Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-245/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X1 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı QSC BOKT-nin cavabdeh Cavabdehnə qarşı borcun tutulması tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-635/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-635/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı QSC BOKT-nin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, iddia ərizəsinin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmaması iddiaçıya izah edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-635/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız olsuğundan ləğv edilməlidir. Belə ki, məhkəmə qərardadında qeyd edir ki, kommersiya mübahisələr üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Cavabdeh xx xxxxx 1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Həmin müəssisənin təsis sənədləri təşkilata təqdim edilmədiyindən, təsis sənədlərinin əldə olunması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə sorğu verilməsinə baxmayaraq sözügedən müəssisənin təsis sənədləri təşkilata təqdim edilmədiyindən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən iddia ərizəsi ilə məhkəməyə elektron qaydada müraciət olunması mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı hesab edir ki, məhkəmənin sözügedən qərardadı ləğv edilməli və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatın Cavabdehnə qarşı borcun tutulması tələbinə dair mülki iş məhkəmənin icraatına götürülməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-635/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətinn mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən şikayət ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayət prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada-“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilmədiyindən qanunun tələblərinə uyğun formada verilmiş hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-635/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-635/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-245/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-245/2020
10.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver