Məhkəmə qərarları › İş №2-2(103)-517/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-517/2025

16.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-517/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İlkin iddia üzrə İddiaçı2 Cavabdeh Rafail oğluna qarşı “əşyaların qaytarılması” tələbi barədə ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(113)- 1100/2025 saylı qətnaməsindən İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. 25.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, İddiaçı2 09 yanvar 2024-cü il tarixdə tanışı Cavabdeh məxsus obyektin təmirinə sərf etdiyi 2500 manat pul və 15600 manat dəyərində avadanlıqların qaytarılmaması şikayəti ilə Azərbaycan Respublikası DİN-ə elektron müraciət ünvanlamış və araşdırılma nəticəsində toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırmanın gedişində İddiaçı2 və Cavabdeh verdikləri izahatlarında şifahi razılıq əsasında bərbər xidmətlərinin göstərilməsi ilə bağlı birgə fəaliyyət göstərdiklərini bildirmişlər.

2. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərinə əsasən DSMFnin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ayrı-ayrılıqda 13 manat, 237 manat, 2 manat, xx.xx.2023-cü il tarixli qəbzlərə əsasən DVX-Milli Gəlirlər Baş İdarəsinə 19 manat, DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ayrı-ayrılıqda 307 manat, 50 manat, 22 manat, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 98 manat və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərinə əsasən DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə 87 manat, 5 manat, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 5 manat, Milli Gəlirlər Baş İdarəsinə 4 manat məbləğində ödəniş edilmişdir.

3. Əlavə edilmiş fotoşəkillərdə televizor, mikrodalğalı soba, mebellər, soyuducu, komputer, elektrik su qızdırıcısı, güzgü, kreslolar, kameralar, saç yumaq üçün çanaqlar, kondisoner və digər məişət əşyaları əks olumuşdur.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı2 iddia ərizəsi ilə cavabdehə müraciət edərək, Cavabdeh 1 ədəd “Shivaki” markalı su qızdırıcı, 1 ədəd yumru stol və ətrafında 4 ədəd stul, mətbəx şkafı 1 dəst alt hissəli, 1 ədəd çay dəmi üçün dəmir elekton yumru çaynik, 1 ədəd mini soyuducu, 1 ədəd “Panasonic” mikrodalğalı soba, 6 ədəd bərbərlik üçün nəzərdə tutulmuş kürsü (kresol), 6 dəst bərbərlik üçün nəzərdə tutulmuş mebel, 1 ədəd “elektroluks” markalı kondisioner, 1 ədəd “Samsung” markalı qara rəngli televizor, 4 ədəd kamera dəsti, 1 ədəd kamera quraşdırılması üçün yaddaş avadanlığı, 1 (bir) ədəd kassa aparatı, 1 dəst saç yumaq üçün kürsü (kreslo) və 1 dəst santexnik avadanlığının alınaraq İddiaçı2 qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə birlikdə sahibkarlıq niyyəti ilə ona məxsus olan ünvan 1 ünvanında bərbər fəaliyyəti niyyəti ilə əməkdaşlıq etmişdir. Göstərilən ünvanda bərbər fəaliyyəti üçün bütün lazımi avadanlıqlar tərəfindən alınmış və həmin ünvana yerləşdirilmişdir. Bir müddət sonra cavabdeh ilə aralarında mübahisə yaranmış və onu fəaliyyətdə olduğu ünvandan çıxarmış və aldığı əşyaları isə verməkdən imtina etmişdir. Belə ki, 1 ədəd “Shivaki” markalı su qızdırıcı, 1 ədəd yumru stol və ətrafında 4 ədəd stul, mətbəx şkafı 1 dəst alt hissəli, 1 ədəd çay dəmi üçün dəmir elekton yumru çaynik, 1 ədəd mini soyuducu, 1 ədəd “Panasonic” mikrodalğalı soba, 6 ədəd bərbərlik üçün nəzərdə tutulmuş kürsü (kresol), 6 dəst bərbərlik üçün nəzərdə tutulmuş mebel, 1 ədəd “elektroluks” markalı kondisioner, 1 ədəd “Samsung” markalı qara rəngli televizor, 4 ədəd kamera dəsti, 1 ədəd kamera quraşdırılması üçün yaddaş avadanlığı, 1 ədəd kassa aparatı, 1 dəst saç yumaq üçün kürsü (kreslo) və 1 dəst santexnik avadanlığı hazırda cavabdehdədir və onların qaytarılmasından imtina edir.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8 ay ərzində ödəmədiyi 4000 manat icarə haqqını, tərəfindən vergiyə ödədiyi 950 manatın, X2 ödədiyi 800 manatın, reklam çıxarılması üçün xərclədiyi 120 manatın, qarşılıqlı iddia ərizəsinə ödədiyi 78,7 manat dövlət rüsumunun, ümumilikdə 5948,7 manat pul vəsaitinin cavabdeh İddiaçı2 alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayında İddiaçı2 ona onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında 2-ci mərtəbədə yerləşən 56 kv.m sahəsi olan bərbərxananı birlikdə işlətməyi təklif etdi. Həmin ərəfələrdə obyekti 1.000 manata icarəyə vermək fikrində idi. Elman ona, özünə məxsus 4.000 manat dəyərində olan bərbərxana mebellərini, əvvəllər işlədiyi obyektdən söküb onunm obyektinə quraşdırılacağını və həmin mebelin alınmasına təxminən xərcləndiyini və onu da mebellərinə şərik edə biləcəyini bildirmişdir. Bundan sonra Elman öz şərtlərini irəli sürərək, 1000 manat icarə haqqının yarısı onun tərəfindən, qalan 500 manat icarə pulu isə onun tərəfindən qarşılanacağını və bununla yanaşı komunal və digər xərclərin yarısı onun tərəfindən, digər yarısı isə onun tərəfindən ödəniləcəyini, həmçinin mebellərinə şərik etdiyi üçün ilk 4 ay (aprel-iyul) ərzində icarə haqqını ödəməyəcəyini, lakin 4 ay keçdikdən sonra, hər ay tərəfindən 500 manat icarə haqqı ödəyəcəyi öhdəçiliyini bildirmişdir. Onun bu təkliflərinə icarə haqqının hesablanmasının 2023-cü ilin aprel ayından başlanılması şərti ilə razılıq verilmiş və onunla razılaşmışdır. Beləliklə hər iki tərəf fəaliyyətə başlamağa qərara almış və işə başlamışlar. Əlavə olaraq obyekt tam təmirli olduğu üçün əlavə heç bir təmir işlərinə ehtiyac olmadığına görə şəkillərini çəkmiş və ona göstərmişdir. Beləliklə, Elman mebelləri gətirdi, mebeli və santexnika sistemə quraşdırıldı. Obyektin VÖEN-i adına olduğu üçün aylıq vergi və kassa xərclərini ödəmiş, lakin ödənilmiş pulunun yarısı Elman tərəfindən ona qaytarmalı idi. Çöl hissədə qurulmalı reklam lövhəsini onun tərəfindən quraşdırılmasına baxmayaraq xərclərini o çəkmişdir, lakin həmin pulun yarısını da Elman ona ödəməli idi. Sonda, yəni 2023-cü ilin noyabr ayının axırlarında İddiaçı2 ona şəriklikdən çıxmaq istədiyini bildirmişdir. İddiaçı isə obyektin 8 ay ərzində istifadə edərək, müştərilərdən qazandığın pulları özünə xərclədiyini və bunun müqabilində onun tərəfindən yığılıb qalmış 4000 manat icarə haqqı borcunun ödənilməsini, həmçinin vergiyə 850 manat və reklama çəkilmiş xərclərin ödənilməsi öhdəçiliklərinin olduğunu bildirmişdir. Anlaşmaya əsasən, mebellərin yarısı onsuz da ona məxsus idi. Beləliklə, Elman ona, ümumi borcundan 1700 manat mebellərə şərik olmağına görə çıxılmasını və qalan 2300 manat icarə haqqını ödəyəcəyi vədini vermişdir. Lakin o, həmin borc məbləğini ona ödəməmişdir. Elmana dəfələrlə öhdəliklərini yerinə yetirməsi barədə xəbərdar etməsinə baxmayaraq, o, hər dəfə müəyyən bəhanələr gətirərək, borcunu ödəməkdən yayınmışdır. İddiaçı2 etibaran sui-istifadə edərək onu aldatmışdır. Ödəməli olduğu borc vəsaitini ödəmədən, müştərilərdən qazanılmış nəfi mənimsəyərək özünə xərcləyib.

8. İlkin iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsinə olan etirazı onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinə əsasən Cavabdeh 5948,70 manat pulun İddiaçı2 tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsinin təsviri hissəsində İddiaçı2 icarə haqqı və digər xərcləri tələb edir. Halbuki tərəflərin arasında razılaşma olmamışdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, Cavabdeh 5948,70 manat pulun İddiaçı2 tutularaq ona ödənilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş edir

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2254/2024 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş və qarşılıqlı iddia təmin edilməmişdir. İlkin iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə Cavabdeh Rafail oğlundan tutularaq İddiaçı2 ödənilməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh birlikdə cavabdehə məxsus qeyri-yaşayış ünvanında sahibkarlıq fəaliyyətinin (bərbərlik) həyata keçirilməsi üçün əməkdaşlıq etmişlər. Göstərilən ünvanda bərbər fəaliyyəti üçün bütün lazımi avadanlıqlar iddiaçı tərəfindən alınmış və həmin ünvana yerləşdirilmişdir (ilkin iddia ərizəsində göstərilən əşyaların iddiaçıya məxsus olması və hələ də cavabdehə məxsus ünvanda qalması işin mübahisə edilməyən halıdır. Lakin tərəflər arasında mübahisə yarandığı üçün əməkdaşlıq davam edə bilməyib və cavabdeh ona məxsus olan qeyriyaşayış sahəsinin boşaldılmasını tələb edib. İddiaçı həmin əşyalarını götürmək istəyəndə cavabdeh maneə olaraq bildirib ki, “iddiaçının cavabdehə 4000 manat icarə haqqı borcu, həmçinin vergiyə 850 manat və reklama çəkilmiş xərcləri var, onları ödəməlidir. Anlaşmaya əsasən, mebellərin yarısı onsuz da ona məxsus idi. Elman ona, ümumi borcundan 1700 manat mebellərə şərik olmağına görə çıxılmasını və qalan 2300 manat icarə haqqını ödəyəcəyi vədini vermişdir. Lakin o, həmin borc məbləğini ona ödəməmişdir”. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı bildirsə də ki, tərəflərin razılığına əsasən iddiaçı ona aylıq məhz 500 manat icarə haqqı, vergi ödənişlərini, reklam xərclərini ödəməli idi, lakin buna dair hər hansı sübutu (icarə müqaviləsi, əvvəlki dövr üçün ödəniş sənədi, tərəflər arasında olan danışıqlıqlara dair sübutu və s.) təqdim edə bilməmişdir. Hazırkı iş üzrə, ilkin iddia ərizəsində göstərilən əşyaların mövcüdluğu, iddiaçıya məxsus olması (cavabdehin qeyri-yaşayış sahəsinə məhz iddiaçı tərəfindən gətirilməsi), əşyaların hələ də cavabdehdə olması işin mübahisə edilməyən halıdır. (Məhkəmənin ilkin iddia üzrə cavabdehə dəfələrcə verdiyi sualına cavab olaraq cavabdeh həmin halları təsdiq və etiraf etmişdir). Sübut edilməli dördüncü hala (tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir) gəldikdə isə məhkəmə qeyd etmişdir ki, cavabdehin “iddiaçının ona icarə haqqı və digər borclarının olması səbəbi ilə əşyaların qaytarılmaması” arqumentini məhkəmə qanunsuz və əsassız hesab etmişdir. Belə ki, cavabdeh öz etirazının əsasını təşkil edən hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim olunan – sertifikatın aktivləşdirilməsi haqqında bildiriş, vergi orqanına və müvafiq fondlara edilən ödənişlərə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, həmin ödənişlərin ilkin iddia üzrə iddiaçıya aid olması və ya bu ödənişlərin müqabilində iddiaçı tərəfindən də cavabdehə hər-hansı pul vəsaitinin ödənilməsinə dair öhdəliyinin olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, əşyaların cavabdeh tərəfindən özündə saxlamasının qanunsuz olduğu qənaətinə gəlmişdir. Beləliklə, ilkin iddia ərizəsi üzrə sübut edilməli hallar öz təsdiqini tapdığı üçün məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və ilkin iddia üzrə Cavabdeh Rafail oğlundan 1 ədəd “Shivaki” markalı su qızdırıcı, 1 ədəd yumru stol və ətrafında 4 ədəd stul, mətbəx şkafı 1 dəst alt hissəli, 1 ədəd çay dəmi üçün dəmir elekton yumru çaynik, 1 ədəd mini soyuducu, 1 ədəd “Panasonic” mikrodalğalı soba, 6 ədəd bərbərlik üçün nəzərdə tutulmuş kürsü (kresol), 6 dəst bərbərlik üçün nəzərdə tutulmuş mebel, 1 ədəd “elektroluks” markalı kondisioner, 1 ədəd “Samsung” markalı qara rəngli televizor, 4 ədəd kamera dəsti, 1 ədəd kamera quraşdırılması üçün yaddaş avadanlığı, 1 ədəd kassa aparatı, 1 dəst saç yumaq üçün kürsü (kreslo) və 1 dəst santexnik avadanlığı alınaraq ilkin iddia üzrə İddiaçı2 qaytarılmalıdır. Qarşılıqlı iddia ərizəsinin hüquqi əsasını Azərbacan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsi təşkil etmişdir. Həmin maddəyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Lakin, qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında birgə əməkdaşlıq deyil, məhz icarə münasibətlərinin mövcudluğunu və icarə haqqının 500 manat olmasını, çəkilmiş xərclərin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilməli olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi əsasız olduğu üçün rədd edilməli. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, ilki iddia üzrə 100 manat, qarşılıqlı iddia üzrə 78,70 manat dövlət rüsumu xərcləri ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, ilkin iddia ərizəsi təmin edildiyi üçün 100 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehə, qarşılıqlı iddia ərizəsi rədd edildiyi üçün qarşılıqlı iddia üzrə ödənilmiş rüsum qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

11. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər aralarında olan razılaşmaya əsasən şərikli olaraq bərbərxana işlədib. Belə ki, 2023-cü ilin yanvar ayında İddiaçı2 ona onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında 2-ci mərtəbədə yerləşən 56 kv.m sahəsi olan bərbərxananı birlikdə işlədilməsini təklif etdi. Həmin ərəfələrdə obyekti 1.000 manata icarəyə vermək fikrində idi. Elman ona, özünə məxsus 4000 manat dəyərində olan bərbərxana mebellərini, əvvəllər işlədiyi obyektdən söküb onunmobyektinə quraşdırılacağını və həmin mebelin alınmasına təxminən xərcləndiyini və ona da mebellərinə şərik edə biləcəyini bildirmişdir. Bundan sonra Elman öz şərtlərini irəli sürərək, 1000 manat icarə haqqının yarısı onun tərəfindən, qalan 500 manat icarə pulu isə ilkin iddia üzrə cavabdeh tərəfindən qarşılanacağını və bununla yanaşı komnunal və digər xərclərin yarısı onun tərəfindən, digər yarısı isə ilkin iddia üzrə cavabdeh tərəfindən ödəniləcəyini, həmçinin ilkin iddia üzrə cavabdehi mebellərinə şərik etdiyi üçün ilk 4 ay (aprel-iyul) ərzində icarə haqqını ödəməyəcəyini, lakin 4 ay keçdikdən sonra, hər ay tərəfindən 500 manat icarə haqqı ödəyəcəyi öhdəliyini bildirmişdir. Sonda, yəni 2023-cü ilin noyabr ayının axırlarında İddiaçı2 ilkin iddia üzrə cavabdehə şəriklikdən çıxmaq istədiyini bildirmişdir. İlkin iddia üzrə cavabdeh isə obyektin 8 ay ərzində istifadə etdiyi üçün müştərilərdən qazandığı pulları özünə xərclədiyini və bunun müqabilində onun tərəfindən yığılıb qalmış 4000 manat icarə haqqı borcunun ödənilməsini, həmçinin vergiyə 850 manat və reklama çəkilmiş xərclərin ödənilməsi öhdəliklərinin olduğunu bildirib. Anlaşmaya əsasən, mebellərin yarısı onsuz da ilkin iddia üzrə cavabdehə məxsus idi. Beləliklə, Elman ilkin iddia üzrə cavabdehə ümumi borcundan 1700 manat mebellərə şərik olmağına görə çıxılmasını və qalan 2300 manat icarə haqqını ödəyəcəyi vədini vermişdir. Lakin o, həmin borc məbləğini ilkin iddia üzrə cavabdehə ödəməmişdir. Elmana dəfələrlə öhdəliklərini yerinə yetirməsi barədə xəbərdar etməsinə baxmayaraq, o, hər dəfə müəyyən bəhanələr gətirərək, borcunu ödəməkdən yayınmışdır. Bununla da, ilkin iddia ərizəsi üzrə İddiaçı2 ilkin iddia üzrə cavabdehi şərikli bərbərxana işlətməyi təklif etsə də, sonradan fikrindən yayınmış və 8 ay ərzində ilkin iddia üzrə cavabdeh tərəfindən çəkilmiş xərclər hesabına gəlir əldə etmişdir. Daha sonra isə aralarında olan razılaşmaya əsasən mebellərin yarısı ilkin iddia üzrə cavabdehə olacağını bildirsə də, sonradan mebellərin qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da hesab edir ki, aylıq 500 manat olmaqla 8 ay ərzində 4000 manat icarə haqqını, ilkin iddia üzrə cavabdeh tərəfindən ödənilmiş 850 manat vergi məbləğini və çəkilmiş digər xərclərin, ümumilikdə 5948,70 manat pul İddiaçı2 tutularaq ilkin iddia üzrə cavabdehə ödənilməlidir. İlkin iddia ərizəsi üzrə İddiaçı2 ilə aralarında olan səs yazıları olan disk məhkəməyə təqdim edilmiş, lakin həmin disk məhkəkə tərəfindən tədqiq edilməmiş və nəticədə ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia tələbi qanunsuz və əsassız olaraq rədd edilmişdir. Odur ki, işə apellyasiya instansiyasında yenidən baxılarkən həmin səs yazılarının olduğu disk yenidən məhkəmədə araşdırılması üçün təqdim olunacaq.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri :

13. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayında İddiaçı2 ona bildirdi ki, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında 2-ci mərtəbədə yerləşən 56 kv.m sahəsi olan bərbərxananı birlikdə işlədsinlər. Həmin ərəfələrdə obyekti 1.000 manata icarəyə vermək fikrində idi. Elman ona, özünə məxsus 4.000 manat dəyərində olan bəıbərxana mebellərini, əvvəllər işlədiyi obyektdən söküb onunm obyektinə quraşdırılacağını və həmin mebelin alınmasına təxminən xərcləndiyini və onu da mebellərinə şərik edə biləcəyini bildirmişdir. Bundan sonra Elman öz şərtlərini irəli sürərək, 1000 manat icarə haqqının yarısı onun tərəfindən, qalan 500 manat icarə pulu isə onun tərəfindən qarşılanacağını və bununla yanaşı komunal və digər xərclərin yarısı onun tərəfindən, digər yarısı isə onun tərəfindən ödəniləcəyini, həmçinin mebellərinə şərik etdiyi üçün ilk 4 ay (aprel-iyul) ərzində icarə haqqını ödəməyəcəyini, lakin 4 ay keçdikdən sonra, hər ay tərəfindən 500 manat icarə haqqı ödəyəcəyi öhdəçiliyini bildirmişdir. Onun bu təkliflərinə icarə haqqının hesablanmasının 2023-cü ilin aprel ayından başlanılması şərti ilə razılıq verilmiş və onunla razılaşmışdır. Beləliklə hər iki tərəf fəaliyyətə başlamağa qərarın almış və işə başlamışlar. Əlavə olaraq obyekt tam təmirli olduğu üçün əlavə heç bir təmir işlərinə ehtiyac olmadığına görə şəkillərini çəkmiş və ona göstərmişdir. Beləliklə Elman mebelləri gətirdi, mebeli və santexnika sistemə quraşdırıldı. Obyektin VOEN-i adına olduğu üçün aylıq vergi və kassa xərclərini ödəmiş, lakin ödənilmiş pulunun yarısı İdman tərəfindən ona qaytarmalı idi. Çöl hissədə qurulmalı reklam lövhəsini onun tərəfindən quraşdırılmasına baxmayaraq xərcləri o çəkmişdir, lakin həmin pulun yarısını da İdman ona ödəməli idi. Sonda, yəni 2023-cü ılın noyabr ayının axırlarında Səfərov 1 İman Sərraf oğlu ona şəriklikdən çıxmaq istədiyini bildirmişdir. Məhkəmə haqlı olaraq qarşılıqlı iddia ərizəsini təmin etməmişdir. Belə ki. qarşılıqlı iddia ərizəsinin hüquqi əsasını Azərbacan Respublikası Mülki Məcəlləsinin 700.1 -ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında birgə əməkdaşlıq deyil, məhz icarə münasibətlərinin mövcudluğunu və icarə haqqının 500 manat olmasını, çəkilmiş xərclərin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilməli olmasını siibııta yetirə bilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini, qətnamənin qismən ləğv edilməsini xahiş etdi.

15. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etdi. Şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

17. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia təmin edilmiş və qarşılıqlı iddia isə rədd edilmişdir. Kollegiya ilkin cavabdeh, qarşılıqlı iddiaçının verdiyi apellyasiya şikayətində qətnaməni yalnız qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirdiyini nəzərə alaraq hesab edir ki, qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qarşılıqlı iddiaçı ilə qarşılıqlı cavabdeh qarşılıqlı iddiaçıya məxsus qeyriyaşayış sahəsində birgə sahibkarlıq fəaliyyətinin (bərbərlik) həyata keçirilməsi barədə müqavilə bağlanmış, göstərilən ünvanda bərbər fəaliyyəti üçün bütün lazımi avadanlıqlar qarşılıqlı cavabdeh tərəfindən alınmış və həmin ünvana yerləşdirilmişdir Lakin tərəflər arasında mübahisə yarandığı üçün əməkdaşlıq davam edə bilməyib və qarşılıqlı iddiaçı ona məxsus olan qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb edib. Hazırda qarşılıqlı iddiaçı aralarında olan razılaşmaya əsasən qarşılıqlı cavabdeh tərəfindən ayda 500 manat məbləğində icarə haqqı ödənilməli olmasını, eyni zamanda tərəfindən birgə fəaliyyətlə bağlı Dövlət Vergi Xidmətinə və X2 ödənişlər edildiyini, həmin xərclərin də tərəflər arasında bölüşdürülməli olmasını əsas göstərərək 8 aylıq müddət üçün 4000 manat icarə haqqının, eləcə də Dövlət Vergi Xidmətinə ödədiyi 950 manat, X2 ödədiyi 800 manat pulun, reklam çıxarılması üçün 120 manat xərcin tutulmasını tələb edir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, icarə haqqının tutulması hissəsində iddianın qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

24. Həmin tələblə bağlı kollegiya qeyd edir ki, tərəflərin arasında qarşılıqlı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qarşılıqlı cavabdehə icarəyə verilməsi, bunun müqabilində qarşılıqlı cavabdeh tərəfindən ayda 500 manat məbləğində icarə haqqının ödənilməli olması barədə razılaşmanın mövcudluğu iş materiallarına əsasən müəyyən edilmir.

25. Odur ki, hazırkı halda tərəflər arasında yaranmış faktiki münasibətlərdə Mülki Məcəllənin 700.1-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir.

26. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, 4000 manat məbləğində icarə haqqının tutulması hissəsində qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.

27. Qarşılıqlı iddianın birgə sahibkarlıq fəaliyyəti ilə bağlı çəkdiyi xərclərin tutulması hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin hissədə tələb tərəflər arasında razılaşmaya əsasən birgə fəaliyyətlə bağlı xərclərin yarısını qarşılıqlı cavabdeh ödəməli olduğu halda Dövlət Vergi Xidmətinə, X2 ödənişlərin, eləcə də reklamın çıxarılması ilə bağlı xərclər qarşılıqlı iddiaçı tərəfindən ödənilməsi ilə əsaslandırılmışdır. Kollegiya qeyd edir ki, həmin hissədə qarşılıqlı iddianın qanuni əsasını Mülki Məcəllənin 442-ci maddəsi təşkil edir.

28. Hazırkı halda qarşılıqlı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni birgə fəaliyyətlə bağlı ərizədə göstərilən xərclərin onun tərəfindən çəkilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddiaçının təqdim etdiyi Dövlət Vergi Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənişləri təsdiq edən qəbzlərə münasibətdə kollegiya qeyd edir ki, həmin qəbzlərə əsasən ödənilən pul vəsaitlərinin tərəflər həyata keçirdikləri birgə fəaliyyətlə hər hansı bağlılığı müəyyən edilmir.

29. Odur ki, birinci instansiya məhkəməsi həmin hissədə də iddianı rədd etməkdə haqlı olmuşdur.

30. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, hər iki apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(113)- 1100/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın

Apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar