Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-642/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 və Cavabdeh1 BOKT QSC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-169/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.02.2021-ci il tarixli qətnaməsindən İddiaçıxxxx3-cü şəxs «xxxx» MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 11.02.2021-ci il tarixli e-2-2(113)-169/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 BOKT QSC və «xxxx» ASC-yə (3cü şəxslər «xxxx»xxxx“X1 Şirkəti” QSC) qarşı əmlakın geri qaytarılması tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. İddiaçıxxxx3-cü şəxs «xxxx» MMC həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin 14.06.2021ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 11.02.2021-ci il tarixli e-2-2(113)-169/2021 saylı qətnaməsindən cavabdeh «xxxx» ASC tərəfindən də apellyasiya şikayətinin verildiyi bildirilmiş və həmin apellyasiya şikayətinin qəbul edilməsi məsələsinin müzakirə edilməsi üçün işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 BOKT QSC və «xxxx» ASC-yə (3-cü şəxslər «xxxx»xxxx“X1 Şirkəti” QSC) qarşı əmlakın geri qaytarılması tələbinə dair iş apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-642/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-642/2021
22.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver