Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-206/2020 13.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X1 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı “Bakısiğorta” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Firmasına qarşı 2954,50 manat siğorta ödənişi, 30,40 manat dövlət rüsumu, 7 manat məbləğində notariat xərci, cəmi 2991,90 manat pul tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-649/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Əfqan Ələkbərov) cavabdeh “xxxx” Firması tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işin apellyasiya baxışından çıxarılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Bakısığorta” Açıq Səhmdar Cəmiyyəti cavabdeh “xxxx” Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2954.50 (iki min doqquz yüz əlli dörd manat, əlli qəpik) məbləğində sığorta ödənişinin, 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun 7.00 (yeddi manat) məbləğində notariat xərcinin, cəmi 2991.90 (iki min doqquz yüz doxsan bir manat, doxsan qəpik) məbləğində pulun cavabdehlər Cavabdeh1 və “xxxx” firmasından müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdehlər sırasından çıxarılması və “xxxx” Firmasının vahid cavabdeh hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə, saat 08:35-də Bakı şəhəri, Xəzər rayonu, Albalılıq yaşayış sahəsi, Ağamir Rəhimov küçəsində “xxxx” firmasına məxsus olan “Fiat Albea” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 yol vərəqəsi əsasında idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Chery A-13” markalı, 99CO349 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.DİN Bakı şəhəri Xəzər RPİ DYPŞ-nin xx.xx.2014-cü il tarixli, 9/19-4308 saylı müvafiq arayışına, xx.xx.2014-cü il tarixli BYP 956364 saylı inzibati xəta haqqında protokoluna və inzibati xəta haqqında iş üzrə qərarına əsasən, “Fiat Albea” markalı, 10TD062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin tələblərini pozduğuna görə, İnzibati Xətalar Məcəlləsinin 151.1 -ci maddəsinə əsasən təqsirli bilinmiş və 40.00 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh inzibati xəta haqqında iş üzrə qərarla razılaşaraq onu öz imzası ilə təsdiq etmiş və barəsindəki inzibati tənbeh tədbiri icra edilmişdir.Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “xxxx”ASC tərəfindən “Chery A-13” markalı, 99CO349 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq, 2954.50 (iki min doqquz yüz əlli dörd manat, əlli qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəticədə borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı hazırki iddianı irəli sürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-649/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” Firmasından 2954,50 (iki min doqquz yüz əlli dörd manat əlli qəpik) siğorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 7 manat notariat xərcinin, cəmi 2991,90 manatın tutularaq “Bakısığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilərək məhkəmənin icraatına qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2020-ci il tarixdə məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı “Bakısığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə baxılması üçün işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı “Bakısığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə baxılması üçün hazırki iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı “Bakısığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə baxılması üçün hazırki iş apellyasiya baxışından çıxarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-206/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-206/2020
13.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver