Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-160/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının vəkili Cəlil Mirzəyevin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı borcun silinməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə in qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyriyaşayış sahəsinə hesablanmış 24496 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 41776 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 41776 manat borcun silinməsi və qaz təchizatının kəsilməsi nəticəsində dəymiş 103000 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. Həmin sayğac cavabdehə məxsus yarımstansiyada yerləşir. 2019-cu ilin dekabr ayının əvvəlində Sumqayıt Şəhəri İcra Hakimiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ətrafında abadlıq işləri aparılırdı. Abadlıq işləri aparılarkən iddiaçıya məxsus qaz xəttinə zərər yetirilmişdir və bunun nəticəsində qaz xəttində kəskin sızma baş vermişdir. Kəskin sızma nəticəsində qazdan istifadə etmək mümkünsüz olmuş və buna görə də yanacaqdan istifadə edilmişdir. İddiaçı bununla bağlı dəfələrlə Sumqayıt X4 müraciət etsə də, 20 gündən sonra, yəni dekabr ayının sonunda qaz xətti bağlanılmışdır. Elə həmin müddətdən də yanacaqdan istifadə edilmişdir. Buna baxmayaraq, yanvar ayı üçün 24.496,00 manat borc hesablanmışdır. Qeyd olunanlardan göründüyü kimi, digər şəxslərin təqsiri üzündən qaz xəttində sızma baş verdiyindən, iddiaçı tərəfindən qaz xəttindən istifadə edilməsi mümkünsüz olduğundan, qazdan sərfiyyat olaraq 24.496,00 manat məbləğində borc hesablanması əsassız hesab olunmalıdır. Qanunvericilik normalarına əsasən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən borc heç bir əsas olmadan tamamilə qanunsuz və əsassız şəkildə hesablanmışdır. Buna görə də, həmin borc əsassız hesab olunduğundan silinməlidir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-855/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən «xxxx məhdud məsuliyyətli cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 41776 manat borc silinmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamə ilə razı olmayan iddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-855/2020 saylı qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Həmçinin, qətnamə ilə razı olmayan cavabdeh də apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-855/2020 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apeelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı baş vermiş qəza nəticəsində sızmanın baş verməsindən xəbərdar olmuş və bunu aradan qaldırmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 855/2020 saylı qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-855/2020 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnamənin iddiaçı iddianın təmin olunmamış hissəsində, cavabdeh isə təmin olunmuş hissəsində ləğvini xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxxx 2020-ci il tarixli 5785/25307 saylı hesab fakturanın surətindən görünür ki, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə iddiaçıdan 20759,32 manat borc, 3736,68 manat ƏDV olmaqla cəmi 24496 manat borcun ödənilməsi tələb olunmuşdur. İddiaçının məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli 46 saylı məktubunun surətindən görünür ki, 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında qaz təchizatının olmaması səbəbindən metal əritmək mümkün olmadığına görə iddiaçı fəaliyyət göstərməmişdir. “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin QR166 saylı qiymətləndirmə rəyinin surətindən görünür ki, qazın kəsilməsi səbəbindən iddiaçıya məxsus avadanlıqlara dəymiş ziyanın dəyəri 103000 manat müəyyən edilmişdir. Abonentin saldosunun surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2019cu ilin dekabr ayına 24496 manat, 2020-ci ilin yanvar ayına 17340,20 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 01/02HY06- 1467 saylı məktubun surətindən görünür ki, müəssisənin qaz sayğacından sonra yerləşən yeraltı qaz xəttində sızma aşkar edilmiş və sızmanın qısa vaxt ərzində aradan qaldırılması xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, qaz kəmərində güclü qaz sızması aşkar edilmiş və sızmanın aradan qaldırılması üçün tədbir görülməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin Sumqayıt regional Dövlət X3 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 01/EH.09.62 saylı məktubun surətindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, şəhər qəbristanlığına gedən yolda, “xxxx” fabrikinin yaxınlığında qaz sızmasının olması ilə əlaqədar, həmin əraziyə texniki baxış keçirilərkən ərazidə müəssisələrə gedən (’’Delta qrup” MMC, “X5" LTD, İddiaçı (MİS zavodu), “xxxx” MMC, “xxxx”) qaz kəmərlərində sızma aşkarlanmışdır. Müəssisələrə məxsus qaz kəmərlərində aşkarlanmış sızmanın aradan qaldırılması barədə müəssisələrə xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd olunan ərazidə X1 məxsus kabel-kanalizasiya quyularına gözə çarpacaq dərəcədə qaz dolması barədə X2 Qovşağının rəhbərliyi tərəfindən X4 telefonoqrama ünvanlanmışdır. Odur ki, baş verə biləcək hər-hansı yanğın hadisənin qarşısının alınması məqsədilə, həmin ərazinin nəzarət altında saxlanılması xahiş edilmişdir. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının surətindən görünür ki, iddiaçının xx xxxx 2020-ci il tarixə təbii qazdan istifadəyə görə qalıq borcu 63438,33 manat təşkil edir. İddiaçının əritmə sexi üzrə ustası, usta köməkçisi və fəhləsi tərəfindən tərtib edilməklə təsdiq edilmiş xx xxx 2020-ci il tarixli aktdan görünür ki, xx xxx 2020-ci il tarixində heç bir bildiriş və ya rəsmi xəbərdarlıq olmadan müəssisənin qaz təchizatı qəflətən kəsilmiş və bunun da nəticəsində istehsal prosesi (mis əritmə) dayanmış, əritmə sobaları sıradan çıxmış və sobalardakı mis xammal yararsız vəziyyətə düşmüşdür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, ətrafda aparılan təmir-tikinti işləri nəticəsində iddiaçının qaz sayğacından sonra yerləşən yeraltı qaz xəttində sızma aşkar edilmiş və qaz sızmasına görə iddiaçı 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında fəaliyyət göstərməmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin dekabr ayına 24496 manat, 2020-ci ilin yanvar ayına 17340,20 manat, ümumilikdə 41836,2 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə” qaydalarının 2.8, 2.9, 5.2-ci bəndlərini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 41776 manat borc silinməli və iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı ona dəymiş maddi zərərin cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddia ərizəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri zamanı iddiaçıya məxsus qaz xəttinin zədələndiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus müəssisəyə gələn qaz xəttində sızma olmuş, iddiaçının fəaliyyəti məhz qaz təchizatından asılı olduğundan sızma səbəbindən iddiaçı 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında fəaliyyət göstərməmişdir. Yəni iddiaçı 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında qaz istehlak etməmişdir. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçının istehlak etmədiyi təbii qaza görə ona borc hesablana bilməzdi. Bundan əlavə, məhkəmə iclasında cavabdehin nümayəndəsinin qaz xəttində baş vermiş sızmanın iddiaçı tərəfindən aradan qaldırılmalı olması barədə dəlilini məhkəmə qanunvericiliyə əsasən əsassız hesab edir. Belə ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqısatqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyən “Qazdan istifadə Qaydaları”nda qaz xətlərində baş vermiş sızmaların istehlakçı tərəfindən aradan qaldırılması nəzərdə tutulmamışdır. Əksinə, həmin Qaydaların 2.9-cu bəndinin tələbindən göründüyü kimi qaz sızmasının qarşısının alınması üçün istehlakçının üzərinə qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxması və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratması vəzifəsi qoyulmaqla, həmin nöqsanın aradan qaldırılması vəzifəsi isə qaz paylayıcısının üzərinə qoyulmuşdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-855/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-160/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-160/2021
02.02.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver