Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-4/2021 29.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borc ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən Cavabdeh1 məxsus istixanada təbii qazdan qanunsuz istifadə nəticəsində Şəmkir RQİİ-nə dəymiş ziyanın, eləcə də yaranmış debitor borcun, ümumilikdə 272 245,70 manat vəsaitin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının səlahiyyətli nümayəndəsi X1 tərəfindən məhkəməyə ərizə təqdim edilərək iş üzrə Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmə ərizəni təmin etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-721/2018 nömrəli, 30 oktyabr 2018-ci il tarixli qərardadı ilə icraatda olan iş iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı İB-nə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası yekunlaşıb qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 arasında bağlanmış 25.12.2015-ci il tarixli, 2161-12-15 nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Şəmkir rayonu, Əliyaqulu kəndində yerləşən cavabdehə məxsus istixana iddiaçı tərəfindən təbii qazla təchiz olunmuşdur. İstehlakçı istifadə olunmuş 277295 kub.metr təbii qazın dəyərini ödəməmişdir.Borcun ödənilməsinin məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasına riayət edilsə də cavabdeh tərəfindən borc ödənilməmişdir. İddiaçının nümayəndəsi X2 29 mart 2021-ci il tarixli məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh1 29 mart 2021-ci il tarixli məhkəmə iclasında izahat verərək hazırki borc məbləği ilə bağlı mübahisəyə baxıldığını bildirdi.. Tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş: abonetin saldolarından görünür ki, abonent Cavabdeh1 hesabında 271 950,20 manat və 295,50 manat debitor borcu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2-1(82)-95/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən iddiaçı Cavabdeh2 məxsus Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən istixanaya hesablanmış 271 224 manat borcun silinməsi qət edilmişdir. Sözügedən qərar qanuni qüvvəsini almış və hazırki mülki işlə birbaşa əlaqəlidir. Odur ki, borc məbləğinin 271 224 manat hissəsi əsassız sayılır. 25.12.2015-ci il tarixli, 2161-12-15 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı Cavabdeh1 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilə istehlakçı tərəfdən etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 Cabbar oğlu tərəfindən imzalanmışdır. 11 iyul 2018-ci il tarixli, 010B-13HŞ-766 saylı pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. 21 iyun 2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh1 məxsus istixanay baxış keçirərək sayğacdan əvvəl qeyri-qanuni qaz xətti olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1021,70 (min iyirmi bir manat yetmiş qəpik) manat borc məbləği və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1021,70 (min iyirmi bir manat yetmiş qəpik) manat borc və 30 (otuz manat) manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805104, VÖEN **********, M/H AZ03NABZ.********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-4/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-4/2021
29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver