Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-546/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əşyaların qanunsuz sahiblikdən geri tələb edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə2, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-211/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixli NAA-01 nömrəli, xx.xx.2008-ci il tarixli NAA-02 nömrəli və xx.xx.2011-ci il tarixli NAA-04 nömrəli kredit müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən bank tərəfindən "xxxx" MMCyə müvafiq olaraq 36 ay müddətinə illik 18 % ödəmək şərti ilə 5.000.000 ABŞ dolları, 24 ay müddətinə illik 18 % ödəmək şərti ilə 3.300.000 ABŞ dolları və 60 ay müddətinə illik 6 % ödəmək şərti ilə 5.000.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka saxlayan "xxxx" ASC ilə borcalan "xxxx" MMC və ipoteka qoyan "xxxx" MMC arasında xx.xx.2009-cu il tarixli NAA-01/a nömrəli ipoteka müqaviləsi və xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqavilələrinə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. "xxxx" ASC həmin kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2015-ci il tarixli 2-2(83)- 33/2015 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixədək hesablanmış xx.xx.2007-ci il tarixli, NAA 01 nömrəli kredit müqaviləsinə əsasən ******* ABŞ dolları əsas, 3340999,98 ABŞ dolları faiz, 10636499,97 ABŞ dolları cərimə faizi, xx.xx.2008-ci il tarixli, NAA-02 nömrəli kredit müqaviləsinə əsasən 899170 ABŞ dolları əsas, 582979,77 ABŞ dolları faiz, 2223224,65 ABŞ dolları cərimə faizi və xx.xx.2011-ci il tarixli NAA 04 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas, 763333,33 manat faiz, 497777,78 manat cərimə faizi olmaqla cəmi 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcunun tutulması və tutmanın "xxxx" MMC-nin mülkiyyətində olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, MA seriyalı ******* saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus olan ünvan 1-də yerləşən əmlak kompleksinə yönəldilərək açıq hərracda satılması, əldə edilmiş vəsaitin "xxxx" MMC-nin "xxxx" ASC-yə olan 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcunun qaytarılmasına yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMC-dən tutulması və iddia ərizəsinə ödənilən 30 manat dövlət rüsumu xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
3. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(104)-26/2015 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(83)-33/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixədək hesablanmış xx.xx.2007-ci il tarixli, NAA 01 nömrəli kredit müqaviləsinə əsasən ******* ABŞ dolları əsas, 3340999,98 ABŞ dolları faiz, 10636499,97 ABŞ dolları cərimə faizi, xx.xx.2008-ci il tarixli, NAA-02 nömrəli kredit müqaviləsinə əsasən 899170 ABŞ doları əsas, 582979,77 ABŞ dolları faiz, 2223224,65 ABŞ dolları cərimə faizi və xx.xx.2011-ci il tarixli NAA 04 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas, 763333,33 manat faiz, 497777,78 manat cərimə faizi olmaqla cəmi 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcunun tutulması və tutmanın "xxxx" MMC-nin mülkiyyətində olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, MA seriyalı ******* saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus olan ünvan 1-də yerləşən əmlak kompleksinə yönəldilərək açıq hərracda satılması, əldə edilmiş vəsaitin "xxxx" MMC-nin "xxxx" ASC-yə olan 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcun qaytarılmasına yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMC-dən tutulması və iddia ərizəsinə ödənilən 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(102)-06/16 saylı qərarı ilə cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin kassasiya şikayətləri təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(104)- 26/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(104)-26/2015 nömrəli qətnaməsi üzrə icra vərəqəsi verilmiş və xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən iş üzrə icraata başlanılmışdır.
6. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası çərçivəsində "xxxx" ASC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış və yuxarıda qeyd olunan kredit müqavilələri üzrə tələb hüququ "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir.
7. Hərrac təşkilatı olan "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə dair hərraclar keçirilmiş, hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli 55/02 nömrəli protokol tərtib edilərək və eyni tarixli alqı-satqı müqaviləsi bağlanmaqla həmin əmlak kompleksi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən "xxxx" QSC BOKT-ın mülkiyyətinə keçmişdir.
8. "xxxx" MMC-yə məxsus olmuş əmlakın "xxxx" QSC BOKT-na təhvil-təslimi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə aid əmlakların təhvil-təslim olunmasına dair "xxxx" MMC-nin baş direktoru Qanuni nümayəndə2 və "xxxx" QSC-nin nümayəndələri X3, X4 iştirakı ilə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı tərtib olunmuş və həmin akt əsasında ünvan 1 ünvanında olan "xxxx" MMC-yə məxsus olmuş əmlak kompleksi "xxxx" QSC BOKT-na təhvil verilmişdir.
9. "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədi ilə yaradılmış Təhvil-Təslim Komissiyasının qərarı ilə "xxxx" ASC-dən problemli aktivlərin əvəzində əldə edilmiş "xxxx" MMC-nin əsas vəsaitlərinin "xxxx" QSC-dən "xxxx" ASC-yə təhvil verilməsinə dair "xxxx" QSC-nin nümayəndələri X3, X10, "xxxx" ASC-nin işçi qrupunun üzvləri X13, X7, X5, "xxxx" MMC-nin baş direktoru Qanuni nümayəndə2 iştirakı ilə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı tərtib edilmiş və həmin akt əsasında ünvan 1 ünvanında olan "xxxx" MMC-yə məxsus olmuş və "xxxx" QSC BOKT-na təhvil verilmiş əmlak kompleksi "xxxx" ASC-yə verilmişdir.
10. ünvan 1 ünvanında yerləşən əmlak komleksi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
11. İddiaçı "xxxx" MMC cavabdehlər "xxxx" QSC və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən əmlak kompleksindəki daşınar əmlakların geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Həmin işdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC cavabdehlər "xxxx" QSC BOKT və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakların cavabdehlər tərəfindən geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2-2(113)-169/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 "O da" markalı avtomobil (d.q.n. ** AE ***, ** AE ***, ** AE ***) və 1 ədəd ** AE *** d.q.n 2005-ci ilin istehsal olan QAZ-el markalı yük avtomobillərinin cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə geri qaytarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. İddiaçı "xxxx" MMC, üçüncü şəxs "xxxx" MMC və cavabdeh "xxxx" ASC həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2-2(103)-927/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-169/2021 saylı qətnaəsinin ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin iddiasının qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən əmlak kompleksinə dair inzibati bina üzrə Növbətçi otağı: 1 ədəd “Elit” markalı 35 kv.m-lik kondisioner, 1 ədəd 2 siyirməli masa, 1 ədəd sadə masa; Otaq 1: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 2 ədəd 2 qapılı şkaf mebeli, 1 ədəd şüşəli 2 qapılı şkaf mebeli, 1 ədəd 2 qapılı 1 rəfli dolab, 1 ədəd 2 siyirməli masa, 1 ədəd sadə masa, 3 ədəd oturacaq, 4 ədəd işıqlandirma lampası, Otaq 2: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılışkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, Otaq 3: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, Otaq 4: 1 ədəd "Elit markalı 35 kv.mlik kondisioner, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki siyirməli masa, 2 ədəd oturacaq, Otaq 5: 1 ədəd "Elit markalı 35 kv.m-lik kondisioner, 1 ədəd “Panasonic” markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu, Otaq 6: 1 ədəd “Panasonic” markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu, Otaq 7: 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki siyirməli masa, Otaq 8: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, Otaq 9: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, taxta döşəmə; Xadimə otağı: 1 ədəd iki siyirməli masa, 1 ədəd oturacaq; inzibati bina 2-ci mərtəbə: Otaq 1: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, Otaq 2: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd "Panasonic" markalı faks aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 4 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd rəfli şkaf, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, 1 ədəd sadə masa, 1 ədəd kompüter masası, 1 ədəd dəri ofis kreslosu, 2 ədəd oturacaq, 1 ədəd "Canon" MF-3228 markalı skaner, kseroks və printer, 1 ədəd “Samsung” markalı printer, 1 ədəd “Epson” markalı rəngli printer, 1 ədəd "HP laserjet 1018" markalı printer, 1 ədəd "Next" markalı prosessor, 1 ədəd "DCM" markalı UPS 1 ədəd "ASUS" marka monitor, 1 cüt "Genius" markalı kompüter kolonka, 1 ədəd “Genius” markalı kompüter klaviatura, 1 ədəd Web kamera, 1 ədəd "AirTies" markalı modem, 1 ədəd "Canon" markalı skaner; Otaq 3: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd kompüter masası, 1 ədəd "Next" markalı prosessor, 1 ədəd "Benq" markalı monitor, 1 cüt "GENİUS" markalı kompüter kolonka, 1 ədəd "Genius" markalı kompüter klaviatura; Otaq 4: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki siyirməli masa, 1 ədəd sadə masa, 1 ədəd kompüter masası, 2 ədəd "Next" markalı prosessor, 2 ədəd "DCM" markalı UPS, "MAXİMA" markalı UPS, 1 ədəd "Benq" və 1 ədəd "LG" markalı monitor, 1 "GENİUS" markalı kompüter kalonka,1 ədəd "Canon" markalı printer; Otaq 5: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner,1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı 1 rəfli dolab, 1 ədəd kompüter masası, 1 ədəd "HP" Lazerjet 1018" markalı printer, 1 ədəd "Next" markalı prosessor, 1 ədəd "DCM" markalı UPS, 1 ədəd "Benq" markalı monitor və 1 cüt "GENİUS" markalı kolonka, 1 ədəd "Genius" markalı kompüter klaviatura, 1 ədəd "TP-link" markalı modem; Otaq 6: 4 ədəd alüminium və plastik konstruksiyalı arakəsmə, 1 ədəd divar şkafı, 1 ədəd siyirməli masa, 1 ədəd "Panasonic" markalı telefon aparatı; Otaq 7: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, 3 ədəd oturacaq, 1 ədəd "HP Lazerjet 1018" markalı printer, 1 ədəd NEXT markalı prosessor, 1 ədəd "DCM" markalı UPS, 1 ədəd Benq markalı monitor, 1 ədəd "Genius” markalı kompüter klaviatura; Tualet: 1 ədəd "Ariston" markalı su qızdırıcı; Xidməti otaq: 1 ədəd Elit markalı 100 kv.mlik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd "Panasonic" markalı çox funksiyalı telefon aparatı, 1 ədəd şüşə qapılı şkaf, 1 ədəd rəfli şkaf, 2 ədəd böyük siyirməli mebel masası, 1 ədəd dəri ofis kreslosu, 1 ədəd iki qapılı dolab, 1 ədəd təkərli jurnal masası, 2 ədəd oturacaq; Soyunub geyinmə otağı: 1 ədəd paltar şkafı; Hamam və ya tualet: 1 ədəd “Ariston” markalı suqızdırıcısı; İnzibati binanın 3-cü mərtəbəsi: Otaq 6: 1 ədəd yeni Canon markalı skaner, kseroks və printer (3-ü birində), 3 ədəd Panasonic markalı telefon aparatı; Otaq 15: 1 ədəd "Elit" markalı 35 kv.mlik kondisioner, 2 ədəd iki qapılı şkaf, 1 ədəd şüşəli iki qapılı şkaf, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd siyirməli masa, 2 ədəd sadə masa, 4 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu; Otaq 16: 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd “Panasonic “markalı mini ATS, 2 ədəd iki qapılı şkaf, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd siyirməli masa, 1 ədəd sadə masa, 3 ədəd oturacaq; Otaq 17: 2 ədəd iki qapılı şkaf, 2 ədəd siyirməli masa, 6 ədəd sadə masa, 14 ədəd oturacaq; Yeməkxana Mətbəx 1: 1 ədəd dəmir masa, 1 ədəd şüşə qapılı soyuducu, 1 ədəd ikigözlü "Eurolas" qaz plitəsi, 1 ədəd dördgözlü qaz plitəsi, 1 ədəd "Termet" markalı suqızdırıcısı, 1 ədəd böyük elektrik sobası, 1 ədəd “Ulvinox" elektrik qızdırıcısı, 1 ədəd "Alexma” gidrofon, 1 ədəd qirmizi rəngli soyuducu; Mətbəx 2: 1 ədəd "Ariston" markalı su qizdırıcısı, 4 ədəd Ulvinox paslanmayan metaldan masa, 2 ədəd dördgözlü Ulvinox elektrik plitəsi, 1 ədəd Ardem markalı dördgözlü sobalı qaz plitəsi; Qab yuyulan yer: 4 ədəd Ulvinox markalı paslanmayan metaldan qab yuyan, 1 ədəd Ülvi markalı dərin soyuducu, 2 ədəd qabyığılan paslanmayan dəmir rəflər; Otaq 1: 1 ədəd taxta masa, 7 ədəd taxta oturacaq; Otaq 2: 1 ədəd taxta masa, 1 ədəd taxta oturacaq; Giriş Tərəzi otağı: 1 ədəd avtotərəzi, 1 ədəd tərəzi mexanizmi; Gözətçi otağı: 1 ədəd siyirməli masa, 3 ədəd oturacaq, 1 ədəd üçqapılı şkaf, 1 ədəd iki qapılı rəfli dolab, 2 ədəd "Panasonic" markalı telefon aparatı; Həyət Avtomobillər: 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 "O da" markalı avtomobil (d.q.n. 20- AE-057, **-AE- ***, **-AE-***) 1 ədəd **-AE-*** d.q.n 2005-ci ilin istehsal olan QAZ-el markalı yük avtomobili; Çipsisexi Laboratoriya otağı: 1 ədəd dördqapılı dördsiyirməli şkaf, şüşə qapılı siyirməli 3 şkaf, 1 ədəd siyirməli masa, 1 ədəd kombi radiatoru; Qadınlar üçün soyunub geyinmə otağı 1-ci mərtəbə: 1 ədəd iki qapılı paltar şkafı, 1 ədəd dördqapılı, dördsiyirməli şkaf, 2 ədəd oturacaq; Qazanxana: 2 ədəd kombi qızdırıcı radiator, 1 ədəd elektrik şiti, 1 ədəd "Eltri" markalı 400 litrlik qızdırıcı qazan, 1 ədəd iki qapılı 3 tonluq plastik çən, 1 ədəd hidronasos; Soyunub geyinmə otağı: 3 ədəd kombi qızdırıcısı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Gözləmə otağı: 3 ədəd kombi qızdırıcı radiator, 1 ədəd güzgülü şkaf, 2 ədəd iki qapılı rəfli şkaf, 3 ədəd paltar şkafı, 1 ədəd sənədlər üçün şüşəli üçsiyirməli şkaf; Qadınların soyunubgeyinmə otağı: 2 ədəd kombi qızdırıcı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Dəhliz: 1 ədəd qızdırıcı cihaz Çipsi istehsalı sahəsi: 24 ədəd peç üçün qurutma vannaları, 4 ədəd qurutma vannaları üçün təkərli araba; Avadanlıqlar: 1 ədəd "Binder" markalı Almaniya istehsalı olan xammalın yuyulması avadanlığı, 2 ədəd "Binder" markalı Almaniya istehsalı olan xammalın qabığının və cecəsinin təmizlənməsi avadanlığı, 1 ədəd "Binder" markalı Almaniya istehsalı olan məhsulun dilimlənməsi və qurudulma vannalarına yığılması avadanlığı, 5 ədəd "Binder" markalı Almaniya istehsalı olan birləşdirici transportyorlar, 1 ədəd kiçik və 1 ədəd böyük ayaqaltı, 1 ədəd "Binder" markalı Almaniya istehsalı olan silkələyən avadanlıq, 2 ədəd "Binder" THT-300/10 markalı Almaniya istehsalı olan çipsi qurutma sobaları, 2 ədəd təzyiq avadanlığı, 1 ədəd "Binder" markalı Almaniya istehsalı olan elektrik paylayıcı şkaf, 2 ədəd "Binder" markalı Almaniya istehsalı olan sensorlu pultla idarə olunan qaldırıcı qurğu, 1 ədəd paslanmayan metaldan dördayaqlı vanna, 1 ədəd metal detektor, 1 ədəd kompüterlə idarə olunan qablaşdırma avadanlığı, 1 ədəd mühərrikli hazır məhsul üçün sini; Buxar turbini otağı: 2 ədəd "MVB" markalı Almaniya istehsalı olan buxar turbini, 3 ədəd dəmir şkaf; Sex rəisinin otağı: 1 ədəd ASC-30 markalı elektron tərəzi, 1 ədəd Next markalı prosessor, 1 ədəd "Benq" markalı monitor, 1 ədəd "Genius" markalı klaviatura, 1 ədəd DCM markalı UPS; Qazanxana: 1 ədəd "Viessmann" markalı Almaniya istehsalı olan buxar avadanlığı,1 ədəd filterdən keçmiş su üçün çən, 1 ədəd "HST" markalı su filteri; X9 Birinci anbar binası: 1-ci kamera 800 tonluq, 1 elektrik açarı qutusu, 1 ədəd temperatur və 1 ədəd nəm təmizləyici cihaz, 2 ədəd böyük soyuq havavuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40k/vat-lıq mühərrik, 2-ci kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik, 3- cü kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik, 4- cü kamera 800 tonluq: 1 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik, 5-ci kamera 800 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik, 6- cı kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik və ədəd ümumi elektrik şəbəkə qutusu, 7-ci kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vatlıq mühərrik, 8-ci kamera 800 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vatlıq mühərrik; birinci anbar sahəsində 1-ci tambur sahəsi: 1 ədəd qapan, 2 germetik qapı və 18 işiqlandırma lampası, 1-ci tambur sahəsi: 3 ədəd rokler və 3 ədəd əl qaldırıcısı, 1 ədəd enerji toplayıcı aparat, 1 ədəd "Spiraçka" markalı avtokar və 3 ədəd Novettek FBF20 markalı 2 tonluq elektrokar; ikinci anbar binası: 1-ci kamera 1500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 2-ci kamera 1500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 3-cü kamera 500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 4-cü kamera 250 tonluq: Qlükoza qazı ilə işləyən 2 ədəd böyük İtaliya istehsalı olan "Luve" markalı soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd işiq avtomatı; 5-ci kamera 250 tonluq: Qlükoza qazı ilə işləyən 2 ədəd böyük İtaliya istehsalı olan "Luve" markalı soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd işıq avtomatı, "FCE" X6 markalı kükürdvuran avadanlıq, 2 ədəd "FCE" markalı atmosfer nəzarətedici avadanlıq; 6- cı kamera 3500 tonluq: 6 ədəd böyük soyuqvuran aparat, 4 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd nəmlik təmizləyici, 4 ədəd işiq avtomatı, 3 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 3 ədəd "Fiascold" markalı 40 k/vatlıq mühərrik; 7-ci kamera 500 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 1 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik; 8- ci kamera 500 tonluq: ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapısı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 1 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 9-cu kamera 500 tonluq: 3 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 1 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik və 1 ədəd təzə (işlənməmiş) kükürd doldurmaq üçün avadanlıq; 2 ədəd tamburun hər birində 2 ədəd rokler, 2 ədəd enerji toplayıcı aparat, 2 ədəd plastik 5 tonluq su çəni və su təmizləyici qurğu; Üçüncü anbar binası: 1-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd karbon qazı çıxaran "EH" markalı avadanlıq, 1 ədəd pəncərəli germetik qapı; 2-ci kamera 300 tonluq: ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd karbon qazı çıxaran "EH" markalı avadanlıq; 3-cü kamera 750 tonluq: ədəd böyük dördpərli soyuq havavuran aparat, 2 ədəd germetik qapı; 4-cü kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 5-ci kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 6-cı kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 7-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 8-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 9-cu kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 10-cu kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 11-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 12-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 13-cü kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 14-cü kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; anbarın 1-ci blokunun 2-ci mərtəbəsində 2 ədəd "Ebara" markalı İtaliya istehsalı olan qlikol vuran nasos, 3 ədəd partlayıcı şit; anbarın ikinci blokunun ikinci mərtəbəsində 8 ədəd İtaliya istehsalı olan "Elbara" markalı qlikol vuran nasos, 1 ədəd İtaliya istehsalı olan "Kalser ASD57 siqma" markalı qlikol üçün hava çıxaran avadanlıq, bir ədəd İtaliya istehsalı olan "Swan 105 markalı meyvə üçün hava kontrolu avadanlığı, 2 ədəd İtaliya istehsalı olan "İntelli Cem" CO2 observer - karbon qazı çıxarmaq üçün 2 çənli avadanlıq, 1 ədəd İtaliya istehsalı FCECombo F0431 markalı avadanlıq (qoşulmayıb), 1 ədəd "Shamal" markalı kompressor, 1 ədəd "HP" markalı prosessor, 1 ədəd "ACER" markalı monitor, 1 ədəd "HP" markalı klaviatura, 1 ədəd "HP- Lazerjet1018" markalı printer, 1 ədəd 2 siyirməli masa, 2 ədəd oturacaq; soyuducu anbarın arxasında dəmir konstruksiyalı çardağın altında 14 ədəd üçpərli kompressor, 2 ədəd dördpərli kompressor 3 ədəd 30kv-liq mühərrik, 5 ədəd 40 kvlıq mühərrik, 2 ədəd 2 qapılı paylayıcı şit, 1 ədəd böyük tənzimləyici, 4 ədəd paylayıcı şit, 1 ədəd 16 tonluq qlikol üçün paslanmayan dəmir çən, 9 ədəd dəmir çəllək, 2 ədəd plastik çəllək, 3 ədəd qlikol üçün nasos, 2 ədəd metal rezervuarın cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya verilməsi, iddiaçının iddiasının cavabdeh "xxxx" QSC BOKT-na münasibətdə təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər "xxxx" QSC BOKT və "xxxx" ASC-yə qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələblərinə dair iddianın təmin edilməməsi qət edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-2(102)-45/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 10 sentyabr 2021- ci il tarixli, 2-2(103)-927/2021 saylı qətnaməsinin cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıda siyahısı verilmiş (təhvil-təslim aktlarında göstərilmiş yerləşmə yerləri üzrə) daşınar əşyaların cavabdehin faktiki sahibliyindən iddiaçının xeyrinə geri alınması: 1) Mürəbbə sexi – 2 soyunub-geyinmə otağı, 2 hamam otağı, 2 tualet, 2 anbar otağı, 1 sex rəisinin otağı, 1 qazanxana və 1 istehsal sahəsi. 1-ci mərtəbə: Soyunub-geyinmə otağı: 1 ədəd 2-ci mərtəbəyə çıxmaq üçün aliminium tutacaqlı beton pilləkən, 5 ədəd iki qapılı mebel paltar şkafı, 1 ədəd iki qapılı rəfli dolab, 2 ədəd stol, 4 ədəd stul. Tualet: 1 ədəd “Termet” markalı su qızdırıcısı 2-ci mərtəbə: Tualet: 1 ədəd “Termet” markalı su qızdırıcısı. Anbar otağı 1: 3 ədəd plastik stol, 3 ədəd 60L-lik plastik çəllək. Anbar otağı 2: 1 ədəd beşpilləli rəf, 1 ədəd “Eillert” markalı Almaniya istehsalı olan meyvə doğrayan avadanlıq. Sex rəisinin otağı:1 ədəd kətil, 1 ədəd iki qapılı şkaf, 1 ədəd iki qapılı rəfli dolab, 1 ədəd “Ohaus” markalı nəmlik ölçən laboratoriya cihazı, 1 ədəd “Shivaki” markalı 35 kv.m-lik kondisioner, 1 ədəd “HP” markalı prosessor, 1 ədəd “HP” markalı klaviatura, 1 ədəd “Compaq” markalı monitor, “Genius” markalı kompüter kalonka, 1 ədəd “ATC” markalı şirinlik ölçən laboratoriyacihazı. Qazanxana: 1 ədəd “JUMAQNG260” markalı buxar avadanlığı, 2 ədəd filter, 1 ədəd “Boge” markalı böyük hava kompressoru. İstehsal sahəsi: 5 ədəd paslanmayan metaldan təkərli vanna, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan meyvə əzən mikser, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan kran, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan ikiqazanlı mürəbbə bişirən avadanlıq, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan kompleks qablaşdırma avadanlıq, 2 ədəd 60 litrlik plastik çəllək, 2 ədəd 85 litrlik plastik çəllək, 1 ədəd “Leo” markalı su nasosu; 2) sirkə sexi – 1 soyunub-geyinmə otağı, 1 hamam otağı, 1 tualet, 1 ədəd laboratoriya otağı və istehsal sahəsi. Soyunub-geyinmə otağı: 4 ədəd iki qapılı paltar şkafı, 3 ədəd kətil, 1 ədəd iki qapılı rəfli dolab. Tualet: 1 ədəd “Ariston” markalı su qızdırıcısı. Laboratoriya otağı:1 ədəd on qapılı səkkiz siyirməli mebel masa, 1 ədəd “Vapodst20s” markalı avadanlıq, 1 ədəd “Titronline” markalı avadanlıq, 1 ədəd “Mini zavod” adlanan avadanlıq, 1 ədəd ştativ, 1 ədəd qızdırıcı qazan, 1 ədəd göstəricili böyük elektrik paylayıcısı, 1 ədəd göstəricili kiçik elektrik paylayıcısı, 1 ədəd “Pazis” markalı şüşə qapılı soyuducu, 1 ədəd yağ şprisi, 8 ədəd “X15”400 qramlıq. İstehsal sahəsi: 7 ədəd “S Pidel” markalı 10,4 tonluq paslanmayan metaldan çən, 11 ədəd “S PİDEL” markalı 3,0 tonluq paslanmayan metaldan çən, 1 ədəd “S PİDEL” markalı 5,5 tonluq paslanmayan metaldan çən, 1 ədəd “Ebara” markalı mühərrikli nasos, 1 ədəd “Sawa” markalı nasos, 1 ədəd “Bochi” markalı kompressor, 1 ədəd “Cetotec” markalı çənli biotexnoloji avadanlıq, 1 ədəd “Bockmeyer” markalı 1,9 kvt-lıq təkərli nasos, 1 ədəd “Cetotec” markalı avadanlıq, 1 ədəd “Stibel Elentra” markalı sirkənin bərkliyini ölçən avadanlıq, 22 ədəd havalandırma bacası, 1 ədəd “Clemens” markalı qablaşdırma. avadanlığı, 1 ədəd “Leo” markalı 1,1 kvt-lıq nasos, 1 ədəd “Voran” markalı sokçəkən avadanlıq, 1 ədəd “Lowara” markalı nasos, 1 ədəd “Ariston” markalı su qızdırıcısı, 1 ədəd kompressor, 2 ədəd “Karcher” markalı roters; 3) göy sexi - 1 giriş, 1 soyunubgeyinmə otağı, 1 hamam otağı, 1 tualet, 2 otaq, 1 dəhliz və 2 soyuducu kamera. Giriş: 1 ədəd 3 tonluq soyuducu çən, 3 ədəd kondisator. Soyunub-geyinmə otağı: 5 ədəd iki qapılı paltar şkafı. Tualet: 1 ədəd “Ariston” markalı su qızdırıcısı. Dəhliz: 1 ədəd elektron soyuducunu təmizləyən aparat. Soyuducu kamera 1: 1 ədəd germetik qapı, 1 ədəd üçpərli soyuqverən avadanlıq, 1 ədəd “Kern” markalı elektron tərəzi, 1 ədəd “Baunmeister” markalı göy yuyan avadanlıq, 1 ədəd təkərli avadanlıq, 2 ədəd nəmliyi azaldan “Kronen” markalı avadanlıq, 1 ədəd “Baunmeister” markalı göy qablaşdıran avadanlıq, 1 ədəd göy çeşidləyən mexanizm, 15 ədəd plasmas səbət. Soyuducu kamera 2: 1 ədəd germetik qapı, 1 ədəd ikipərli kiçik soyuqverən avadanlıq, 1 ədəd transportyor, 2 ədəd paslanmayan dəmirdən böyük stol. Soyuducu kameraların arxasında həyətdə olan avadanlıqlar:1 ədəd kiçik kamera üçün mühərrikli kompressor, 1 ədəd idarəetmə şiti, 1 ədəd iki şüşə şitli su soyudan kompressor, 1 ədəd Hollandiya istehsalı olan iki mühərrikli paslanmayan xüsusi çən, 1 ədəd üçpərli kompressor, 1 ədəd “Copeland” markalı 11 kvt-lıq mühərrik; 4) artezian quyuları üzrə - 2 ədəd artezian quyusu; - 2 ədəd EЦВ 8-25-100 artezian motorları; 330 metr PДВ markalı kabel; 90 metr 89 HK markalı turba; 2 ədəd idarəetmə qalxanı və 500000 (beş yüz min) manat dəymiş zərərin, 400 manat mediasiya xərci və 390 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı bildirir ki, müvafiq siyahıya alma və təhvil-təslim prosesləri zamanı baş berən yanlışlıq nəticəsində 24 aprel 2019-cu il tarixində iddiaçı və "xxxx" QSC tərəfindən imzalanmış təhvil-təslim aktına və 25 aprel 2019-cu il tarixində "xxxx" QSC və ASK tərəfindən imzalanmış təhvil-təslim aktına əmlak kompleksi (yəni, tikililər) ilə bərabər yuxarıda qeyd olunan avandanlıqlar, maşınlar və digər daşınar əşyalar da daxil edilmiş və daşınar əşyalar hal-hazırda heç bir hüquqi əsas olmadan ASK-nın qanunsuz sahibliyi altındadır. Əmlak kompleksinin içində olan daşınar əşyaların bir hissəsi iddiaçıya, bir hissəsi isə iddaçının həm təsisçisi olduğu digər şirkət "xxxx" MMC-yə məxsus olmuşdur. Göstərilənlərlə yanaşı yuxarıda qeyd edilən təhvil-təslim aktında göstərilməsə də, cavabdeh iddiaçı tərəfindən qurulmuş və sexlərin fəaliyyətini təmin edən 2 ədəd artezian quyusu və həmin quyunun fəaliyyətini təmin edən qurğu və mal-material da faktiki olaraq sahiblənmişdir. İddiaçı cavabdehi mübahisənin həlli məqsədilə mediasiya prosesi vasitəsilə danışıqlara dəvət etmiş, lakin razılıq əldə edilməmişdir. Eyni zamanda, iddiaçıya məxsus daşınar əşyaları faktiki olaraq əldə etdikdən sonra həmin əşyaların saxlanılması və texniki qulluğu lazımi şəkildə həyata keçirilmədiyinə görə hal-hazırda bəzi avadanlıqlar işlək vəziyyətdə deyil və ya işlək vəziyyətə gətirilməsi üçün müəyyən xərc tələb olunur. İddiaçının hesablamalarına görə bütün avadanlıqları tam saz vəziyyətə gətirmək üçün 500000 manat pul vəsaitinə ehtiyac vardır.
19. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia tələbində qeyd olunan əmlakların Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən əmlak kompleksi ilə birlikdə "xxxx" MMC-nin "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsinin təmin edilməsi üçün hərracda satılması nəzərdə tutulmuşdur. İddia ərizəsində qeyd olunan daşınar əmlaklar əmlak kompleksi kimi ipoteka ilə yüklü edilərkən onun tərkibində olmuşdur. Əlavə olaraq, qətnamənin icrası ilə əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri yerinə yetirilmiş, icra hərəkətləri çərçivəsində qeyd olunan əmlak kompleksinin cavabdehə təhvil verilməsi qanunvericiliyə uyğun həyata keçirilmişdir. Bundan başqa, təhvil-təslim olarkən əmlak kompleksinin mülkiyyətiçisi "xxxx" MMC-nin direktorunun iştirakı qeyd olunan halın bir daha təsdiqidir. Daşınar əşyaların cavabdehin faktiki sahibliyindən iddiaçının xeyrinə geri alınması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2-2(103)- 927/2021 nömrəli qətnaməsində də qeyd olunmuşdur ki, həmin əmlakların "xxxx" MMC-nin mülkiyyətində olması təsdiq olunmur. Belə ki, həmin əmlakların "xxxx" MMC-nin balansında olması ilə bağlı sübutlar təqdim edilməmişdir. Eyni zamanda, həmin əmlaklar "xxxx" MMC-nin mülkiyyətində olmuş daşınmaz əmlakda yerləşir və təqdim edilmiş sənədlərə əsasən onun mülkiyyətində olmuşdur. Eyni zamanda, “NAA Universal" MMC həmin əmlakların mülkiyyətçisi olmadığına görə "xxxx" MMC-nin cavabdehlər "xxxx" QSC BOKT və "xxxx" ASC-yə qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələblərinə dair iddiası təmin edilməmişdir. Həmçinin, iddiaçı hazırda ona məxsus olmayan qurğuların hansı şəraitdən və nəyin təsirindən işlək olmayan vəziyyətə gəlməsi barədə, həmçinin avadanlıqları tam saz vəziyyətə gətirmək üçün 500000 manat pul məbləğinin hansı qaydada hesablaması, ümumiyyətlə iddia ərizəsində qeyd etdiyi kimi başqasının sahibliyində olan qurğular barədə bu kimi spesifik məlumatları necə müəyyən etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, sözügedən avadanlıqlar Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında 04 dekabr 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar üçüncü şəxslərin hüquqlarından azad əmlak kimi "xxxx" QSC tərəfindən təhvil verilmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-211/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarıxli Sərəncamın icrası ilə əlaqədar əmlak kompleksi cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə faktiki olaraq verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi əmlak kompleksinin artıq faktiki olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə verildiyini bildirmiş, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 da kompleksin mühafizəsinin Xidmət tərəfindən həyata keçirildiyini qeyd etmişdir. Beləliklə, mübahisəli əşyalar artıq faktiki olaraq cavabdehin sahibliyində deyil. Belə olan təqdirdə, sahibliyin əşyanın özünün verilməsi ilə verildiyini, əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmənin baş tutduğunu, mübahisəli əşyaların artıq cavabdehin sahibliyində olmadığını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı cavabdehdən artıq onun faktiki sahibliyində olmayan əşyaların qaytarılmasını tələb edə bilməz. Ona görə də, iddia həmin hissədə təmin olunmamalıdır...İddiaçıya zərərin dəyməsi, həmin zərərin 500000 təşkil etməsi öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə də təmin olunmamalıdır.
22. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli əşyaların faktiki olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin sahibliyinə keçib-keçməməsi məsələsini aydınlaşdırmamışdır. Həmçinin, Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmetini təşkil edən əşyaların yerləşdiyi daşınmaz əmlaka faktiki nəzarəti həyata keçirsə də, daşınar əşyaların tərəfindən götürüləcəyi və ya faktiki götürülməsi faktı heç bir sübutla təsdiqini tapmamışdır. Eyni zamanda, dəymiş ziyanın ödənilməsi tələbi yalnız ekspert rəyi ilə sübut oluna bilərdi. Lakin, məhkəmə iddiaçı tərəfin əşyalara zərər vurulmasını yetərincə əsaslandıra bilməməsini əsas götürərək ekspertiza barədə vəsatəti rədd etmişdir. Halbuki, iddiaçı hazırda əşyalara faktiki sahiblik edə bilmədiyindən, zərəri təsdiq edən hər hansı sübutu əldə etmək mümkün deyildir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə2 və iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi Nümayəndə2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 isə apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
27. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 28.Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
31. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci madəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
34. “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir.
35. “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.
36. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.“Dövlət rüsumu haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar - məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr (9.1.14).
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
42. Belə ki, əşyaların qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
43. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər və hazırkı işdə də bu şərtlərin mövcudluğu təsdiq olunur.
44. Belə ki, iddia ərizəsində göstərilən əşyaların (artizan quyularına aid avadanlıqlar istisna olmaqla) xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC BOKTna, sonradan isə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən "xxxx" ASC-yə təhvil verilməsi, iddia ərizəsində göstərilən bütün əşyaların mövcüd olması və hazırda cavabdeh "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksində olması, habelə həmin əşyaların tərəflər arasında olan əvvəlki mübahisədəki "xxxx" MMC-yə məxsus əşyalara aid olmaması işin mübahisəsiz hallarıdır.
45. Cavabdehin mübahisələndirdiyi birinci hal iddia ərizəsində göstərilən əşyaların iddiaçının mülkiyyətində olması ilə bağlıdır.
46. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən bu halı sübut etmək vəzifəsi iddiaçıya aiddir.
47. İddiaçı tərəfindən təqdim edilmiş alıcı qismində "xxxx" MMC ilə satıcı qismində Vaynsteyn & Vaynsteyn GBR Şirkəti arasında maşın və avadanlığın təchizatı və quraşdırılması üzrə (sirkə istehsalı üçün texnoloji xətt) V-F063-AZ2011-02 nömrəli, 02 avqust 2011-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən alıcı avadanlıq, layihələndirmə, texniki sənədləşmə, texniki dəstək daxil olmaq “Sirkə istehsalı üçün texnoloji xətt”i satıcıdan almağa və satıcı alıcıya tədarük etməyə və texniki kadrların hazırlığını həyata keçirməyə razılaşır. Satıcı avadanlığı 1 saylı əlavədə sadalanan spesifikasiyalar üzrə tədarük edəcək. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən texniki xarakteristikalar, istismar və zəmanət göstəriciləri 3 saylı əlavədə razılaşdırılıb. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən satıcı 8 saylı əlavədə ətraflı təsvir edildiyi kimi texnoloji xəttin layihələndirilməsi üzrə işləri öz üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən satıcı alıcıya texnoloji sənədləşməni 2, 3, 8 və 9 saylı əlavələrdə razılaşdırıldığı kimi təhvil verir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən satıcı 4 saylı əlavədə razılaşdırıldığı kimi texniki dəstəyin göstərilməsi üçün işlərin görüldüyü yerə təcrübəli, sağlam və səriştəli texniki heyətini göndərəcək. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən satıcı alıcı tərəfindən 5 saylı əlavədə razılaşdırıldığı kimi onun yanına ezam edilənlən texniki kadrların hazırlanmasını həyata keçirəcək. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən satıcı, alıcının xahişi ilə texnoloji xəttin qəbul olunmasından sonra 10 il ərzində texnoloji xəttin normal işi üçün ehtiyat hissələrlə alıcını təchiz etməyə razılıq verir. Avadanlığın göstərilən ölçüləri və konstruksiyası müvafiq ən yeni texniki ixtiralar və tamamlamalar səbəbindən əlavədə göstərilənlərdən fərqlənə bilər. Bu zaman satıcı həmin dəyişikliklər barədə alıcını vaxtlı-vaxtında xəbərdar edəcəkdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 əlavələri müqavilənin ayrılmaz hissəsidir.
48. İddiaçı tərəfindən "xxxx" MMC ilə Vaynsteyn & Vaynsteyn GBR Şirkəti arasında bağlanmış V-F0**-AZ-***1-02 nömrəli, 02 avqust 2011-ci il tarixli müqaviləyə 1, 1.1, 2, 2.1, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 saylı əlavələr, habelə həmin müqavilədəki avadanlıqların Azərbaycan Respublikasına gətirilməsi barədə 374867, 778848, 517544, 321012, 311840, 311842, 311839, 311841, 311843 nömrəli gömrük bəyannamələrini təqdim etmişdir.
49. Alıcı qismində "xxxx" MMC ilə satıcı qismində Hermann WALDNER GmbH & Co. KG Şirkəti arasında maşın və avadanlığın təchizatı və quraşdırılması üzrə (mürəbbə, konfityur, marmelad istehsalı üçün texnoloji xətt) V-F0**-AZ-***1-03 nömrəli, 17 avqust 2011-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən alıcı avadanlıq, layihələndirmə, texniki sənədləşmə, texniki dəstək daxil olmaq “Mürəbbə, konfityur və marmelad istehsalı üçün texnoloji xətt”i satıcıdan almağa və satıcı alıcıya tədarük etməyə və texniki kadrların hazırlığını həyata keçirməyə razılaşır. Satıcı avadanlığı 1 saylı əlavədə sadalanan spesifikasiyalar üzrə tədarük edəcək. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən texniki xarakteristikalar, istismar və zəmanət göstəriciləri 3 saylı əlavədə razılaşdırılıb. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən satıcı 8 saylı əlavədə ətraflı təsvir edildiyi kimi texnoloji xəttin layihələndirilməsi üzrə işləri öz üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən satıcı alıcıya texnoloji sənədləşməni 2, 3, 8 və 9 saylı əlavələrdə razılaşdırıldığı kimi təhvil verir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən satıcı 4 saylı əlavədə razılaşdırıldığı kimi texniki dəstəyin göstərilməsi üçün işlərin görüldüyü yerə təcrübəli, sağlam və səriştəli texniki heyətini göndərəcək. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən satıcı alıcı tərəfindən 5 saylı əlavədə razılaşdırıldığı kimi onun yanına ezam edilənlən texniki kadrların hazırlanmasını həyata keçirəcək. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən satıcı, alıcının xahişi ilə texnoloji xəttin qəbul olunmasından sonra 10 il ərzində texnoloji xəttin normal işi üçün ehtiyat hissələrlə alıcını təchiz etməyə razılıq verir. Avadanlığın göstərilən ölçüləri və konstruksiyası müvafiq ən yeni texniki ixtiralar və tamamlamalar səbəbindən əlavədə göstərilənlərdən fərqlənə bilər. Bu zaman satıcı həmin dəyişikliklər barədə alıcını vaxtlıvaxtında xəbərdar edəcəkdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 əlavələri müqavilənin ayrılmaz hissəsidir.
50. İddiaçı tərəfindən "xxxx" MMC ilə Hermann WALDNER GmbH & Co. KG Şirkəti arasında bağlanmış V-F0**-AZ-***1-03 nömrəli, 17 avqust 2011-ci il tarixli müqaviləyə 1, 1.1, 2, 2.1, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 saylı əlavələr, habelə həmin müqavilədəki avadanlıqların Azərbaycan Respublikasına gətirilməsi barədə 486592, 486593 nömrəli gömrük bəyannamələrini təqdim etmişdir.
51. Alıcı qismində "xxxx" MMC ilə satıcı qismində Vaynsteyn & Vaynsteyn GBR Şirkəti arasında maşın və avadanlığın təchizatı və quraşdırılması üzrə (tərəvəzlərin, göyərtilərin emalı üçün texnoloji xətt) V-F2**-AZ-***1-01 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən alıcı avadanlıq, layihələndirmə, texniki sənədləşmə, texniki dəstək daxil olmaq “Tərəvəzlərin, göyərtilərin emalı üçün texnoloji xətt”i satıcıdan almağa və satıcı alıcıya tədarük etməyə və texniki kadrların hazırlığını həyata keçirməyə razılaşır. Satıcı avadanlığı 1 saylı əlavədə sadalanan spesifikasiyalar üzrə tədarük edəcək. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən texniki xarakteristikalar, istismar və zəmanət göstəriciləri 3 saylı əlavədə razılaşdırılıb. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən satıcı 8 saylı əlavədə ətraflı təsvir edildiyi kimi texnoloji xəttin layihələndirilməsi üzrə işləri öz üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən satıcı alıcıya texnoloji sənədləşməni 2, 3, 8 və 9 saylı əlavələrdə razılaşdırıldığı kimi təhvil verir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən satıcı 4 saylı əlavədə razılaşdırıldığı kimi texniki dəstəyin göstərilməsi üçün işlərin görüldüyü yerə təcrübəli, sağlam və səriştəli texniki heyətini göndərəcək. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən satıcı alıcı tərəfindən 5 saylı əlavədə razılaşdırıldığı kimi onun yanına ezam edilənlən texniki kadrların hazırlanmasını həyata keçirəcək. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən satıcı, alıcının xahişi ilə texnoloji xəttin qəbul olunmasından sonra 10 il ərzində texnoloji xəttin normal işi üçün ehtiyat hissələrlə alıcını təchiz etməyə razılıq verir. Avadanlığın göstərilən ölçüləri və konstruksiyası müvafiq ən yeni texniki ixtiralar və tamamlamalar səbəbindən əlavədəgöstərilənlərdən fərqlənə bilər. Bu zaman satıcı həmin dəyişikliklər barədə alıcını vaxtlı vaxtında xəbərdar edəcəkdir. 1, 2, 3, 4, 5, 6, 7 əlavələri müqavilənin ayrılmaz hissəsidir.
52. İddiaçı tərəfindən "xxxx" MMC ilə Vaynsteyn & Vaynsteyn GBR Şirkəti arasında bağlanmış V-F2**-AZ-***1-01 nömrəli, xx.xx.2011-ci il tarixli müqaviləyə 1, 2, 3, 4, 5, 6, 7 saylı əlavələr, habelə həmin müqavilədəki avadanlıqların Azərbaycan Respublikasına gətirilməsi barədə 394631, 785548, 785549, 785550, 785551, 517545 nömrəli gömrük bəyannamələrini təqdim etmişdir.
53. Göründüyü kimi iddia ərizəsində və həmin müqavilələrdə göstərilən əşyaların iddiaçının mülkiyyətində olması sübut olunur.
54. Eyni zamanda, digər əşyaların iddiaçının mülkiyyətində olması da təsdiq olunur.
55. Belə ki, işin mübahisəsiz hallarına görə hazırda cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi əvvəl "xxxx" MMC-nin mülkiyyətində olmuşdur və həmin əmlak kompleksi əşyalarla birgə yuxarıda istinad olunan aktlara əsasən cavabdehə təhvil verilmişdir.
56. Apellyasiya icraatında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MMC-nin nümayəndəsi bildirdi ki, iddia ərizəsində göstərilən əşyalar "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə məxsusdur.
57. Göründüyü kimi həmin əmlakların iddiaçıya məxsus olması ilə bağlı sübutların təqdim edilməməsinə dair cavabdehin dəlilləri əsassızdır.
58. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2-2(103)-927/2021 nömrəli qətnaməsinə istinad edilməsi də əsassızdır.
59. Belə ki, hər iki tərəfin nümayəndəsi təsdiq etdiyinə görə işin mübahisəsiz halı ondan ibarətdir ki, hazırki mübahisənin predmeti olan əşyalar tərəflər arasında olan əvvəlki mübahisədəki "xxxx" MMC-yə məxsus əşyalara aid deyil, yəni başqa-başqa əşyalardır.
60. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, iddia ərizəsində göstərilən əşyalar iddiaçının mülkiyyətindədir.
61. Eyni zamanda, həmin əşyalar cavabdehin sahibliyindədir.
62. Belə ki, işin mübahisəsiz hallarına görə həmin əşyalar cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında olan əmlak kompleksində yerləşir.
63. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarıxli 2979 nömrəli Sərəncamına əsasən həmin əmlak kompleksinin özəlləşdirilməsi nəzərdə tutulsa da, hazıra kimi özəlləşdirilmə həyata keçirilməmiş və həmin əmlak kompleksi hazırda da daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata əsasən cavabdeh "xxxx" ASC-nin mülkiyyətindədir.
64. Mülki Məcəllənin 139.1-ci maddəsində də müəyyən olunmuşdur ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 65.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci madəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 66.Bu baxımdan kollegiya qeyd edir ki, daşınmaz əmlakın mülkiyyətçisi faktiki sahiblik əsasında deyil, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyata əsasən müəyyən edilir. 67.Ona görə də, ünvan 1 ünvanında olan əmlak kompleksinin kimin faktiki sahibliyində olması və kim tərəfindən mühafizənin həyata keçirməsi mübahisənin həllinə təsir etmir. Çünki bu hal cavabdehin mülkiyyət hüquqlarını və həmin əmlak kompleksində olan əşyalara sahibliyini aradan qaldırmır.
68. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 69.Həmin Məcəllənin 152.2-ci maddəsində isə təsbit edilmişdir ki, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
70. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə (iddiaçı cavabdehdən artıq onun faktiki sahibliyində olmayan əşyaların qaytarılmasını tələb edə bilməz) işin hallarına və qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun deyil.
71. Həmçinin, kollegiya hesab edir ki, iddia ərizəsində göstərilən əşyalar üzərində cavabdeh "xxxx" ASC-nin sahibliyi qanunsuzdur.
72. Belə ki, "xxxx" ASC ilə borcalan "xxxx" MMC və ipoteka qoyan "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli NAA-01/a nömrəli ipoteka müqaviləsinin 2.4-cü bəndində ipotekaya qoyulan daşınmaz əmlak təsvir olunmuş və onun “A”, “B”, “C”, “D”, “E”, “F”, “H”, “K”, “L”, “M”, “N”, “O”, “P”, “T” tikililərindən ibarət olduğu göstərilmişdir. Həmin müqavilədə iddia ərizəsində göstərilən əşyalar təsvir edilməmişdir.
73. Eyni zamanda həmin əşyaların girova qoyulması ilə bağlı başqa müqavilə də bağlanılmamışdır.
74. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2-2(103)-927/2021 saylı qətnaməsindən müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(104)-26/2015 nömrəli qətnaməsi üzrə icra vərəqəsinin icrası zamanı Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında ipoteka predmeti olan əmlak kompleksi "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və bununla bağlı xx.xx.2017-ci il tarixli 436 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabat tərtib olunmuşdur. Həmin hesabatda da yalnız tikililər qiymətləndirilmiş və həmin tikililərin avadanlıqlar və ya digər daşınar əmlaklarla birgə qiymətləndirilməsi aparılmamışdır.
75. Həmçinin hazırki işdə “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsində göstərilən halın baş verdiyi və “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə riayət edilməsi də müəyyən edilmir.
76. Belə ki, “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir.
77. “İcra haqqında” Qanunun 45.1-ci maddəsində isə təsbit olunmuşdur ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.
78. Lakin hazırki işdə ipotekaya qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə keçdikdən sonra tələbin tam təmin edilməməsi və ona görə də, tələbin borclunun digər əmlakları hesabına ödənilməsi ilə bağlı icra hərəkətlərin həyata keçirilməsi müəyyən edilmir. Çünki bununla bağlı icra məmuru və icraya nəzarət edən məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilməmişdir. xx.xx.2019-cu il tarixli və xx.xx.2019cu il tarixli təhvil-təslim aktları da icra məmurunun iştirakı olmadan tərtib edilmişdir.
79. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddia ərizəsində göstərilən əşyalar üzərində cavabdeh "xxxx" ASC-nin sahibliyi qanunsuzdur. Çünki yuxarıda qeyd olunduğu kimi həmin əmlaklar "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqavilələri üzrə girov kimi yüklü edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(104)-26/2015 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası zamanı tələbin həmin əmlaklara yönəldilməsi barədə hər hansı qərar qəbul edilməmişdir.
80. Ona görə də, cavabdehin istinad etdiyi hallar, yəni iddia ərizəsində qeyd olunan daşınar əmlakların əmlak kompleksi kimi ipoteka ilə yüklü edilərkən onun tərkibində olması, qətnamənin icrası ilə əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətlərinin yerinə yetirilməsi, təhvil-təslim olarkən əmlak kompleksinin mülkiyyətiçisinin direktorunun iştirak etməsi ilə bağlı dəlillər əsassızdır.
81. Cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 20.1 və 20.2-ci maddələrinə istinad edilməsi ilə bağlı kollegiya qeyd edir ki, tərəflər arasında həmin əmlak kompleksində yerləşən digər əşyalarla bağlı olan analoji mübahisədə də cavabdeh həmin maddələrə istinad etmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-2(102)-45/2022 saylı qərarında qeyd edilmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ipotekaya qoyulmuş daşınmaz əmlak tələbkarın mülkiyyətinə keçdikdən sonra tələbin borclunun digər əmlakları hesabına ödənilməsi ilə bağlı icra hərəkətlərinin davam etdirilməsinə, “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinin və “İcra haqqında” Qanunun 45.1-ci maddəsinin tətbiqinə zərurət olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 2009-cu il 1 dekabr tarixli NAA-01/a nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakların hesabına məhkəmə qətnaməsinin icrası təmin edildiyindən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 20.1 və 20.2-ci maddəsinin tələblərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmasına dair kassasiya şikayətinin dəlili əsassızdır (47-48-ci bəndlər).
82. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı "xxxx" MMC Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddia ərizəsində göstərilən daşınar əşyaların cavabdeh "xxxx" ASC-nin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etməkdə haqlıdır.
83. İddia ərizəsində göstərilən 1-ci mərtəbə, soyunub-geyinmə otağında 1 ədəd 2-ci mərtəbəyə çıxmaq üçün aliminium tutacaqlı beton pilləkən hissəsində isə iddia təmin edilə bilməz. 84.Belə ki, Mülki Məcəllənin 135.4-cü maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1-ci maddəsi baxımından beton pilləkən cavabdehin mülkiyyətində olan əmlak kompleksinin tərkib hissəsi olan daşınmaz əmlakdır.
85. Ona görə də, həmin hissədə iddia rədd edilməlidir.
86. İddiaçı tərəfindən irəli sürülən digər tələb isə daşınar əşyaların saxlanılması və texniki qulluğun lazımi şəkildə həyata keçirilmədiyinə görə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır.
87. Kollegiya hesab edir ki, bu hissədə də iddia rədd edilməlidir.
88. Belə ki, Mülki Məcəllənin 21.2, 157.5, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
89. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.
90. Belə ki, iddiaçı zərərin mövcüd olması ilə bağlı halları konkret faktlarla əsaslandırmamış və bununla bağlı sübutları təqdim etməmişdir.
91. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əşyaların qanunsuz sahiblikdən geri tələb edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia qismən təmin edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
92. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi və “Dövlət rüsumu haqqında” Qanunun 9.1, 9.1.14-cü maddələrinə əsasən iddiaçının özünə aid edilməlidir.
93. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-211/2024 saylı qətnaməsi qismən - əşyaların qanunsuz sahiblikdən geri tələb edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin və cavabdeh "xxxx" ASC-nin mülkiyyətindəki ünvan 1 ünvanında olan əmlak kompleksində yerləşən aşağıdakı əmlaklar cavabdeh "xxxx" ASC-dən alınaraq "xxxx" MMC-yə təhvil verilsin. 1) Mürəbbə sexi – 2 soyunub-geyinmə otağı, 2 hamam otağı, 2 tualet, 2 anbar otağı, 1 sex rəisinin otağı, 1 qazanxana və 1 istehsal sahəsi. 1-ci mərtəbə: Soyunub-geyinmə otağı: 5 ədəd iki qapılı mebel paltar şkafı, 1 ədəd iki qapılı rəfli dolab, 2 ədəd stol, 4 ədəd stul. Tualet: 1 ədəd “Termet” markalı su qızdırıcısı 2-ci mərtəbə: Tualet: 1 ədəd “Termet” markalı su qızdırıcısı. Anbar otağı 1: 3 ədəd plastik stol, 3 ədəd 60L-lik plastik çəllək. Anbar otağı 2: 1 ədəd beşpilləli rəf, 1 ədəd “Eillert” markalı Almaniya istehsalı olan meyvə doğrayan avadanlıq. Sex rəisinin otağı: 1 ədəd kətil, 1 ədəd iki qapılı şkaf, 1 ədəd iki qapılı rəfli dolab, 1 ədəd “Ohaus” markalı nəmlik ölçən laboratoriya cihazı, 1 ədəd “Shivaki” markalı 35 kv.m-lik kondisioner, 1 ədəd “HP” markalı prosessor, 1 ədəd “HP” markalı klaviatura, 1 ədəd “Compaq” markalı monitor, “Genius” markalı kompüter kalonka, 1 ədəd “ATC” markalı şirinlik ölçən laboratoriya cihazı. Qazanxana: 1 ədəd “JUMAQNG260” markalı buxar avadanlığı, 2 ədəd filter, 1 ədəd “Boge” markalı böyük hava kompressoru. İstehsal sahəsi: 5 ədəd paslanmayan metaldan təkərli vanna, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan meyvə əzən mikser, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan kran, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan iki qazanlı mürəbbə bişirən avadanlıq, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan kompleks qablaşdırma avadanlıq, 2 ədəd 60 litrlik plastik çəllək, 2 ədəd 85 litrlik plastik çəllək, 1 ədəd “Leo” markalı su nasosu. Sirkə sexi – 1 soyunub-geyinmə otağı, 1 hamam otağı, 1 tualet, 1 ədəd laboratoriya otağı və istehsal sahəsi. Soyunub-geyinmə otağı: 4 ədəd iki qapılı paltar şkafı, 3 ədəd kətil, 1 ədəd iki qapılı rəfli dolab. Tualet: 1 ədəd “Ariston” markalı su qızdırıcısı. Laboratoriya otağı: 1 ədəd on qapılı səkkiz siyirməli mebel masa, 1 ədəd “Vapodst20s” markalı avadanlıq, 1 ədəd “Titronline” markalı avadanlıq, 1 ədəd “Mini zavod” adlanan avadanlıq, 1 ədəd ştativ, 1 ədəd qızdırıcı qazan, 1 ədəd göstəricili böyük elektrik paylayıcısı, 1 ədəd göstəricili kiçik elektrik paylayıcısı, 1 ədəd “Pazis” markalı şüşə qapılı soyuducu, 1 ədəd yağ şprisi, 8 ədəd “X15” 400 qramlıq. İstehsal sahəsi: 7 ədəd “S Pidel” markalı 10,4 tonluq paslanmayan metaldan çən, 11 ədəd “S PİDEL” markalı 3,0 tonluq paslanmayan metaldan çən, 1 ədəd “S PİDEL” markalı 5,5 tonluq paslanmayan metaldan çən, 1 ədəd “Ebara” markalı mühərrikli nasos, 1 ədəd “Sawa” markalı nasos, 1 ədəd “Bochi” markalı kompressor, 1 ədəd “Cetotec” markalı çənli bio-texnoloji avadanlıq, 1 ədəd “Bockmeyer” markalı 1,9 kvt-lıq təkərli nasos, 1 ədəd “Cetotec” markalı avadanlıq, 1 ədəd “Stibel Elentra” markalı sirkənin bərkliyini ölçən avadanlıq, 22 ədəd havalandırma bacası, 1 ədəd “Clemens” markalı qablaşdırma avadanlığı, 1 ədəd “Leo” markalı 1,1 kvt-lıq nasos, 1 ədəd “Voran” markalı sokçəkən avadanlıq, 1 ədəd “Lowara” markalı nasos, 1 ədəd “Ariston” markalı su qızdırıcısı, 1 ədəd kompressor, 2 ədəd “Karcher” markalı roters. Göy sexi – 1 giriş, 1 soyunub-geyinmə otağı, 1 hamam otağı, 1 tualet, 2 otaq, 1 dəhliz və 2 soyuducu kamera. Giriş: 1 ədəd 3 tonluq soyuducu çən, 3 ədəd kondisator. Soyunubgeyinmə otağı: 5 ədəd iki qapılı paltar şkafı. Tualet: 1 ədəd “Ariston” markalı su qızdırıcısı. Dəhliz: 1 ədəd elektron soyuducunu təmizləyən aparat. Soyuducu kamera 1: 1 ədəd germetik qapı, 1 ədəd üçpərli soyuqverən avadanlıq, 1 ədəd “Kern” markalı elektron tərəzi, 1 ədəd “Baunmeister” markalı göy yuyan avadanlıq, 1 ədəd təkərli avadanlıq, 2 ədəd nəmliyi azaldan “Kronen” markalı avadanlıq, 1 ədəd “Baunmeister” markalı göy qablaşdıran avadanlıq, 1 ədəd göy çeşidləyən mexanizm, 15 ədəd plasmas səbət. Soyuducu kamera 2: 1 ədəd germetik qapı, 1 ədəd ikipərli kiçik soyuqverən avadanlıq, 1 ədəd transportyor, 2 ədəd paslanmayan dəmirdən böyük stol. Soyuducu kameraların arxasında həyətdə olan avadanlıqlar: 1 ədəd kiçik kamera üçün mühərrikli kompressor, 1 ədəd idarəetmə şiti, 1 ədəd iki şüşə şitli su soyudan kompressor, 1 ədəd Hollandiya istehsalı olan iki mühərrikli paslanmayan xüsusi çən, 1 ədəd üçpərli kompressor, 1 ədəd “Copeland” markalı 11 kvt-lıq mühərrik. Artezian quyulari üzrə - 2 ədəd artezian quyusu; 2 ədəd EЦВ 8-25-100 artezian motorları; 330 metr PДВ markalı kabel; 90 metr 89 HK markalı turba; 2 ədəd idarəetmə qalxanı. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov