Məhkəmə qərarları › İş №2-2(103)-164/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-164/2024

31.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-164/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı "X5" Tam Orta Ümumtəhsil Məktəbi” MMC-nin Cavabdeh QSC-yə qarşı “nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair ilk, Cavabdeh QSC-nin cavabdehlər "X5" Tam Orta Ümumtəhsil Məktəbi” MMC, "xxxx" MMC və "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1977/2023 nömrəli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İlk iddia üzrə İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçının mülkiyyətində olan 2011-ci il istehsalı 4VZBT1D94BC074343 şassi nömrəli 99- AA-112 dövlət qeydiyyat nişanlı “Entegra Səyyar ev” yük avtomobilinin qarşılıqlı iddiaçıdan alınaraq ilkin iddiaçıya qaytarılması və 400 manat mediasiya xərcinin, 1280 manat hüquqi yardım xərcinin qarşılıqlı iddiaçıdan ilkin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC cavabdehlər İddiaçı TOÜM” MMC, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan 4VZBT1D94BC074343 şassi nömrəli **-AA-*** (əvvəlki **-JJ-***) dövlət qeydiyyat nişanlı “Entegra Səyyar ev” avtobusunun "xxxx" ASC-dən "xxxx" MMC-yə keçməsinə dair xx.xx.2016-cı il tarixli 719926 saylı hesab-arayışın, həmin arayışla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsində aparılmış qeydiyyatın, "xxxx" MMC tərəfindən İddiaçı TOÜM” MMC-yə satılmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin, bu müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsində aparılmış qeydiyyatın etibarsız hesab olunması, həmin avtobusun "X5” TOÜM" MMC tərəfindən qarşılıqlı iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1977/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. İlk iddia üzrə Cavabdeh QSC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1977/2023 nömrəli qətnaməsinin rədd edilməsini, ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatında olarkən tərəflər xx.xx.2024-cü il tarixdə “Aze Mis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə barışıq sazişi və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsi barədə ərizələr təqdim etmişdirlər. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1977/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin etibarnamə əsasında səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1977/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1977/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin: - "X5" özünün iddiasından tam imtina edir, "X4" QSC-nin qarşılıqlı iddiasını qəbul edir, mübahisali 4VZBTİD94BC074343 şassi nömrəli **-AA-*** (əvvəlki **-JJ-***) dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini Azarbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsində özünün adından çıxarılaraq əvəzsiz şəkildə "X4" QSC-nin adına qeydiyyata alınmasını (rəsmiləşdirməni), bununla bağlı bütün xərcləri (dövlət rüsumu və s. ödənişləri) ödəməyi təmin edir və öhdəsinə götürür, bunun üçün lazım olan bütün sənədləri, ərizələri, məktubları və s.-ni hazırlayır, təsdiqləyir, imzalayır, təqdim edir, mübahisali nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin orijinalını həmin dövlət orqanına təqdim edir, bu öhdəliyini icrasını təmin etmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində, o cümlədən, notariuslarda, bütün dövlət və qeyridövlət orqan, təşkilat və qurumlarında bütün zəruri hərəkətlərin aparılmasını təmin edir və öhdəsinə götürür, "X4" QSC isə bunun müqabilinda mübahisanin barışıq yolu ilə xitam verilməsinə razılıq verir. - "X5" MMC bu müqavilənin 1-ci bəndində göstərilən öhdəlikləri 2 iş günü ərzində tam icra edərək mübahisəli nəqliyyat vasitəsinin "X4"-nin adına qeydiyyata alınmasını və "X4" MMC-nin adına müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsini öhdəsinə götürür. - "X5" MMC bu müqavilənin 1-ci bəndində göstərilən öhdəlikləri icra, o cümlədən vaxtında icra etmədikdə və/və ya gecikdirilərsə, bu barışıq sazişini ilə müəyyən edilmiş bütün öhdəlikləri məcburi qaydada təmin ediləcəkdir və əlavə olaraq "X5" MMC tərəfindən "X4”MMC-yə kompensasiya ödəniləcəkdir. Tərəflər aşkar təsdiq edirlər ki, "X5" MMC mübahisəli nəqliyyat vasitəsinin "X4” QSC-yə verilməsi, habelə onun adına rəsmiləşdirilməsi, keçirilməsi ilə əlaqədar "X4”-dən hər hansı vəsait tələb edə bilməz. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar