Məhkəmə qərarları › İş №2-2(103)-355/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-355/2020

12.08.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-355/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh X8 nümayəndəsi X4 iştirakı ilə, iddiaçı X1 Cavabdeh X6rşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-228/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin tərtib etdiyi xx xxxxxxxx 2019-cu il tarixli, MXD-11219 saylı aktın ləğv edilməsi, həmin akt əsasında “Kaktus” restoranının üzərinə qoyulmuş 2196 manat borcun silinməsi, vəkillə müqavilə bağlanması üçün ödənilmiş 160 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilmişdir. İddiaçı D.K.Abdullayeva iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin tərtib etdiyi xx xxxxxxxx 2019-cu il tarixli, MxD-11219 saylı aktın ləğv edilməsi, də həmin akt əsasında onun üzərinə qoyulmuş 2196 manat borcun silinməsi, vəkillə müqavilə bağlanması üçün ödənilmiş 160 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)- 228/2020 saylı qərardadına əsasən iş üzrə icraata “xx xxxxxxxx 2019-cu il tarixli, MXD-11219 saylı aktın ləğv edilməsi” hissəsində xitam verilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 24:00-da Cavabdeh ASC-nin işçiləri iddiaçıya məxsus “Kaktus” restoranına yaxınlaşaraq su kəmərindən gizli xətt çəkildiyini əsas gətirərək cərimə tətbiq olunacağıni bildirmişlər. Restoranı etibarnamə əsasında idarə edən X9 həmin şəxsləri içəri dəvət etmiş və onlar restoranın həyətində çay içmişlər. Həmin ərəfədə su idarəsinin işçilərinə bildirilmişdir ki, heç bir gizli xətt çəkilməyib, divardan keçirilən şlanq qonşu ərazidə işləyən avto yuyucuya məxsusdur, onların razılığı ilə lazım gəldikdə restoranın həyət hissəsi həmin şlanq vasitəsilə yuyulur. Su idarəsinin işçiləri bununla razılaşmamış və bir müddət sonra xx xxxxxxxx 2019- cu il tarixli, MXD-11219 saylı akt tərtib etmiş və X3 2196 manat məbləğində guya dəymiş ziyan hesablanmışdır. Həmin aktın ləğvi ilə bağlı ərizə ilə Cavabdeh ASC-yə müraciət edilmiş, lakin həmin qurumun müvafiq məktubu ilə ərizənin təmin olunmayacağı və yaranmış borcun ödənilməsi tələb olunmuşdur. Halbuki, cavabdehin əməkdaşları yerində nə sayğaca baxış keçirmiş, nə də əlavə xəttin olubolmamasını araşdırmamışlar. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, vəkillə müqavilə bağlanması üçün 160 manat, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-228/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının 2196 manat borcun silinməsi barədə tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-228/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, məhkəmə tətbiq edilməli olmayan normanı tətbiq etmiş və buna görə də məhkəmənin qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Kaktus” restoranı adı altında fəaliyyət göstərən Bakı şəhəri Yasamal rayonu ünvanda yerləşən obyektə su təchizatına baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=15 mm-lik su xətti vasitəsi ilə sudan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilmişdir. Bu barədə xx xxxxxxxx 2019-cu il tarixli, MXD-11219 saylı inventar aktı tərtib edilmişdir. Həmin akt əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun olaraq 2196 manat dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdan kənar qaydada qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini faktını aşkarlanması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirilməsi, bunun Ədliyyə nazirliyi rəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab edilməsi barədə gəldiyi nəticədə tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə carı baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. İşə apellyaisya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasının vaxtı barədə məlumatlı olsa da, iclasda iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-228/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan MXD-11219 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli inventar aktının surətindən görünür ki, “Kaktus” restoranında sayğacdan keçməyən d-15 mm-lik boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilməsi aşkar olunmuşdur, həmin akt abonent və ya nümayəndəsi tərəfindən imzalanmamış və bunun səbəbi aktda qeyd olunmamışdır. İş materiallarında olan qeyri - qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, MXD-11219 N-li, xx xxxxxxxx 2019-cu il tarixli inventar aktına əsasən zərərin məbləği 2196 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən keçirilmiş baxış qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir, keçirilmiş yoxlama hüquqi nəticə yaratmadığından həmin yoxlama nəticəsində tərtib edilmiş bütün aktlar etibarsız hesab edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi, Cavabdeh ASC içməli su təchizatı və çirkab sularının axıdılması xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə qaydaları"nın 4.1.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM (su təchizatı və kanalizasiya müəssisəsi) ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir. Qaydaların tələblərindən göründüyü kimi, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halı aşkar edildikdə Cavabdeh ASC-nin əməkdaşları əvvəlcə qoşulmanın tarixini müəyyənləşdirmək üçün tədbirlər görməli, mümkün olmadıqda isə suyun həcmini bir illik dövr üçün hesablamalıdırlar. Lakin hazırkı halda cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, məhkəmə iclasında iddiaçının bir il müddətində su xəttindən qanunsuz istifadə etdiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 43-cü maddəsinə əsasən su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ilk növbədə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən keçirilmiş yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Buna görə də hüquqi nəticəsi olmayan yoxlama əsasında hesablanmış 2196 manat məbləğində borcun silinməsi Cavabdeh ASC-yə həvalə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-228/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-228/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar