Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-493/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı X1, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, iddiaçı X1 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2-2(113)-504/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 (fərdi sahibkar) Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 2.159,33 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun icarəsindədir və ictimai iaşə kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsinə smart tipli sayğac quraşdırılmışdır. Lakin Nəsimi rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən obyektdə smart tipli su sayğacından əlavə d=15 mm-lik boru ilə sudan qeyri-istifadə olunduğunu qeyd edərək akt tərtib edilmiş və həmin akt əsasında 2.159,33 manat borc hesablanmışdır. Həmin boru obyektdən kənarda yerləşir və borudan istifadə edilmir. Cavabdeh tərəfindən həmin borudan istifadə edilməsinə dair heç bir sübut yoxdur. Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2-2(113)-504/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC tərəfindən X1 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında 052054 nömrəli abonent kodu üzrə hesablanmış 2159,33 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-504/2022 nömrəli 18.03.2022 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20,80 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X5 mülkiyyətində olan ünvan 1 ünvanı icarə müqaviləsi əsasında 04.01.2019-cu il tarixdə X2 icarəyə verilmişdir. Cavabdeh ASC tərəfindən sudan istifadə və tullantı suların axıdılması xidməti üzrə 01.10.2007-ci il tarixdə Azərbaycan Yəhidələri Dini icması ilə 19081556 nömrəli müqavilə bağlanmış və Dini İcmaya 052054 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvan üzrə mülkiyyətçi X8 və icarədar X3 ilə CavabdehSC arasında sudan istifadə və tullantı suların axıdılması xidməti üzrə hər hansı müqavilə bağlanmamışdır. Həmçinin Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 21.05.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvana baxış keçirilərkən sayğacdan kənar 15 mm-lik boru ilə qeyriqanuni sudan istifadə aşkar edilmiş və istehlakçı kimi Azərbaycan Yəhidələri Dini İcmasının barəsində 007227 nömrəli akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Lakin məhkəmə tərəfindən həmin hallar araşdırılmamış, bu hala hüquqi qiymət verilməmişdir. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı X3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki icarəyə götürdüyü obyektdə sudan istifadə üçün smart karta yüklənən puldan Cavabdeh ASC tərəfindən tutmalar aparılır. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2-2(113)-504/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən 6 saylı mənzil 04.01.2019-cu il tarixli icarə müqaviləsi əsasında X2 icarəyə verilmişdir. İş materiallarında olan 21.05.2021-ci il tarixli 007227 saylı aktdan görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanına baxış keçirilmiş və baxış zamanı obyektdə smart tipli su sayğacından əlavə olaraq 15 mm lik boru ilə sudan qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. Eyni zamanda aktdan görünür ki, aktda istehlakçı qrafasında Azərbaycan X9 qeyd olunmuşdur. İş materiallarında olan 21.05.2021-ci il tarixli 007227 saylı akta əsasən qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, qeyri-qanuni istifadə nəticəsində dəymiş zərər 2196 manat hesablanmışdır. Apellyasiya şikayətində qeyd olunanlar və izahatlar əsasında məhkəmə kollegiyası müəyyən edir ki, aktda və hesabatda abonent kimi X9, ünvan olaraq isə ünvan 2 ünvan hazırda iddiaçı X1 icarəsində olan Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 6 ünvandır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçının icarəsində olan obyektdə 21.05.2021-ci il tarixli 007227 saylı akt tərtib edilərkən sudan qeyri-qanuni istifadə edildiyinə dair məhkəməyə hər hansı sübut ¸likəşotof) disk) təqdim etməmişdir. İddiaçının iddia qaldırmağa subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 21.05.2021-ci il tarixli 007227 saylı akta əsasən ünvan 3 ünvanda sudan istifadəyə görə hesablanmış borc iddiaçının hazırda smart sayğaca yüklədiyi ödənişlərdən çıxıldığından iddiaçının həmin borcu ödəməyə subyektiv hüququ olduğu müəyyən olunur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2-2(113)-504/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2-2(113)-504/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-493/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-493/2022
25.05.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver