Məhkəmə qərarları › İş №2-2(103)-625/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-625/2023

07.07.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-625/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsİ Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-2(113)-802/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.Cavabdeh ASC-nin Müştəri Xidmətləri Departamentinin möhürü ilə təsdiq edilmiş 10502 nömrəli MXD seriyalı inventar aktında İddiaçı məxsus Masazır M.S.Ordubadi ünvanında yerləşən pivə istehsalı obyektinin su təchizatı və kanalizasiya sisteminə 14 noyabr 2018-ci il tarixdə baxış keçirilməsi, sudan D=20 mm-lik boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni istifadə olunması, kənar xəttin kəsilərək ləğv edilməsi göstərilmişdir. X6 İdarəsinin mühəndisi Qabil Cabbarov, nəzarətçilər Elnur İbişov, Orxan Paşayev, Nicat Quliyev qeyd edilməklə imzalanmış İddiaçı imtina etdiyi qeyd edilmişdir.

2. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında 2052 m3 miqdarında 16.416 manat dəyərində sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə ziyan vurulduğu qeyd edilmiş, hesabat müştəri xidmətlər departamentinin rəis müavini Cabbar Cabbarlı qeyd edilməklə imzalanmış və möhürlə təsdiq edilmişdir. 3.İddiaçı məxsus abonent haqqında məlumatdan çıxarışdan məlum olur ki, 2019-cu ilin mart ayında qeyd olunan sayğaca cəmi 16.416 manat məbləğ hesablanmışdır.

4. xx.xx.2022 tarixli MŞB/6-6623 saylı mediasiya arayışına əsasən 200 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu, Masazır qəsəbəsi, M.S. Ordubadi ev 5 ünvanında yerləşən avtoyuyucu avtoservisə (F/S İddiaçı ********** VÖEN) məxsus 132619 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 16416 AZN manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Müştəri Xidməti Departamentinin əməkdaşları xx.xx.2018-ci ildə Abşeron Rayonu, Masazır qəsəbəsi, M.S. Ordubadi ev 5 ünvanında yerləşən, abonent kodu 132619 olan pivə istehsalı ilə məşğul olan obyektə gələrək araşdırma aparmış, araşdırmanın nəticəsində həmin restoranın sudan və kanalizasiya şəbəkəsinin qeyriqanuni istifadə etdiyini əsas gətirərək 16416 AZN manat cərimə hesablanmışdır. Bu hal iddiaçıya yalnız suyu kəsildikdən sonra məlum olmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanunsuz yoxlamaları nəticəsində iddiçıya cəmi olaraq 16416 AZN borc məbləği hesablanmışdır. Abşeron Rayonu, Masazır qəsəbəsi, M.S. Ordubadi ev 5 ünvanında (F/S İddiaçı ********** VÖEN) sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-2(113)-802/2023 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia təmin edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

9. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, 16.416 manat məbləğində hesablanmış məbləğ silinməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-2(113)-802/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.20218-ci il tarixli MXD10502 saylı akt tərtib edilmişdir. Sudan qanunsuz istifadə nəticəsində Cavabdehçıq Səhmdar Cəmiyyətinə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli,17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 16416 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

14. Tətbiq edilən hüquq

xx.xx.2013-cü il tarixdə qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanun: 3.2-ci maddə- həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 31.2.3-cü maddə- yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4-cü bənd- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; -1.5-ci bənd- sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; 5.2-ci bənd- yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2.-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 15.Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-2(113)-802/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 17.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdeh tərəfindən xx.xx.2018-ci ildə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə həyata keçirilən yoxlama-su təchizatı sisteminə baxış qanunla məyyən olunmuş qaydada yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından hüquqi nəticəsi yoxdur. Buna görə fə həmin yoxlama nəticəsində hesbalanmış borcun silinməsi barədə iddia əsaslıdır.

18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-2(113)- 802/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-2(113)-802/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar