Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-214/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-2911/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 193927,14 manat məbləğində borcun onun **********00000 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2911/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2911/2023 saylı qərardadı ilə (hakim Ülkər Həsənova) vəsatət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2911/2023 nömrəli qərardadının ləğv edilməsi və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən “xidməti yazı” ilə müvafiq qaydada işəgötürənə müraciət edilmiş və yalnız bundan sonra elektron imzada olan nasazlıq aradan qaldırılmışdır. Bundan başqa elektron məhkəmə sistemindən aydın görünür ki sözügedən iş üzrə apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə sistemə yüklənmiş, lakin imza prosesində nasazlıqlar yarandığından imzalamaq mümkün olmamışdır. Qeyd edilənlərdən göründüyü kimi prosessual müddət üzürlü səbəbdən ötürülmüşdür, lakin məhkəmə bu hallara düzgün hüquqi qiymət verməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2911/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2911/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəyə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-2911/2023 saylı qətnaməsi cavabdehin qanuni nümayəndəsinin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, həmin tarixdə icraya yönəldilmişdir. Cavabdeh tərəfindən pellyasiya şikayəti yekun məhkəmə aktından şikayət verilməsi müddəti bitdikdən 7 gün sonra verilmişdir. Cavabdeh müddətin bərpası barədə ərizədə prosessual müddətin elektron imzada texniki problemlər yarandığı üçün ötürüldüyünü göstərsə də, bunu təsdiq edən sübutlar ərizəyə əlavə edilməmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq şikayətə əlavə edilmiş xidməti yazı ilə bağlı bildirir ki, həmin xidməti məlumat elektron məhkəmə informasiya sistemi ilə əlaqədar quruma deyil, cavabdehin baş direktorunun İstismar üzrə müavininə ünvanlandığından elektron imzada həqiqətən texniki problem olduğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, həmin xidməti məlumatda ümumiyyətlə tarixlər qeyd edilmədiyindən müraciətin hansı tarixdə edildiyi və imzada problemin yaranma vaxtını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2911/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh İB-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2911/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-214/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-214/2024
10.01.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver