Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-680/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1977/2023 saylı qərardadından Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra İddiaçı TOÜM MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan 2011-ci il istehsalı 4VZBT1D94BC074343 şassi nömrəli **-AA-*** dövlət qeydiyyat nişanlı “X7” markalı yük avtomobilinin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması və mediasiya xərci kimi 400 manat, hüquqi yardım xərci kimi 1280 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1977/2023 nömrəli qərardadı ilə icraata götürülmüşdür. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, mübahisə predmeti olan şassi nömrəsi 4VZBT1D94BC074343, əvvəlki dövlət qeydiyyat nömrəsi **-JJ-***, hazırkı dövlət qeydiyyat nömrəsi **-AA-*** olan, “Entegra” avtobusunun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsinə dair xx.xx.2016-cı il tarixli 719926 saylı hesab-arayışın, həmin arayışla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsində aparılmış qeydiyyatın, həmin nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı TOÜM MMC-yə satılmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin, bu müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsində aparılmış qeydiyyatın etibarsız hesab olunması, adıçəkilən avtobusun İddiaçı TOÜM MMC tərəfindən Cavabdeh QSC-yə qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1977/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1977/2023 nömrəli qərardadının tam ləğv edilməsi və “X4” QSC-nin qarşılıqlı iddia ərizəsinin məhkəmə tərəfindən icraatına götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC-nin vəkili tərəfindən sorğu xx.xx.2023-cü il tarixində göndərilmiş və həmin sorğuya cavab faktiki olaraq Baş X8 İdarəsi tərəfindən 10 may 2023-cü il tarixində daxil olmuşdur. Məhz bu səbəbdən MPM-in 154.1-ci maddəsinin tələblərinə əsasən qarşılıqlı iddia vaxtında verilə bilməmişdir. Sorğuya cavab alan kimi isə dərhal hazırlıq işləri görülərək məhkəmənin növbəti iclasına 4 gün qalmış isə qarşılıqlı iddia verilmişdir. Yəni məhkəmənin qeyd etdiyi kimi “cavabdehin 2 aydan artıq davam edən iş üzrə qarşılıqlı iddianı qısa müddətdə verməyib yenidən 20 günlük müddəti hesablayıb məhkəməyə qarşılıqlı iddia verməsi əsaslı hesab edilə bilməz” mövqeyi qanunvericiliyin tələblərinə tam ziddir. Digər tərəfdən məhkəmə özünün icraatında olan işlə bağlı verilmiş qarşılıqlı iddianı geri qaytarmaq üçün Cavabdeh QSCnin F.Y.Əsədova, "xxxx" MMC-yə və İddiaçı TOÜM MMC-yə qarşı başqa tələblərlə vermiş olduğu başqa iddia ərizəsinə istinad etməsi də prosessual hüquq normasının pozulmasıdır. Beləliklə, Baş X8 İdarəsindən sorğuya cavabı faktiki olaraq 10 may 2023-cü il tarixində daxil olmuşdur. Bu hal verilən qarşılıqlı iddia ərizəsində kifayət qədər əsaslandırılmışdır. “X9” QSC-nin vermiş olduğu qarşılıqlı iddia ərizəsi və onun təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırır. Bu hal məhkəmə tərəfindən işin daha effektiv baxılmasına və ədalətli məhkəmə qərarının çıxarılmasına şərait yaradır. Lakin məhkəmə yuxarıda göstərilənləri nəzərə almayaraq, prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1977/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və kommersiya işinin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1977/2023 nömrəli qərardadı ləğv edilməli, müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə görə, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 156.1-ci maddəsində təsbit olunmuşdur ki, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə (156.1.1); qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa (156.1.2); qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə (156.1.3). Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin geri qaytarılması əsası kimi MPM-in 155.2-ci və 152.1.7-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinin prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilməsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələblərinin mübahisə predmeti “X7” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtobusdur. İddiaçı həmin avtobusun onların mülkiyyətində olması səbəbindən onlara təhvil verilməsini tələb edir. Cavabdeh isə avtobusun onların mülkiyyətindən qanunsuz çıxarıldığını bildirərək həmin avtobusa dair bağlanmış müqavilələr və aparılmış qeydiyyatların etibarsız hesab edilməsini və avtobusun onlara qaytarılmasını tələb edir. Cavabdeh qarşılıqlı iddia verməmişdən əvvəl sorğu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən sorğuya cavab olaraq avtobusun qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir. Cavabdeh sorğuya cavabı xx.xx.2023-cü il tarixdə aldığını bildirir. Həmin tarixdən cavabdehə avtobusla bağlı qeydiyyat hərəkətlərinin məlum olması fərz olunsa qarşılıqlı iddia ərizəsinin verildiyi xx.xx.2023-cü il tarixə qədər yalnız xx.xx.2023-cü il tarixdə məhkəmə prosesinin keçirildiyini və növbəti məhkəmə hazırlıq iclasının xx.xx.2023-cü il tarixə təxirə salındığını nəzərə alsaq kollegiya hesab edir ki, müddət ötürüldükdən sonra qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsas əmələ gəldikdən sonra uzun müddət ötürülmədən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Mülki Prosessual Məcəllədə müddətlərin nəzərdə tutulmasının əsası işdə iştirak edən şəxslər tərəfindən sui-istifadə hallarının qarşısının alınması və işlərə baxılmasının səmərəliliyinin artırılmasından ibarətdir ki, hazırkı halda cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman hər hansı sui-istifadə halı müəyyən edilməməkdədir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı TOÜM MMC-yə satılmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin, bu müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsində aparılmış qeydiyyatın etibarsız hesab olunması hissəsi ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmiş iddia ərizəsi üzrə iş materiallarının aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə verilmiş şikayətin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təmin edilməməsi və tələblərdən bir hissəsinin məhkəmənin icraatında olması səbəbindən həmin hissədə iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina edilməli olduğunu qeyd edir və daha sonra göstərir ki, MPM-in 152.1.7-ci maddəsində bir-biri ilə əlaqədar olmayan tələblər dedikdə, yalnız predmet baxımından deyil, həm də prosessual baxımdan birlikdə baxılması mümkün olmayan tələblər nəzərdə tutulur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyə görə iddia ərizəsinin icraata götürülməməsi iki prosessual hüquq institutu, iddia ərizəsinin qaytarılması və iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunması vasitəsilə mümkündür. İddia ərizəsinin qaytarılması əsasları MPM-in 152.1-ci maddəsində sadalanır. Həmin prosessual əsasların siyahısı yalnız bu maddədə göstərilənlərlə məhdudlaşmaqla qəti xarakter daşıyır və genişləndirici təfsir oluna bilməz. Bu maddədə nəzərdə tutulmamış əsaslarla iddia ərizəsinin qaytarılmasına yol verilmir. Mülki prosessual qanunvericilik iddia ərizəsinin qaytarılmasının prosessual əsaslarını elə hallarla əlaqələndirir ki, həmin halların aradan qaldırılması mümkündür və onlar aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. Mülki prosessual qanunvericilik iddiaçının bir və ya bir neçə cavabdehə qarşı iddia tələblərini bir iddia ərizəsində birləşdirmək hüququnu nəzərdə tutur. Lakin iddiaçının bu hüququnun həyata keçirilməsi üçün zəruri şərt ondan ibarətdir ki, həmin iddia tələbləri arasında bağlılıq olsun. İddia ərizəsində göstərilən iddia tələbləri arasında əlaqə olmadıqda hakim iddia ərizəsini geri qaytarmalıdır. Qeyd edilənlərdən aydın olur ki, birinci instansiya məhkəməsi özünün qərardadında göstərdiyi kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilən iddia tələbi ilə üst-üstə düşən hissədə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması barədə qərardad da qəbul edə bilərdi. Bundan əlavə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması əsaslarından biri olan 152.1.7-ci maddəsi baxımından isə kollegiya qeyd edir ki, qarşılıqlı iddia ərizəsində irəli sürülən iddia tələbləri yalnız bir mübahisə predmeti - X7” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtobusla bağlıdır. Belə olan halda qarşılıqlı iddia ərizəsinin həmin əsasla geri qaytarılması üçün iddia tələblərinin bir-biri ilə əlaqədar olmayan bir neçə tələbdən ibarət olması müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılan zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilən işin hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olub-olmaması, olduğu təqdirdə MPM-in 169.3-cü maddəsinə əsasən işlərin bir icraatda birləşdirilməsi, habelə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi məsələləri tərəflərlə müzakirə edilməklə qərar qəbul edilə bilər. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh QSC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1977/2023 saylı qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-680/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-680/2023
13.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver