Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-561/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2432/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh ləğv proseində olan "xxxx" ASC-nyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 205/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdeh İddiaçı 465 893,56 ABŞ dolları əsas borc, 164 521 ABŞ dolları faiz borcu, 16 510,33 ABŞ dolları cərimə olmaqla, cəmi 646 924,89 Abş dolları məbləğində borcun və 28,50 manat dövlət rüsumunun tutulması əsassız və qanunsuz olduğundan borc tələbinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2432/2023 saylı qərardadı ilə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən ona 625000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kreditin təminatı kimi vətəndaş X4 "xxxx" MTK-da olan 87 və 131 saylı mənzillərə pay hüquqları girov qoyulmuşdur. xx.xx.2016-ci il tarixli 1 saylı X5 əsasən İddiaçı Banka olan əsas borcu 466 827,04 ABŞ dolları təşkil etmiş, qeyd olunan girovlar isə 733 740 ABŞ dolları məbləğində qiymətləndirilmiş, həmin mənzillər Bankın mülkiyyətinə verilməklə cavabdehin borcu tam bağlanmışdır. İddiaçı tərəf, yəni ləğv proseində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016cı il tarixli X7ni heç bir əsas olmadan əsassız və qanunsuz hesab etməklə qəbul etməmiş, həmin halla bağlı sənədləri qanunvericiliyə müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya ilə Mübarisə Baş İdarəsinə göndərmiş və həmin İdarə tərəfindən İddiaçı və X8 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5, 308.2 və 213.2.2-ci maddələriilə cinayət işi başlanaraq istintaq aparılmış, onlara həmin maddələrlə ittiham verilmiş, İddiaçı ölkə hüdudlarından kənarda olduğundan onun barəsində cinayət işi ayrılmaqla Yaşar Hacıyev v ə digəri isə CM-nin 178.3.2, 32.5, 308.2 və 213.2.2-ci maddələriilə təqsirli bilinib məhkəmə məsuliyyətinə verilmişdir. İttihamın mahiyyəti əsasən ondan ibarət olmuşdur ki, Y.Hacıyev İddiaçılə cinayət əlaqəsinə girməklə dələduzluq edib bankın əmlakını mənimsəməklə Banka külli miqdarda ziyan vurmuş, büdcəyə vergi borcunun ödənilməsindən yayınmışdır. Bank tərəfindən xx.xx.2016-ci il tarixli X1 əslləri gizlədilməklə qərəzli olaraq İddiaçı və Yaşar Hacıyevi cinayət məsuliyyətinə cəlb etmək üçün verilmiş kredit sənədləri istintaq orqanına təqdim edilmiş, İstintaq orqanında mülki məhkəmələr kimi həmin sənədlərin cavabdehlər tərəfindən təqdim edilmiş kserosurətlərinin qəbul etməyərək cavabdehlərə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5, 308.2 və 213.2.2-ci maddələri ilə ittiham verərək məhkəmə məsuliyyətinə vermiş, eyni zamanda borcun mülki qaydada tutulması üçün Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bununla ləğv prossesində olan "xxxx" ASC-nin iddia tələblərini təmin edən məhkəmələr cavabdehlərdən banka olan borclarını təkrar, ikiqat almağa cəhd etməklə cavabdehlərin mülkiyyət hüquqlarını pozmuşlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qeyd olunan cinayət işinin icraatına xitam verilmiş və təqsirləndirilən şəxslər barədə bəraət hökmü çıxarılmışdır. Həmin hökmdən verilmiş apellyasiya şikayəti və protestinə Bakı Apellyasiya Nəhkəməsində baxılaraq xx.xx.2021-ci il tarixli Qərarla həmin şikayətlər təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanmaqla hökm qanuni qüvvəsini almışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, həqiqətən Y.Hacıyev və İddiaçılə "xxxx" ASC arasında bağlanmış Tələbin Güzəşti barədə müqavilələrə əsasən Banka olan borcları tam ödənilmiş, onların banka borcu qalmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(102)-483\2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarından verilmış kassasiya protesti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökm, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(102)-483\2022 saylı qərarı xx.xx.2016-ci il tarixli X2 həqiqiliyi təsdiq olunmuş, təqsirkar şəxslərin banka heç bir borcu olmadığı təsdiqlənərək təqsirkarlar barəsində bəraət hökmü çıxarılmışdır. X3 həqiqiliyi cavabdehlərə əvvəlcədən bəlli olsa da, onların təsdiqi yalnız məhkəmə hökmü ilə müəyyən edilmiş, bundan sonra cavabdehin mülki iş üzrə məhkəmə qərarlarını mübahisələndirmək hüququ yaranmışdır. Yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı və qeyriləri tərəfindən "xxxx" ASC-nin əmlakının mənimsənilməsi hadisəsi olmamış, onlar tərəfindən banka heç bir ziyan vurulmamış və heç bir qanun pozuntusuna yol verilməmişdir. Bu baxımdan, "xxxx" ASC ilə borcalan İddiaçı və Yaşar Hacıyev arasında bağlanmış üçtərəfli xx.xx.2016-ci il tarixli 1 saylı X7 icra olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin xx.xx.2023-cü il tarixli, 13(102)-37/2022 saylı Qərardadı ilə cavabdehin ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibi xx.xx.2023-cü il tarixli, 13(102)-37\2022 saylı qərardadında göstərmişdir ki, məhkəmə qərarı qəbul edildikdən sonra yaranmış yeni hal, hətta bu hal iş üçün həlledici olsa belə, yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Bu halda yeni halın mövcudluğu, məhkəmə aktına yeni açılmış hallar əsasında yenidən baxılması üçün deyil, yeni iddianın verilməsi üçün əsas ola bilər. Yuxarıda qeyd edildiyi kimi Bank tərəfindən xx.xx.2016-ci il tarixli X1 əslləri güzələdilməklə qərəzli olaraq İddiaçı və Yaşar Hacıyevi cinayət məsuliyyətinə cəlb etmək üçün verilmiş kredit sənədləri istintaq orqanına təqdim edilmiş, İstintaq orqanında mülki məhkəmələr kimi həmin sənədlərin cavabdehlər tərəfindən təqdim edilmiş kserosurətlərinin qəbul etməyərək cavabdehlərə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5, 308.2 və 213.2.2-ci maddələri ilə ittiham verərək məhkəmə məsuliyyətinə vermiş, eyni zamanda borcun mülki qaydada tutulması üçün Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bununla ləğv prossesində olan "xxxx" ASC-nin iddia tələblərini təmin edən məhkəmələr cavabdehlərdən banka olan borclarını təkrar, ikiqat almağa cəhd etməklə cavabdehlərin mülkiyyət hüquqlarını pozmuşlar. Göründüyü kimi, MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburu olduğundan və bu qərarlarla İddiaçı ləğv prossesində olan "xxxx" ASC-yə heç bir borcu olmadığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-205/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdeh İddiaçı 465 893,56 ABŞ dolları əsas borc,164 521 ABŞ dolları faiz borcu, 16 510,33 ABŞ dolları cərimə olmaqla, cəmi 646 924,89 Abş dolları məbləğində borcu və 28,50 manat dövlət rüsumünun tutulması əsassız və qanunsuz olduğundan borc tələbinin ləğv edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsı yuxarıda qeyd olunan işin hallarına obyektiv hüquqi qiymət verməyərək birtərəfli qaydada MPM-nin 153.2-2-ci maddəsinə istinadetməklə iddianın icraaata qəbul etməkdən imtina etmişdir. Bununla MPM-nin 82.4-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 2(011)-205/2019 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması tələbinə dair” tələbinə dair iş üzrə iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 465893,56 ABŞ dolları əsas borc, 164521 ABŞ dolları faiz borcu, 16510,33 ABŞ dolları cərimə olmaqla, cəmi 646924,89 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 28,50 manat hissəsinin iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 6227/2020 saylı qətnaməsi ilə həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3375/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 6227/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 19 yanvar 2023-cü il tarixli 13(102)-37/2022 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı Bəhramviçə qarşı “borcun tutulması tələbinə dair” cavabdeh və vəkili Nümayəndə Samir oğlu tərəfindən verilmiş ərizə rədd edilmişdir. Hazırda İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş həmin qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulması qət edilmiş borcun ləğv edilməsini (silinməsini) xahiş edir. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi artıq mövcuddur. Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsində isə təsbit olunmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi nəticəsinə gəlmişdir. Şikayətin dəlilləri isə əsassızdır və Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin tələblərinin pozulması üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2432/2023 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-561/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-561/2023
23.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver