ki, “Tərəflər razılığa gəlirlər ki, barışıq sazişinin 1.4. bəndində qeyd olunan hallar baş verərsə Maraqlı şəxs MMC öhdəlik götürür ki, Ərizəçi MMC tərəfindən ödənilən mediasiya xərcinin 50976-ni (400 manat) və hüquqi xidmətə görə 1000( min) manat, gecikdirmə olduğu halda borc məbləğinin (91075 manat) 1090-i (9000 manat) miqdarında cərimə ödəyəcək. Azərbaycan Respublikasının Mülki Məcəlləsənin 420.2-ci maddəsində göstərilmişdir ki, Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Daha sonra Mülki məcəllənin 419.2-ci maddəsində qeyd edilir ki, “Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir”. Eyni zamanda Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilmişdir ki, “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. ”Royal Development” MMC tərəfindən borc məbləğinin tam həcmdə ödənilməsini və cərimə məbləğinin qeyri mütənasib şəkildə həddindən artıq çox olduğunu nəzərə alaraq Barışıq Sazişinin 1.5-ci maddəsi üzrə borc məbləğini ödəməsi "xxxx" MMC üçün zərərlidir və onun digər kreditorlar qarşısında ödəmə qabiliyyətinin saxlanılmasına mənfi təsir edir. Eyni zamanda qeyd etmək lazımdır ki, barışıq sazişinin 1-ci bəndindən aydın olur ki, gecikmə könüllü icradan imtina deyil və barışıq sazişinin icrası üçün ö(altı) aylıq müddət müəyyən edilmişdir. Aylıq ödənişlərin gecikdirilməsi yol verilən hal olmuşdur ki, buna görə də cərimə nəzərdə tutulmuşdur lakin tərəfimizdən cərimə məbləği gecikdirilmiş məbləğin 10976-i həcmi kimi hesablanacağı anlaşılmışdır. Əks təqdirdə cərimə məbləğinin həcmi gecikdirilmiş məbləğin həcmindən daha artıq olur ki, bu da Mülki Məcəllənin “sahibkarlıq fəaliyyətini dəstəkləmək” vəzifəsinə uyğun deyildir. “Gecikdirilmiş məbləğ barışıq sazişinin 1.2-ci bəndində göstərilən müddətdə yəni 6(altı) ay ərzində ödənilmədikdə bu könüllü icradan imtina hesab oluna bilərdi. X4 MMC bu müddətin bitməsini gözləmədən məhkəmə müraciət etmiş və birinci instansiya məhkəmə tərəfindən barışıq sazişi təsdiq edilmişdir. Lakin barışıq sazişininn təsdiq edilməsinə dair İntermak Group MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edilərkən barışıq sazişi üzrə hüquq münasibətlər pozulmadan davam etdirilirdi və könüllü icra üçün müəyyən olunmuş 6 (altı) aylıq müddət bitməmişdi. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır lakin Maraqlı şəxs MMC və Ərizəçi MMC arasında imzalanmış barışıq sazişində 6 (altı) aylı müddət nəzərdə tutulmuşdu.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, barışıq sazişinin 1.5-ci bəndi icra edilməmiş qaldığından, barışıq sazişinin tam olaraq icra edildiyini demək mümkün deyil. Beləki, tərəflər aralarındakı mübahisəni mediasiya qaydasında həll edilməsinə dair razılığa gələrək yekun sənəd qismində barışıq sazişi bağlamışlar və həmin sazişlə qarşılıqlı öhdəliklər götürmüşlər. Əsas məqsəd bu olmuşdur ki, mübahisə məhkəmədən kənar, özlərinin qarşılıqlı razılığı əsasında, qısa zaman kəsiyində həll olunsun. Sazişin 1-ci bəndi ilə maraqlı şəxsin mövcud borcu 91075 manat müəyyən edilmişdir. 1.2-ci bəndinə əsasən ilkin ödəmə xx.xx.2023-cü ildən gec olmamaqla, 6 aya bölünmüşdür. 1.3-cü bəndə əsasən növbəti aylarda, hər ayın 10-dan gec olmamaq şərti ilə 15 179,16 manat ödəniləcək. 1.4-cü bəndə əsasən əgər müqavilənin 1.3-cü bəndi ilə müəyyən edilmiş qayda üzrə ödəniş ardıcıllığı pozularsa, o zaman cərimələr tətbiq ediləcək. 1.5-ci bəndə əsasən sazişin 1.4-cü bəndində qeyd edilən hallar baş verərsə ərizəçinin çəkdiyi mediasiya xərci, hüquqi xidmət xərci və borc məbləğinin 10%-i miqdarında cərimə maraqlı şəxs tərəfindən ödəniləcək. İşin hallarından və maraqlı şəxsin özünün etirafından görünür ki, birinci ay üzrə razılaşdırılmış məbləğ vaxtında ödənilsədə, növbəti ay üzrə ödəniş sentyabr ayının 10-na qədər ödənilməli olduğu təqdirdə, 11 gün gec, yəni 21 sentyabrda ödənilmişdir. Ərizəçi barışıq sazişinin şərtlərinin pozulmasını görüb, sonrakı aylarda da gecikmələrin olmasını ehtimal edərək, məcbur olub sazişin məhkəmə qaydasında təsdiq edilməsi və məcburi icraya yönəldilməsi üzrə tədbirlər görmüşdür. Ərizəçinin məhkəməyə müraciət etdiyini görən maraqlı şəxs, 1-ci instansiya məhkəməsində icraat zamanı növbəti ayın ödənişini icra etmişdir ki, məhkəmədə guya öhdəliyini vaxtında icra edən tərəf fikri formalaşdıraraq barışıq sazişinin təsdiq edilməməsinə nail olsun. Lakin, məhkəmə haqlı olaraq saziş üzrə öhdəliyin tam və vaxtında icra edilmədiyinə görə onu təsdiq etmişdir. Göründüyü kimi barışıq sazişi cəmi 5 bənddən ibarətdir, və bütün bəndlər məntiqi ardıcıllıqla bir birini tamamlayır. Bəndin birinin pozulması, bütöv sazişin pozulması anlamına gəlirki, bu da artıq baş vermişdir, hazırda maraqlı şəxs sazişin 1.5-ci bəndinin icrasından yayınmağa çalışır. Bildirmək istəyirik ki, saziş tərəflər arasında könüllülük, bərabərlik və müstəqillik əsasında, heçbir məcburetmə olmadan imzalanmış bir sənəd olduğundan, orda qeyd edilən şərtlərin birmənalı olaraq tam şəkildə icra edilməsi tərəflər üçün məcburidir. Əks təqdirdə bəndin birini icra edib digərinin icrasından yayınmaq, saziş üzrə digər tərəfin hüquqlarının kobud pozulması olmaqla, hüquqi müəyyənlik prinsipinə ziddir. Hesab edirik ki, sazişin hər hansı bir bəndinin pozulması, lazımi qaydada icra edilməməsi, bütöv sazişin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, saziş vahid və bütöv sənəd olduğundan və bütün bəndləri biri digəri ilə həm məntiqi, həm də öhdəliklərin icrası baxımından bağlı olduğundan, bütün bəndlər üzrə öhdəliklərin hamısı tam şəkildə icra edildikdən sonra, saziş icra edilmiş sayıla bilər. Hazırda isə sazişin 1.5-ci bəndi maraqlı şəxs tərəfindən icrasız qalmaqdadır. MPMnin 355-26.1-cı maddəsinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Bu halların heç biri mövcud deyil. Həmçinin AR Ali Məhkəməsinin 2-2(102)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında məhkəmə kollegiyası öz mövqeyini, barışıq sazişindən imtinanın, yalnız MPMnin 355-26.1-cı maddəsinə əsasən mümkün ola bilməsi kimi əsaslandırır (Qərar əlavə edilir). Maraqlı şəxs MMC ümumiyyətlə sazişin etibarsızlığı və mülki qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığını iddia edirsə, o zaman müstəqil şəkildə, ayrıca mülkimühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaqla, sübut və dəlillərini təqdim etməklə, sazişin etibarsız hesab edilməsi tələbini irəli sürə bilər. Hazırki mərhələdə və bu icraat qaydasında isə məhkəmə yalnız sazişin MPM 355-26.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq səlahiyyətindədir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

8. Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

10. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

11. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən X1 arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər.

14. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən X1 və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.

15. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.

16. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

18. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

19. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər.

20. Həmin Qanunun 34.4-cü maddəsində isə təsbit olunmuşdur ki, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

21. Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, ərizə rədd edilməlidir.

24. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Ərizəçi MMC və Maraqlı şəxs MMC arasında xx.xx.2023-cü il tarixli, MŞB/10-00335 saylı barışıq sazişi bağlanmış və mediator tərəfindən təsdiq edilmişdir. Həmin sazişə əsasən tərəflər aşağıdakılar barədə barışığa gəlmişlər:

25. 1.Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs MMC Ərizəçi MMC-yə olan 91075 manat borc məbləğini ödəməlidir. 1.2 Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs MMC tərəfindən ilkin ödəniş 20 avqust 2023-cü il tarixindən gec olmayaraq ödənilmək şərtilə 6 ay müddətinə ödənilir. 1.3 Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs MMC növbəti aylarda (sentyabr, oktyabr, noyabr, dekabr və yanvar) hər ayın 10-dan gec olmamaq şərtilə 15179,16 manat pul məbləğini Ərizəçi MMC-yə ödəyir. 1.4 Tərəflər razılığa gəlirlər ki, əgər 6 ay ərzində hər bir ay üçün müəyyən edilmiş tarix aralığında (1.3-cü bənd) aylara bölünmüş məbləğ (15179,16 manat) tam və vaxtında Maraqlı şəxs MMC tərəfindən ödənilməzsə o zaman cərimələr tətbiq olunacaq. 1.5 Tərəflər razılığa gəlirlər ki, barışıq sazişinin 1.4-cü bəndində qeyd olunan hallar baş verərsə Maraqlı şəxs MMC öhdəlik götürür ki, Ərizəçi MMC tərəfindən ödənilən mediasiya xərcinin 50%-ni (400 manat) və hüquqi xidmətə görə 1000 manat və 91075 manat borc məbləğinin 10%-i (9107,5 manat) məbləğində cərimə ödəyəcək.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən X1 arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər.

28. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən X1 və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.

29. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.

30. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

31. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

32. Kollegiya qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər.

33. Hazırkı işin hallarından görünür ki, Maraqlı şəxs MMC şirkəti könüllü şəkildə öz öhdəliyinin icra edilməsində maraqlı olmuşdur.

34. Belə ki, barışıq sazişi üzrə təsdiq olunaraq aylara bölünmüş borc məbləğinin ödənilməsini ilk ayın, üçüncü və dördüncü ayların ödənişini vaxtında həyata keçirmiş və barışıq sazişi üzrə son iki ayın ödənişi də vaxtından əvvəl Ərizəçi MMC-nin bank hesabına köçürmüşdür

35. Yalnız, barışıq Sazişi üzrə ikinci ayın ödənişi “10” sentyabr 2023-cü il tarixinədək həyata keçirilməli olduğu halda, 11 gün gecikmə ilə “21” sentyabr 2023-cü il tarixində həyata keçirilmişdir.

36. Göründüyü kimi barışıq sazişi üzrə altı ay ərzində bütün ödənişlər ərizəçiyə ödənilmişdir.

37. Qeyd olunanlardan görüldüyü üzrə, Maraqlı şəxs MMC öz üzərinə düşən öhdəlikləri könüllü şəkildə icra etmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Maraqlı şəxs MMC-nin apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli e-2- 2(113)-5258/2023 saylı qətnaməsi ləğv edilməli, ərizə rədd edilməli, Ərizəçi MMC və Maraqlı şəxs MMC arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Maraqlı şəxs MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli e-2-2(113)-5258/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizə rədd edilsin. Ərizəçi MMC və Maraqlı şəxs MMC arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar