Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-235/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi; İddiaçının nümayəndəsi X3 iştirakı ilə; İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh “xxxx” Şirkətinə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-634/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilkatı cavabdeh “xxxx” Şirkətinə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-634/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-2(113)-634/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadın ləğv edilməsi və işin icraata götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-634/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, “xxxx” şirkəti xx xxxx 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Həmin müəssisənin təsis sənədləri təşkilata təqdim edilmədiyindən, təsis sənədlərinin əldə olunması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinə tərəflərindən sorğu verilməsinə baxmayaraq, sözügedən müəssisənin təsis sənədləri təşkilata təqdim edilmədiyindən İddiaçı QSC Bank olmayan Kredit Təşkilkatı tərəfindən iddia ərizəsi ilə məhkəməyə elektron qaydada müraciət olunması mümkün olmamışdır. Göstərilənlərə əsasən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 634/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadını ləğv edərək işin məhkəmə icraatına götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vüqar Babayev şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsinin verilməsi zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşarkən aşağıdakı qanunvericilik normalarına istinad edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, həmin ərizə və sənədlər xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərilmişdir. Qanunun qeyd olunan tələbindən də göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, iddia ərizələrinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq elektron kabinet vasitəsilə verilməmişdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-634/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-235/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-235/2020
10.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver